Antalyada güclü PARTLAYIŞ: 12 yaralı – YENİLƏNİB

25.10.2016 / 11:13 xeber –

 

 

Antalyada baş verən partlayış zamanı 12 nəfərə yaxın şəxs sınan şüşə parçalarından yüngül xəsarət alıb.

 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, avtodayanacaqda qeydə alınan partlayışın səbəbi hələlik bəlli olmasa da, terror qaynaqlı olub-olmadığı araşdırılır. Hadisə zamanı 4 avtomobil zərər görüb, biri isə tamamilə parçalanıb. Partlayış baş verən ərazidə ikinci terror ehtimalı ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Antalya Bələdiyyəsinin sədri Menderes Türel açıqlamasında deyib ki, heç bir təhlükə yoxdur, hadisə terrorla bağlı olmaya da bilər, yaralıların da vəziyyəti stabildir.

 

Qeyd edək ki, partlayışın baş verdiyi binada bu gün günorta saatlarında Antalya Bələdiyyə sədrinin də iştirak edəcəyi iclas keçiriləcəkdi. 

 

***

10:27

Türkiyənin Antalya vilayətində güclü partlayış baş verib.

 

APA-nın xəbərinə görə, Ticarət və Sənaye Palatasının binasında baş verən partlayışın səbəbi hələlik məlum deyil. Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadası cəlb olunub.

 

Partlayış nəticəsində Palatanın binası və yaxınlıqdakı digər binalara ciddi ziyan dəyib.

+3

mənbə :
lent.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir