Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Türkiyeli deputat: "Azerbaycan FETÖ ile mübarizede qetiyyetli addımlar atıb" – MÜSAHİBƏ

Türkiyəli deputat: "Azərbaycan FETÖ ilə mübarizədə qətiyyətli addımlar atıb" - MÜSAHİBƏ

22/09/2016

17:08

22.09.2016 / 16:06 xeber –

 

Türkiyə Böyük Millət Məclisinin üzvü Səid Yücenin APA-ya müsahibəsi

 

– Azərbaycana səfərinizin məqsədi nədir?

 

– Bir neçə ay əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla səfərə gəlmişdik. O vaxt Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov və digər vəzifəli şəxslərlə tanış oldum. Bu dəfə səfər etməkdə məqsədim ötən səfərdə tanış olduğum insanlarla təkrar görüşmək istəyidir. Bakıda dostlarım, qardaşlarım var, onlara da baş çəkdik, görüşdük. Dünyada baş verən hadisələr göstərir ki, bu bölgədə vacib siyasi və iqtisadi dəyişikliklər olur. Təbii ki, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə ən yüksək səviyyədə münasibətlər mövcuddur. İki ölkənin ruhən, qəlbən bir yerdə olmağından narahat olan  qüvvələr çoxdur. Çox şükür, Türkiyədə son vaxtlar baş verən hadisələri törədənlər məqsədlərinə çatmadılar. Azərbaycan və Türkiyənin sözün bütün mənalarında yan-yana olması lazımdır, qardaşlıq, dostluq münasibətlərini hər zaman qorumalıyıq. Belə olarsa, bütün düşmənlərimizə qarşı uğurla mübarizə apara bilərik. Əslində səfərə gəlməkdə məqsədim həm də bu fikirlərimi Azərbaycandakı qardaşlarımla bölüşmək istəyidir. FETÖ-nün əsl üzünü  köhnə qəzetçi, indiki millət vəkili olaraq hər zaman göstərmişəm. Keçmişdə insanlar bu mövzuya o qədər də maraq göstərmirdilər, amma bu təşkilatın əsl üzünü dekabr-iyul aylarında görəndən sonra bizim dediklərimiz daha qiymətli oldu. İnsanlar gördü ki, din və təhsil adı altında gizlənən insanlar bunu pərdə və kamuflyaj kimi istifadə edib. İslamiyyət həqiqətən sülh, barış, qardaşlıq dindir. Bu gün “Əl-Qaidə”, İŞİD kimi zərərli təşkilatlar “Qurani-Kərim”i oxuyur, İslam dəyərlərini bilir, amma buna rəğmən cinayət törədirlər. Bu, İslamın yox, onu məqsədinə alət edən cinayət şəbəkənin günahıdır. FETÖ məsələsində də eynən belədir. Dində birləşdirən qüvvə var, ondan istifadə edib insanları öz məqsədlərinə alət etdilər. Ailələr övladlarının yaxşı təhsil alıb gələcək qurması üçün fədakarlıq edirlər. Bunun üçün də təşkilat öz gizli məqsədini həyata keçirmək üçün məktəblər açdı, pərdə arxasında başqa şeylər etdilər. Hansı ölkədə məktəb açdılarsa, o ölkənin polis, hərb, iqtisadiyyat və ağlınıza gələn bütün sahələrinə sızdılar.

 

– Çünki təhsil vasitəsi ilə bütün sahələrə nüfuz etmək daha rahat olur…

 

– Əlbəttə, bunun ən rahat yolu təhsil sistemindən keçir. Yanlış bir məqam var: Türkiyə ictimaiyyəti bunları “nurçu” zənn edirdi. Güman edirəm, Azərbaycan cəmiyyəti də onları bu cür qəbul edirdi.

 

– Maraqlı məqama toxundunuz. FETÖ-çü, “nurçu” və “Hizmet hərəkatı” anlayışlarının fərqindən danışmağınızı istərdik. “Fətullahçılar” “nurçular”dırmı?

 

– “Fətullahçılar” əsla “nurçu” deyillər. Bədiüzzaman Səid Nursi həzrətləri 6 min səhifə “Quran” təfsiri yazıb. Bu əsərləri incələsək, görərik ki, bunlar bir-birindən tamam fərqli şeylərdir. Səid Nursi 1877-1960-cı illərdə yaşayıb. O, təkcə din alimi yox, həm də vətən qəhrəmanı olub. Məsələn, Bitlis, Van və Muş vilayətlərinin ermənilərdən azad olunmağında iştirak edib, 1916-cı ildə ruslara əsir düşüb və iki il yarım həbsdə yatıb. Kommunist inqilabı olandan sonra Bolqarıstandan keçib İstanbula gəlib. İstanbula gələndən sonra hərbiyə naziri Ənvər paşa Səid Nursiyə qəhrəmanlıq medalı verib. Həmin medal İstanbul muzeyində saxlanılır. 1920-ci ildə İngilislər İstanbulu işğal edəndə Səid Nursi ingilislərə qarşı hərəkat başladıb, milli mücadiləyə ciddi dəstək verib. Mustafa Kamal Atatürk və dostları Səid Nursini gizli, şifrəli teleqraflarla Ankaraya dəvət ediblər. 1922-ci ildə o, məclisdə çıxış edib, alqışlarla qarşılanıb. Said Nursi eyni zamanda İslam coğrafiyasının problemini 1907-ci ildə Sultan Əbdülhəmidə söyləyib. Onun 110 il əvvəl dedikləri bu gün də aktualdır. Səid Nursi deyirdi ki, bizim üç düşmənimiz var: cəhalət, kasıblıq, münaqişə. İllər keçib, təəssüf ki, hələ də müsəlmanlar bu üç “xəstəlik”dən əziyyət çəkir. Həqiqətən islam barış dinidir, məzhəblərarası münaqişələr bizə yalnız ziyan gətirir. Mən Türkiyə Böyük Millət Məclisində həm İnsan Haqları Komitəsinin, həm də Ailə Birliyinin Qorunması və Boşanmaların Qarşısının Alınması Komitələrinin üzvüyəm. Bu gün polis, məhkəmə, ordu, qanun var, amma buna rəğmən cinayətlərin sayı yenə azalmır. Bunları necə azalda bilərik? Səid Nursi deyir: həqiqi mənada Allaha və axirətə inanıb kainatın yarıdıcısına hesab verməli olduğumuzu bilməliyik. Bu, qəlblərə yol taparsa, onda polisə, məhkəməyə ehtiyac olmayacaq. Yəni insan vicdanı ilə cinayətdən uzaq dayanacaq. Səid Nursi və “nurçular” bunu deyir. Bu insanlar sadəcə, Allah rizası üçün çalışır, dünyəvi-siyasi məqsəd güdmürlər. Heç vaxt deməzlər ki, mən bu kürsüyə oturum, vali, məktəb müdiri bizdən olsun. Təbii ki, yaxşı təhsil görən adam vali də ola bilər, jurnalist də, həkim də. Bu, tamam ayrı məsələdir. Amma bunun təşkilati şəkildə olmasının “nurçuluğ”a yaxından-uzaqdan bağlılığı yoxdur. Səid Nursinin həyatındakı ən vacib məqam budur ki, o vəfat edəndə çox az pulu, bir cüt ayaqqabısı, bir neçə geyimi, çaydanı qalıb. Yəni onun dünya malı adına heç bir şeyi olmayıb. Öz qardaşından belə bir hədiyyə alardısa, onun qarşılığını verərmiş. FETÖ-çülər isə davamlı olaraq ümmət adı altında ondan-bundan pul toplayıblar. Yenə təkrar edirəm, “nurçuluğ”un FETÖ-çülərlə qətiyyən bağlılığı yoxdur. Başqa bir tərəfdən, “nurçuluq”da şəffaflıq olub, FETÖ-çülərdə isə gizlilik, kod adları var. Bu PKK-da da var. Məsələn, adamın adı Əhməd, kod adı Kamildir.

 

– Bəs bu yanlış anlaşma nəyə görə oldu? “Nurçular”la FETÖ-çülər nəyə görə eyniləşdirildi?

 

– FETÖ 1960-cı illərin sonunda yaranmağa başlayanda Türkiyədə “nurçular”ı, İslamiyyəti, “Quran”ı da istismar edirdilər. “Nurçular” Türkiyədəki keçmiş siyasi iqtidarları sadəcə, dəstəkləyiblər. Onların gözəl fəaliyyətlərini təqdir ediblər. Yanlış bir şey olubsa da, sadəcə, etiraz ediblər. Ayağa qalxmağa ehtiyac olmayıb. 1971-ci ildə İzmir Məhkəməsi 16 nəfərin işinə baxıb. Onların içində Fətullah Gülən də olub. On beş nəfər “nurçu” olduğunu söyləyib, bircə Fətullah Gülən deyib ki, mənim “nurçular”la əlaqəm yoxdur. Siz Azərbaycanda da onların “biz nurçuyuq” dediyini eşitməyibsiniz. Çox şükür, onların “nurçu” olmadığı fərq edildi. Sevinirəm ki, bu Azərbaycanda da fərq edilib.

 

– FETÖ-çülər insanları hansı yollarla təsir altına alıblar?

 

– Onların heç vaxt kasıb insanlarla işləri olmayıb. Mövqe sahibləri, pullu insanlar və zəkalı uşaqlarla maraqlanıblar. Əgər sən Allah rizası üçün iş görürsənsə, ilk növbədə imkansız insanları nəzərə almalısan. Onlar evliliyi belə strateji məqsəd üçün istifadə ediblər. Gənc, savadlı, yaraşıqlı uşaqları Avropada oxutdurub sonra onları imkanlı, vəzifəli ailələrin qızları ilə evləndiriblər. Belə olanda həmin ailələri daxildən təsir altına alırlar. FETÖ-çülər İngiltərədə ateistlərin toplantısına gediblər. Orda Allahdan, peyğəmbərlərdən yox, tamam başqa məsələlərdən bəhs ediblər. Yaxud Belçikada kilsədə toplantı keçiriblər. Yəhudilər, xristianlar öz dini ayinini, mərasimini edirmiş. Müsəlmanlara da deyirlər ki, siz azan oxuyun. Xristianlardan, yəhudilərdən ayıb olmasın deyə, azanda “Məhəmmədən Rəsulallah”ı deməyiblər. Türkiyədə videosu yayıldı, böyük müzakirələr, mübahisələr yaratdı. Cavab verdilər ki, onu unutmuşuq. Yüz illərdir azan oxunur, kimsə “Məhəmmədən Rəsulallah”ı unutmur, siz unutdunuz? Deməli, öz məqsədləri üçün qarşılarında olan adamları guya incitmək istəməyiblər.

 

– Türkiyə cəmiyyəti və dövləti FETÖ-çülərin əsl mahiyyətini niyə bu qədər gec anladı? Türkiyə kəşfiyyat xidmətinə görə ən yaxşı ölkələrdən biridir…

 

– Mənim bir qohumum var, onların ən vacib şəxslərindən biri olub. Sonra başa düşdü, uzaqlaşdı. Daha doğrusu, o, xidmət etdiyi təşkilatın səhv yolda olduğunu görüb mübarizə aparırdı, uzaqlaşdırdılar. Həmin adam vaxtilə Azərbaycana, Afrika ölkələrinə çanta dolu pulla gəlib məktəb açan insandır. Mən ondan soruşdum ki, sizinkilər hər tərəfə necə yol tapıblar? Cavab verdi ki, biz getdiyimiz ölkənin Amerika səfirliyində görüş keçirib deyirik, sizin dostlarınız bizim dostlarımız, sizin düşmənləriniz bizim düşmənlərimizdir. Dünyada bu qədər böyük təsiri olan Amerika onlara dəstək olmasaydı, bu iş asan başa gəlməzdi. Amerikan gücləri hər yerdə onlara yol açıb. Başqa bir tərəfdən, onların nümayəndələri Avropa hakim dairələrində təmsil olunmuş şəxslərlə əlaqə qurub, Türkiyəyə dəvət edib, hədiyyələr verərək ələ alıblar. İndi Türkiyənin həm Avropa Şurasında, həm Amerika Konqresində, həm də Qərb mediasındakı sıxıntısının səbəbi budur. Çünki hər zaman Türkiyəni orda pisləyiblər.

 

– Amma onlar vaxtilə Türkiyə hakimiyyətinin referansı ilə o yerlərə gediblər…

 

– Bəli, doğru deyirsiniz. Keçmiş dövlət başçıları Turqut Özal, Süleyman Dəmirəl müxtəlif ölkələrə məktublar yazıblar. Məsələn, Heydər Əliyevə də, Amerikanın o dövrdəki prezidentinə də məktublar göndərilib. Niyə? Bizi də inandırmışdılar, aldatmışdılar. Rəcəb Tayyib Ərdoğan səmimi, açıq şəkildə dedi ki, qüsura baxmayın, biz aldanmışıq, üzr istəyirik. Qeyri-hökumət təşkilatlarının, camaatlıqların hamısı zərərli deyil. Onların vətəni sevənlərinə, ölkəsinə bağlı olanlarına dəstək göstərmək lazımdır. Çünki din bir ehtiyacdır, sosial bağdır. Onu insan alət etmirsə, köməklik göstərmək vacibdir. Camaatlıqlar açıq, şəffaf olmalıdır, gizli fəaliyyət göstərməməlidir.

 

– İndi Türkiyə cəmiyyətində ən çox müzakirə olunan və narahatlıq doğuran günahsız insanların da işdən azad olunması, bəzən həbsə atılması, məsələnin kampaniya halını almasıdır….

 

– Doğrudur. Çünki dövlət refleks göstərdi. Çox insan vəzifədən kənarlaşdırıldı. Artıq bizim prezidentimiz və baş nazirimiz buna münasibət bildiriblər. Prezident bildirdi ki,  dövlət ədalətli olmalıdır. Ona görə də bununla bağlı məsələlərə təkrar baxılır, yanlışlıqlar düzəldilir. Məhkəmələr o insanların işinə baxır. Məsələn, sadəcə, hesaba pul köçürən, uşağı həmin təşkilatın məktəbində oxuyanları cəzalandırmırlar. 2014-cü ilin yanvarından sonra insanlara tövsiyə olunur ki, uşaqlarınızı onların məktəblərindən çıxarın, pulunuzu onların banklarından geri alın. Xeyli insan bu tövsiyələrə inanıb geri addım atdılar. Amma təəssüf ki, ayılmayan insanlar da oldu. Hər halda son iki həftədə bu proseslə bağlı xeyli aydınlamalar oldu.

 

– Sizcə Amerika Fətullah Güləni Türkiyəyə təslim edəcəkmi?

 

– Ehtimal etmirəm. Çünki hər ölkədə onların ciddi işlərinə yarayırlar. Amerika kimi dövlətlər gücə baxırlar. 15 iyuldan sonra Türkiyədə Rəcəb Tayyib Ərdoğana dəstək daha da artdı. Atatürkçülər, solçular, MHP-çilər Ərdoğana dəstək verdilər. Uzun müddət bu bölgədə Türkiyə ilə yan-yana olması Amerikanın xeyrinədirsə, o zaman Fətullah Güləni verər. Verməsə belə, başqa şəkildə, başqa ölkəyə yox edə bilər. İndiyə qədər ondan istifadə ediblər, işlərinə yarayıb. İndən sonra işlərinə yarayacağına inanmıram.

 

– İnsan Haqları Komitəsinin üzvüsünüz. Türkiyə son hadisələrdəki həbslərdən sonra beynəlxalq təşkilatların ittihamlara məruz qalıb. Bu haqda nə deyə bilərsiniz?

 

– Amerikanın və Qərbin tarixinə baxsaq, görərik ki, böyük müharibələr və qətliamlar olub. Fransa Afrikada cəza evi tikib, İngiltərə bütün dünyada sümürgənlik edib. Bu gün Türkiyə üç milyona yaxın suriyalıya qapılarını, bağrını açıb, şərt qoymadan hər cür fədakarlıq edir. Amma Avropa divarlar hörməyə başlayıb. İnsanlıq bu deyil. Bizi günahlandıranların nə dediyinə yox, nə etdiyinə baxmaq lazımdır. Əgər FETÖ-çülərlə bağlı bu ittihamlar səslənirsə, mən millət vəkili olaraq, o gecəni yaşamış adamam. Türkiyə tarixində çevrilişlər olub, amma heç vaxt havadan mülki şəxslərin, silahsız insanların başına bomba töküb, Böyük Millət Məclisini bombalamayıblar. Bunları edənə qarşı hansı şəkildə davranmaq lazımdır? Bu gün Amerikanın başına bu hadisələr gəlsə, nə edər? Amerika terrorist dediyi adamları havadan götürüb Quantanamoya (Amerikanın Kubada yerləşən həbs düşərgəsi – red) aparır. Türkiyə ölkəsini, millətini qorumaq üçün lazım olan bütün tədbirləri gördü və buna davam edəcək.

 

– Azərbaycanda FETÖ təhlükəsi varmı?

 

– Ciddi mənada problem yaradacaqlarını ehtimal etməsəm də, belə bir təhlükənin olduğunu deyə bilərəm. Çünki Türkiyədən sonra ən çox təşkilatlandıqları ölkə Azərbaycandır. Azərbaycan kəşfiyyatının onların sızdığı qurumlara, yerlərə diqqət ayırmasında fayda var. Sadəcə, tədbirlərdə iştirak, uşağını onların məktəbində oxutmaq bir şey deyil. Lakin belə insanlar vəzifədədirlərsə, onların azad edilməsində fayda var. Çünki onların ən böyük özəllikləri özlərini gizlətmələridir. Düzdür, Türkiyədə ayaqları kəsilibsə, burda bir şey edə bilməzlər. Eyni zamanda mən Azərbaycan rəsmiləri ilə, xüsusilə prezidentin köməkçisi Əli Həsənovla görüşdə onlara qarşı lazımlı mübarizə aparması ilə bağlı məlumat aldım. Azərbaycan bu istiqamətdə çox qətiyyətli addımlar atıb və davam edir. Hər halda, diqqətli, tədbirli olmaq lazımdır.

 

– Türkiyə Azərbaycana bununla bağlı bir siyahı təqdim edibmi? Bu istiqamətdə məlumatları Azərbaycanla bölüşübmü?

 

– Bunu dəqiq deyə bilmərəm. Ümumən bilirəm ki, bizim Xarici İşlər Nazirliyisəfirliklər vasitəsi ilə bütün ölkələrin əlaqədar qurumlarına bilgi verilib. Bunlara diqqət edilməsi lazımdır. Mən Azərbaycan rəsmiləri ilə görüşlərdə gördüm ki, lazım olan tədbirləri görüblər. Bu sevindirici bir şeydir. Azərbaycan və Türkiyə nə olur-olsun, dostluq və qardaşlığını qorumalıdır. Allahın izni ilə 2017-2018-ci illərin Türkiyə və Azərbaycan üçün gözəl illər olacağını, bahar çiçəkləri açacağını ümid edirəm. 

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website