xeber –
Azərbaycan millisinin növbəti matçını keçirəcəyi stadionun adı açıqlanıb.
ANS PRESS-in Azərbaycan Futbol Federasiyası Assosiasiyasına (AFFA) istinadla verdiyi məlumata görə, Avro-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyunu Ullevaal stadionunda baş tutacaq.
Millimiz Norveç yığması ilə iyunun 12-də, Oslo şəhərindəki stadionda qarşılaşacaq.
Oyun yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 23:45) başlayacaq.
Qeyd edək ki, millimiz bu oyundan sonra Xorvatiya yığması ilə üz-üzə gələcək. Həmin matç isə sentyabrın 3-də Bakıda baş tutacaq.
Mənbə : Anspress.com
Şərh yaz.