Azadliq.az
Azərbaycan Xəbərləri













Azadliq » Xeberler» Xeber
08/12/2016

Nigar Əlibeyli: “Valideynlerin maariflendirilmesini xüsusi diqqetde saxlayırıq” – MÜSAHİBƏ

Nigar Əlibəyli: “Valideynlərin maarifləndirilməsini xüsusi diqqətdə saxlayırıq” - MÜSAHİBƏ


08.12.2016 / 10:55 xeber –

 

 

Nigar xanım, “İstedad” – uşaqların inkişafına dəstək üzrə ictimai birliyi ideyası necə yarandı?

 

İnkişaf problemli və xüsusi qayğıya ehtiyacı olan uşaqları dəstəkləmək üçün valideynlərlə birgə ictimai təşkilat yaratmaq ideyası əslində çoxdan yaranmışdı. İctimai təşkilatlarda, daha sonra isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki fəaliyyətim müddətində uşağına diaqnoz qoyulduqdan sonra problemlər qarşısında təkbaşına qalmış və nədən başlayacaqlarını bilməyən valideynlərlə tez-tez rastlaşırdıq. Azərbaycanda uşaqların psixoloji və fiziki reabilitasiyası üzrə çoxlu sayda kommersiya və digər qurumlar fəaliyyət göstərsə də, belə uşaqların valideynləri diaqnoz qoyulduqdan sonra çox zaman öz problemləri ilə tək qalırlar. Valideynlər haradan informasiya əldə edəcəklərini bilmirlər, onlar çox tez təsir altına düşürlər və uşaqlarına kömək etmək üçün hər şeyə hazır olurlar. Bu cür çətin anlarda həm valideynlər, həm də uşaqlar zəruri peşəkar psixoloji yardıma, ən əsası isə diaqnozdan asılı olaraq, reabilitasiyanın hər mərhələsi üzrə düzgün strategiyanın hazırlanmasına ehtiyac duyurlar. Bu problemin həlli üçün biz bir neçə il əvvəl valideyn və mütəxəssislərlə birgə uşaq inkişafı sahəsində icma yaratmağa qərar verdik.

 

Niyə məhz valideynlərlə birlikdə? 

 

Birincisi, ona görə ki, heç kəs uşağına yardım etməkdə ana-ata qədər maraqlı ola bilməz. İkincisi, iş ondadır ki, uşaq zamanın əksər hissəsini öz valideynlərinin əhatəsində keçirir, valideynlərin xüsusi uşaqlarla düzgün münasibətlərinin qurulması bizim hazırladığımız və tətbiq etdiyimiz reabilitasiya metodikalarının vacib hissəsidir. Valideynlərə göstərilən psixoloji yardım da az önəm daşımır. Axı imkanları məhdud olan və ya xüsusi inkişaflı uşaqların valideynləri də həm mütəxəssislərin, həm də bir-birinin dəstəyinə ehtiyac duyurlar. Bəzi valideynlərin sonradan bizim icmada könüllü kimi çalışmağa başlaması və bir-birinə yardım etməsi də bunu göstərir. Buna görə də valideynlərlə iş prosesinə və onların maarifləndirilməsinə biz böyük diqqət ayırırıq. Bununla əlaqədar olaraq, təşkilatımızda valideynlər üçün təlimlər və konsultasiyalar aparılır. 

 

Siz imkanları məhdud olan uşaqların hüquqlarının müdafiəsi məsələləri, imkanları məhdud olan böyük və uşaqlar üçün sosial xidmətlərin hazırlanması və təkmilləşdirilməsi üzrə işçi qrupların ekspertisiniz. Strasburqda, Avropa Şurasında, əlilliyin qiymətləndirilməsi meyarlarının hazırlanması prosesində Azərbaycanı təmsil etmisiniz, bu sahədə bir çox dövlət və beynəlxalq layihələrə qatılmısınız. Bu təcrübə sizə yardımçı oldumu və indiki fəaliyyətinizdə ondan faydalana bildinizmi?   

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işləyərkən, de-İnstitutlaşma (uşaqların ailələrə qaytarılması) kimi dövlət proqramının reallaşması çərçivəsində mən aparıcı Avropa ölkələrinin imkanları məhdud olan uşaqlar üçün alternativ sosial xidmətlərin yaradılması və təkmilləşdirilməsi sahəsindəki təcrübəsi, eləcə də imkanları məhdud olan insanlarla bağlı qanunvericilik nüansları ilə tanış olmuşam. Təcrübə mübadiləsi çərçivəsində biz Avropa ölkələrində tətbiq olunan reabilitasiya metodikalarını öyrənmişik. İndi bu metodikaları təkmilləşdirir, adaptasiya edir və uğurla həyata keçiririk. Təbii ki, bu misilsiz təcrübədir və maraqlanan bütün dövlət strukturları ilə təcrübəmizi paylaşmağa hazırıq. Hazırda biz müxtəlif inkişaf problemləri olan uşaqlar üçün sosial xidmətlərin inkişafı və təkmilləşdirilməsi, eləcə də qanunvericilik bazasına bir sıra təkmilləşdirici yeniliklərin tətbiqi üzrə təkliflər paketi üzərində iş apararaq dövlətə təqdim etməyə hazırlaşırıq. Eyni zamanda, alternativ xidmət mütəxəssislərinin hazırlanması üzrə resurs-mərkəzin yaradılması təşəbbüsü ilə çıxış etmək niyyətimiz var.

 

Azərbaycan “Uşaq hüquqları Konvensiyası” və “Əlillərin hüquqları Konvensiyası”na qoşulub. Bir ekspert kimi siz dövlətin öz öhdəliklərini yerinə yetirməsi istiqamətində atdığı addımları necə qiymətləndirirsiniz?

 

Son illər dövlət tərəfindən sosial reabilitasiyanın inkişafı və imkanları məhdud olan insanlar üçün xidmət keyfiyyətinin təkmilləşdirilməsi sahəsində təkliflərin hazırlanması ilə bağlı bir çox layihələr icra olunub, qanunvericilik bazasına yeniliklər tətbiq olunub (məsələn, imkanları məhdud olan insanlar haqda qanun qəbul olunub), artıq qüvvədə olan qanunlara bəzi müvafiq dəyişikliklər edilib. Dövlət tərəfindən ən yeni avadanlıq ilə təchiz olunmuş müasir rebilitasiya mərkəzləri açılıb, inklüziv təhsil ilə bağlı da müəyyən tədbirlər keçirilir. Ancaq yüksək ixtisaslı mütəxəssilərin qıtlığı problemi bu gün də aktual olaraq qalır. Bu sahədəki çoxillik təcrübəmizə əsaslanaraq alternativ xidmətlərin inkişafı və mütəxəssislərin hazırlanmasında öz dəstəyimizi dövlətə təklif etmək istəyirik.       

 

Sizə ən çox hansi problemlərlə müraciət edirlər?

 

Bizim təşkilatımız müxtəlif inkişaf problemləri olan – nitq qüsuru, psixi inkişafın ləngiməsi, autistik spektr uşaqların reabilitasiyası metodikalarını hazırlayır və tətbiq edir. Bizə diqqət çatışmazlığı, təhsil çətinlikləri, dayaq-hərəkət sisteminin pozulması, Daun sindromu, davranış problemləri və s. olan uşaqların valideynləri müraciət edirlər. İctimai təşkilat kimi, imkanlarımızın məhdud olmasına baxmayaraq, biz hər bir uşağa kömək etməyə və ona peşəkar yardım göstərməyə çalışırıq. Çünki bizə təkcə Bakıdan müraciətlər daxil olmur, uşaqların çoxu Azərbaycanın regionlarından gəlir, ABŞ, Avropa, Rusiya, BƏƏ-dən olan soydaşlarımız da bizə üz tuturlar. Mütəxəssilərimizlə birgə biz hər bir uşaq üçün bacarıqların qiymətləndirilməsini aparırıq, nəticələrdən asılı olaraq, həm bizə məxsus, həm də Erqoterapiya, PECS alternativ kommunikasiya sistemi, TEACCH (Treatment and Education of Autistic and related Communication handicapped Children), sensor inteqrasiya, F. Affoltor terapiyası, Bobat-terapiya, nitq terapiyası kimi xarici metodikaların əsasında individual inkişaf planı hazırlayırıq. Bundan başqa, biz Tomatis audioterapiyası, qum, sport, art və digər terapiyaları da tətbiq edirik.  

 

Praktika illərində hansı nəticələri əldə edə bilmisiniz?

 

Bizim uzunmüddətli praktikamız ərzində biz böyük nəticələrə nail ola bildik. Uşaqlarımızın çoxu tam və ya qismən reabilitasiya olunub, məktəbə gedə və cəmiyyətə inteqrasiya ola biliblər. Topladığımız praktik material bizə daha mükəmməl metodikalar hazırlamağa və adaptasiya etməyə imkan verib. Ancaq biz bir yerdə dayanmamışıq, özümüzü daha böyük məqsədlərə çatmağa həsr etmişik – hər bir xüsusi uşağın potensialının kəşfi, onun maksimum mümkün reabilitasiyası və gələcəkdə cəmiyyətə inteqrasiyası bu sıradadır.       

 

Təşkilatınız niyə “İstedad” adlanır?

 

Biz öz reabilitasiya metodikamızı məhz xüsusi inkişaflı uşağın istedadının üzə çıxarılması üzərində qururuq. Məsələ ondadır ki, bütün uşaqların başlanğıcda bir çox bacarıqları olur, buna görə də təşkilatımızı yaradarkən biz onların potensiallarını hərtətəfli üzə çıxarmaqda xüsusi qayğıya ehtiyacı olan uşaqlara kömək etmək, onların müxtəlif sahələrdəki istedadlarını müəyyən etmək və cəmiyyətə tam inteqrasiyaları üçün bütün şəraiti yaratmaq missiyasını öz üzərimizə götürmüşük. Bir sıra layihələrimizi məhz uşaq istedadının inkişafı istiqamətində həyata keçiririk – məsələn, bu gün çəkdiyimiz cizgi filmində bütün qəhrəmanlar və dekorasiya bizim balacalarımızın əlləri ilə hazırlanıb. Təbii ki, məqsədimiz sadəcə individual proqramın hazırlanması və uşağın inkişafı deyil, məhz onun sosiallaşması, adaptasiyası və inteqrasiyasıdır.

 

Və sonda – gələcək planlarınız?

 

Hazırda biz xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün vəsait seriyası üzərində çalışırıq. Bu vəsaitin köməyi ilə valideynlərin problemləri ayırd etmək imkanları olacaq, öz uşaqlarını mərhələ-mərhələ inkişaf etdirməyi öyrənəcək, eyni zamanda xüsusi uşaqların inkişafı sahəsindəki metodikalar və onların düzgün tətbiqi ilə bağlı informasiya əldə edə biləcəklər. Çox ümid edirik ki, müvafiq dövlət orqanlarının dəstəyi ilə biz bu vəsaiti çap etməyə və uşağının inkişaf problemləri ilə üzləşən hər bir şəxsə çatdırmağa nail olacağıq.  

 

Nigar xanım, maraqlı müsahibəyə görə çox sağ olun, sizə və sizin təşkilatınıza asan olmayan işinizdə uğurlar arzulayıram.

 

Təşəkkür edirəm.

 

mənbə :
lent.az















На сегодняшний день самая высокая неофициальная заработная плата в Азербайджане составляет около 10 тысяч манатов. Ее получают высокопоставленные чиновники медицинской и IT-сфер,» заявил Echo.az председатель Центра исследований устойчивого развития Нариман Агаев. По его словам, самая высокая официальная зарплата составляет 2250 манатов, ее получают депутаты Милли меджлиса Азербайджана. «Самая низкая неофициальная зарплата сегодня равна 150 манатам, а официальная — 116», — отметил он. По его словам, сегодня в Азербайджане 20% граждан имеют «черную» зарплату. При этом 9% получают часть зарплаты на руки, то есть по ведомостям, вторую — в «конвертах». И около 70% получают «белую» заработную плату. Как сообщает Report, инцидент зарегистрирован на территории Сабаильского района. Согласно информации, в известном клубе Z club на улице Ахмеда Джавада житель Баку Муслюмов Камран Мамед оглу 1994 года рождения был ранен ножом неизвестным. Раненый был доставлен в Городскую клиническую больницу №1. Врачи оценивают его состояние как среднетяжелое. «Однако не стоит забывать о тех, кто задействован в развитии теневой экономики, есть множество незарегистрированных предпринимателей, многие работают на дому или по найму, безусловно, большая их часть нигде не числится. Я считаю, что улучшить ситуацию позволит лишь политическая воля правительства», — сказал он. В настоящее время в Азербайджане идут серьезные социально-экономические и политические процессы. Время от времени также появляется тревожная информация об опасности террора в Азербайджане. В тоже время, вокруг карабахского вопроса протекают сложные процессы. Кроме того, уже 18 дней Армения не возвращает тело нашего шехида, а по делу МНБ продолжается судебный процесс. Бывший заместитель министра национальной безопасности, председатель Партии свободных демократов Сульхаддин Акпер дал свою оценку всех этих вопросов, находящихся на повестке дня страны. Администрация действующего американского лидера Барака Обамы увязывала снятие ограничительных мер против России с полным выполнением минских договоренностей. Вступающий в пятницу на высший государственный пост Трамп в интервью Times и Bild предложил отойти от провозглашенного своим предшественником принципа. В Москве инициативу избранного американского президента восприняли весьма сдержанно. Песков отметил, что антироссийские санкции — это не вопрос российской повестки дня как во внутреннем плане, так и в плане общения с зарубежными партнерами. На вопрос о том, не меняет. Трамп рассказал о своем видении внешней политики В Совете Федерации пояснили: для России отмена санкций не является самоцелью, ради которой надо чем-то жертвовать, тем более в сфере безопасности. Председатель комитета верхней палаты парламента по международным делам Константин Косачев призвал не спешить "придавать словам избранного президента США Дональда Трампа о некоем возможном "размене" ядерного разоружения на отмену санкций статус официального предложения". Сенатор напомнил, что все это было сказано в интервью как размышление, как вариант. По его мнению, Трамп должен внимательно изучить причины, по которым существенное разоружение в этой сфере так и не стало реальностью. "Если отбросить демагогические ("агрессивность и реваншизм России"), то будет очевидным, что одно из главных препятствий — реализация планов глобальной ПРО США, а также последовательные американские попытки обеспечить себе односторонние превосходство по другим направлениям — развитие инфраструктуры НАТО, обычные вооружения, высокоточное оружие, беспилотники, милитаризация космоса", — уверен парламентарий. В Баку доставлен надгробный памятник азербайджанскому «вору в законе» Ровшану Ленкоранскому, убитому в Стамбуле. Как передает памятник был изготовлен в Индии, затем доставлен в Турцию, а оттуда в Азербайджан. Высота памятника составляет 5 метров. Отмечается, что в настоящее время памятник находится в одном из цехов по изготовлению надгробных камней в Бинагадинском районе, где проводятся завершающие работы. Отмечается, что основная часть памятника изготовлена в Индии по заказу брата Ровшана – Намика Джаниева. РИА Новости Положительное сальдо внешнеторгового баланса РФ в ноябре 2016 года выросло на 2,2% по сравнению с аналогичным периодом 2015 года и составило 9,137 миллиарда долларов, свидетельствуют материалы Банка России. ФТС сообщила о сокращении профицита торгового баланса России в 2016 году За 11 месяцев 2016 года показатель составил 78,585 миллиарда долларов, снизившись в 1,7 раза со 137,205 миллиарда долларов за аналогичный период предыдущего года. Египет согласился принять специалистов из 22-27 января, планируется урегулировать ситуацию с периодически возникающими претензиями египетской стороны к безопасности мяса птицы из РФ, сообщает Россельхознадзор. Право экспорта мяса и птицы в Египет получили 12 российских компаний Телефонные переговоры между представителями Россельхознадзора и ветеринарной службы Египта состоялись 12 января, на них обсуждались сроки посещения Египта российскими специалистами для ознакомления с методикой работы ветеринарных аналитических лабораторий и согласования методик отбора и анализа проб мяса. "Египетская сторона предварительно согласилась принять российскую делегацию в период с 22 по 27 января 2017 года и в ближайшие дни прислать официальное приглашение. Инициатива Россельхознадзора должна положить конец периодически возникающим претензиям надзорных ведомств Египта к безопасности мяса птицы, экспортируемому из России", — говорится в сообщении. Ранее Минсельхоз РФ сообщал, что Россия заинтересована в увеличении поставок в Египет зерновых и продуктов их переработки, мяса птицы, говядины и растительных масел, а также готова увеличить импорт овощей и фруктов из Египта. По информации издания, один из членов экипажа предложил 22-летней Глисон, находящейся на 18-й неделе беременности, багет с беконом. Девушка съела бутерброд. Это заметил еще один член экипажа, который сообщил об инциденте руководству фирмы. В итоге было назначено служебное расследование и слушания по делу о краже сэндвича. Как оказалось, девушка нарушила внутренний регламент авиакомпании, так как не попросила у коллеги чек, подтверждающий, что бутерброд, которым он ее угостил, был оплачен. Теперь она намерена обжаловать решение руководства. Подростка с диагнозом «бешенство» госпитализировали в отделение реанимации пермской больницы в конце ноября. Мальчик мог заразиться после того, как его поцарапала или укусила домашняя кошка. Напомним, в начале декабря в посёлке Бымок объявили карантин. Вскоре после госпитализации подростка здесь от бешенства умерли три собаки. Карантин продлится два месяца. Искать девушку родители начали 29 декабря. На следующий день тело погибшей было обнаружено, сообщает "Интерфакс". Следователи следственного управления Следственного комитета России по Удмуртии начали проверку по факту ее гибели. По предварительным выводам судебно-медицинской экспертизы, причиной смерти школьницы стало переохлаждение. Никаких телесных повреждения на теле погибшей нет. Кроме того, Трамп намерен заставить фармацевтические компании вести переговоры непосредственно с Medicare (программа страхования для населения старшего возраста - от 65 лет) и Medicaid (программа помощи лицам, имеющим доход ниже официальной черты бедности), а также снизить цены, поскольку эти компании лишатся привычной для них политической поддержки. Трамп не раскрыл никаких подробностей того, как он выполнит задачу по корректировке программы, поскольку ожидает одобрения мер со стороны кандидата на пост советника по здравоохранению Тома Прайса. Интервью Трампа изданию The Washington Post вышло после того, как конгресс принял первые меры по отказу от закона по реформе здравоохранения, который был ключевым в ходе президентства Барака Обамы. Теперь обе палаты американского парламента будут работать над деталями отмены и реформы закона о доступном медицинском страховании. Тем не менее после почти семи лет обещаний отменить Obamacare республиканцы столкнулись с некоторым трудностями в реализации своих намерений. Некоторые представители парламента даже думают о том, чтобы повременить с отменой программы, до тех пор пока не будет обнародован план по ее замене. "Чтобы увеличить выплаты богатым акционерам, крупные корпорации уклоняются от налогов, сокращают зарплаты работников и закупочные цены... Уклонение корпораций от налогов обходится беднейшим странам как минимум​​ в $100 млрд в год. Этого хватило бы, чтобы дать образование 124 млн детей, которые не ходят сейчас в школу, и вложить в здравоохранение достаточно средств, чтобы предотвратить смерть по крайней мере 6 млн детей каждый год", - сообщила организация. 16:08 (сегодня) 2 70 Найден «черный ящик» разбившегося под Бишкеком грузового самолета Как сообщают СМИ, врачи боролись за жизнь подростка, но не сумели его спасти. Мальчик умер во второй половине декабря. Все материалы сюжета Крушение грузового самолета в Киргизии Поиски второго бортового самописца продолжаются В станицу Павлодольскую в Северной Осетии немецкие поисковики приехали летом 2016 года, чтобы разыскивать своих павших солдат. Ориентировались иностранцы по картам Вермахта, где были отмечены 160 могил немцев. Рядом с одной из них поисковики и обнаружили останки советского капитана – на карте было обозначено и место захоронения красноармейца. Как отмечают историки, это нонсенс – когда противника хоронят вместе с погибшими из своих войск. То, что этот воин – советский, немцы поняли по звезде с фуражки, пуговицам, последнему патрону пистолета и шомполу для чистки оружия. Уже позже поисковики нашли в своих военных архивах донесение немецкого командования о том, что их солдаты с почестями похоронили капитана Красной армии. Один из бортовых самописцов грузового самолета Boeing-747-400, разбившегося в Киргизии, найден на месте происшествия, передает Интерфакс. Авиакатастрофа в Киргизии. Справка «На месте происшествия найден один из самописцев разбившегося самолета. Поиски второго черного ящика продолжаются», - рассказал на пресс-конференции премьер-министра Киргизии Чынгыз Эсенгулов. Ранее стало известно Межгосударственный авиационный комитет намерен сформировать комиссию по расследованию происшествия после того, как получит запрос от властей Киргизии.

Copyright © 2018. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
Copyright © 2016. AZADLIQ – Xəbər – Azadliq – Xeber – Xeberler · Bütün hüquqları qorunur.
- Sitemap - azadliq musavat manat son xeberler Son Xeberler - Son Xəbərlər xeberler xəbərlər azadliq qezeti azadliq qəzeti oyunlar oyun oyna oyunlar ən son xəbər, son xeberler, son xeber, xeber, azerbaycan xeberleri,azadliq qazeti