Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Bestekar Eldar Mansurovla “Heyat dersi”

Bəstəkar Eldar Mansurovla “Həyat dərsi”

12/10/2016

13:56

12.10.2016 / 12:49 xeber –

…Mənə elə gəlir ki, hər bir insan, hər bir adam tərbiyəni evində alır. Gözümüzü açandan ana görmüşük, ata görmüşük, böyüdükcə də ata-ananın bir-birinə olan münasibətləri, övladlarına, ətrafdakılara olan münasibətləri… Hamısını görüb-götürmüşük. Bu, sırf ailə içindən başlanan bir tərbiyədir. İkinci tərbiyə, deyərdim ki, məktəbdir. Məktəb, mütləq, olmalıdır. Düzdür, evdə biz, məsələn, ədəb-ərkan, sözə baxmaq, nəyi eləmək və ya demək  olar, nəyi olmaz, bu şeyləri öyrənmişiksə, digər şeyləri- yazı-pozudur, savaddır, bilik almaqdır, bunların hamısını məktəbdən öyrənmişik. Məktəbdə oxuyarkən biz daha bir biliyə yiyələnmişik- insanlarla ünsiyyətdə olmaq. Burada tək yaşamırsan. Evdə məsələn, ailədə bacın, qardaşın, atan, anan var, ancaq evin içidir. Amma məktəbdə bir balaca cəmiyyət arasına çıxırsan, onlarla davranmaq qaydalarını öyrənirsən. Gələcəkdə məktəbdəki tərbiyə evdəki tərbiyənin üstünə gəlir, məktəbi də qurtarandan sonra instituta ki ayaq açırsan, tərbiyənin, deyərdim, 3-cü mərhələsi başlanır. Bu, uşaqlıqla orta yaş arasında bir mərhələdir. Həmin o mərhələdə gördüklərinin hamısı cəmləşir. 4-cü mərhələ, deyərdim ki, ömrünün sonuna qədər aldığın həyat dərsidir. Yəni əvvəllərdə nə götürmüsən, necə öyrənmisən, nəyi qavramısan, onları xırda-xırda ömrünün sonuna qədər xərcləyirsən.

 

…Açığı, deyim ki, biz hələ uşaq olan vaxtda atam əlimizdən tuturdu, hərdən çıxıb gəzirdik. Məsələn, İçərişəhərə gələndə atam göstərərdi ki, bax, bu, bizim evimizdir, mən burada yaşamışam, yəni inqilabdan əvvəl, 20-ci ilə qədər o evdə yaşayıb, uşaqlığı orada keçib. Sonra deyirdi ki, şəhərin müxtəlif yerlərində bizim mülklərimiz çox olub. Bakıda, gəzəndə hərdən atam danışırdı ki, bax, babanın evi burada da olub. Onda biz hələ anlamırdıq ki, bunlar bəy nəsli olublar, varlı nəsil olublar. Bu şeyləri bilmirdik, uşaq idik, məktəbdə oxuyurduq. Bu şeyləri yavaş-yavaş o vaxt atam bizə anlatdı. Belə oldu ki, illər keçəndən sonra mən özüm ata oldum. Mənim uşaqlarım da bir gün məktəbdən gəldilər ki, ata, deyirlər, biz bakılıyıq, dedim hə, başladım bunlara danışmağa. Gördüm, o qədər mən sual verirlər, bunlara cavab verməkdən, açığı, yoruldum. Mən də atam kimi bunların əlindən tutdum başladım gəzdirməyə, atam mənə göstərən mülkləri, evləri göstərdim dedim, bax, bu, babanızın olub, bu da babanızın olub. Sonra gördüm bunların sualları tükənmir, dedim, ay uşaq, əl çəkin məndən. Mən bildiklərimin hamısından  bir kitab yazaram, orada oxuyarsınız. Başladım şəcərə ilə maraqlanmağa. Evdə atamdan kağızlar, sənədlər qalmışdı. Atam rəhmətə gedəndən sonra mən o kağızların hamısını götürdüm baxdım. Birinci dəfə o qədər də dərinə getməmişdim, amma saxlamışdım kağızları. Sonra ki bu kitab məsələsi çıxdı, başladım həmin bu yazıları yavaş-yavaş dərindən oxumağa. Getdim arxivlərə, muzeylərə. Mansurovlara aid nə var, nə yox, hamısını başladım araşdırmağa. Sonra başladım qohumlarla tez-tez görüşməyə ki, hərəsindən bir şey soruşum, kim nə bilir mənim babamdan, ulu babamdan. Hərə bir şey danışırdı. Rusların qəşəng bir sözü var, iştah yemək zamanı gəlir. Mənim də iştaham gəldi həmin vaxt və başladım bu işlə məşğul olmağa. Mən bu işlə düz 33 il məşğul oldum, başladım öyrənməyə, yazmağa. 5 dəfə, 6 dəfə kitabı yazıb qurtarmışdım çapa verirdim, təzə materiallar tapılırdı, çapını saxlayırdım, təzədən düzəldirdim. Bax belə-belə mən bu şəcərə məsələsi ilə məşğul oldum. Ömrümdə ağlıma gəlməzdi ki, “7 oğul istərəm” kinosunda deyir – “ay oğul, mən hara, proletarları hara”, mən də heç vaxt fikirləşə bilməzdim ki, mən-bəstəkar Eldar Mansurov oturub nəslin şəcərəsi, tarixi ilə məşğul olacağam. Amma indi belə baxıram, görürəm, üstündən neçə illər keçib, hərdən oturub fikirləşirəm ki, bunu mən yazmışam? Həmin o illəri yadıma salıram, düşünürəm, bu arxivlərdə, muzeylərdə necə işləmişəm? Müxtəlif şəhərin arxivləri ilə məktublaşırdım. Mən bunların hamısını necə oturmuşam, öyrənmişəm, oxumuşam, dərk eləmişəm yazmışam, bir balaca, açığı, özüm özümdən qorxmağa başlayıram ki, doğrudanmı mən bu yolu keçmişəm?.. Amma indi baxıram, doğrudan da, sevinirəm ki, məndən sonra Mansurovların gələcək nəsli üçün nə isə qaldı. Heç olmasa, mən hara qədər bilirdim o tarixi mən tapdım, canlandırdım. Çox tarixi kitablar oxumuşam. Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm”ini oxumuşam. Dəfələrlə oxumuşam. Təkcə o demək deyil ki, mən oturmuşam, elə ancaq Mansurov sözünü axtarmışam. Mən Bakının həmin o mühitinə baxmışam, kimlər olub, nələr olub, nə ilə məşğul olublar, hamısını bilmək istəmişəm. Mən istər-istəməz bütün Bakının tarixi ilə məşğul olmuşam. Çünki bu adamlar o dövrdə yaşayıblar və həmin o adamlar o dövrün tarixinə aid olublar. Onlar haqqında yazmaq üçün də mən, gərək, həmin o dövrü biləydim. İnanırsınız, mən hərdən yuxuda, özümdən asılı olmayaraq, elə bil ki, gedib düşürdüm həmin o dövrə. Elə bil, həmin o dövrdə yaşayırdım. Babam haqqında yazmaq üçün, deyərdim ki, bir növ babamın həyatını, özümünküləşdirdim. Yəni, elə bil ki, özüm o dövrdə yaşamışam.

 

…Hərdən hansısa şair bir söz verir mənə, məsələn, yazır ki, sevgidən ölürəm, yıxılıram dərdindən-filan, mən yazmalıyam. Mən, açığı, bir var, boğaza qədər, bir var boğazdan yuxarı. Hərdən elə şeylər olur ki, görürəm, şeir mənə aid deyil, mən onu yazıram, amma hiss edirəm ki, boğazdan yuxarıdır. Bir də elə bir şey yazırsan ki, o, sənin özünə aiddir. Yəni o şey ürəkdən gəlirsə, o sənin özününküdür. Mən həmişə deyirəm ki, bəstəkardır, rəssamdır, heykəltəraşdır, hətta kinorejissordur, hər bir sahənin adamı, nə ki yaradır ha, orada, o əsərdə  o adamın özünü görmək olar. Çünki hərə özünü yazır. Hər hansı bir şair, məsələn, otursun Lermontovdan yazsın. Lermontovun həyatını, onun tarixini nə qədər qəşəng bilsə də,  o ora, heç kim görürsən bilmir, özü də, məsələn, bilmir, amma o şeyi sonradan tutur ki, yəni özünün xasiyyətində olan balaca bir şeyi əsərə salır. Görürsən, Lermontov axırda buna oxşayır. Nəyə görə? Keçmiş Sovet dövründə yaşamışıq. Yadınıza gəlirsə, Sovet dövründə hər yerdə Leninin şəkillərini vururdular. Mən, vaxtilə, marka toplamışam, kolleksioner idim, filatelist idim, indiyəcən də filatelistəm. Baxırdım monqol markalarında Lenin monqola oxşayırdı. Baxırdım, məsələn, Avropada-Almaniya Demokratik Respublikası, Rumıniya, Polşa, onların hər biri Leninin şəklini çəkəndə Lenin o millətlərə oxşayırdı. Azərbaycanda, Qafqazda çəkəndə, ermənilər, gürcülər, bizimkilər, markada çəkəndə görürdün ki, Lenin qafqazlıya oxşayır. Yəni onu hansı rəssam çəkir-çəksin, hərə orada özünü də əks etdirir. Musiqi də elə bir şeydir. Mən nə yazsam, lap Avropa üslubunda da musiqi yazsam, orada mənim bir hissəm var. Özümdən asılı olmayaraq, mən əgər, Baxı təqlid etsəm də, orada Eldar Mansurovdan, azərbaycanlı, müsəlman obrazından nə isə olacaq.

 

…Mənə həmişə atam deyərdi ki, familiyanızla fəxr edin. Hamı bilir ki, biz necə adamıq. Məsələn, hətta repressiya dövründə, 17-ci ildə Rusiyada inqilab oldu, sonra gəldi Bakıya çıxdı, bizimkilərə toxunmamışdılar. Nəyə görə toxunmamışdılar? Atama həmişə sual verirdik ki, nə əcəb, bolşeviklər gələndə bizə heç nə eləmədilər, sonra 37-ci ildə bizə toxunmadılar, deyirdi ki, bizim üstümüzdə möhür var. Deyəndə nə möhürü, deyirdi, “kefkom Mansurovlar”. Biz Mansurovlar ömür-billah yeyib-içmişik, yaxşı məclislər keçirmişik. Özü də hamı bilirdi ki, bizim nəsildə hamı musiqi ilə, bir də  xeyirxahlıqla məşğul olur. Elə o vaxtdan həmin o yolu da tutmuşuq, o yolla da gedirik. Mən də özümə əsas o yolu tutmuşam, atam da o yolu tutdu, belə başa düşdüm babam da o yolla gedib, indi övladlarım da həmin o yolla gedir. Yəni ki, nə işdə istəyirsən işlə, harada, nə istəyirsən elə, o familiya elə-belə verilmir insana. Bu familiya ilə sənin nəslini də təyin edirlər ki, sən kimsən. Elə familiyalar var ki, məsələn, mənə elə gəlir ki, Napoleonun familiyası olan yerdə hamı bilir ki, napoleonlar kimlər olublar. Və yaxud Hitlerin adı gələndə bilirlər ki, Hitlerin nəslindən kimlər də olsa, bunlar ancaq dağıdıblar. Mansurovları da, belə baxanda, familiyasına görə tanıyanların əksəriyyəti bilir ki, mənim nəslimdə hamı təmiz, özü də sənətlə məşğul olan adam olub. Heç kimə nə pislik ediblər, nə ev yıxıblar, nə kiminsə dalınca danışıblar, yəni bu işlərlə məşğul olmayıblar. Başlarını aşağı salıb savadlarını, biliklərini artırıblar, evdə aldıqları tərbiyə ilə də öz həyatlarına davam ediblər.

 

…Mansurov soyadı həmişə mənə kömək edib. Nəyə görə? Çünki, açığı, mən əvvəllər, doğrudan, həmişə fəxr edirdim ki, hara getsəm, deyirdilər Bəhramın, Bəhram Mansurovun oğludur. Amma çox maraqlı bir şeyə rast gəlirik. 15-20 ilin söhbətidir, bir dəfə bir nəfərlə otaqda oturmuşduq. Həmin o adam, guya mənə yaxşılıq etmək istəyirdi, bir jurnalisti çağırıb tapşırdı ki, Bəhram Mansurov haqqında bir məqalə yaz, yubileyi yaxınlaşır. Qız xeylağı idi, dedi: “Baş üstə”. Durdu, gedəndə birdən dayandı. Soruşdu ki, bağışlayın, Bəhram Mansurov kimdir? Beləcə, bir-birimizin üzünə baxdıq. Bilirsiniz necədir, bu, bir dövrdür. Müəyyən bir dövrdə adamlar yaşayırlar. Vaxt var idi məni, qardaşlarımı atama görə tanıyırdılar. Amma indi, mənə elə gəlir ki, mənim özümün tanınmağım atamın yaddan çıxmamasına kömək edir. Mən bax buna çalışıram ki, tək mən yox, mənim övladlarım da məndən sonra, indi düzdür, mən atalarıyam, məni, babalarını yaddan çıxarmasınlar, bilsinlər ki, kök haradan gəlir. Hər bir insan kökünü bilməli, qorumalıdır.

 

…Valideynin kölgəsindən çıxmaq məsələsi, belədir də…Deyəndə ki, bəs Bəhramın oğludur, bilirdilər kimik, nəçiyik. Hər halda atamdan xoşu gələn adamlar çox idi. Həm familiyaya, həm atamın özünə, sənətinə, şəxsiyyətinə hörmət edirdilər, o cür hörmətlə də bizə yanaşırdılar. Amma insan hamının xoşuna gələ bilməz ki… Elə bir cəmiyyətdə yaşayırıq, elə bir planetdə yaşayırıq ki, orada qanunlar var. Yəni 5 barmağın hamısı eyni cür olmur, ayrı-ayrıdırlar. Adam var xoşu gəlmirdi, acığını çıxırdı bizdən.

 

…Mən həyatı heç vaxt dördbucaq, üçbucaq şəklində görmürəm, ancaq dairə şəklində görürəm. Çünki dairədə demək olmaz ki, nöqtə buradadır. Nöqtə orada da ola bilər, burada da ola bilər. Bunun əvvəli, axırı bilinmir haradadır. Haradan başlasaq, gəlib orada da qurtaracağıq. 30, 35, 40 illərlə dostluq etdiyim adamları həyatda itirmişəm. İndi baxıram, “uf” da demirəm.  Elələri var ki, sevinirəm ki, bu adamları mən itirmişəm. Elə insanlar da var, Allah səni xasiyyətinə, təbiətinə və gördüyün işlərə uyğun lazımi insanlarla yaxınlaşdırır və lazım olmayanları uzaqlaşdırır. Mən fatalistəm, belə şeylərə inanıram. İndi ətrafımda elə adamlar var, elə bil, uşaqlıqdan mən bu insanlarla oturub-durmuşam, dostluq, yoldaşlıq eləmişəm. Amma 20, 30, 40 il dostluq elədiyim adamlar olub ki, ola bilər, iç üzlərini bilməmişəm, hiss etməmişəm, onlar mənim yolumdan uzaqlaşıb.

 

…Yaxşılıq edərsənsə, yaxşılıq, pislik edərsənsə, pislik çıxar qarşına. Məni indiyə qədər, elə insanlar var, görəndə deyirlər: “Allah atana rəhmət eləsin”. Bu mənə çox xoş gəlir ki, atam hələ də onların yadındadır, çünki o ancaq yaxşılıq edib. Neçə il bundan qabaq Kürdəxanıdan bir nəfər zəng elədi. Ha fikirləşdim, tanımadım. Dedi ki, sənin atan mənim atamla yaxın olub, sənin atanı mənim atam toyuma dəvət eləmişdi. İndi öz oğlumu evləndirirəm və istəyirəm mənim də oğlumun toyunda sən olasan. Bu hamısı əməllərdən gəlir. Atamla dostluq ediblər, yaxşı münasibətləri olub. Bu adam da unutmayıb ki, Mansurovlarla münasibətimiz olub. Çalışmaq lazımdır ki, adamlara ancaq yaxşılıq edəsən. Pislik edənə yaxşılıq edə bilmirsən, pislik də eləmə. Göydə Allah var, yerdə heç nə elə-belə qalmır. Nə əkirsən, onu da biçirsən.

 

… Bizi uşaqlıqda evdən bayıra çıxmağa çox qoymurdular. Mən marka toplayırdım, qardaşım döş nişanları toplayırdı, başımızı qatırdıq. Məndə tarixə o vaxtdan maraq oyanmağa başladı ki, insan gərək hər şeydən xəbərdar olsun. Təkcə bir sahəni tutub o sahənin alimi olmaq düzgün deyil. Sonra belə oldu ki, dayım AZTV-də işləyirdi, o bizə uşaqlıqdan şəkil çəkməyə həvəs oyatmışdı. Fotoaparatdır, plyonkalardır, bunların hamısını öyrətmişdi. Müəyyən bir vaxt mən fotoqraf oldum. Bir arada Nəriman dayımın yanında assistent kimi də işlədim. İndiyə kimi qardaşım Aydın operatordur. Mənə elə gəlir ki, musiqiçi olmasaydım, fotoqraf, ya da kinooperator olardım. Bəlkə də tarixçi olardım, tarixi, doğurdan, çox sevirəm. Tarixi, Coğrafiyanı və Ədəbiyyatı sevirdim. Riyaziyyat, Həndəsə, Cəbr, Kimy- bunlardan uzaq idim. A. Zeynallı adına musiqi məktəbini bitirdikdən sonra Konservatoriyaya girməyə ixtiyarım yox idi, çünki, gərək rayonda 2 il işləyəydim. Rayona getmədim, dedim, İncəsənət İnstitutuna girim. 2 il orada oxudum. Rəhmətlik Rahib Hüseynov məni buraxmırdı. Atam dedi yox, bu, bunun sahəsi deyil. İncəsənət İnstitutunda 3-cü kursa keçmişdim, sənədlərimi geri aldım, daha bilmirdim Konservatoriyaya girəcəyəm, ya yox, çıxıb sənədlərimi verdim bura. Vaxtında lazımi addımı atdım. İndi fikirləşirəm ki, İncəsənət İnstitutundan çıxmasaydım və Konservatoriyaya daxil olmasaydım, bəstəkar olmasaydım, mən indi nə edəcəkdim. Bəlkə də həyatda öz yerimi tapa bilməyəcəkdim. Mən ömür boyu özümə tənqidi yanaşmışam. Hərdən deyirlər ki, Eldarın xasiyyəti pisdir. Mən özümə tələbkar olmasam, başqasına qarşı da tələbkar ola bilmərəm. Özümü tənqid edə bilməsəm, başqasını tənqid edə bilmərəm. Çox vaxt münsiflər heyətinin üzvü olmaqdan imtina edirəm. Çünki, oturursansa, deməlisən sənin səsin yoxdur, bacarmırsan. Bu adam hələ dərk etmir ki, səsi yoxdur. Buna deməyin də təhəri var. Bəzən yumşaq formada başa salıram ki, hələ tezdir və s. görürəm, acıq edir. Sonra deyirəm, mən qarışmıram. Həyat, onsuz da, onu  öz yerinə qoyacaq. Mən, əgər vaxtında anlaşaydım ki, məndən bəstəkar alınmayacaq, mənim ona gücüm çatardı ki, bu işlə məşğul olmayım. Hər adam cəmiyyətdə öz yerini bilməlidir.

 

…İnsana nəyə görə hörmət edirlər? Həm tərbiyəsinə  həm də sənətinin yiyəsi olduğuna görə. Hərdən görürsən ki, yerində oturmayan adamlar olur, insanların o adama hörməti olmur. Bilirlər ki, kiməsə və ya nəyəsə görə orada oturub. O adam ki, öz nüfuzunu şəxsiyyəti, sənəti ilə qazanıb o adamların yeri başqadır. Əvvəllər deyirdilər həvəskar bəstəkar. İndi onu da demirlər. Hamı olub peşəkar. Mən özüm özümə bəstəkar deməklə deyil, əgər camaat mənə bəstəkar deyirsə, deməli mən bunu qazanmışam. Mən bunu savadımla, Allahdan verilən istedadımla qazanmışam. Heç kim həvəskar həkim olmaq istəmir.

 

… Bu saat həvəskar mühəndislər doludur. Gedirəm öz bölgələrimizə baxıram, evlər tikilib… Bakı şəhərində, İçəri şəhərdə də evlər tikilib. Keçmişdə bənnalar peşəkar idilər. Onlar həmin yerin coğrafiyasına baxırdılar. İşıq haradan düşür, külək haradan əsir, hara nəmişlikdir. Onların tikdiyi evlərə baxırsan ki, yayda sərindir, qışda isti. Yunanıstanda belə evlər daha çoxdur, bizdə çoxunu söküblər. Məsələn, hal-hazırda yaşadığım evi götürək. Bütün günü günün altında qalıram, məcburam pərdələri çəkim. Çünki ev qızır. Yəni hər işdə gərək peşəkar olasan. Evlərin özü yerində tikilmir. Əgər 3 mərtəbəli ev idi isə, söküb yerində 20 mərtəbəli ev tikirlər.

 

…Əgər sən insanın daxilini bilməsən, onu necə əməliyyat edə bilərsən?.. Musiqidən anlayışın yoxdursa, necə musiqini yarada bilərsən?… Çox vaxt Sovet hökumətini söyürlər. Mən imperiya görməmişəm. İndi keçmişi söymək dəbdir. Keçmişdə o qədər yaxşı şeylər olub ki… Sovet hökuməti vaxtı orta məktəbi qurtarmayan adam yox idi. Hamı məcbur oxumalı idi. Ən aşağısı instituta girə bilməyən texnikumu qurtarırdı. Texnikuma girmək də şərəf sayılırdı. Çünki səviyyəsi aşağı deyildi. Texnikumda professorlar dərs deyirdi. Məktəb uşağı məktəbliyə oxşayar. İndi məktəb uşağı, elə bil, diskotekaya gəlib. Bizim vaxtı oğlan və qızların məktəbli paltarı var idi. Həmişə çalışıram hər şeyin yaxşı tərəfini götürüm. Pis şeylər, onsuz da var, çalışıram, bizdən yan keçsin. Pis şeyləri ürəyə saldıqca, ömür də qısalır.

 

… Bu gün baxırsan zaman da yaxşıdır. Şəhər, doğurdan da, gözəlləşib. Adam daha çox yaşamaq istəyir. 50 il sonra təxmin edirəm Bakı necə olacaq. Mənim ulu babam Məşədi Məlik, Bakıda ilk dəfə muğam məclislərini yaradıb. Şamaxıda və Şuşada da muğam məclisləri var idi. Azərbaycanın hər yerindən musiqiçilər bu məclislərdə iştirak etməyə gəlirdilər. Çünki Bakı paytaxt idi. Necə indi Bakıya böyük axın var, keçmişdə də elə olub. Qarabağ məktəbinin də, Şamaxı məktəbinin də nümayəndələri gəlirdilər Bakıya özlərini göstərirdilər. Mən özümə böyük şərəf sayıram ki, Mansurovlar nəslindənəm. Tarixdə də belə qalıb ki, Mansurovların evində muğam məclisləri olub. O məktəbin çoxlu yetirmələri olub. Atamın əmisi Mirzə Mansur, atamın atası Məşədi Süleyman özlərindən sonra böyük irs qoyublar. Xatirələr yazıblar. Məşədi Süleyman özü sonralar Bakı məclislərinin rəhbəri olub. Bu gün Mansurovların musiqiçilər nəslinin ənənələrini mən və qardaşım Elxan davam etdiririk. Uşaqlar da bəlkə oldular, nəvə və nəticələr də, onu artıq deyə bilmərəm.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website