Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Bir gülle de vursunlar, canım qurtarsın…” – ƏSİR DÜŞƏRGƏSİ

“Bir güllə də vursunlar, canım qurtarsın...” - ƏSİR DÜŞƏRGƏSİ

21/09/2016

15:16

21.09.2016 / 14:16 xeber –

 

I hissə

 

II hissə

 

…Xəqani maşına qayıdanda Şövqi orada yox idi. Təlaşla sağa-sola boylananda bayaqdan onu müşahidə edən hərbçilərdən biri dilləndi:

 

– Dəfn mərasimi bitdi! Aparın türkü!

 

Onu bir maşına itələyəndə ilk gördüyü Şövqinin az qala hədəqəsindən çıxan gözləri idi…

 

***

 

Şövqi atasının qucağına atıldı. Xəqani onu sinəsinə sıxdı. Az əvvəl Nicatın cansız bədənindən ayrılan qanlı, torpaqlı əllər vahimədən titrəyən körpəyə sarıldı. Xəqani sevinirdi, heç olmasa bir övladı sağ idi…

 

Şövqi içini çəkirdi. Oğlunun çəkdiyi əzaba səssiz-səmirsiz ağlayan Xəqani girovları daşıyan maşının pəncərələrindən şəhərə boylandı. Evlərin qarşısında yük maşınları, arabalar, traktorlar dayanmışdı. Erməni hərbçiləri bütün evləri qarət edirdilər. Artıq boşaltdıqları evlərə od vurmuşdular. Ağdam yanırdı…

 

Xəqani maşında özündən başqa kimlərin olduğunu hiss eləmirdi. Tək bacardığı əllərini aramsız Şövqinin bədənində gəzdirib, oğluna yanında olduğunu hiss elətdirmək idi.

 

Maşın Xankəndi uşaq xəstəxanasının həyətində dayandı. Girovları xəstəxanaya doldurdular. Elə ayağını xəstəxananın dəhlizinə qoymaq bəs etdi ki, Xəqani Nicatı daha hüzurlu yerdə qoyub gəldiyini dərk etsin. Nicat yaşasaydı, onu nələr gözləyəcəkdi…

 

Körpələr dəhlizlərdə ayaq altından yeməyə çörək qırıntısı axtarır… Ətrafda havalı kimi gəzən qadınlar bir-birinə qarışmışdı…

 

Xəqani gördüyü mənzərənin təsirindən ayılmağa macal tapmamış Şövqini dartıb qucağından aldılar. Nə qədər “Oğlumu məndən almayın, onu mənə verin” deyib çırpındısa da, xeyri olmadı. Onu sürüyüb bir palataya atdılar…

 

Özünə gələndə yanında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi var idi. Xəqaninin ilk sözü “Oğlumu görmək istəyirəm” oldu…

 

…Şövqi qonşu palatadakı çarpayıda oturmuşdu. Qanlı paltarından əsər-əlamət yox idi. Qısa qollu, ağ maykada idi. Sarıqlı qolu güllü yaylıqla boğazından asılmışdı. Üzündəki ifadədən uşağın son saatlarda çəkdiyi ağrılar hiss olunurdu. Ağlamaq istəyir, amma qorxusundan susurdu. Yad adamların içərisində duruxub qalan uşaq bir-bir hamının üzünə baxır, doğma bir sima axtarırdı. Ətrafda BQXK nümayəndələri, erməni həkimləri və xarici jurnalistlər, fotoqraflar var idi. Həkimlərdən biri qürurla müsahibə verirdi:

 

– Uşaq qolundan güllə yarası alıb. Erməni həkimlərinin səyi nəticəsində əməliyyat uğurlu keçib. Azyaşlının həyatını xilas etmişik. İndi vəziyyəti yaxşıdır və elə bu gün də BQXK xətti ilə ailəsinə geri veriləcək…

 

Əməliyyatın uğurlu keçməsi və oğlunun elə bu gün geri qaytarılacağı xəbəri Xəqanini sevindirirdi… Jurnalistlər gedəndən sonra oğluna yaxınlaşmağa icazə verdilər. Nəhayət ki, doğma adam görən körpə gözlərini şikayətçi kimi atasının üzünə zillədi… 

 

***

 

23 il sonra Şövqi Əliyev Lent.az-ın “Əsir düşərgəsi”nə danışır…

 

– Sizi tapmaq asan olmadı…

 

– Hə, jurnalistlər məni çox axtarır… 6-cı sinfə qədər atam müsahibə verəndə mən də yanında olurdum. Sonra artıq qərar verdim – heç bir müsahibə olmayacaq!

 

– Niyə?

 

– Onsuz da mən yox, atam danışırdı. Amma o material efirə gedəndən sonra insanların baxışları qarşısında dayanmaq asan olmurdu… Buna görə də heç bir jurnalistlə görüşmürəm. Hər il iyulun 23-də axtarırlar… 6-cı sinifdən sonra ilk dəfədir müsahibə verirəm. Sizinlə görüşməyə ona görə razılıq verdim ki, “Əsir düşərgəsi” davamlı layihədir, tarix yazırsınız. İstədim adım tarixdə qalsın, yoxsa bir cümlə ilə keçir…

 

Bəli, onun adına hamınız rast gəlmisiniz. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı materiallarda bir cümlə ilə onun da adı keçir. Ermənilərin girov götürdüyü Azərbaycan vətəndaşlarına qarşı tətbiq etdiyi amansız işgəncələrdən söz düşəndə bu cümlə işlənir:

 

“Girov götürülərkən 3 yaşı olan Şövqi Xaqani oğlu Əliyevin (24.07.1993) bazu sümüyü Xankəndində erməni “həkimləri” tərəfindən çıxarılmış, nəticədə Şövqi ömürlük şikəst olmuşdur”.

 

– Hadisə vaxtı 2 yaş 9 aylıq olmusunuz. Yəqin ki, heç nəyi xatırlamırsınız…

 

– Ancaq xəstəxanaları… Xəstəxanaları xatırlayıram… Bilmirəm travmadandır, ya nə… Heç 4-5 yaşım olanda da həmən dövrə aid heç nəyi xatırlamırdım… Bəzən deyirlər nə isə uşağın yadında xəyal kimi qalır… Mənim isə yadımda “Travmotologiya”ya gedib gəlməklərimiz qalıb…

 

– Girovluqda nə qədər qalmısınız?

 

– İki gün. Əməliyyat edib, özlərinə lazım olan materialları götürüb, məni geri qaytarıblar… 10-cu sinifdə oxuyanda dövlət xətti ilə Türkiyəyə müalicəyə getmişdim. Müayinə edən həkim dedi ki, əgər o vaxt erməni həkimləri müdaxilə etməsələr, sadəcə yaranı təmizləyib tiksələr, heç bir şey olmayacaqdı…

 

– Ekspertlər deyir ki, müdaxilə sümüyü əldə etmək üçün olub. Bunun çox bahalı transplant materialı olduğu deyilir…

 

– Ümumiyyətlə, ermənilərin əsirlərin orqanlarına transplant materialı kimi baxmaları faktdır. Yoxsa necə izah etmək olar ki… Sən əgər yaralıya kömək edirsənsə, normal et. Körpə uşağın qolundan bazu sümüyünü çəkib çıxardırsansa…. deməli səbəbin var…

 

*** 

 

Tərəddüdləri Xəqaniyə dinclik vermirdi: Şövqini doğrudanmı Azərbaycana apardılar, yoxsa bu bəhanə ilə ondan ayırdılar? Bir palatada yatdığı girovlar onu arxayın elədilər:

 

– Narahat olma, yanındakılar “Qırmızı Xaç”dan idi. Bizimkilərdən kimi onlar aparıbsa, sağ-salamat gedib çıxıblar…

 

– Nə bilirsiniz sağ-salamat gedib çıxdıqlarını?

 

– Sonradan hamısının məktubları gəlib. “Qırmızı Xaç” ayda bir hamımıza məktub gətirir, biz də evə məktub yazırıq. Düzdür, hər şeyi yazmağa icazə vermirlər. Bir az o yan-bu yan yazsan, şikəst eləyənə qədər döyüb incidirlər, biz də bilirik ki, giley yazıb evdəkilərin ürəyini sıxmaq lazım deyil. Onsuz da biz burdayıq deyə allah bilir nə haldadırlar. Təki elə xəbərimiz getsin, bilsinlər ki, salamatıq deyə yazırıq ki, yaxşıyıq. Qoy nigaran qalmasınlar…

 

Burada köhnə girovlar təcrübəli sayıldıqlarından, təzə gələnlərə məsləhət verirdilər. Qadınlardan biri dəhlizdə Xəqaniyə bərk-bərk tapşırmışdı:

 

– Dişlərin qızıldır, ağzını açıb danışma! Nə soruşsalar, səsini çıxartma! Yoxsa elə görən kimi tutub çəkəcəklər…

 

***

 

23 il sonra Xəqani Əliyev Lent.az-ın “Əsir düşərgəsi”nə danışır…

 

– Ayağınızdan yaralanmışdınız. Gülləni çıxartmadılar?

 

– Əvvəl-əvvəl heç baxan da yox idi… Açığı, elə mən özüm də istəyirdim ki, qoy baxmasınlar, ölüm, canım qurtarsın… Həyatda bir narahatlığım Şövqidən idi, onu da geri qaytarmışdılar. O əzablarla yaşamağın nə mənası var idi? Hardasa 20-25 gündən sonra ayağım çirk eləyib, şişdi, yeriyə bilmədim. Ondan sonra həkim gəlib gülləni çıxartdı…

 

– Kim? Edik Stepanyan?

 

– Bəli. Adı Eduard idi, Edik deyirdilər. Edik Stepanyan…

 

– Müsahiblərim ondan çox danışıb… Girovları narkozsuz, ağrıkəsici belə vermədən xüsusi qəddarlıqla əməliyyat edirmiş…

 

– Çox kobud davranırdı. “Burada özümüzün o qədər xəstəmiz var ki, dava-dərman onlara lazımdır” deyirdi. Mənə bir taxta parçası verdilər… Ağzıma qoydum… Əməliyyat vaxtı dişimlə onu sıxırdım… Dedi ki, səsin çıxsa, əməliyyat eləməyəcəyəm… Yaran qanqren eləyəcək, ayağını kəsəcəyik… Qalacaqsan ortada kötük kimi… Məni sol ayağımdan güllələmişdilər. Barmağımın düz üstündən, dırnağın ortasından dəymişdi… Bir də onda xəbər tutmuşdum ki, ayaqqabımdan yerə qan axır… Ağrı hiss edəcək halda deyildim. Elə arzulayırdım ki, bir güllə də vursunlar, canım qurtarsın… Edik bıçaqla yaranı kəsib, içinə şlanq keçirtdi, üstünə də bir az revanol tökdü… Bu da oldu “əməliyyat”…

 

Nə deyim, tək bildiyim odur ki, insanın üzü asfaltdan da bərkdir. Dünyanın bütün çətinliklərini yaşamış, əlləri ilə övladına məzar qazan, onu paltarlı-paltarlı dəfn edən bir kişi kimi deyirəm; əsirlikdə 10 il yaşamaqdansa, azadlıqda 10 dəqiqə yaşamaq yaxşıdır… Ölümdən başqa heç nə arzulamırdım… Bilirsiniz, indi danışmaq bəlkə də asandır, amma bir kişi üçün bunu həzm etmək çətindir. Oğlan uşaqları hamısı davada böyüyür, döyür də, döyülür də. Amma o başqa idi, bu başqa… Biri var insanı kişi döyür… Biri də var sən əsirsən və səni döyür, söyür, təhqir edir, alçaldırlar… Və ən əsası da odur ki, sən şüurlu surətdə başa düşürsən ki, düşdüyün vəziyyətdən xilas yolun yoxdur…

 

– Xankəndi uşaq xəstəxanasında nə qədər qaldınız?

 

– Bir aydan çox qaldım. Bir az özümə gələn kimi götürüb apardılar Şuşa türməsinə. Ora da cəhənnəmin özü idi… Palatada uşaqlar danışmışdı, amma gözünlə görəndə başa düşürsən ki, nə qədər danışsalar da, heç kim Şuşa türməsində baş verənləri sözlə tam təsvir edə bilməz. Sizə heç nəyi gizlətmədən danışıram, amma mən də olduğu kimi təsvir edə bilmirəm. Oradakı həyat təsviri mümkün olmayan, insan ağlının aciz qalacağı həyat idi… Bir dəri, bir sümük, heysiz, yaralı əsirlər bir tərəfdən vəhşi kimi döyülür, o biri tərəfdən də yenə vəhşi kimi işlədilirdilər; odun doğra, həyəti süpür, heyvana bax… Bir dəqiqə nəfəs dərməyə vaxtın yox idi…

 

– Ayağınız sağalmışdı? İşləyə bilirdiniz?

 

– Hələ də sağalmamışdı… Ayaqqabının üstünə qoyub məftillə-zadla bağlayırdım… Ayaqqabı deyəndə ki, orada ölən əsirlərdən kimin cır-cındırı ələ gəlirdi, ondan götürürdük… Ayaqqabı dediyim də elə bir şey idi… Rəhmətə gedənlərdən birininki idi, elə bir az altı qalmışdı… Üstü tamam dağılmışdı. Yəni ayağımın yara olan yerini qorumağa çalışırdım… Nə qorumaq e, yaranın üstündən elə təpiklə vururdular ki…

 

***

 

…Şuşaya payız gəlmişdi. Hər tərəfi duman bürümüşdü. Xəqani üçün bu payızın kədəri özündən əvvəl təşrif buyurduğundan təbiətdəki dəyişiklikləri hiss etmirdi. Gənc adamın həyatını, arzularını xəzan vurmuşdu…

 

Bu günlər ərzində hər şeyə rəğmən Xəqani ağzını açmamağa çalışırdı. Döyüləndə belə qışqırmır, dişini sıxıb dayanır, Xankəndi xəstəxanasındakı qadının sözlərini bir an da olsun unutmurdu: “Ağzını açma, qızıl dişlərini görən kimi tutub çəkəcəklər…”

 

Bir sentyabr səhəri həbsxananın həyətini süpürüb, təmizlədilər. Sıraya düzülüb, növbəti komandanı gözləyirdilər. Onları növbəti iş üçün aparacaq yük maşını həyətdə gözləyirdi. Amma nədənsə erməni hərbçiləri komanda verməkdə yubanırdılar. Şuşanın soyuğu Xəqaninin döyülməkdən cırılan paltarlarından açıq bədəninə işləyirdi. Bir anlıq titrədi. Qəribə idi, Nicatı əli ilə məzara qoyandan sonra yaşadığını hiss eləmirdi. İndi ilk dəfə bədəni soyuqdan titrədi. Sanki Şuşanın duman qarışmış sazağı sübh çağı ona tənhalığını bir daha xatırlatmaq üçün iliklərinə işləyirdi. Xəqani başını yuxarı qaldırdı. Günəş səadət kimi buludların arxasında gizlənmişdi. Əlçatmaz idi… Üzünə qonan ani təbəssümdən dodaqları aralandı. Xəqaninin günəşlə salamlaşması bir neçə saniyə çəkdi, erməni hərbçisi qışqırırdı:

 

– Maşına!

 

Əsirlər cəld maşının yük yerinə qalxdılar. Bayaqdan Xəqaninin yanında dayanan İlham erməni hərbçiyə yaxınlaşıb, nə isə pıçıldadı. Hərbçi üzünü maşına çevirdi:

 

– O ağdamlını geri qaytarın!

 

Xəqani aşağı enən kimi çənəsindən yumruqla vurdular:

 

– Ağzında qızıl dişin var, bunu bizdən gizlədirsən? Sən kimsən ki, bizdən nə isə gizlədəsən? Nəyiniz varsa, bizimdir! Torpağınız da! Eviniz də! Mal-mülkünüz də! Lap ağzınızdakı dişiniz də!

 

Əllərində kəlbətin olan bir neçə hərbçi onun başının üstünü aldı…

 

Davamı olacaq…

+10

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles