Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

“Qaynı 6 bıçaq vurub, eri başını betona çırpıb, maaşını qumara qoyub…” – SIĞINACAQ TƏHLÜKƏDƏ

“Qaynı 6 bıçaq vurub, əri başını betona çırpıb, maaşını qumara qoyub...” - SIĞINACAQ TƏHLÜKƏDƏ

22/09/2016

15:16

22.09.2016 / 14:16 xeber –

 

– Allah qadını kişinin qabırğasından yaradıb. Başından yaratmayıb ki, özünü ondan üstün saymasın. Ayağından yaratmayıb ki, alçalmasın. Qoluna yaxın yerdən yaradıb ki, qorunsun. Ürəyə yaxın yerdən yaradıb ki, sevilsin.

 

– Qadın metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir.

 

– Cənnət anaların ayaqları altındadır.

 

– Adın şərəflidir sənin, ey qadın,

Dahilər anası çağrılır adın!

 

Barmağım telefonun ekranında sürüşdükcə feysbuk dostlarımın (əksəriyyətini də kişilər yazıb) qadınları mədh edən statusları ağlımı “sürüşdürür”. İngilis filosofu Stuart Milli xatırlayıram: “Bir sivilizasiyanın səviyyəsini ölçmək istəsəniz, dərhal qadının həyat şərtlərinə baxın”…

 

Cəhalət surətlə ətrafımızı sarmaqdadır. Ən böyük həbsxana cahilin beynidir. Cəhalətin tək qorxusu isə qadındır. Çünki qadın bilsə, uşaqlarına da öyrədəcək. Cəhalət isə necə də gözəldir, hər şeyi bilirsən… Bunu da Eynşteyn deyib.

 

Zatən qadın haqqında ən gözəl sözləri kişilər deyib, ən əsrarəngiz əsərləri kişilər yaradıb. Onlar deməyə, yaratmağa çox məharətlidirlər. Nağıl bitənə qədər xoşbəxt etməyi bacarırlar. Amma elə ki göydən üç alma düşür…

 

Əsla! Baş verənlərdə Eynşteyni ittiham etmirəm. Sadəcə, üz tutduğum yerin adı məni aqressiv edir – qadın sığınacağı… Sığınacaq sözünün özündə bir acınacaq durum var… Üstəlik də bu sözün önündə bircə ovuc sevgiyə möhtac olan varlıq – qadının adı gəlirsə…

 

Sürücü “Çatdıq!” deyəndə, “kişi sığınacağı”ndan – feysbukdan ayrılıb, həyatın düz dibinə enirik – “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdindəki qadın sığınacağına.

 

Kişi sığınacağının divarlarında belə şüarlara çox rast gəlirsiniz: “İnsanı üç şey dəyişə bilər: Sevgi, əzab və sevinc”. Buradakı insanlar ikinci ilə üçüncü arasındakı o məşəqqətli “və” mərhələsindədirlər. Şiddətə, təhqirə məruz qalan qadınlar buraya sığınıb, hansısa yolla həyatlarındakı kişilərdən xilas olacaqları məqamı gözləyirlər…

 

Ailələrinin qapısı hamısının üzünə bağlıdır. Kimini evdən qovublar, kimisi də qaçıb. Getməyə yerləri olmadığından övladları ilə buraya sığınıblar. İndi sığınacaqda 19 qadın və 14 uşaq məskunlaşıb. Sığınacağa pənah gətirən qadınlar burada reabilitasiyası və reinteqrasiya mərhələsini keçdikdən sonra onlar üçün müvafiq işlər axtarılır. Əlindən heç bir iş gəlməyənlərə müxtəlif peşələr öyrədilir. Qadınlar iki ay işlədikdən sonra, sığınacaqdan ayrıla bilirlər. Amma bu həmişə belə olmur. Azyaşlı körpəsi olan qadınlara işləmək çətindir…

 

Alman ədəbiyyatının klassiki Erix Mariya Remark bədbəxt qadınları təsvir edərkən yazırdı ki, “xoşbəxt qadın haqqında çox söz demək olmur, amma bədbəxt qadın haqqında nə qədər istəsən, danışmaq olar…” Həyatı alınmayan qadın başdan-ayağa mövzudur – ədəbiyyata, incəsənətə, kinoya, musiqiyə, efirə, lap elə məhəllədəki arvadlara ən azından qeybət mövzusu… Bədbəxt qadınlar saytların xəbər lentinin mövzusudur: Ölən, öldürən və öldürülən qadınlar…

 

Müsahiblərim intiharın bir addımlığından dönən, ölümün pəncəsindən xilas edilən qadınlardır. Adlarının açıqlanmasını istəməyən, həyat yorğunu qadınlar… Ya insan alverinin, ya da məişət zorakılığının qurbanı olan qadınlar… Hekayələri fərqli olsa da, söhbət əsnasında istəkləri birdir – hamısı diktofonu söndürməyimi xahiş edir: “Səsim heç yerdə eşidilməsin!”

 

– Üç ildir ki, bir qohumumuzla ailəliyəm. Bir neçə dəfə evimizə qayıtmışam, amma ərim arxamca gələn kimi anam-atam yenidən məni ona qoşub, evimə göndəriblər… Ona görə də bu dəfə evdən ayrılmaq qərarına gələndə anamgilə üz tutmadım. Bildim ki, həyatımda heç nə dəyişməyəcək. Marketdə kassir işləyirəm. Ərim içir, məni döyür, maaşımı alıb, gedib qumar oynayır…

 

– Ərimdən ayrılmışam. Bir oğlum var, autizmdən əziyyət çəkir. Sığınacaq oğlum üçün əlverişli deyil, indi “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin əməkdaşları oğlumu yerləşdirmək üçün mərkəz axtarırlar…

 

– Biz evlənəndə demişdi ki, boşanmışam… Sən demə, hələ boşanmayıbmış… Bir oğlu, bir də qızı var idi… Sonradan ayrıldı… Məni çox döyür, söyür, incidirdi… Hamilə vaxtı göz yaşı tökə-tökə başqalarının qapılarında işləyirdim… Axırda dözməyib, atam evinə qayıtmaq istədim. 5 aylıq hamilə idim, anam dedi onun uşağı ilə mənim evimə gəlmə… Mən də övladımdan imtina edə bilmədim. Barışdıq… Sonra da iki uşağımız oldu… İçir və özünə cavabdeh olmurdu… Sonuncu dəfə parkda camaatın içində elə döydü ki, adamlar tökülüb güclə məni onun əlindən aldılar… Saçımdan yapışıb başımı betona çırpırdı… İndi üç qızla qalmışam burada… Əlimdən hər iş gəlir, çörək bişirə, ev təmizləyə, xalça yuya bilirəm… İş olsa, işləyərəm…

 

Sığınacağa baxanda ilk hiss olunan ehtiyac çarpayılardır. Uşaqlar yerdə yatırlar. Heç böyüklər üçün də kifayət qədər çarpayı yoxdur. “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bir tanışının sığınacağa 10 ədəd ikimərtəbəli çarpayı hədiyyə edəcəyini bildirir.

 

Mətbəxə keçirik. Üz-gözünü bağlayan bir qadın uşaqlar üçün yemək hazırlayır. Göz yaşı ilə danışır:

 

– Üç qızımla buradayam… Bir oğlum da var, amma evdən qaçanda onu yuxudan oyada bilmədim. Əslində onun üçün o qədər də pis deyil. Yoldaşım onu çox istəyir, əzizləyirdi. Məni və qızlarımı isə döyürdü… Qızları məktəbə getməyə qoymur, oğlanı isə oxudurdu… Böyük qızım çox savadlıdır, oxumaq üçün yalvarırdı… Axırda məcbur qalıb onun yatağını yalandan elə düzəldirdim ki, guya yatıb… Eləcə, evdən oğurlanıb dərsə gedirdi… Xəbər tutandan sonra ona da qoymadı… İçməsə ağlı başında adamdır, amma içir, bizə zülm edir. Çarəsiz durumda idim… Evimizə qayıtdım. Anam polisə verməyə qoymadı ki, övladlarının atasını tutdurmayacaqsan ki… Yenidən barışdıq… Sonuncu dəfə məni yolda tutub körpüdən aşağı atırdı… Yad adamlar zorla aldılar əlindən… Amma… amma bizə heç vaxt korluq verməyib. Ehtiyac hiss eləməmişik. Balalarım onun yanında heç vaxt ac qalmayıb…

 

Üzünü örtüb hönkürür… Təhsili, peşəsi olmayan çarəsiz bir ananın hıçqırıqları əslində qüruruna sığdırıb dilinə gətirə bilmədiklərini söyləyir: Uşaqları burada doyunca yemək yeyə bilmir…

 

Məlum olur ki, xeyli müddətdir sığınacağa heç bir vəsait daxil olmur. “Təmiz dünya” Qadınlara Yardım İB-nə heç bir qrant ayrılmadığından sığınacağa pənah gətirən qadınları yemək və paltarla təmin etməkdə problemlər yaranıb…

 

Sığınacaqdakı 14 uşağın yeni dərs ilində məktəbə getmək üçün ayaqqabısı yoxdur… Burada hətta sabuna, şampuna belə gərək duyulur…

 

Mehriban xanım bildirir ki, bura ölkədə yeganə qadın sığınacağıdır: “Son zamanlarda sığınacağa müraciət edənlərin sayı durmadan artır. Əsasən 2 və 3 uşaqlı analar, ya ər tərəfindən ölüm təhlükəsi ilə üzləşdiklərindən, ya da imtina edildiyindən küçəyə atılır. Əksəriyyətinin də valideynləri dəstək verməkdən imtina edir. Müraciət edən şəxslərin kifayət qədər problemi olur. Məsələn, bir qadınımıza qaynı 6 bıçaq zərbəsi vurub, ailəsi də qorxudan onu qəbul etmir. Bu yaxınlarda 45 yaşlı qadını küçədən sığınacağa gətirərkən intihara cəhdinin qarşısı alınıb. Xanımın ərinin əvvəlki həyat yoldaşından olan qızı və əri qadını evdən qovub. Kişi çox yaşlıdır. Qayğıya ehtiyacı olduğu halda ona baxan həyat yoldaşını və 15 yaşlı qızını küçəyə atıblar. Danışıqlara başladıqda ailənin kifayət qədər sənəd problemi aşkarlandı. İş o yerdə idi ki, 15 yaşlı qızın sənədləri belə qaydasında deyildi və atalıq faktı düzgün qeyd edilməmişdi… Bütün bu məsələlər tənzimləndi. Hazırda da iş davam edir.

 

Ümumiyyətlə, onu deyim ki, sığınacağa gələn şəxslərin əksəriyyətinin sənədləri qaydasında olmur və psixoloji yardıma ehtiyacı olur. İş yeri, peşə bacarığını artırmaq kimi işlərdə bu sıradandır… Tibbi yardım Səhiyyə Nazirliyi tərəfindən edilsə də, əksər vaxt dərman çatışmazlığı olur… Evdən qaçan qadınların geyim, ayaqqabı və s. problemləri həmişə mövcuddur…

 

Sığınacaq sakinləri ölkənin müxtəlif bölgələrindən olan qadınlardır. Hazırda 3 qız uşağı olan qadın körpə uşaqlarının sənədlərini hazırladıb, körpələr evinə vermək istəyir… Hər cür çalışırıq ki, analar uşaqlarından ayrılmasın. Amma maddi dəstək göstərə bilmədiyimiz üçün çarəsiz qalırıq. Bəzi hallarda sənədlərin hazırlanması üçün şəxslərin rayona getməsi lazım olur ki, bu da vəsait tələb edir…

 

2016-cı il ərzində sığınacağımıza 133 məişət zorakılığı qurbanı, 41 nəfər isə insan alveri qurbanı yerləşdirilib. Onlardan 134-ü qadın, 40-ı isə uşaq olub. İctimai Birliyimiz imkanı daxilində onlara tibbi, hüquqi yardım edilib. Peşə kurslarına yerləşmələrində, orta məktəbdə təhsillərinə davam etmələrində dəstək olmuşuq. Geyimlə, qida ilə bacardığımız qədər təmin etməyə çalışmışıq… Amma… amma…”

 

Sığınacağın maddi-texniki dəstək olmadan çox yaşaya bilməyəcəyi göz qabağındadır. Burda məskunlaşan qadınların və onların uşaqlarının zəruri həyat şərtləri təmin olunmur, hətta elementar təmizlik vasitələri belə tükənib. M.Zeynalova özünün şəxsi imkanlarını, dostlarının yardımını bu iş üçün yetərli saymır və haqlı görünür – 33 nəfəri yaşatmaq təsadüfi yardımların hesabına baş tutacaq iş deyil.

 

Lent.az vasitəsilə dövlət qurumlarına, iş adamlarına, xüsusilə qadın sahibkarlara, imkanlı şəxslərə, yardımsevər insanlara müraciət edərək, onlardan bu problemə diqqət ayırmalarını istəyirik. Söhbət 33 insanın – qadının və uşağın taleyindən gedir. Onların pənah gətirdiyi ünvanın taleyindən, sığındıqları adın yaşayıb-yaşamamasından gedir…

 

***

 

Elə qadınların ehtiyacları ilə maraqlanırdıq ki, Mehriban xanıma zəng gəldi. Sumqayıtda ər qadının saçlarını qırxıb, xəsarət yetirib… Qadın çıxılmaz durumdadır və gün ərzində sığınacağa gələcəyi bildirilir…

 

Oldular 34 nəfər…

 

***

P.S. Qadın sığınacağına hamımız kömək edə bilərik. Maddi imkanları olmayanlar belə. Bunun üçün qızların təhsilinə daha ciddi yanaşmalı, erkən evliliyə mane olmalıq. Çalışmalıyıq ki, qadınlarımız öz hüquqlarını boşanarkən yox, ailə qurana qədər bilsinlər. Qadınlarımızı var gücü ilə cəhalət adlı quyunun dibinə çəkənlərə “DUR” deməliyik. Tutaq ki, hər zamankı kimi “qadınları boş verdik”, əmin olun, o cəhalət quyusunun dibində dünyaya gələcək oğulların da gələcəyi ölkəmizə xoş gün vəd etmir…

 

 

+2

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles