Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Arvadının sevgilisini öldüren şexs: "Onu qucaqlamışdı"

Arvadının sevgilisini öldürən şəxs: "Onu qucaqlamışdı"

02/10/2016

13:24

02.10.2016 / 12:20 xeber –

“Həmin kişi əlini arvadımın boynuna keçirib onu qucaqlamışdı”

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə ittiham olunan Lerik rayon sakini, 1977-ci il təvəllüdlü İsgəndər Bəbirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Mirzə Xankişiyev sədrlik edib.

 

İttihama görə, İsgəndər Bəbirov arvadı İstəgül Mərdiyevanı həmyerlisi Malik Muradovla Qala qəsəbəsi, “Hacı Mövlan” bağlar massivində yerləşən bağ evində birlikdə olduqlarını gördüyü üçün onlardan şübhələnib. Həm arvadını, həm də əvvəllər polis əməkdaşı işləmiş Malik Muradovu öldürmək qərarına gəlib. Bu məqsədlə əvvəlcədən hazırlıq da görüb. Belə ki, qoşalülə ov tüfəngi əldə edən İ.Bəbirov ötən ilin noyabr ayının 20-də arvadına məxsus bağ evinə gəlib. Arvadı ilə Malikin birlikdə oraya gələcəklərini güman edərək onları gözləyib. Elə bu vaxt M.Muradov mənzildə təmir işlərinin aparılması üçün dörd fəhlə ilə birlikdə bağa gəlib. Bunu görən İ.Bəbirov silahı ona sarı tuşlayaraq iki dəfə atəş açıb. Hadisə yerində olan fəhlələrdən biri – 1990-cı il təvəllüdlü Nicat Şəbiyev onun əlindəki silahı alaraq zərərsizləşdirib. İ.Bəbirov bu dəfə 26 yaşlı gəncə bıçaqla zərbələr endirib.

 

 

 

“Pəncərədən baxanda yanında yad kişi gördüm”

 

Təqsirləndirilən şəxs qismində dindirilən İ.Bəbirov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini, əməlindən peşman olmadığını göstərib. İfadəsinə görə, təxminən 4 il əvvəl “Hacı Mövlan” bağ massivində həyat yoldaşı İstəgülün adına iki sot torpaq alıblar. Torpağın pulunu İstəgül verdiyinə görə etibarnamə də onun adına alınıb. Ötən ilin mart ayından həmin torpaq sahəsində ev tikməyə başlayıblar, usta işlərinin çoxunu özü görüb. Hadisədən bir neçə gün öncə günorta saatlarında tikinti aparılan yerə gələn İ.Bəbirov küçədə “Chevrolet” markalı maşının dayandığını görüb: “Çöldən həyətə baxanda İstəgülün yanında bir nəfərin dayandığının şahidi oldum. Bir müddət onları müşahidə etdim. Həmin kişi əlini İstəgülün boynuna keçirib onu qucaqlamışdı, söhbət edirdilər. Telefonu çıxarıb maşını çəkdim. Onlar həyətə çıxıb stəkanları yudular, yenidən mətbəxə keçib çay içdilər. Əvvəlcə çıxıb getmək istədim. Sonra fikrimi dəyişdim, yerdən ağac budağı götürüb pəncərəyə sarı atdım. Budaq pəncərəyə dəyən kimi İstəgül və yanındakı kişi mənə baxdı”.

 

 

 

“Zəng vurub ailəmi dağıtmaması üçün yalvardım”

 

Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, həmin kişi evdən çıxaraq onun üstünə sarı gəlib, nalayiq söyüşlərlə söyərək təhqir edib. İ.Bəbirov ona cavabında “artıq çəkdiyimi çəkmişəm” deməklə kifayətlənib, həyətdən qaçaraq uzaqlaşıb. Həmin şəxsin adının Malik olduğunu, rayonda baldızıgillə qonşuluqda yaşadıqlarını öyrənib. Arvadının onunla sevgili olmasını, amma sonralar Malikin başqa qadınla ailə qurmasını eşidib: “Bu barədə mənə Lerikdə yaşayan baldızımın oğlu demişdi. Arvadıma zəng vurub hansı yolun yolçusu olduğunu söylədim. O isə cavabında “yaxşı eləyirəm” deyərək məni təhqir etdi. Bağ evindəki qonşudan Malikin nömrəsini alıb ona zəng vurdum. Ona “mən İstəgülün həyat yoldaşıyam, övladlarımız var, arvadımla görüşmə, ailəmizi dağıtma” deyib yalvarmağa başladım. Cavabında nalayiq söyüşlər eşitdim. Mənə “kişisənsə, gəl görüşək” dedi. Ona bir gün görüşəcəyimizi bildirdim. Onları bir yerdə görəndən sonra daha evə getmirdim, qalmağa yerim olmadığından küçələrdə yatırdım”.

 

 

 

“Dedim, buraxın məni, arvadımı da öldürüb sonra intihar edəcəyəm”

 

İ.Bəbirov hadisədən bir neçə gün əvvəl yenə də arvadına zəng vurub “namusumuzu ləkələmə, qızlarımız yazıqdı” deyib. Qadınsa yenə də onu söyərək telefonu qapadıb. Əsəbləri gərilən ər həm Maliki, həm də arvadını öldürməyi qərara alıb. Silah tapmaq məqsədilə Masallı rayonuna gedib, 380 manata ov tüfəngi alaraq geri dönüb. Gecəni bağ evində qalan İsgəndər arvadı ilə Malikin gəlişini gözləyib. Onları öldürmək üçün silahı axşamdan dolduraraq hazır vəziyyətdə qoyub. Səhər saatlarında Malik dörd fəhlə ilə birgə bağ evinə gəlib. Malikin gəldiyini görüncə İsgəndər silahı hazır vəziyyətdə tutaraq qapı arxasında dayanıb. Fəhlələr onu bu vəziyyətdə aşkarlayanda donub qalıblar. Əli ilə onlara sakit durmağı işarə edib. Fəhlələr qorxudan hərəsi bir tərəfə dağılışıb. İsgəndər silahı Malikə tuşlayaraq yaxın məsafədən ona atəş açıb: “Yaxınlaşdım görüm güllə Malikə dəyib, ya yox. Qəflətən əlim tətiyə ilişdi, güllə üz nahiyəsinə dəydi. Fəhlələr onlara da atəş açacağımı düşünüb üstümə hücum çəkdilər. Silahı kənara atdım, gödəkçəmin cibindən bıçaq çıxarıb özümü vurmaq istədim. Bıçaq fəhlələrdən birinin ayağına dəydi. Onlar məni tutub saxlamışdılar, buraxmırdılar. Deyirdim ki, məni buraxın, gedim arvadımı da öldürüm, sonra intihar edəcəyəm. Fəhlələrdən hansısa 102 xidmətinə zəng vurdu. Malikgili xəstəxanaya apardılar. Hadisə yerinə gələn polis əməkdaşları da məni polis idarəsinə apardılar. Maliki qorxutmaq yox, öldürmək məqsədilə vurmuşam. Tutulacağımı bilirdim, səhhətimdə problemlər olduğuna görə, övladlarım mənə qarşı çıxdıqlarından özümü öldürmək istəyirdim. Əməlimdən peşman deyiləm. İstəgülü öldürə bilmədiyimə görə peşmanam”.

 

 

 

“Ailədə heç vaxt problemimiz olmayıb”

 

Zərərçəkmiş şəxsin hüquqi varisi Aidə Muradova ifadəsində mərhum Malik Muradovla münasibətlərinin yaxşı olduğunu, 18 illik evlilik həyatında heç bir inciklikləri olmadığını göstərib: “Bu illər ərzində bircə dəfə də olsun Maliklə münaqişəmiz olmayıb. Malik iş yerində və ya kənarda hər hansı problemi olanda mənimlə bölüşərdi. 2015-ci ildə Malik qohumu İstəgül adlı qadınla evə gəldi, bizi tanış etdi. Malikin qohumlarını çoxunu tanımıram, onlarla yaxın əlaqəm yoxdur. Bir yerdə oturub yemək yedik. İstəgül bizim evin yaxınlığında tikdirdiyi bağ evində təmir işləri getdiyini, fəhlələr işlədiyini deyirdi. Fəhlələri də çox vaxt Malik aparıb-gətirirdi. Hadisə baş verən gün Malikin iş yerindən zəng vurub əməliyyat olunduğunu dedilər. Ora gedəndə öyrəndim ki, İstəgülün əri Maliki tüfənglə vurub. Məni meyitxanaya buraxmadılar. Evə gəlib uşaqlara atalarının öldüyünü dedim. Malikin hansı şəraitdə öldürüldüyünü demədim. Uşaqlar sosial şəbəklərdən Malikin öldürüldüyünü öyrəndilər. İstəgülü Malikin qohumu kimi tanımışam. Onların arasında hansısa münasibət olması barədə məlumatım olmayıb. İstəgül bizdə olanda həyat yoldaşından şikayət edirdi, ondan ayrı yaşadığını deyirdi”.

 

 

“Ailənin yükü mənim üstümdə idi, evlərdə təmizlik işləri görür, balalarımı saxlayırdım”

 

Zərərçəkmiş qismində dindirilən İstəgül Mərdiyeva ifadəsində ərinin ona xəyanət etdiyini, ailəsinə baxmadığını, evə pul gətirmədiyini, bu səbəbdən də 2016-cı ilin mart ayında İsgəndərlə rəsmi qaydada ayrıldığını göstərib: “Bütün yük mənim üstümdə idi. Evlərdə təmizlik işləri görüb pul qazanırdım. 2010-cu ildə İsgəndər başqa qadınla qeyri-rəsmi evlənmişdi. Ondan bir oğlu dünyaya gəlmişdi. Həmin qadına görə evimizdə tez-tez mübahisələr düşürdü. Ona görə nikahın pozulması ilə bağlı məhkəməyə müraciət etmişdim. Məhkəməyə gedib-gələn vaxtlarda təsadüfən uzaq qohumum Maliklə rastlaşdım. Cavanlıqda Malik məni sevmişdi. Amma həmin vaxtdan sonra onu görməmişdim. Məhkəmədə rastlaşanda hal-əhval tutduq, yaxında qızına toy edəcəyini dedi. Qızımla birgə Malikgilə getdim, cehiz işlərinə köməklik edəcəyimi bildirdim. Onun evində işləyən fəhlələrlə belə danışmışdıq ki, bizim Qaladakı bağ evimizdə də təmir işləri görsünlər. Malik yol uzaq olduğuna görə fəhlələri özü aparıb-gətirir, tikintiyə nəzarət edirdi. Həmin vaxtlarda İsgəndər evdə qalmırdı. İsgəndər eşidəndə ki, bağ evində təmir işləri gedir, qıcıqlanırdı, evə gəlmək istəyirdi, mən razı olmurdum. Deyirdi ki, məni qəbul etməsən, səni yaşamağa qoymayacağam”.

 

 

 

“İsgəndər yalan danışır, mənim Maliklə heç bir münasibətim olmayıb”

 

Zərərçəkmiş Maliklə heç bir yaxın əlaqəsi olmadığını, onun yalnız bağ evindəki təmir etməkdə köməklik göstərdiyini deyib: “İsgəndərin bağ evində Maliklə bizi görməsi barədə dedikləri həqiqətə uyğun deyil. Mən 30 il Maliki görməmişəm, onun haqqında heç nə eşitməmişəm. İsgəndər məndən Malik barədə heç nə soruşmayıb. Əgər belə olsaydı, mən bağ evindəki təmir işlərini dayandırardım ki, belə bir hadisə baş verməsin”.

 

Məhkəmənin hökmü ilə İsgəndər Bəbirov 19 il müddətinə azadlqıdan məhrum edilib.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website