Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

"Ürek-damar xestelerinin sayı 2 defeden çox artıb” – MÜSAHİBƏ

"Ürək-damar xəstələrinin sayı 2 dəfədən çox artıb” - MÜSAHİBƏ

24/10/2016

12:16

24.10.2016 / 11:11 xeber –

Səhiyyə Nazirliyinin baş kardioloqu, professor Faiq Quliyevin APA-ya müsahibəsi

 

– Faiq həkim, bütün dünyada olduğu kimi Azərbaycanda da bu gün ürək-damar xəstəliklərinin digər xəstəliklərlə müqayisədə daha çox yayıldığı deyilir. Siz mövcud vəziyyəti necə qiymətləndirirsiniz?

 

–  Son illər Azərbaycanda icbari dispanserizasiya keçirilməsi nəticəsində bir çox xəstəliklər, o cümlədən kardioloji xəstəliklər daha erkən aşkarlanır. Kardioloji xəstələrin erkən aşkarlanaraq müalicə olunması daha ekonomik olur. Bundan əlavə, bəzi ürək-damar xəstəlikləri proqressivləşib. Hələlik maksimal olaraq bu proqressivləşmənin sürətini azalda bilirik. Məsələn, hər hansı bir xəstəlik ağır formada 5 ilə üzə çıxacaqsa, onun 15-20 ildən sonra üzə çıxmasına qədər uzada bilərik.

 

Kardiologiyaya tək müayinə və müalicə deyil, ürək-damar xəstəliklərinin profilaktikası

da daxildir. Bu sahədə əsas məsələ profilaktikanın aparılmasıdır. Əgər profilaktika düzgün aparılarsa, kardiologiyaya ayrılan vəsaitlərə 4 dəfə ekonomiya olunar.

 

Profilaktik tədbirlərin aparılmasına baxmayaraq ötən il Avropa ölkələrində ürək-damar xəstəliklərindən ölüm 4 milyon olub. Bunun 45%-ni kişilər, 55-ni isə qadınlar təşkil edib. Biz hər zaman olduğu kimi ötən ildə də bu sayda qadınların üstünlük təşkil edəcəyini gözləyirdik. Azərbaycanda isə qadınlara nisbətən kişilər daha çox ürək-damar xəstəliklərindən əziyyət çəkir.  

 

– Azərbaycanda ürək-damar sistemi xəstəliklərinin yaranmasında daha çox hansı faktorlar üstünlük təşkil edir?

 

– Ürək-damar xəstəliklərində əsas risk faktoru arterial hipertenziyadır. Təzyiq qalxdıqda həmin an dərmanın qəbul edilməsi də düzgün deyil. Öncə xəstəliyin profilaktikası aparılmalı, əgər effektiv nəticə verməsə, müalicəyə keçilməlidir.

 

İkinci böyük risk faktoru ripid mübadilənin, yəni maddələr mübadiləsinin pozulmasıdır. Bu da düzgün qidalanmamaqdan asılıdır. Bu sahədə də profilaktika düzgün aparılmalıdır. İnsanlar bilməlidir ki, nəyi qəbul etmək olar, nəyi yox. Bu xəstəliklərdə standart dieta yoxdur. Vaxtında dietaya başlamaq, ümumi çəkini, arterial təzyiqi nəzarətdə saxlamaq ürək-damar xəstəliklərinin azalmasına gətirib çıxarır. Əgər kifayət qədər profilaktika olmasa, ürək-damar xəstəlikləri indiki kimi birinci yerdə qalacaq.

 

– Xəstəliklərin yayılmasında genetik amilin rolu nə dərəcədədir?

 

– Son tədqiqatlar göstərir ki, ürək-damar xəstəliklərinin genetik dəyişiklərlə çox sıx əlaqəsi var. Xaricdə kardio-genetika sürətlə inkişaf edir. Biz bu sahədə geri qalmışıq. Bu tədqiqatlar, aparılan analizlər bahalıdır. Amma ölkədə inkişaf olarsa, xəstəliklərlə bağlı çox şeyi araşdırmaq olar. Bəzən şəkərli diabet xəstəsi müalicəyə o qədər də riayət etmir, amma nəticəsi yaxşı olur, digər xəstədə də isə əksinə olaraq hər bir qaydaya riayət etsə də, şəkərli diabet bəzi fəsadlar verir. Deməli, bu məsələdə genetik amillərin rolu yüksəkdir. Genetik dəyişiklər vaxtında aşkar olunarsa, insanlar düzgün rejimə əməl etmədikdə onda hansı problemlərin yaranacağını bilmək mümkün olar.

 

5 il bundan öncə  Azərbaycanda ürək xəstəliklərində ölüm halları əsasən işemiyadan olurdu. Kardiocərrahiyyə nisbətən az inkişaf etdiyinə görə Avropa ölkələrindən bu sahədə geri qalmışdıq. Amma bu gün kardiocərrahiyyə inkişaf edib, ölkədə süni ürək əməliyyatına kimi icra edilir.

 

 

Müalicə üsulları heç də xaricdə olan üsullardan fərqli deyil. Azərbaycanda bəzi orqanların transplantasiyası aparılsa da, ürəklə bağlı bunu etmək mümkün deyil. Məsələn, Rusiyada əgər bir şəxs avtoqəza nəticəsində ölürsə, onun meyiti soyuducu kameraya qoyulur. Onun yaxını olmasa, oradan götürülməsə, bu şəxsin ürəyi transplantasiya üçün hazırlanır. Hələlik bizdə bu yoxdur. Ona görə də ölkəmizdə ürək transplantasiyası geridə qalıb. Bu məsələ Səhiyyə Nazirliyi tərəfindən deyil, daha yüksək səviyyədə qaldırılmalıdır. Azərbaycanda ürək qüsurlarının müalicəsi, protezlərin qoyulması, damarların dəyişilməsi, şuntlama kimi proseslər icra edilir.

Bizdə ürək-damar xəstəliklərinin yayılması Fransa, Portuqaliya, İtaliya, Almaniya  kimi ölkələrdən daha çoxdur. Bu da kardio-profilaktikadan asılıdır. Həmin ölkələrin dietaları, regionları fərqlidir.

 

 

– Azərbaycanda ürək-damar xəstəliklərinin cavanlaşması da müşahidə olunur. Bunun əsas səbəbləri nədir? 

 

– Bu xəstəliyin cavanlaşmasının ən mühüm səbəbi piylənmə-metabolik sindromla bağlıdır. Bunun da qarşısını uşaq yaşlarından almaq lazımdır. Əgər uşaqlar dərsdən sonra dönər yeyirlərsə, qazlı şirəli içkilər içirlərsə, bu piylənməyə səbəb olacaq və nəticədə ürək-damar xəstəlikləri yaranacaq. Bəzi ölkələrdə məktəb, universitetlərdə qazlı, şirin içkilərin, şokoladın satışına icazə verilmir. Bu məsələ hökumət səviyyəsində Azərbaycanda da tətbiq olunsaydı çox yaxşı olardı. Çünki xəstəliyin qarşısını almaq üçün Azərbaycanda da belə işlərin görülməsinə ehtiyac var. Xəstəliklərin qarşısını almaq üçün bəzi yerlərdə sağlamlığa zərər verən məhsulların satışına qadağa qoyulmalıdır.

Səhiyyə Nazirliyi xəstəxanalardakı yeməklərə nəzarət edir. Amma tibb müəssisələrindən kənarda qazlı, şirəli içkilərin, pirojkilərin satılmasının qarşısını ala bilməz. Bu məsələlər hökumət tərəfindən tənzimləməlidir. Şagirdlərlə müəyyən təbliğat aparılmalıdır və daha yüksək səviyyədə tənzimlənməlidir.

 

Əvvəllər əhali daha çox göyərti yeyirdi, nəinki indi. İndi əgər sən göyərti yeyirsənsə, sənə kənddən gələn kimi baxırlar. Normal qidalanmada göyərti, tərəvəz məhsulları üstünlük təşkil etməlidir. Bunlar nəinki ürək-damar xəstəlikləri, eyni zamanda onkoloji xəstəliklərin riskini azalda bilər.

 

Ümumi faizlə götürdükdə ürək-damar xəstəliklərinə yaşlı insanlarda daha çox rast gəlinir. Əgər əvvəllər bu xəstəliklərin vaxtında diaqnozu qoyulmurdusa, indi onları erkən diaqnostika ilə müəyyən etmək olur. Əvvəllər cavanların diaqnozu, ölüm səbəbləri məlum deyildisə, indi biz onları bilirik. Ölkə nə qədər çox inkişaf edirsə, orada bu xəstəliklər də daha çox artır. Kompüterlə işləmə, fiziki aktivliyin azalması, psixoloji gərginliyin artması bu xəstəliklərin artmasına səbəb olur. Ofis işi normal qidalanmanı da pozur. Bir zamanlar işdə 1 saatlıq yemək fasiləsi var idi. Bu gün həmin vaxt 10 dəqiqə davam edir və yemək ayaqüstü olur. İnsanlar zehni gücləndirmək üçün daha çox şirin şeylərdən istifadə edirlər.

 

 

Hərəkətsiz həyat tərzi sağlamlığa ziyan edir. Tək bizim ölkədə yox, digər inkişaf etmiş ölkələrdə də ürək-damar xəstəlikləri daha çoxdur. Ölkə inkişaf etdikcə bu cür xəstəliklər də artacaq və onun qabağını almaq mümkün deyil. Zamanın tələblərinə əsasən ürək-damar xəstəlikləri hər il mütəmadi olaraq artır. Son 5 ildə ürək-damar xəstəsi kimi qeydiyyata düşənlərin sayı 2 dəfədən çox artıb. Bu xəstəliklərin qarşısını almaq üçün ancaq profilaktik və maarifləndirici tədbirlər lazımdır.

 

 

– Bir neçə il öncə mətbuata açıqlamanızda bildirmişdiniz ki, bu sahə üzrə əsas problem kadrların hazırlanması ilə bağlıdır. Bu gün mövcud vəziyyət necədir? Yeni açılan tibb müəssisələrində müasir avadanlıqlarla işləməyi bacaran ixtisaslı kadrlar varmı?

 

– Bu sahədə müəyyən problemlər var, lakin zaman-zaman həll olunur. Əvvəllər Azərbaycan Tibb Universitetini bitirən şəxs praktik cəhətdən bir o qədər hazırlıqlı olmurdu. Amma indi nazirlik tərəfindən məsələ standartlaşdırılıb və həkimlərin hazırlığı tələb olunur. Artıq həkimlər mütəxəssis olmaq üçün imtahan verərək rezidenturaya qəbul olunur, institutu bitirəndən sonra əlavə elmi-praktiki həkim kimi çalışırlar. Ondan sonra onlar mütəxəssis hesab olunur. Ötən il rezidenturanın ilk buraxılış olub və ildən-ilə burada oxumaq istəyənlərin sayı daha da artır. Rezidenturanı keçməyənlər gələcəkdə cərrah, kardioloq, sahə həkimi kimi işləyə bilməyəcək.

 

– Ürək-damar xəstəlikləri ilə bağlı uşaqlar arasında vəziyyət necədir?
 

– Diaqnostik imkanlar inkişaf etdiyinə görə uşaqlar arasında da bu xəstəliklərin sayı  artıb. Ürək qüsurlarının yaranmasına müxtəlif faktorlar təsir edir. İqlim dəyişiklərinin də ürək-qan damar sistemi xəstəliklərinin artmasında rolu var.  Bu, eyni zamanda ağciyər və digər orqanlara da təsir göstərir. İqlimin mənfi fəsadlarını bilirik, amma ona təsir etməyə heç bir imkan yoxdur. Yadımdadır, biz uşaq olanda, məktəbdə oxuyanda deyirdilər ki, sabah güclü qar yağacaq və dərs olmayacaq. Həmin vaxt qar dizdən yuxarı olurdu. İndi qar yoxdur və nəvələrimiz qar yağanda sevinir ki, heç olmasa əlimdə qar saxlaya bildim. Bütün bu və digər iqlim dəyişiklikləri xəstəliklərin yaranmasına və artmasına da təsir edir.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website