Ronaldinyo: "Qebele"nin uşaqlarının parladığını göreceyik"

23.10.2016 / 23:06 xeber –

Əfsanəvi braziliyalı futbolçu Ronaldinyo Azərbaycana bu həftə həyata keçirdiyi səfərindən çox razı qalıb.

 

Qol.az-ın məlumatına görə, 36 yaşlı dünya çempionu "Qəbələ" klubunun dəstəyi ilə Bakıda açılacaq futbol akademiyası ilə bağlı paytaxtımıza səfəri çərçivəsində Bakı Olimpiya Stadionunda "qırmızı-qaralar"ın U-15 komandasının məşqində iştirak edib.

 

Ronalindo şəxsi saytında həmin məşqdən çəkilmiş fotonu paylaşıb və təəssüratlarını yazıb: "Arzuların həyata keçdiyini görmək çox sevindiricidir. Ən çox sevdiyim idman növünün inkişafında rol oynamaq xoşdur. Ümid edirəm ki, yaxın zamanda bu uşaqların meydançada parladığını görəcəyik".

mənbə :
lent.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir