Bakıda yaşayış binasında yanğın:2 azyaşlı tüstüden zeherlendi – YENİLƏNİB

24.10.2016 / 09:57 xeber –

 

Bakıda yaşayış binasında baş verən yanğında iki azyaşlı tüstüdən zəhərlənib. 

 
APA-nın məlumatına görə, onlar 10 yaşlı Aysu Rəhimova və onun qardaşı, 7 yaşlı Nuran Rəhimovdur. 
 
Azyaşlılar xəstəxanaya yerləşdirilib.

 

 

***

 

02:24

 

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 6 m2 sahədə və elektrik kabeli  10 p.m yanıb.

 

Yanğın zamanı yuxarı mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 15 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.  Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

mənbə :
lent.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir