22.09.2016 / 18:21 xeber –
İyunun 21-i Bakı vaxtı ilə 02:34-dən Azərbaycana qədəm qoymuş yay fəsli sentyabrın 22-də saat 18:21-dən etibarən payız fəsli ilə əvəzlənib. Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, bu gün gecə və gündüz bərabərliyi baş verəcək. Sentyabrın 23-dən başlayaraq gecələr uzanacaq, gündüzlər isə qısalacaq.
Gecələrin uzanması dekabrın 21-dək davam edəcək və həmin gün ən uzun gecə olacaq.
Qeyd edək ki, bu il qışın Azərbaycana gəlişi dekabrın 21-i saat 14:44-də baş verəcək.
mənbə :
lent.az
Şərh yaz.