Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Qars şeherini salmış qedim türk boyu – BULQARLAR

Qars şəhərini salmış qədim türk boyu - BULQARLAR

26/10/2016

18:56

26.10.2016 / 17:53 xeber –

APA TV-nin “Səsli tarix” layihəsinin növbəti buraxılışı qədim türk tayfası olan bulqarlara həsr olunub. Bulqarların tarixdə oynadığı rol danılmazdır, onlar bu gün mövcud olan Bolqarıstan, Makedoniya dövlətlərinin, Rusiya ərazisində bir çox tanınmış şəhərlərin əsasını qoyublar. Bulqarların Azərbaycanla bağlılığı, dini və mifik təfəkkürü, bulqar tarixinə dair maraqlı faktları tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədlinin dilindən eşidək…

 

Qədim türklər – bulqarlar

 

Bulqarlar haqqında danışarkən bütövlükdə türk xalqlarının tarixi ilə bağlı olan konsepsiyalar haqqında da danışmağa məcburuq. Bunu demək kifayətdir ki, türk xalqlarının indiki linqvistik bölgüsündə bulqar qolu xüsusi yer tutur. Türk xalqlarının şəcərələri ilə bağlı kitablarda da oğuz, bulqar, suvar, xəzər və digər qollar ardıcıllıqla öz əksini tapır. Təəssüf ki, bulqarlar mövzusu nə Türkiyə, nə Mərkəzi Asiya, nə də Azərbaycan tarixşünaslığında yetərincə araşdırılmayıb.

 

Versiya: Qars şəhərini bulqarlar salıb

 

Bulqarların mənşəyi, bulqar etnonimi ilə bağlı bir çox versiyalar var. Əgər klassik sovet versiyasına inansaq, guya bulqarlar əvvəlcə Mərkəzi Asiyada, Çin sərhədində yaşayıblar. Çin mənbələrində bulqarların adı pulk, polk formasında ifadə olunub. Onlar sonra bunlar Şərqə doğru irəliləyiblər. Lakin Smirnov adlı arxeoloq özü də hiss etmədən etiraf etməyə məcbur olur ki, hələ hunlardan əvvəl indiki Volqa sahillərində, yəni İdil sahillərində bulqarlar yaşamışdılar. Şimali Qafqazda da bulqarlar yaşayıb. Hay və gürcü mənbələrində bulqarların adı çəkilir. Məsələn, Moisey Xoreninin əsərində  qeyd olunur ki, Parfiya hökmdarı Aşakın vaxtında Qafqaz dağlarının o biri üzündə – söhbət Şimali Qafqazdan gedir – böyük iğtişaşlar oldu. Və onlardan ayrılan böyük bir qol, Vahındır Bulqar adında bir adamın rəhbərliyi ilə Kür çayının bir tərəfinə səpələndi. Hətta Qars şəhərinin bulqarlar tərəfindən miladdan öncə II əsrdə salınması versiyası var. Bu isə sovet tarixşünaslığına zidd olan xüsusiyyətdir.  

 

Dilodan törəyən türklərlə Aşinadan törəyən türklərin savaşı

 

Yəni, tarixi mənbələr bulqarları hunların gəlişindən xeyli əvvəl indiki coğrafiyada rəsmi olaraq tanıyır. Sadəcə, yazılı ədəbiyyatın meydana gəlməsi tamam başqadır. Məsələn, keçən əsrin sonlarında bizim qardaş tatar xalqının alimləri gözəl bir mənbə tapdılar –  “Cakfar tarixi”. “Cakfar tarixi”ndə bulqarların faktiki olaraq Cənubi Qafqazdan şimala doğru getmələri və orada 7 el salmaları haqqında söhbət gedir. Deyilənə görə, İdil sözü kökünü 7 eldən götürüb. Bu, Volqa çayının qədimi adıdır. Artıq hunların dövründə bulqar tayfa ittifaqı daha güclü idi. Və bunlar özlərini Dulodan törəmiş hesab etdiklərinə görə – Bozqurd haqqında əfsanə də var – özlərini birbaşa ora bağlayırdılar. Hun ordu birliyi içərisində bulqarların öz çəkisi vardı. Bulqarlar Kutriqur, Utiqur adı formasında o birlikdə iştirak edirdilər. Hətta 6-cı yüzillikdə Kutriqur və Utiqur formasında olan bulqar tayfa birliyinin təkcə, Şimali Qafqazda deyil, eyni zamanda Cənubi Qafqazda böyük rol oynadığı qeyd edilir. Bizans dəfələrlə bunların qüvvələrindən istifadə edib. Yazılı ədəbiyyata müraciət etsək, hansı mənzərəni görərik?  İordan qeyd edir ki, Atillanın ölümündən sonra onun böyük oğlu İləki xan döyüşlərdə öldürülmüşdü, ondan kiçik olan Ernək bulqarların içərisinə qayıtdı. Və Azov dənizi ilə Xəzər dənizi arasında böyük bir dövlət yaranır – Böyük Bulqar dövləti. Böyük Bulqar dövlətinin başında Kubrat xan dururdu. Kubrat xanın dövründə Qara dəniz sahillərində yerləşən Fanaqoriya və s. şəhərlər çox böyük gücə malik idilər. Sonrakı mərhələdə bulqarlar xəzərlərlə toqquşdular. Xəzərlər Aşina nəslindən, bulqarlar Dulo nəslindən idilər. Toqquşmanı bəzən bununla izah edirlər. Lakin bu faktı son dərəcə şişirtmək lazım deyil. Faktiki olaraq, hər ikisi bir soydan idilər, türk idilər. Buna görə də Xəzər xaqanlığı güclənərkən həmin Kubrat xanın övladları müxtəlif yerlərə səpələnməyə məcbur olurlar. Məsələn, onun böyük oğlu Batbay xan Xəzər ağalığını qəbul edir. Ona bəzən Batbayan da deyirlər. Onlar mövcud olduqları torpaqlarda Azov dənizi ilə Xəzər dənizi arasındakı ərazilərdə yaşayırlar. Qotraq xan şimala doğru irəliləyir və bugünkü Tatarıstan ərazisində, Volqa sahillərində – Don, Kama ərazilərində ayrıca bir dövlət yaradır. Bu dövlət Volqa Bulqarıstan adlanırdı. Kurbat xanın digər oğlu Asparux Dunay sahillərinə enir. O biri oğullarından biri Makedoniya, digəri İtaliya istiqamətində irəliləyir.

 

 

Asparux xanın qoyduğu qızıl qayda: bulqarların slavyanlarla evlənməsi qadağandır

 

İtaliyada kilsə də var – De Santiette Bulqaro. Burada din həmin etnosun özünü qoruyub saxlamasına çox mühüm təsir göstərdi. Asparux xan 679-cu ildə  Dunay sahillərində idi. Bolqar rəssamı gözəl tablo da yaradıb – “Asparux Dunayı keçərkən”. Onun ilk toqquşduğu dövlət Bizans oldu. Ondal savaşında Bizansı darmadağın edən Asparux indiki Bolqarıstan ərazisində möhkəmlənir. Bulqarların gerbi olan Bars bugün Volqa Bulqarıstanının da, eyni zamanda Dunay Bulqarıstanının da bayrağında əksini tapıb. Sadəcə, Dunay Bulqarıstanın bayrağındakı Bars qəfəsdədir, lakin Volqa Bulqarıstanındakı Bars azaddır, pəncəsinin üzərinə uzanmış vəziyyətdədir. Asparux sonrakı fəaliyyəti dövründə get-gedə Bizansı daha da sıxışdırmağa başlayır. Asparux bir qayda qoyur, qaydaya əsasən Dunay sahillərinə sığınmış slavyanlarla evlənmək qadağan edilir. Niyə? Çünki Asparux tədbirli hökmdar idi. O gözəl bilirdi ki, sayca çox olan slavyan kütlələri bunları istər-istəməz assimilyasiya edə bilər. Asparuxdan sonrakı xanların dövründə Krum xanın dövründə də bu siyasət davam etdirildi. Krum xan hətta Bizansın paytaxtı Konstantinopolun mühasirəsində də iştirak edib. Mənbələrin yazdığına görə, onu zəhərləyib öldürüblər.  Hakimiyyətə Omurtax xan gələndə xristianların təqibinə başlayır. Bu dövrdə də slavyanlarla nikah qadağan idi. Dövlətin zəifləməsi Börüs xanın dövründən başlayır. Onun dövründə nəinki, slavyanlarla evlənməyə icazə verilir, hətta xristian dini hakim din olur. Düzdür, bulqar saray əyanları buna qarşı çıxırlar, onlar şamançılığa, tanrıçılığa sadiq qalmaq istəyirdilər. Lakin təəssüf ki, bu çıxış yatırıldı. Və növbəti bulqar hökmdarlarının – Simeonun, Nikiforun dövründə dövlət xristianlaşmağa başladı. Bununla da bulqarlar öz dillərini itirdilər.

 

Dunay Bolqarıstanının əhalisi antropoloji baxımdan bulqarlara bağlı xalqdır

 

Bugünkü Dunay Bolqarıstanının əhalisi istər antropoloji,  istər genetik yöndən bulqarlarla bağlı xalqdır. Bunu araşdırmalar da göstərir. Bəs şimalda qalan bulqarların taleyi necə oldu? 922-ci ildə Kotraq xanın nəticəsi Almış xan xilafətə müraciət edir. Gözəl bir mənbə də var – “İbn Fədlanın Volqaya səyahəti”, İbn Fədlan xəlifə tərəfindən göndərilən nümayəndə heyətini içərisində idi. Almış xan islamı qəbul edir və bundan sonra islam dini Volqa Bulqarıstanında hakim dinə çevrilir. Təəssüf ki, sovet dərsliklərində belə bir dövlətin olması unudulurdu. Halbuki, bu, Kama, Don, Volqa çayları arasında böyük bir ərazidə yerləşən dövlət idi. Monqollar birləşmiş Rusiya knyazlıqlarını darmadağın etdiyi halda Volqa bulqarları 1227-ci ildə monqolları darmadağın etdi. Bu isə o dövlətin gücünü göstərir.

 

Bulqarların Azərbaycanla bağlılığı

 

Bulqarların Azərbaycanla hansı bağlılığı var? Azərbaycanlılara yad olmayan Qars şəhəri bulqarlar tərəfindən salınıb. Bundan başqa, Aşxaratyutsda, yəni erməni coğrafiyası əsərində, eyni zamanda Musa Xorenatsinin əsərində qeyd olunur ki, bulqarlar Kür çayının bu biri tərəfinə keçib yerləşdilər. Xorenli Musa daha dəqiq deyir ki, quzeydən gələn bulqarlar Kolxetdən, Qoxadan cənubda yerləşdilər. Bu da təxminən bugünkü Gürcüstanın cənub və cənub-şərq hissəsini, eyni zamanda Ermənistan adlanan respublikanın şimal hissələrini əhatə edən tarixi Borçalı mahalının ərazisinə uyğun gəlir. Hətta Naxçıvanın şimalına doğru uzanan böyük bir ərazidə bulqarlar məskunlaşmışdılar.

 

Bulqarların adları bugünkü toponomikada öz əksini tapır. Azərbaycanın cənub-şərqində Bulqar çayı bu gün də var. Eyni zamanda “Kitabi Dədə Qorqud” da Əkrək və Səkrək boyunda belə bir epizod var ki, qardaşının dalınca gedən Səkrək İç Oğuzdan Dış Oğuza gedən yolda alnı başı parlaq bulqar ər görür. Bəzi alimlərin sözlərinə görə, bulqar “parıldayan, işıqlı” deməkdir. Onu da deyim ki, Makedoniya bulqarları da özlərini “serebrennıe bulqarı”, yəni “gümüşü, parıldayan bulqarlar” adlandırmışdılar. Ola bilər, bu söz allı başlı, yaxud altı başlı mənasında da ifadə oluna bilər. Altı başlı 6 tayfadan ibarət olduğuna görə deyilə bilər. Baxmayaraq ki, mənbələr onların cəmi 3 yerə bölündüyünü qeyd edir – barsilər, barıncılar, burtaslar.

 

Azərbaycan türkcəsində “gəliyəm”, “gediyəm” formasında danışanlar bulqar soyludur

 

Volqa Bulqarıstanının sonrakı taleyi necə oldu? 1236-cı ildə Batı xanın hücumu nəticəsində rus dəstələrinin köməyi ilə Volqa Bulqarıstanı aradan qaldırılır, dövlət kimi məhv edilir. Təəssüf ki, həm indiki, həm də sovet tarixşünaslığında bulqarlar unudulur. Lakin tarixi mənbələrdə üzə çıxır ki, böyük ərazidə çox sayda qədim məscidlər salınıb. Bugünkü Volqa bulqarlarının varisləri kimlərdir? Azərbaycan ərazisində Volqa bulqarları öz yerində. Onu da deyim ki, Azərbaycan türkcəsində “gəliyəm”, “gediyəm” formasında danışan soydaşlarımız bulqar soyludurlar. Onlara daha çox Muğan zonasında rast gəlinir. İstər Güneydə, istərsə də Azərbaycan Respublikasının ərazisində olan Muğanda – Yardımlı, Cəlilabad və digər bölgələrdə indi də bulqar ləhcəsində danışılır.

 

Volqa Bulqarıstanının varisləri – çuvaşlar və tatarlar

 

Volqa Bulqarıstanının mirasına sahib çıxan isə çuvaşlar və tatarlardır. Onlar özlərinə çox vaxt ya kazanlı, ya da bulqarlı deyirlər. Sovet dövründə çuvaşlarla tatarları bir-biri ilə vuruşdururdular. Onların hər birinə “bulqarlar sənindir” deyirdilər. Beləcə, iki qardaş millət bir-birini qırırdı. Nə yaxşı ki, XXI əsrin əvvəllərində çuvaş və tatar ziyalıları bir araya gələrək qərar veriblər ki, Çuvaşıstanla Tatarıstan birləşsin və adı Böyük Bulqarıstan olsun. Bu, Rusiya hakimiyyət orqanları üçün gözlənilməz hadisədir. Tarixçi kimi mən də bunu dəstəkləyərdim. Bütün linqvistlər də deyirlər ki, tatar və çuvaş dili bulqar dil ailəsinə aiddir.

 

“Bulqar” sözünün mənası – “qarışmış kişilər”, “çay adamı”, “balık ər”…

 

Bulqar sözünün etimologiyasını müxtəlif cür izah edirlər. Bulqar “bəlgə”, yəni “qarışmış” deməkdir. Çox zaman deyirlər ki, uqor və türk tayfaları bir-birinə qarışdılar deyə bulqar sözü “qarışmış kişilər” mənasını verir. Dunay bulqarlarının törəmələrindən olan İlçik qeyd edir ki, bu söz “balqar”, “volqar” formasında işlənir ki, bu da çay adamı mənasını verir. Bəzi türk və Çin tarixçiləri qeyd edirlər ki, “bulqar”  “balık ar”, “balık ər” deməkdir. Qədim türk dilində şəhərə balık deyirdilər, yəni şəhərdə yaşayan kişilər. Son versiya mənə daha inandırıcı görünür. Çünki Volqa Bulqarıstanının ərazisində bu gün də əhəmiyyətini saxlayan nə qədər şəhər var! O şəhərlərin çoxu Volqa bulqarları tərəfindən salınıb. Kazan, Çimlyansk, Saratov, Sarıtau, Jiquli bulqar dilində olan sözlərdir. Böyük şəhər mədəniyyətinə malik olan xalq təbii ki, şəhər adamları deyə tanınmağa layiqdirlər.

 

Bulqarların dini dünyagörüşləri

 

XIII əsrin 20-ci illərində bulqar mədəniyyəti o qədər güclü idi ki, şimalda, yəni Volqa Bulqarıstanında onlar tanrıçılıq dinini daha tez əridə bildilər. Paytaxtı Saray-Batı olan Qızıl Orda çox keçmədən Özbək xanın dövründə islam dinini qəbul edir. Çox sayda müsəlman türk ədəbiyyatı yaranır. IX əsrdə yaranan bu ədəbiyyat dövrümüzə qədər gəlib çıxıb. Təəssüf ki, Azərbaycan oxucularının çoxu o əsərlərlə tanış deyil. Bizdə XIV, XV, XVI əsrlərdə yaranan poemalar Volqa Bulqarıstanında da yaranmışdı. Bu işdə Azərbaycan türkləri qardaşlarına yardımçı ola bilərlər. Çünki ərəb dili Azərbaycanda daha çox tədqiq edilib. Volqa Bulqarıstanının ərazisində bəzən gecələr qaranlıq olmurdu, ona “belıe noçi” “bəyaz gecələr” deyirdilər. Mənbələr yazırlar ki, onlar namazın vaxtını xoruzun banlaması ilə müəyyən edirdilər. Yəni bulqarlar o dərəcədə sadiq müsəlmanlar idilər. Volqa bulqarları o zaman Kiyev Rusiya dövlətində hansı dinin qəbul edilməsi ilə bağlı mübahisə düşəndə nümayəndə göndərib onları islam dininə dəvət etmişdilər. Təəssüf ki, belə bir möhtəşəm dövlətin tarixi yaşadıqları və daxil olduqları Rusiya tarixində nə dərsliklərində, nə də ali məktəblərdə tədris olunmur.

 

Bulqarların mifik təfəkküründə Bozqurd inancı

 

Bulqarların mifik təfəkkürünə gəlincə, istər İordanda, istərsə də Bizans imperatorluğunun saray tarixçiliyində Dunay sahillərinə gedən bulqarlarda bozqurd inancının olması haqqında söhbət gedir. Bozqurd inancı XVI, XVII əsrə qədər Dunay Bolqarıstanında qalmağa davam edirdi. Sadəcə olaraq, Dunay bolqarlarının tam slavyanlaşmasına şərait yaradan həmin ərazinin uzun müddət Osmanlı işğalı altında qalması idi. Yəni dini ayrılıq o bulqarları daha çox slavyanlaşdırdı. Çünki dili Osmanlı ilə eyni olsa da, Osmanlı dini dövlət idi. Və bu dini hisslər vaxtilə Mərkəzi Avropadakı bir çox türk xalqlarının törəmələrinin – avarların, macarların, bolqarların türkçülüyü itirməklərinə gətirib çıxardı. Burada din faktorun mühüm əhəmiyyəti var. Bulqarlarda bozqurd inancının mövcudluğunu XVI-XVII əsrlərdə ora göndərilən missioner rahiblər də qeyd edirlər. Onlar özləri də bulqarların xristian olmalarına şübhə ilə yanaşırlar.

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website