30.09.2016 / 18:37 xeber –
Abşeron rayonunda şagird məktəbdə intihara cəhd edib.
APA-nın məlumatına görə, hadisə Xırdalan şəhərindəki 2 saylı orta məktəbdə qeydə alınıb.
Burada təhsil alan şagirdlərdən birinin binanın ikinci mərtəbəsindən özünü atdığı bildirilib.
Abşeron rayon Polis İdarəsindən APA-ya bildiriblər ki, onlara məktəbin ikinci mərtəbəsindən şagirdlərdən birinin yıxılması barədə məlumat daxil olub. Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.
mənbə :
lent.az
Şərh yaz.