Azadliq.az
Azərbaycan Xəbərləri



Azadliq » Xeberler» Xeber

Yenileşen, müasirleşen qedim diyar: ulu Naxçıvan

Yeniləşən, müasirləşən qədim diyar: ulu Naxçıvan

28/10/2016

15:16

28.10.2016 / 14:11 xeber –

 

Hər dəfə təyyarədən enərkən ayağımı basdığım torpaq, içimə çəkdiyim hava, şirin ləhcələri ilə bizi qarşılayan insanlar o qədər doğmadır ki, mənə… Bəlkə də elə buna görədir ki, doğulub boya-başa çatdığım, ata-babalarımın uyuduğu o torpaqlara -Naxçıvana tez-tez gedirəm. Təbii ki, hər bir bölgəsi mənim üçün müqəddəs olan Azərbaycanın, doğma Vətənimin ayrılmaz hissəsi – Naxçıvanın hər daşı, zərrəsi mənim üçün çox əzizdir.

Çünki həyatımın ən yaddaqalan illəri bu yerlərdə keçib. Naxçıvana bu dəfəki səfərimiz mənim üçün fərqli bir səfər idi. Çünki Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Azərbaycanın 20 aparıcı mətbu orqanının rəhbərləri ilə növbəti səfərimiz reallaşırdı. Baş redaktorlardan bəziləri Naxçıvana ilk dəfə, bir çoxları isə uzun fasilədən sonra növbəti səfərə gəlmişdilər.

Hər dəfə əsas yoldan ayrılıb doğma kəndimizə – Saltağa doğru enərkən nədənsə evimizə-ata ocağına tələsirəm… Qarşımda əzəmətli İlandağ, o qədər də geniş olmayan döngələr, işıq dirəklərinin başında yuva salan leyləklər, qoyun-quzu səsi və daha nələr, nələr mənə uşaqlığımı xatırladır. Köhnə hasarlar, tozlu-torpaqlı yollar, sınıq-salxaq körpü, məktəb illərini keçirdiyimiz kiçik, birmərtəbəli bina və s. tikililər artıq tarixə qovuşub. Dəyişən çox şey var. Kəndimizin girişindən sonuna qədər uzanan yeni, müasir asfalt yol, Əlincə çayı üzərində qurulan geniş və əzəmətli körpü, yenilənən hasarlar, bir neçə ay bundan əvvəl istifadəyə verilən dördmərtəbəli müasir orta məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, su dəyirmanı və digər obyektlər təbii ki, insanların daha rahat və mükəmməl həyat şəraitinin təmin edilməsi üçündür.

Bu görkəm artıq Naxçıvanın bütün kəndlərinin simasıdır desək, səhv etmərik. Yəni bütün kəndlərdə müasir orta məktəblər, kənd mərkəzləri, körpülər, yeni yollar inşa olunub, abadlıq-quruculuq işləri aparılıb.

Naxçıvan qədim və zəngin tarixə, mədəniyyətə sahibdir, havası təmiz, iqlimi – yayı isti, qışı isə bir o qədər də sərt, insanları dürüst, istiqanlı, qonaqpərvərdir. Bunu təkcə mən yox, muxtar respublikaya səfər edən hər kəs görür, duyur və etiraf edir.

Yuxarıda qeyd etdiyim kimi, oktyabrın 14-15-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə həmkarlarımla birlikdə Naxçıvana qısa səfərimiz oldu. Hesab edirəm ki, səfər qısa olsa da, hazırlanmış zəngin səfər proqramı qonaqlarda Naxçıvanla bağlı dolğun təəssürat yaratdı.

Naxçıvan Beynəlxalq Hava Limanından yerləşəcəyimiz “Təbriz” otelinə doğru hərəkət etdikcə uzanan geniş və təmiz yollar, müasir tikililər, ümumilikdə şəhərin nizam-intizamlı ab-havası hansısa kiçik Avropa şəhərini xatırladırdı. Reallıq budur ki, muxtar respublikada ictimai-siyasi sabitlik hökm sürür, sosial-iqtisadi inkişaf günbəgün sürətlənir. Başlanan hər yeni gün Naxçıvanın hansısa şəhər və kəndində, bölgəsində müsbət mənada yeniliklər baş verir. Yerləşdiyimiz “Təbriz” oteli isə belə yeniliklərin sadəcə kiçik bir hissəsidir. Burada Avropanın 5 ulduzlu otellərindən geri qalmayan, hətta daha üstün və mükəmməl şərait yaradılıb. Təcrübəli personal isə qüsursuz xidməti ilə müştərilərin bütün arzu və istəklərini yerinə yetirməyə hazırdır.

Səfər proqramımız ilk olaraq ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılmış əzəmətli abidəsini ziyarət etməklə başladı. Daha sonra görkəmli dövlət xadimi, dahi siyasətçi Heydər Əliyevin həyat və yaradıcılığını əks etdirən muzeydə olduq. Muzeydə nümayiş olunan zəngin eksponatlar ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirməklə yanaşı, xalqını, dövlətini, Vətənini, millətini nə qədər sevdiyini və bu torpağa bağlılığını bir daha nümayiş və təsdiq edir.

Naxçıvanın qədimliyini əks etdirən məkanlardan biri də “Əlincəqala” tarixi abidəsidir. “Əlincəqala” həm də muxtar respublikanın yenilməzlik simvoluna çevrilib desək, daha doğru olar. Həmkarlarımla birlikdə dağın zirvəsinə doğru uzanan daş pillələri qalxdıqca sanki tarixin yenidən canlandığını duyurduq. Son illər burada aparılan tikinti-quruculuq işləri, yaradılan şərait “Əlincəqala”ya gələn insanların lap ürəyincədir. Məlumat verildi ki, tarixi abidə bir neçə il bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı əsasında bərpa edilib. Burada “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi üçün yeni bina tikilib. Ekspozisiya zalında “Əlincəqala”da məskunlaşan insanların həyatını əks etdirən nümunələr, qədim əşyalar nümayiş olunur. Təbii ki, bərpa işləri zamanı tarixiliyin qorunub saxlanılmasına xüsusi diqqət yetirilib. Divarlar, bürc və giriş qapıları, qədim yaşayış evləri, su hovuzları, təndirlər və s. bərpa edilib. İnsanların rahat hərəkəti üçün zirvəyə uzanan yeni yol salınıb, möhtəşəm işıqlandırma sistemi qurulub, yaşıllıq salınıb. Bir sözlə, Azərbaycanın tarixi-mədəni irsini özündə əks etdirən Qala qədimliyini saxlamaqla, yeni görkəm alıb. “Əlincəqala”nın zirvəsində dalğalanan üçrəngli Azərbaycan bayrağı isə insanda sonsuz qürur hissi yaradır. Sözsüz ki, bu istiqamətdə görülən işlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna əhəmiyyət daşıyır. Çünki hələ bundan sonra uzun illər boyu “Əlincəqala”nı görmək üçün Naxçıvana gələn yerli və xarici turistlər qədim tariximizin canlı şahidləri olacaqlar.

Naxçıvanın özünəməxsusluğunu əks etdirən əsas məqamlardan biri onun tarixi abidələrlə zəngin olmasıdır. Həmkarlarımla birlikdə Culfa rayonu ərazisində yerləşən Gülüstan türbəsinə səfər də yaddaqalan məqamlardan oldu. 2015-ci ildə bərpa edilən, nəinki Azərbaycanın, hətta dünyanın tarix və mədəniyyət abidələrindən biri sayılan türbə media rəhbərlərinin böyük marağına səbəb oldu. Məlumat verildi ki, abidənin səthi oyma həndəsi ornamentlər və dekorativ tağlarla bəzədilib. Türbə zərifliyi, mükəmməl memarlıq üslubu ilə göz oxşayır. Abidənin yerləşdiyi ərazinin tarixi, mədəni əhəmiyyətindən irəli gələrək burada “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

Səfər proqramında “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksini ziyarət və Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq da yer almışdı. Naxçıvana gəlmək və “Əshabi-Kəhf” Ziyarətgahında olmamaq mümkün deyil. Çünki bu sirli məkan istər yerli, istərsə də xarici turistlərin hər zaman diqqət mərkəzində olub. Son illərdə Dini-Mədəni Abidə Kompleksində yaradılan şərait ziyarətçilərin dağların dərinliyinə doğru uzanan çətin və keçilməz yolunu asanlaşdırıb. İnsanlar müqəddəs kitabımız olan Qurani-Kərimdə adı çəkilən bu məkanı ziyarət edərək qurban kəsir, Allaha dualar edir, Naxçıvanın tarixinin və mədəniyyətinin qədimliyinin bir daha şahidi olurlar. Müşahidələrim zamanı media rəhbərlərinin “Əshabi-Kəhf”lə tanış olarkən müsbət mənada təsirləndiyini gördüm. Doğrudan da tarixi və dini baxımdan bu qədim, əsrarəngiz məkanda olmaq insanı saflaşdırır, müqəddəs inanclarımıza daha möhkəm bağlılığa sövq edir.

İnanıram ki, Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq da həmkarlarımın yaddaşında xoş xatirələrlə qalacaq. Bəlkə də artıq bir çoxu beynində yenidən buraya gəlmək və Mərkəzdən faydalanmaqla bağlı planlar qurublar. Çünki Duzdağ Fizioterapiya Mərkəzi həqiqətən də unikal bir məkandır. Təbii müalicənin ən doğru ünvanlarından biri sayılan Mərkəzə gələn hər kəs burada şəfa tapır, daha sağlam və gümrah şəkildə evinə qayıdır. Duzdağ Fizioterapiya Mərkəzi ilə bağlı məlumatları maraqla dinləyən, burada yaradılan şəraiti öz gözləri ilə görən media rəhbərlərinin heyrətlərini müşahidə etməmək mümkün deyildi.  

Səfər zamanı “Arıçılıq məhsulları – bal festivalı”nın keçirildiyi “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində Naxçıvanın müxtəlif bölgələrində istehsal olunan bal məhsulları ilə tanışlıq da maraqlı oldu. Festivala Naxçıvanın 210 arıçısı tərəfindən 10 tondan artıq bal, bərəmum, çiçək tozcuğu, güləm, arı südü və digər arı məhsulları çıxarılmışdı. Bu amil isə təbii ki, muxtar respublikanın iqtisadi inkişafından, xüsusilə özünün ərzaq təhlükəsizliyini yüksək səviyyədə təmin etməsindən xəbər verir. Statistik məlumatlara görə, Naxçıvanda yanvar-sentyabr aylarında ümumi daxili məhsulun həcmi 1 milyard 831 milyon 84 min manatdan çox olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çoxdur. Hər bir nəfərə düşən ÜDM-in həcmi ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artaraq, 4 min 103 manatdan çox olub. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında sənaye məhsulunun həcmi 2,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 7 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,1 faiz, pərakəndə əmtəə dövriyyəsi 2,8 faiz, əhaliyə göstərilən pullu xidmətlər 4,1 faiz, ixracın həcmi 1,9 faiz, əhalinin gəlirləri 1,3 faiz, hər bir nəfərə düşən gəlirlər 0,2 faiz çoxalıb. Rəqəmlər də onu göstərir ki, blokada şəraitində olmasına baxmayaraq Naxçıvan inkişaf tempini qoruyub saxlayır.

Bu gün Naxçıvanda Heydər Əliyev ideyaları uğurla davam etdirilir. Prezident İlham Əliyev muxtar respublikaya səfərləri zamanı yeni obyektlərin açılışında iştirak etməklə, müvafiq tapşırıq və tövsiyələrini verməklə yanaşı, görülən işlərdən razılığını da ifadə edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov isə yorulmaz və səmərəli fəaliyyəti ilə Prezidentin tapşırıqlarını layiqincə yerinə yetirir.

KİV rəhbərlərinin muxtar respublikaya səfəri zamanı Naxçıvan Xalça Muzeyi, Naxçıvan Biznes Mərkəzi, Naxçıvan Dövlət Universitetinin Media Mərkəzi, Dövlət Bayrağı Meydanı və Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, Şahbuz rayonunun Nursu kəndində yerləşən Xalq Şairi Məmməd Arazın Ev-Muzeyi, Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, “Şərq qapısı” qəzetinin redaksiyası ilə tanışlıq kifayət qədər xoş xatirələrlə yadda qaldı.

Deyirlər, yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır. Beləcə bir-iki günlük də olsa Naxçıvana gedən və oradakı inkişafı, yenilikləri, qədimliklə müasirliyin vəhdətini öz gözləri ilə görən həmkarlarım inanıram ki, bu ulu diyardan zəngin təəssüratlar, unudulmaz xatirələrlə qayıdıblar.

Təbii ki, bu səfərlə bağlı böyük təəssüratlarımızı kiçik bir qəzet yazısına sığışdırmaq qeyri-mümkündür. Hələ biz uzun müddət bu səfərin xoş təsiri altında olacağıq.

Şübhəsiz ki, Qoca Şərqin Qapısı hələ bundan sonra tez-tez döyüləcək və bu müqəddəs məkan öz ziyarətçilərini gülərüz qarşıladığı kimi, elə gülərüz də yola salacaq…

 

Vüqar Rəhimzadə,

“İki sahil” qəzetinin baş redaktoru,

Əməkdar jurnalist

+7

mənbə :
lent.az




Şərh yazılmayıb.

Şərh yaz.











Azadliq.az - Android

Kitab sifarisi
Pulsuz Oyunlar
MARAQLI
На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2017. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti profiles ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti info website