Avropa sosial xartiyası üzre alt komitenin iclası keçirilecek

25.10.2016 / 18:15 xeber –

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası  əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva oktyabrın 27-dən 30-dək Fransada səfərdə olacaq. 

 

Milli Məclisdən Lent.az-a verilən məlumata görə, Paris şəhərində AŞPA-nın Sosial komitəsi çərçivəsində Sevinc  Fətəliyevanın sədrlik etdiyi Avropa Sosial Xartiyası  üzrə Alt  Komitənin toplantısı olacaq. Tədbirdə “Uşaqların və gənclərin sosial, hüquqi və iqtisadi müdafiəsi” mövzusunda seminar keçiriləcək, uşaqların fiziki cəzanın bütün formalarından müdafiəsi, uşaq əməyinin istismarı, onlara  qarşı  cinsi zorakılıq və sosial ədalətsizliklə mübarizə metodları ilə bağlı  fikir  mübadiləsi  aparılacaq.
Yerli deputat müzakirə edilən məsələlərə münasibətini  bildirəcək.

 

 

 

 

mənbə :
lent.az

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir