Azadliq.az

Azərbaycan Xəbərləri


Azadliq » Xeberler» Xeber

“Buna görə cavab verəcəklər!” –Cahangir Hacıyevdən ŞOK ittihamlar və HƏDƏLƏR

“Buna görə cavab verəcəklər!” –Cahangir Hacıyevdən ŞOK ittihamlar və HƏDƏLƏR


19:37

“Apardıqları ittihamı London interpolu qəbul etmədi, çünki əsassız idi. Gətirərdiniz də Zamirə Hacıyevanı, niyə gətirə bilmədiniz?

cahan
“Mənə qarşı haqsızlıqların səbəbkarı birbaşa maliyyə naziri Samir Şərifovdur”

“Bu gün Rusiyada kriminalları cəlb edir, ona-buna yalvarırsınız ki, kreditləri qaytarasınız”

“Siz nəyin əsasında mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun, heç mənim vecimə deyil”

“2005-ci ildən bəri ha çalışdılar ki, mən və mənə yaxın adamların nəyisə mənimsəməsi və talaması ilə bağlı fikir yaratsınlar“

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov son söz deyib.

İbrahim Hüseynov irəli sürülən ittihamlar üzrə özünü təqsirli bilməyib: “Heç bir mütəşəkkil dəstənin üzvü deyiləm. Bankın kredit məsələsinə və onun idarə edilməsinə heç bir aidiyyətim yoxdur. Yalnız bankla müqavilə əsasında mühafizəni təşkil etmişəm. Mənim işim bankın obyektlərini qorumaq, avadanlıqlara nəzarət etmək olub. Bununla bağlı bankın İdarə Heyətində təmsil olunan Emil Mustafayevə və Akif Əliyevə hesabat vermişəm. İşçilərimin adına götürülən kreditlər layihələrə xərclənib, onların adına olan kreditlərdəki məbləğlər tam ödənilib, yalnız faiz borcları qalıb. Belə olan halda bizi hansı səbəblə mənimsəmədə ittiham edirlər? Mənimsəmək fikrimiz olsaydı, bu kreditlərin heç birini ödəməzdik. Həm məhkəmə istintaqında, həm də ibtidai istintaqda mənə qarşı irəli sürülən ittihamların heç biri sübuta yetirilmədi, buna görə də məhkəmədən haqqımda bəraət hökmü çıxarılmasını xahiş edirəm”.

Sonra C. Hacıyev son söz deyib.

“Mən bu sistemdə 20 ildən artıq işləmiş adamam”

Musavat.com xəbər verir ki, o, çıxışında istintaqın düzgün aparılmadını və özünün də istintaqdan yayınmayaraq həqiqətlərin açılması üçün bacardığını etdiyini söyləyib: “Bu iş 1 il 6 aydır davam edir. Ötən il aprelin 1-də məni çağırdılar. Xaricdə olsam da qayıtdım. Dövlət ittihamçısı belə bir ifadə işlətdi ki, o zaman mən şahid qismində çağırıldığım üçün gəlmişəm. Guya gəlməyə də bilərdim. Ancaq qətiyyən belə deyil. İstənilən halda gəlib istintaqla əməkdaşlıq edəcəkdim. Cinayət işi mayın 2-də qaldırılıb, amma hamıya məlumdur ki, bu işi başlamazdan əvvəl ən azı bir ay bunun üzərində işləyiblər. Mən bu sistemdə 20 ildən artıq işləmiş adamam. Çağırılanda gəldim və xahiş etdilər ki, kreditlərin qaytarılmasında kömək etdim”.

Cahangir Hacıyev cinayət işinin özünün müavini olmuş Emin Mustafayevin ərizəsi əsasında açıldığını və onun kimlərsə tərəfindən idarə olunduğunu bildirib: “Cinayət işi idarə heyəti sədrinin birinci müavini Emin Mustafayevin məktubu əsasında başlanıb. Emin Mustafayevdən soruşmağa imkan yaratmadınız ki, axı sən nəyin əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübaqrizə İdarəsinə müraciət etmisən? Sənə bu göstərişi kim verib? Nə vaxtdan mülki işlərə “Bandotdel” baxır? Ora müraciət etməyi sən müəyyən etmisən, yoxsa himayədarların?”.

“Azərbaycan 350 milyon da burada itirdi”

Əvvəlki proseslərdə də olduğu kimi, C.Hacıyev yenə də maliyyə nazirini ittiham edib: “Praktika belədir ki, kreditlər qaytarılmırsa, məhkəməyə verib, girova yönəldilir. Bütün bunlara baxmayaraq, istintaqla əməkdaşlığa başladım. Qısa müddətdə kreditlərin qaytarılması ilə bağlı böyük işlər görüldü. Həmçinin Moskvadakı törəmə bankın kreditlərinin qaytarılıması məsələsində. Bu məsələ dövlət başçıları səviyyəsində- Rusiya prezidentinin Bakıya səfəri zamanı müzakirə olundu, xeyir-dua verildi. Lakin Maliyyə Nazirliyi, bankın menecmenti tərəfindən qarşısı alındı və nəticədə kreditlər batdı. Yaxud metallom zavodu ilə bağlı “Qazprom”la danışıqlar aparılmışdı, 2 milyard kubmetrlik qazla bağlı razılaşma olmuşdu. Ancaq bunun da qarşısını Maliyyə Nazirliyi aldı. Metallom zavoduna qoyulan 600-700 milyon dollar da getdi. İndi soruşan lazımdır ki, niyə metallom zavodu işləmir? Yaxud da başqa bir misal – Albaniya neftayrıma zavodu haqda. Şirkət də tapılmışdı, amma buna da imkan vermədilər. Azərbaycan 350 milyon da burada itirdi”.

“7500-8000 adama stop qoyulub”

C.Hacıyev həbs edildikdən sonra ailəsinin terrora məruz qaldığını, bacısının heç bir günahı olmadığı halda ölkədən çıxışına stop qoyulduğunu söyləyib: “Cinayət işi başlanan gün- mayın 2-də Azad Cavadov həbs edildi. Bununla nəinki Azərbaycanda, həmçinin qonşu ölkələrdə də misli görünməyən terror baş verdi. Bu günün özündə də 7500-8000 adama stop qoyulub. Bir çoxlarına da 500-800 dollar kreditə görə. Bizim yaratdığımız minlərlə iş yeri donduruldu. Ailə üzvlərimə qarşı da terror baş verdi. Mənim bacımın banka nə aidiyyəti var ki, ona da stop qoyulub? Rəhmətə gedən anamın mülkiyyəti ilə bağlı sənədi niyə ASAN xidmət və digər qurumlar təsdiq etmədi? Bütün bunlara terror deməyək, bəs adın nə qoyaq?”

“30 vəsatətimizdən biri də təmin olunmadı”

Sabiq bankir həm istintaqda, həm də məhkəmədə işin düzgün araşdırlmamasından gileylənib: “Mən istintaqa 11 dəfə ifadə vermişəm. Bir-bir hamısını açıb göstərmişəm ki, fiziki şəxslərin adına verilmiş kreditlər hardadır? “Bandotdel”in ümumiyyətlə bank sistemindən anlayışı yoxdur. Anlayışı olmayan qurum istintaqı necə apara bilər? Gördüyünüz iş göz qabağındadır. İstintaqla əməkdaşlıq etməyimə, kreditlərin qaytarılmasında köməyimə baxmayaraq, heç bir əsas olmadan dekabrda həbs olundum. İstintaqdakı qanunsuzluqlardan sonra ümidimiz var idi ki, bəlkə məhkəmədə bizi eşidərlər. Əfsuslar olsun ki, burada da eşitmədilər.

30 vəsatətimizdən biri də təmin olunmadı. İstintaqda sanki bizimlə yerlərini dəyişmişdilər. Onlar ittihamı sübut etməkdənsə, biz günahsızlığımızı sübut edirdik. Burada elə adamlar var ki, onları həyatımda 1-2 dəfə görmüşəm. Hansı mütəşəkkil dəstədən söhbət gedir? Nə istintaq, nə də məhkəmə özünə zəhmət verib, həqiqəti araşdırmaq istəmədi. Azad Cavadovun evinə iki ay sonra silah atdıqları kimi, heç olmasa, mənim də üzümə bir adam gətirib qoyardılar”.

“47 milyonu gözəllik salonlarına xərcləmək fiziki olaraq…”

Ailə üzvlərinin gözəllik salonlarına, istirahətə xərclədiyi pulların məhkəmə zalında səsləndirilməsinə narazılığını bildirən sabiq bankir bunun qeyr-etik olduğunu söyləyib: “Kreditlərə gəlincə isə, Moskvada törəmə bankın işçilərindən soruşmaq lazım idi ki, bu vəsaitlər hara gedib? Ailə üzvlərimə və mənə aid kartlardan xərcləmələri prokuror bəh-bəhlə sadaladı. Əvvəla, kimin hansı gözəlllik salonuna, təyyarəyə pul xərclədiyini sadalamaq nə qədər etikdir? İkincisi də həmin kreditlər çoxdan ödənilib. Mənə ittiham olaraq verilən 47 milyonu təyyarə biletlərinə, gözəllik salonlarına xərcləmək fiziki olaraq mümkün deyil. Onda gərək sutkanın 24 yox, 25 saatını təyyarədə uçasan. Bir daha bildirirəm ki, verilən kreditlər kredit kartlarından nağd şəkildə çıxarılıb və səhimlər alınıb. Prokuror da Samir Şərifovun dediklərini təkrarlayır və deyir ki, bu bir cibdən o biri cibə qoyulmadır. Kimin cibinə qoyulub? Cahangir Hacıyevin? Bankın cibinə qoyulub da. 2015-ci il dekabrın 6-da “Bandotdel”də Ramil Usubov, Zakir Qaralov və Azər Bayramovun (maliyyə nazirinin müavini ) iştirakı ilə bu məsələ müzakirə olundu. Azər Bayramov orda dedi ki, bu qədər vəsait səhimlərin alınmasına gedib. Niyə imkan vermədiniz ki, həmin adama bu barədə bir-bir sual verək?”.

“Mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun”

C.Hacıyev mənimsənildiyi deyilən pulların bir hissəsinin Maliyyə Naziriliyinin və Beynəlxalq Bankın indiki rəhbərliyinə aid olan şirkətlərdə olduğunu söyləyib: “Bunu yoxlasaydınız, görərdiniz. O, zaman Vergilər Nazirliyi tərəfindən bu işlə bağlı 80-dən artıq cinayət işi başlanmışdı. Onlar daha peşəkar işləmişdilər. Həmin işlərə baxsaydınız, görərdiniz ki, vəsaitlər hara gedib.

Bu cinayət işində mənimsəməni sübut edən nəinki bir fakt, heç yarım fakt da yoxdur. Siz nəyin əsasında mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun, heç mənim vecimə deyil. Ancaq hamı bilməlidir ki, bu vəsaitlər hara gedib. İndi internet əsridir. Jurnalistlər Bakıda oturub internet vasitəsi ilə hansı şirkətin kimə məxsus olduğunu tapa bilərlər”.

“Kişinin heyfini qadından almazlar”

Soz sözünün davamında Böyük Britaniyada yaşayan arvadının arxasınca əməliyyat qrupunun göndərilməsi haqda danışan C.Hacıyev bunları əlavə edib: “Prokurorluğun, bir də “Bandotdel”in əməkdaşlarından ibarət bığıburma kişilər burdan durub Londona getdilər. Nə edə bildiniz? Kimisə gətirə bildiniz? Apardıqları ittihamı London interpolu qəbul etmədi, çünki əsassız idi. Gətirərdiniz də Zamirə Hacıyevanı, niyə gətirə bilmədiniz?

2005-ci ildə dət Zakir Nəsirovla Hacı Məmmədov həyat yoldaşımın azad olunması üçün məndən 20 milyon manat tələb ediblər. Mən pul mənimsəsəydim, o pulu verərdim. Uşaqlarımın yaşadığı evi, bir maşınım var idi, onu qiymətləndirdilər. Maliyyə Nazirlyinin qeyri-rəsmi sözçüsü olan bəzi saytlar mənim milyardalarımdan, təyyarələrimdən yazır.

Hardadır mənim təyyarələrim? Tapa bildiniz? “Qarlı aşırım” romanında yaxşı sözlər var. Mən onlardan birini demək istəyirəm. “Kişinin heyfini qadından almazlar”. Apardığınız sənədləri özünüzə qaytarıblar. Onlar nə “İnterpol”u, nə də Britaniya qurumlarını qane elədi. Kor-peşman qayıtdınız. 2005-ci ildən bəri ha çalışdılar ki, mən və mənə yaxın adamların nəyisə mənimsəməsi və talaması ilə bağlı fikir yaratsınlar.

“Buna görə kimsə cavab verməlidir və verəcək də”

Ancaq heç nəyə nail olmadılar. Təkcə 2014-cü ildə Beynəlxalq Bankın 25 milyon xalis gəliri olub və mən bankı bu cür təhvil vermişəm. 15 il ərzində banka rəhbərlik etdiyim dövrdə dövlətdən bir qəpik də alınmayıb. İndi isə bank dərin problemlərə üz-üzə qalıb. Təkcə prezidentin bir qərarı ilə dövlət büdcəsindən 6 milyard pul ayrıldı. Bəhanə edirlər ki, xaricdən cəlbetmələr bahadır və ona görə də neft fondundan da 1 milyard alıblar. Mənim rəhbərlik etdiyim dövrdə nəinki mənim, hətta işçilərimin bir sözü ilə bir günə 100-200 milyon xaricdən vəsait cəlb edə bilirdik. Görün etibarı necə itiriblər ki, xarici banklar bunlara pul vermir. Məcbur olub neft fondundan götürüblər. Mərkəzi Bank tərəfindən dəfələrlə yoxlamalar olub. Audit Komitəsi Maliyyə Nazirliyinin işçilərindən ibarət idi. Onların hamısının bank sisteminə əlçatımlılığı var idi. Əgər hansısa bir pozuntu var idisə, niyə üzə çıxarmırdılar? Bu günlərdə “Bank Standart”ın lisenziyası ləğv olundu. Ölkənin 5-ci bankıdır. Buna görə kimsə cavab verməlidir və verəcək də”.

“Bu günün sabahı da var”

C.Hacıyev vaxtı ilə özünün və tələbə yoldaşı Azad Cavadovun birgə həyata keçirdikləri layihələrin indi prezidentə yeni layihələr kimi təqdim edildiyini də açıqlayıb: “Prokuror çıxışında dedi ki, mənim daxilən səhvimi etiraf etdiyimi düşünür. Mən nə daxilən, nə də zahirən heyifslənmirəm. Əksinə, fəxr edirıəm ki, minlərlə iş yeri yaratmışam. Yüzminlərlə adama çörək vermişəm. “Aqrarkredit” prezidentə müəyyən müəssisələri təqdim edir. Yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafı kimi. Halbuki həmin işləri biz görmüşük.

Məsələn, Xaçmazda 5 min hektar fındıq bağı barədə prezidentə məruzə edirsiniz. Halbuki, həmin əraziləri siz yox, Azad Cavadov yaradıb. Tütünçülük, pambıqçılıq – ümumiyyətlə iqtisadiyyatın qeyri-neft sektorunun 50 faizini biz yaratmışıq. Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2 həftə ərzində Rusiyada törəmə bankı açdıq. Rusiyanın 1300 bankı var idi. Bizim bank qısa müddətdə ilk yüzlükdə idi. Bu gün Rusiyada kriminalları cəlb edir, ona-buna yalvarırsınız ki, kreditləri qaytarasınız. Sankt-Peterburqda çirkli pulların yuyulması ilə bağlı cinayət işi başlanıb. Budur sizin əldə etdiyini nəticə. Ürəyimdə çox şey var. Çox da danışa bilərəm. Buna başqa məna verməyin, ümummili liderin bir sözü var idi ki, “dünya mübarizə dünyasıdır”. Ancaq yaddan çıxarmayın ki, bu günün sabahı da var”.

“Samir Şərifov “Azərinşaat”a ayrılan 350 milyonu götürüb”

C.Hacıyev bu işə görə Britaniya vətəndaşının Azərbaycandan çıxışına qadağa qoyulduğunu və bir müddət də həbs edildiyini söyləyib: “Hətta bir müddət həbs də etmişdilər. Nədir ki, bura sərmayə qoyub. “İnter”in prezidenti Bolqarıstan vətəndaşı 1 il 6 aydır ki, ölkədən çıxa bilmir. Yazıq başa düşə bilmir ki, onu burda niyə saxlayıblar?

Biz həm istintaqla əməkdaşlıq etdik, həm də cinayətin harda olduğunu göstərdik. Siz araşdırmadınız. Deyəcəksiniz ki, bu məsələnin sənə aidiyyəti yoxdur, amma birbaşa aidiyyəti var. Samir Şərifov təkcə “Azərinşaat”a ayrılan vəsaitdən 350 milyon götürüb. Buna cinayət deyilmir. Niyə? Bu işi araşdırmaq üçün niyə Bülənt Karanı gətirmədiniz? Ola bilsin ki, bu gün kimsə toxunulmazdır. Amma sabahı bilmək olmaz. Məhkəmədən xahiş etmirəm, tövsiyə edirəm ki, hamıya bəraət verilsin, iş geri qaytarılsın, müstəntiq və prokuror haqqında xüsusi qərar çıxarılsın. Əgər bunlarda zərrə qədər vicdan varsa, üzr istəsinlər. Nə qərar çıxaracaqsınızsa, o sizin işinizdir. Amma bu günün sabahı da var”.

Məhkəmə prosesində digər təqsirləndirilən İbrahim Hüseynov da son sözlə çıxış edib. O, irəli sürülən ittihamlarla razı olmadığını söyləyib.

Proses qeyri-müəyyən müddətə təxirə salınıb. Növbəti məhkəmə prosesinin vaxtı açıqlanmayıb.

Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxslərə iş istəyib. Prokuror Fərid Nağıyev Cahangir Hacıyevə 17 il, Anar Sultanov, İlqar Abdullayev, Məmməd Cahangirov, Kənan Orucovun hər birinə 8 il, İbrahin Hüseynovla Yusif Ələkbərova 11 il, Azad Cavadova isə 12 il 11 ay azadlıqdan məhrum etmə cəzası tələb edib.

Qeyd edək ki, bankın sabiq rəhbəri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.




Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.
Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti yellow profiles