Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Geceyarısı qaçış, esir mezar, minaya doğru ölümcül addım… – ƏSİR DÜŞƏRGƏSİ – V HİSSƏ

Gecəyarısı qaçış, əsir məzar, minaya doğru ölümcül addım... - ƏSİR DÜŞƏRGƏSİ - V HİSSƏ

07/10/2016

15:12

07.10.2016 / 14:12 xeber –

 

Vüsalə Məmmədova 23 il əvvəlki dəhşətləri Lent.az-a yazır…

 

Məndən “səadətə toxunmaq, onu sığallamaq, oxşamaq necə olur?” deyə soruşsalar, “bu – bir körpənin toppuş əllərini ovcunun içində tutmaqdır”, – deyə cavab verərəm. O beşguşəli, yumşaq əllər mənim üçün o qədər sehrlidir ki, bərk tutmağa ürək eləmirəm. Körpələrin də həmişə yanaqlarından yox, biləklərindən öpərəm. Yəqin elə buna görədir ki, 30 ay ərzində dinlədiyim və yazdığım (dinlədiyim bütün hekayələri yazmamışam) talelər arasında məni ən çox sarsıdan hekayət bu oldu…

 

Lent.az-ın “Əsir düşərgəsi” layihəsinin bu hekayətini yer üzündəki bütün məkrli müharibələrin məsum qurbanları – körpələrin xatirəsinə ithaf edirəm…

 

I hissə, II hissə, III hissə, IV hissə

 

V hissə

 

– Gəl qaçaq, bizi arxadan güllələsinlər…

 

Xəqani bir-birinin arxasınca uyğun sözləri tapmaqda çətinlik çəkirdi. Artıq çox gec idi, söz ağızdan çıxmışdı. İndi onun həyatı naməlum girovun dodaqları arasında idi. Ya birlikdə yola çıxıb, xilas olacaq, ya da ələ keçib yadına belə salmağa ürpəndiyi dəhşətlərə məruz qalacaqdı… Amma yenə də əmin deyildi, davam etdi:

 

– Şuşa türməsinə qayıtmaqdansa…

 

– Ölmək yaxşıdır! – Marks sevincək ona tərəf çevriləndə Xəqani qeyri-ixtiyarı “Ssss!” elədi. Marks susub, yenidən üzü divara çevrildi:

 

– Xəqani, düz 71 gündür səndən bu sözü gözləyirdim…

 

– Onda gedirik?

 

– Gedirik!

 

Xəqani Marksdan ayrılıb, kamera qonşusu Valehin yanına gəldi. Valeh Bakı ermənisi idi. Xəqani ilə yaşıd olardı. Xankəndində hərbi prokurorluqda işləmiş, son bir ayı isə həbs edilmişdi. Xəqani tez-tez ona baş çəkir, Valehin siqaretinə qonaq olur, söhbət edirdilər. Valeh ona Azərbaycanla bağlı xatirələrini danışır, Bakını küçə-küçə xatırlayır, hər dəfəsində də nələrisə soruşurdu. Məsələn, filan küçədəki iydə ağacı yenə yaz gələndə çiçəkləyirmi, filan köşkdə yenə qəzetləri filankəs satırmı, yaxşıdırmı, uşaqları oxuyub qurtardılarmı…

 

Xəqani hər dəfəsində çiyinlərini çəkirdi:

 

– Ay Valeh, mən haradan bilim? Ağdamı soruş, ev-ev danışım…

 

Valeh də köks ötürüb, zarafat edirdi:

 

– Eh, sən niyə mənim kimi bakılı deyilsən ey? Həsrətin çəkdiyim hər yerdən danışardın…

 

Sonra Xəqaninin tərs-tərs baxışlarından söhbəti dəyişər, zarafata keçərdi:

 

– Əşşi, nə fərqi var ey kim şəhərlidi, kim rayonlu. İkimiz də eyni türmədə yatırıq!

 

Xəqani də zarafatından qalmırdı:

 

– Vallah burada yatan sənsən. Mən əsirəm, bütün günü işləyirəm, döyülürəm…

 

– Ta yaxşı, yaxşı! Guya mən çox ağ gündəyəm? Yadında saxla ki, ürəyində Bakı istəyi, Azərbaycan sevgisi olan hər bir erməni burada əsir həyatı yaşayır!

 

İndi Xəqani heç özü də bilmədi Valehin yanına niyə gəlib. Bunu öz-özündən soruşanda, dərinə getmədən, içində tez cavab tapdı: “Valehdən bir siqaret götürərəm”. Dəmir barmaqlıqların qarşısında dayanıb, astadan çağırdı:

 

– Valeh, bir siqaret ver!

 

– Ə, Xəqani, sən nə gündəsən? Bunların əli qurusun, yenə səni nə günə qoyublar.

 

– Hə… Nə bilim… Bu dəfə möhkəm döydülər…

 

– Əclafdırlar də! Görmürsən məni heç nəyin üstündə tutub basıblar içəri? – deyərək, barmaqlıqların arasından Xəqaniyə bir siqaret uzatdı. Xəqani siqareti almaq istəyəndə Valeh diqqətlə onu süzüb, siqareti geri çəkdi:

 

– Qaçacaqsan?

 

– Dəhşətsən e! Qaçmaq nədir? Görmürsən ayaqüstdə zorla dayanmışam?!

 

– Mən “yuristliyi” oxumuşam, özü də Bakıda! Sən bu gün çıxıb gedəcəksən! Elə bu siqareti çəkən kimi qaçacaqsan. Gözlərindən görürəm!

 

– İşə düşdük də…

 

– Ssss! Sakit! Xəqani, onsuz da orada getməyə yerin, evin-eşiyin yoxdur. Nə Ağdam var, nə də sənin kəndin. Ona görə də Bakıya gedərsən. Xahiş edirəm, yarımca saat mənim əvəzimə Xəzərin sahilində dayanıb, qağayılara yem atarsan…

 

– Valeh, sən döyülmürsən deyə kefin kökdür, xəyal-zad qura bilirsən! İstədim bir siqaret çəkib, yatam, onda da peşman elədin…

 

– Məni aldada bilməzsən! Bizim ikimizi də torpaq həsrəti birləşdirir. Sənin necə Ağdam üçün burnunun ucu göynəyirsə, mən də Bakıdakı həyatım üçün elə darıxıram. Erməni olduğum üçün mənə güvənməyə bilərsən, amma söz ver, söz ver ki, Bakıda…

 

– Di yaxşı, yaxşı! Söz verirəm! Amma səs salma!

 

– Özünü qoru, Xəqani! Sən çox yaxşı adamsan, yolun açıq olsun. Qaç, canını bu vicdansızların əlindən qurtar. Al, qutunu götür. Yolda lazım olacaq! – filtri kəsilmiş bir qutu LM-i Xəqaniyə uzatdı. – Xəqani, Bakıya mənim sevgimi apar!

 

– Gecən xeyrə qalsın! Səhər görüşərik…

 

Ayrıldılar. Xəqani gözətçiyə baş çəkdi. Qapının qarşısında oturub mürgüləyirdi. Marks isə sözləşdikləri yerdə Xəqanini gözləyirdi. Pilləkənlərin arasındakı pəncərənin kənarından dibçəkləri səliqə ilə yerə düzüb, pəncərəni açdılar. Pəncərədən keçə bilsələr, artıq həyətdə olacaqdılar. Bu, bir qapını keçmək sayılırdı. Xəqani əvvəlcə Marksın keçməsinə nəzarət elədi. Yola birlikdə çıxsalar da, hələ də onu tanımadığı üçün arxada qalmasını istəmirdi.

 

Pəncərədən aşmaq növbəsi Xəqaniyə çıxanda, elə pəncərədəcə üst-başını axtarıb, Marksa pıçıldadı:

 

– Mən geri qayıtmalıyam!

 

– Nə danışırsan?

 

– Burada gözlə, gələcəyəm!

 

– Xəqani, hamısı yatmışkən gəl qaçaq. Hər dəqiqənin bir hökmü var, getmə… Ələ keçsək ikimizi də öld…

 

– Rəhmətliyin oğlu, onsuz da bizi arxadan vurub öldürsünlər deyə qaçmırıq?! Çəkil bir tərəfdə gizlən, gəlirəm indi.

 

Pəncərədən enib, kamerasına qayıtdı. Döşəyin içində gizlətdiyi məktubları və Şövqinin şəklini götürüb, öpdü:

 

– Balamın şəklini itin-qurdun əlinin altında qoya bilmərəm! Ata qurban! Gəlirəm! Gözlə, gəlirəm!

 

Şəkli məktublarla birlikdə cibinə qoyub, yenə ətrafa nəzər yetirərək, ehtiyatla pəncərənin yanına getdi. Hələ də sakitlik idi. Pəncərədən həyətə endi. Marks pəncərənin altında titrəyirdi. Onu görəndə şükür eləməyə başladı:

 

– Nə yaxşı gəldin! Elə qorxdum… Dedim bəlkə…

 

– Sakit! Gəl! Hasardan aşacağıq, əvvəlcə yoxlayaq görək kimsə yoxdur ki…

 

Hasarın qarşısında da kimsə yox idi. Xəqani Marksa işarə elədi:

 

– Çıx!

 

– Yox, birinci sən!

 

Xəqani Marksın döyülməkdən və aclıqdan taqətsiz düşən bədəninə nəzər saldı:

 

– İncimə, məni ilk dəfə bunlara özümüzünkü satıb. Həm də bir tikə çörəyə. Artıq heç kəsə inanmıram! Arxamca qışqırmayacağını haradan bilim?

 

– Axı… Axı hasarın üstündəki məftillərə elektrik buraxırlar…

 

– A kişi, mən bu xarabadan xilas olmaq üçün düz bir ildir yollar axtarıram! Hər künc-bucağını ölçüb-biçmişəm. Hansı pəncərədən keçmək olar, hasarın hansı tərəfindən aşsan hara düşəcəksən. Haradan hara neçə dəqiqəlik yoldur, hamısını hesablamışam! Çıx deyirəmsə, çıx! Şuşaya baxma, burada məftillərə elektrik buraxmayıblar, yoxlamışam. Sadəcə tikanları var, olsun!

 

Marks hasarın üstünə çıxıb, əyildi. Sonra Xəqani qalxdı. Əl-ələ verib, hasardan aşağı atıldılar. Onsuz da döyülməkdən yara olan bədənləri elə ağrıyırdı ki, nə məftillərin tikanını, nə düşərkən əzilməklərini hiss etmədilər. Qalxıb, avtovağzala gedən yola çıxdılar. Qaranlıq küçələrdə diqqət çəkmədən, bacardıqca tez-tez getməyə çalışırdılar. Xəqani Marksa bərk-bərk tapşırırdı:

 

– Çalış yeriyəndə axsama, güclə getdiyin hiss olunmasın. Diqqət çəkməyək…

 

Xeyli getmişdilər ki, uzaqdan həbsxananın həyəcan siqnalı eşidildi. Marks dayandı:

 

– Ayaqlarım getmir, Xəqani. Bu saat gəlib bizi tutacaqlar!

 

– Az danış, buradan Şuşa yoluna dönürük, oradan da özümüzü vururuq Qarqara. Onlar bizi itlərlə axtaracaqlar. Çay isə izi itirir… Gəl, cəld ol…

 

İkisinə də elə bir güc gəlmişdi, elə addımlayırdılar ki, sanki nə ac idilər, nə də yaralı…

 

***

 

Nazik paltarları ilə özlərini Qarqar çayına atanda Xəqani cibindəki məktubları, Şövqinin şəklini və bir qutu “LM”i çıxardıb, əlində saxlamışdı. Bu yolla iki yüz metrə qədər Qarqar çayı ilə irəlilədilər. Artıq axtarışın dayandığını hiss edirdilər, amma Qarqarın ətrafında elə kol-kos var idi ki, çaydan çıxmağa yer tapmırdılar. Nəhayət, çaydan çıxa bildilər. Noyabr gecəsi yaş paltarlarda dişləri bir-birinə dəyə-dəyə dağların ətəyi ilə gedirdilər. Sanki bu gecə ay da onlar üçün doğmuşdu, zülmət gecədə yollarına işıq salırdı…

 

Səhər açılanda Xankəndindən xeyli uzaqlaşmışdılar. Xəqani işıqda getməyi məsləhət bilmədi. Paltarlarını çıxardıb, qurumaq üçün kolların arxasına sərdilər. Özləri isə buradakı arxda uzanıb, üstlərini torpaqladılar. Bircə sifətləri açıqda qalmışdı. Hava qaralana qədər belə uzandılar. Axşam qalxanda bütün bədənləri donmuşdu. Bir siqaret çəkib, quru paltarlarını geyinib, yola düzəldilər…

 

***

 

23 il sonra Xəqani Əliyev Lent.az-ın “Əsir düşərgəsi”nə danışır…

 

– Gəldik çıxdıq Ağdama…

 

– Necə idi Ağdam?

 

– Ağdama yaraşmayan bir vəziyyət idi… Xarabalıq… Yanmış, dağılmış evlər… Bilirsiniz, şəhər elə halda idi ki, oranı ancaq ağdamlı tanıya bilərdi. Hər kəndinə, yoluna, küçəsinə, qarışına bələd olan ağdamlı. Yoxsa viran qalmış bir yer idi… Ev yox, ağac yox… Yandırdıqlarını yandırmışdılar, apardıqlarını aparmışdılar… Torpağa baxanda görürdün ki, ağacı kökündən çıxardıb aparıblar… Bax, şəhər elə tanınmaz halda idi…

 

– Siz tanıya bildiniz?

 

– Dörd divarı qalan tikilinin də hara olduğunu bilirdim. Artıq işğaldan bir ildən çox vaxt keçmişdi. Əksər yerləri dağıdıb, talan eləmişdilər. Amma Ağdam da bir ilə sökülüb qurtaran yer deyildi. Məsələn, bütün dəmir darvazaları çıxardıb aparmışdılar, çənlər yox idi, amma dəmir çardaqlar hələ də qalırdı, sökməmişdilər… Bütün evlər sökülməmişdi. İçini tamam qarət edəndən sonra yandırdıqları da var idi. Acıqla yandırırdılar. Yəni biz tərəfdən baxanda görünsün ki, Ağdama od vurublar… Yandırıb qorxudurdular… Ağdam işğal olunan gün, iyulun 23-də mən Ağdamı gördüm… Girov düşdüyümüz gün. O qədər evə od vurmuşdular ki, şəhərdə istidən nəfəs almaq mümkün deyildi. Şəhər erməni ilə dolu idi… Adam o qədər idi, düşündüm ki, bizimkilər “Qrad” atsalar, heç olmasa 10 min erməni öləcək…

 

– İşğalın ilk günü Ağdamda daha nələr gördünüz?

 

– Ağdamı dağıdırdılar… Evləri qarət edib traktora dolduran, arabaya yığan, qucağında aparan… Çiyinlərində xalça, kürəklərində soyuducu, qucaqlarında televizor, nə deyim, ətəyinə meyvə yığıb aparan gördüm… Ac qurd kimi daraşmışdılar Ağdama… Ağdam zəngin rayon idi. Elə bir şəhəri viran qoymaqları çox ağır gəlirdi. Həmişə təmtəraqlı gördüyün şəhərin indi xaraba qalmış küçələrində səfil günündə ac-susuz dolanmaq… Halbuki cəmi bir il dörd ay əvvəl indi insan ayağı dəyməyən bu şəhər erməni qarşısında dəyanətlə dayanmışdı. Neçə il gecə-gündüz döyüşüb, altı min şəhid vermişdi… İndi isə gözə bir ins-cins dəymirdi… Səmimi deyirəm, əsirlikdə başıma gələnlər bir yana, məni ən çox sındıran Ağdamın elə bədbəxt, miskin görkəmdə olması idi…

 

– Heç yerdə insan gözə dəymirdi?

 

– Dəlixananın yanında keçib, şampan zavoduna çatmamış, konserv zavodunun həyətinə girdik. Orada xeyli adam vardı…

 

– Nə iş görürdülər?

 

– Nə isə daşıyıb yığırdılar…

 

– Sizi gördülər?

 

– Başları qarışıq idi, heç bizə fikir verən də olmadı. Bilirsiniz, xarabalıq idi deyə kimsə olacağını gözləmirdilər. Biz də adam görəndə ehtiyatla davranırdıq, çalışırdıq gözə görünməyək. Konserv zavodundan da keçdik üzü şəhər Qaradağlısına tərəf. Yəni Ağdam qalır solunda, üzü Füzuli istiqamətinə gedirsən. Gəldik çıxdıq Muradbəyli deyilən yol var, şəhər Qaradağlısına keçən yol, ora. Bir gün də orada qaldıq… Buralarda qalmaq o qədər də təhlükəli deyildi, Ağdam tərk edilmiş şəhər idi… Sonra gecə düşdü, gəldik Ağdamın dəmiryoluna… Oradan da… Oradan da Sarıcalı kəndinə…

 

***

 

– Xəqani, nə isə elə bil uzaq getdik e…

 

– Evə gedirəm…

 

– Xəqani, başına dönüm, bir ətrafa bax, burada ev görürsən ki, gedəsən? Gəl çıxaq gedək, buracan allah kömək olub, sağ-salamat gəlmişik, vaxt itirmədən, çıxaq gedək…

 

– Ağdamda bizə heç nə olmaz! Heç kimin ağlına gəlməz bizi kəndimizdə axtarmaq…

 

Onlar kəndə girəndə hələ hava qaralmamışdı. Burada hasarlar, evlər viran olsa da, hələ ağaclar qalırdı. Xəqani Marksı bir həyətə gətirdi:

 

– Atamın əmisi oğlugilin həyətidir. Burada, bu palıd ağacının altında gözlə. Mən öz həyətimizə gedim, gəlirəm…

 

– Guya yad yer olsa üzümə baxmayacaqlar?! Ay Xəqani, bir yerdə gedək…

 

– Burada gözlə!

 

– Getmə! Birdən gələrlər… Axtarıb səni taparlar… Tutarlar…

 

– Yox, mən həyətə getməliyəm… Getməsəm, olmaz!

 

Evlərini söküb, yandırmışdılar. Buralara çoxdan insan ayağı dəymədiyi hiss olunurdu. Baxımsızlıqdan boy atan otları payız saraldıb, pırtlaşıq saçlar kimi bir-birinə dolaşdırmışdı. Elə səliqəsizlik idi ki, torpaq görünmürdü. Xəqaninin isə gözünə nə viran qalmış ata yurdu, nə də düz onun yanındakı yenicə tikib köçdüyü darmadağın olan evi görünmürdü. Düz alça ağacının altına gəldi…

 

Alça ağacı xəzəli ilə Nicatla Oqtay kişinin məzarını gizlətmişdi. Xəqani diz çöküb Nicatın məzarının üstünü səliqəyə salmaq istəyəndə yarpaqların arasından çürüyüb xarab olmuş alçaları gördü. Alça ağacı qurumazdan öncə bütün barını Nicatın üstünə səpmişdi…

 

Xəqani oğluna nə deyəcəyini bilməyib, hönkürürdü. Onun dünyaya gəlişi, bu həyətdə böyüməsi, dilinin açılması, 1-ci sinfə getməsi və atasının qollarında qanı dama-dama son mənzilə köçməsi… Hamısı Xəqaninin gözü önündən keçib gedirdi… Nə qədər qısa və kədərli həyat idi… Bundan sonra Nicat alça ağacının yarpaqlarında, çiçəklərində yaşayacaqdı… O da əgər ağac baxımsızlıqdan qurumasa… Çarəsiz Xəqani indi alça ağacının heç vaxt qurumaması üçün dua edirdi. Axı o, Nicatın ən sevimli ağacı idi… Amma deyəsən bu, gecikmiş dua idi… Artıq burada üç məzar var idi – Oqtay kişinin, Nicatın və alça ağacının…

 

Hava qaralanda Nicatın məzarı üstünə uzanıb, yatdı… Səhər oyanıb, Nicatla vidalaşdı. Torpağı öpüb, sığalladı:

 

– Gözümün nuru balam! Mən bir hissəmi burada səninlə dəfn etmişəm. Əgər qardaşına lazım olmasaydım, elə indicə yanında məzar qazar, özümü diri-diri səninlə dəfn edərdim… Amma getməliyəm, məni bağışla… Sən böyük oğlumsan. Yurdumuzu da sənə əmanət etdik… Artıq doğma həyətində qərib məzar kimi böyüyəcəksən… Yəqin ki, bizim görüşümüz o dünyaya qaldı… Bu gec olacaq, ya tez, bilmirəm… Lakin sənə söz verirəm ki, gedib çıxa bilsəm, Şövqiyə səni də əvəz edəcəyəm!

 

Marksın yanına qayıdanda o hələ də palıd ağacının altında yatmışdı. Çiyninə toxunanda, Marks yuxudan hövlnak ayıldı. Səs salmasın deyə Xəqani tez onun ağzını tutdu. Marks özündən çıxmışdı:

 

– Allah sənə kömək olsun, ta bəsdir də, gəl gedək! Nə görmüsən bu xarabalıqda! Bilirəm ey, doğma torpağındır, ata yurdundur, evindir, həyətindir! Amma axı elə haldadır ki, adamın bağrı şan-şan olur! Gəl çıxaq gedək!

 

Xəqani Marksa cavab vermədən, qalxıb yola düzəldi. Ətrafda kimsə olmadığı üçün yeriyərək gedirdilər. Bir hənirti eşidərlərsə, əyilib sürünmək üçün diqqət kəsilmişdilər. Xeyli getmişdilər ki, Xəqaninin ayağının altında yüngül çıqqıltı eşidildi. İkisi də donub qaldı.

 

– Lənətə gələsən, minadır! – Marks dilləndi.

 

– Ayağımı çəkən kimi partlayacaq…

 

Davamı olacaq…

 

VI hissədə

 

İndi qalırdı səs gələn tərəfin hara, kimin postu olduğunu müəyyən etmək. Ya öz postları idi, xilas olacaqdılar. Ya da yenidən əsir düşəcəkdilər…

mənbə :
lent.az



..DİGƏR XƏBƏRLƏR


Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles