07.12.2016 / 12:15 xeber –
Prezident İlham Əliyev bu gün Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarşın etimadnaməsini qəbul edib.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, səfir Məhəmməd Adil Embarş fəxri qarovul dəstəsinin qarşısından keçib.
Məhəmməd Adil Embarş etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Prezident İlham Əliyev səfir Məhəmməd Adil Embarşın Azərbaycanda diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu vurğulayıb. Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlətimizin başçısı ölkəmizin bu əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu söyləyib. Azərbaycan və Mərakeşin beynəlxalq təşkilatlar çərçivəsində daim yaxından əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini bildirən Prezident İlham Əliyev bunun artıq yaxşı bir ənənəyə çevrildiyini məmnunluqla qeyd edib. Əməkdaşlığımıza dair digər sahələrin də müəyyənləşdirilməsinin zəruriliyini diqqətə çatdıran dövlətimizin başçısı xüsusilə qarşılıqlı ticarət səviyyəsinin çox aşağı olduğunu dedi, enerji, turizm və idxal-ixrac sahələrində də əməkdaşlığın önəmini vurğulayıb. Prezident İlham Əliyev ölkələrimizin potensialı və ixrac imkanları nəzərə alınmaqla ticarət dövriyyəsinin həcminin artırılmasının mümkünlüyünü bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin zəruriliyini qeyd edib.
Səfir Məhəmməd Adil Embarş da öz növbəsində Mərakeşlə Azərbaycan arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd etdi və ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb. Məhəmməd Adil Embarş iqtisadi baxımdan bir çox istiqamətlərdə, xüsusilə enerji sahəsində əməkdaşlığın önəmindən bəhs etdi. Səfir ölkəsində Azərbaycana regionda əməkdaşlıq platforması kimi baxıldığını dedi, öz növbəsində Mərakeşin də Afrika ölkələri ilə əlaqələrin qurulması üçün platforma rolu oynaya biləcəyini söyləyib.
10:41
Prezident İlham Əliyev dekabrın 7-də Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun etimadnaməsini qəbul edib.
Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, prezident həmçinin, Mərakeş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarşın etimadnaməsini də qəbul edib.
+4
mənbə :
lent.az
Şərh yaz.