xeber –
Neft qiymətləri 2015-ci il üçün ən yüksək həddinə çatdıqdan sonra birdən birə 6 faiz enib.
ANS PRESS-in məlumatına görə, bu ABŞ-da anbarların dolması və Səudiyyədə neft istehsalının rekord həddə çatacağı barədə xəbərlərlə bağlıdır.
Beləliklə, Brent markasından olan neftin bir barreli üçün qiymət 3, 55 dollar azalaraq 55, 55 dollar olub.
Təhlilçilər deyirlər ki, neft hasilatının artması tələbatın artması ilə bağlıdır.
Qeyd edək ki, mart ayında həmçinin İraq və Liviya neft hasilatını artırıblar.
Mənbə : Anspress.com
Şərh yaz.