Eli Abbasovun qohumu mehkeme qarşısında

[r32]
xeber –

Güclü təsir edən dərmanları qanunsuz satmaq da və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən sabiq Rabitə Naziri Əli Abbasovun qohumu Natiq Qasımov və onunla ittiham olunan Xatirə İmaməliyeva, Aidə Cəfərovanın məhkəməsi başlayıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun icraatında olan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

 

Həbsdə olan N. Qasımov "Çinar Pharmaceuticals” MMC-nin təsisçisi və faktiki rəhbəri olub. Qadınlar isə həmin şirkətə məxsus aptekdə satıcı işləyiblər və barələrində həbs-qətimkan tədbiri seçilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıblar.

 

Dövlət ittihamçısı cinayət işi materialları ilə tanış olmadığı üçün vaxt istəyib.

 

Proses mayın 17-də davam etdiriləcək.

 

Qeyd edək ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 11 a saylı ünvanda fəaliyyət göstərən aptekdə işləyən satıcıların 5 fevral 2018-ci il tarixdə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Contramal 150 SR (Tramadol HCl 150 mq)” adlı dərman preparatının həkim resepti olmadan 50 həbini 75 manata qanunsuz satmaları müəyyən edilib.

 

İstintaq zamanı qeyd edilən aptekdə Səhiyyə Nazirliyinin əməkdaşlarının iştirakı ilə müvafiq məhkəmə qərarı əsasında axtarış həyata keçirilib. Axtarış zamanı narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edici maddələr olan – hər birində 10 həb olmaqla 200 konvalyutda “Contramal 150 SR”, dövlət qeydiyyatı olmayan 7 adda – 1 qutu "Benzilbenzoat”, 1 qutu "Chondrocsil GEL 100 ml",  3 qutu "MGK Baralqin № 100", 1,5 qutu "Silentex  N 30",  1 qutu "İmunitex N 30",  21 konvalyut "Mukaltin 50 mq № 10", 22 konvalyut "Dimedrol 50 mq № 10",  sertifikatı olmayan 13 adda – 5 qutu "Bonaksim 1 qr N 1",  "Auqmentin suspenzia 70 ml № 1",  1 qutu "Amitriptilin 25 mq № 50", 2 qutu "Nirofen 200 mq  N 24",  1 qutu "Uprofloksain 02 % 100 ml № 1", 7 konvalyut  Difenin 117 mq № 10",  1 qutu "Dilatrent 12,5 mq № 30", 1 qutu "Triamzur Kompozitum 37,5 mq № 50", 2 qutu "Korinfar 10 mq № 100", 3 qutu  "Validol 50 mq № 40", 1 qutu  "Preduktal MR 35 mq № 60", 1 qutu  "Streptosit 5% 30 q Liniment" və 5 qutu "Nurofen S 3x 100 ml № 1" adlı dərman preparatları aşkar edilərək götürülüb.

 

Yerli KİV-də N. Qasımovu  sabiq rabitə naziri Əli Abbasovun qohumu olduğu qeyd edilib

 



mənbə :
Lent.az

Rabitə sektorunda kütləvi ixtisarlar – “Aztelekom” müştəriləri necə “cəlb” edir?


[r32]
Bir müddət əvvəl Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rabitə bölümündə ixtisaslı kadr çatışmazlığının olması barədə məlumat vermişdik. Xatırladaq ki, ləğv olunmuş MTN-dəki soyğunçu çetenin ardınca Rabitə və Yüksək Texnologiyalar Nazirliyində onlara dəstək verən mütəşəkkil qrup aşkarlanmışdı. Bu qrup nazirlikdən, Əli Abbasov isə nazir postundan uzaqlaşdırıldıqdan sonra qurum daxilində işdənçıxarma dalğası başlanmışdı. Bu zaman yalnız qrupla bağlılığı olanlar deyil, xeyli sayda çevrəyə daxil olmayan ixtisaslı şəxslər də işdən uzaqlaşdırılmışdı. Bir sıra rayonlarda mühəndis heyətinə qədər uzanan “təmizləmə” əməliyyatı daha sonra ciddi mütəxəssis çatışmazlığının yaranmasına gətirib çıxarıb. Hətta iş o yerə çatmışdı ki, rayon qovşaqlarında sistemlə bağlı bilgiləri çıxarılan mütəxəssislərdən xahiş edib alırdılar.

Bu günlərdə isə “Yeni Müsavat”a rabitə sektorunda işdənçıxarılmanın yeni dalğasının başlandığına dair məlumatlar daxil olmağa başlayıb. Redaksiyamıza danışan etibarlı mənbənin dediyinə görə, rabitə strukturlarında son zamanlar kütləvi ixtisarlara start verilib. Bu dəfə həm mühəndis, həm də fəhlə heyətindən çoxlu sayda işçi vəzifəsindən uzaqlaşdırılır. Məsələn, illərdir rabitə sahəsində çalışan peşəkar mütəxəssisləri çıxarıb, yerinə filologiya, hüquq, iqtisadiyyat sahəsi üzrə ali təhsil alanları qoyurlar. Bu isə ümumi işin axsamasına səbəb olur: “Durum Əli Abbasovun nazirlik dönəmindən daha pisdir. Çoxpilləli idarəetmə yaradırlar, guya bununla artıq xərcləmələrin qarşısını alırlar. Əslində isə iş ləngiyir, keyfiyyət aşağı düşür. Məsələn, əgər Beyləqanda qəza baş verərsə və ora gedən qəza maşını yolda xarab olarsa, həmin rayonun telefon qovşağinin sədri “Aztelekom”a, “Aztelekom” isə nazirliyə məruzə edir. Sonra nazirlikdən “Aztelekom”a, oradan da rayon qovşağina nə edilməli olduqu bildirilir. Bu müddət ərzində maşın xarab halda küçədə qalır, baş verən qəza isə aradan qaldırılmır. Bu bürokratiya üzündən bəzən xırda bir qəzanın aradan qaldırılmasında iki-üç gün yubanma olur”.
Mənbəmizin dediyinə görə, vəziyyətin kəskin xarakter aldığı qurumlardan biri də “Aztelekom”dur. Belə ki, orada da işçiləri müxtəlif bəhanələrlə şərləyib işdən azad edirlər: “Birliyin audit və daxili təhlükəsizlik departamentinin direktoru Samir Daşdəmirov bir neçə IT mütəxəssisini işdən qovdurub. Onların yerinə isə öz yaxın adamlarını qoyur. İşdən qovulanlar arasında Sadiq, Cavid, Rauf adlı çox peşəkar, illərdir orada işləyən, bütün sistemə bələd olan IT mütəxəssislərini qeyd etmək olar. İşdənçıxarılma sxemi isə demək olar ki, eynidir. Məsələn, hansısa müştəri gəlib özəl internet provayderinə qoşulmaq istədiyini deyir. Müştəriyə yalandan deyirlər ki, sizin yaşadığınız yerdə həmin provayderə qoşulmaq olmaz. Çünki dediyiniz provayderin sistemi o ərazini dəstəkləmir. Gəlin sizin xətti “Aztelekom”a qoşaq. Beləliklə, müştərini aldadıb, “Aztelekom”a qoşurlar.

Bu aldadılmanı görən işdən qovulan şəxslər isə həmin müştərilərə bildiriblər ki, özəl provayderə də qoşulmanızda problem yoxdur və biz həll edə bilərik. Bunu eşidən Samir Dasdəmirov öz adamının əli ilə həmin üç nəfər şəxsə pul verdirib (5-10 manat) sonra onları rüşvət aldıği üçün işdən qovdurub. Əslində isə onlara irad tutulub ki, niyə müştəriləri “Aztelekom”a yox, özəl provayderə qoşursuz. Dasdəmirovun bir sevimli sözü var: “Bura Azərbaycandır, sizdən hər şey gözləmək olar”.

Bu cümləsini deyir, illərini rabitəyə vermiş mantyorları, IT mütəxəssislərini işdən qovur. Bundan başqa, “Aztelekom” daxilində hamıya tapşırılıb ki, lazım olan bütün ləvazimatlar, ehtiyat hissələr, kabellər “Omid” mağazalar şəbəkəsindən alınsın. “Omid” mağazalar şəbəkəsində isə hər şey başqa yerlərə nisbətən baha satılır: “Ümumilikdə “Aztelekom”da kabeli abonentə 3 dəfə baha qiymətə çəkirlər”(musavat.com).

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Sabiq nazir Əli Abbasov yeni vəzifəyə təyin olundu


[r32]
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib.

APA-nın məlumatına görə, bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb.

AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-nın müşaviri təyin olunduğunu bildirib.

Rəyasət Heyəti təklifi dəstəkləyib.

Sabiq nazir uzun fasilədən sonra görünüb


[r32]
Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri (2014–2015), akademik Əli Abbasov uzun fasilədən sonra rəsmi şəxslər arasında görünüb. “Ölkə.Az”-ın məlumatına görə, Əli Abbasov bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tanınmış alim Rəfiqə Əliyevanın vida mərasimində iştirak edib.

Mərasimdə hökumət üzvləri ilə söhbət edən Əli Abbasov jurnalistlərin sualına cavab verməkdən imtina edib.
Xatırladaq ki, mayın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov sözügedən nazirlikdə nazirin birinci müavini işləmiş İltimas Məmmədova (Hazırda Nəqiyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavinidir – müıllif) qarşı ifadə verib. Vidadi Zeynalov ifadəsində İltimas Məmmədov və Əli Abbasovla bağlı sensassion açıqlamalar verib.

İcra başçısının Vidadi Zeynalovu xilas planı – Əli Abbasov hədəfdə


[r32]

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov yaxın vaxtlarda azadlığa buraxıla bilər.

BakiPost.az daxil olan məlumata görə, o, dövlətə vurduğu ziyanı tam şəkildə ödəmək, sonra da sabiq nazir Əli Abbasovun üzünə durub, cinayətləri onun tapşırığı ilə törətdiyini deməklə məhbəsdən qurtulmağa çalışacaq. Buna görə də, yaxın adamları sabiq aparat rəhbərinin mənimsədiyi pulların geri qaytarılması üçün əmlaklarını satışa çıxarıblar. Bu işlərə V.Zeynalovun bacısı əri, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, yaxın qohumu BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfail Mehrəliyev, Bakı Şəhər İcra Hakimiyyətinin məsul işçisi “Tender kralı” kimi tanınan Ramazan Məmmədov rəhbərlik edir. Onlar V.Zeynalovun həbs qoyulmayan (öz adına olmayan) obyektləri, villaları ilə yanaşı öz mülklərini də tez bir zamanda satıb məsələni həll etməyə çalışırlar.

Ceyhun Cəfərov

Belə obyektlərdən bir də Yasamal rayonu, “Qələbə dairəsi” adlanan yerin yaxınlığındakı hələ tikintisi başa çatmamış 6 mərtəbəli binadır. Məlumata görə, Rafael Mehrəliyevə məxsus bu bina dəyərindən xeyli ucuz qiymətə satılır.


V.Zeynalovun yaxın adamlarının belə təşvişə düşməsinin səbəbi onlarının özlərinin də vəzifələrini itirə bilmək qorxusudur. Bildirilir ki, Zeynalovun tez bir zamanda həbsdən çıxmasında vəzifədə olan yaxın adamları daha çox maraqlıdır. Onlar hesab edir ki, V.Zeynalovun günahları boynundan atması və sabiq naziri qurban verməsi onların gələcək taleyini həll edir. Bəlli olduğu kimi Zeynalovun həbs edilməsi onun bir çox yaxın adamlarının vəzifəsini itirməsinə, hətta bəzilərinin ölkədən qaçmasına səbəb olub. Yeznəsi, Kürdəmirin icra başçısı Ceyhun Cəfərov, yaxın qohumu BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbərlik edən Rəfail Mehrəliyevin isə görəvdən alınması gündəmə gəlib. Buna görə də, onlar bütün imkanlarını səfərbər edib keçmiş aparat rəhbərini “təmizə çıxarmağa” çalışırlar. Hesab edirlər ki, o hər hansı bir şəkildə həbsdən qurtula bilsə, geniş əlaqələrinin hesabına, heç olmasa yaxın adamlarının reputasiyasını qoruya biləcək, onların vəzifədə qalmasını təmin edəcək.

Məlumat üçün bildirək ki, Vidadi Zeynalov fevralın 22-də məhkəmədə dəyən ziyanı ödəməyə hazır olduğunu bildirib.

Vidadi Zeynalov və yaxınlarının adına olan 67 əmlakın üzərinə həbs qoyulub. İstintaq zamanı aparılan qiymətləndirməyə görə, həmin əmlakların ümumi dəyəri 43 milyon manatdan çoxdur.

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər cəmi 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər.

Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanır.

Həbsdəki rəis 4,4 milyon ödədi, azadlığa çıxır!


[r32]
Eldar Mahmudovun MTN-dəki mütəşəkkil cinayətkar qruplaşmasının sıradan çıxarılmasından sonra onun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki əlaltıları da ifşa edildi. Nazir Əli Abbasovun özü həbs olunmasa da, onun tabeçiliyində olan bir neçə şəxs “MTN işi” çərçivəsində həbsə alındı. Ancaq deyəsən, hakimiyyət MTN–nin cinayətkar ünsürlərindən fərqli olaraq, həbsdəki rabitəçilərə qarşı güzəştli mövqe tutur. Təxminən iki ay əvvəl “MTN işi” çərçivəsində həbs edilən Nizami Rayon Telefon Qovşağının sabiq rəisi Fətulla Seyidov azadlığa çıxdı.

Gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, yaxın zamanlarda daha bir rabitəçi azadlığa qovuşacaq. Bu, “Aztelekom”un sabiq rəisi Məhəmməd Məmmədovdur. Məlumata görə Məhəmməd Məmmədov istintaq dövründə dövlətə vurduğu zərəri ödəyib. Bu məbləğ 4 milyon 400 min manat təşkil edib. Zərəri ödəyən sabiq rəisin əmlakları üzərində qoyulan həbslər də götürülüb. Mənbə Məhəmməd Məmmədovun yaxın zamanlarda azadlığa buraxılacağını deyir.

Qeyd edək ki, Məhəmməd Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Baş direktorla birlikdə daha bir neçə vəzifəli şəxs, o cümlədən «Aztelekom»un baş mühasibi Oqtay Rüstəmov də həbs edilənlər arasındadır.

“Lapşini verib, Eldar Mahmudovu həbs edəcəklər” – Sabiq MTN-çidən maraqlı iddialar

“Lapshin-i Belarusdan alırlar ki, sonradan onu İsrailə verərək Eldar Mahmudovun həbsinə razılıq alsınlar”

[r32]
Hazırda işiylə bağlı ABŞ-da olan politoloq, «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Ərəstun Oruclu son 11 ildə ölkənin təhlükəsizlik orqanlarında baş verənlərlə bağlı bloqunda silsilə yazılar yazır. Onun Azadlıq Radiosuna müsahibəsi də bununla bağlıdır. Müsahibəni qısa ixtisarla təqdim edirik.

– Ərəstun bəy, MTN-in əməllərinə niyə 11 il dözüldü?

– Bu sualın cavabı yazılarımda verilib. Mənim yazılarım hakimiyyət, ictimai rəy tərəfindən həqiqət kimi qəbul edilməsə belə, bu gün MTN-nin 20-dən artıq yüksək vəzifəli əməkdaşı həbsdədir, onlarla bağlı məhkəmə gedir. Bu da onu göstərir ki, sözügedən nazirlik cinayətkar qurum olub. Düşünmürəm ki, İlham Əliyev bu cinayətlərin törədilməsindən Eldar Mahmudovu işdən çıxarandan sonra xəbər tutdu. Amma heç bir tədbir görülməyib.

– Səbəb nədir?

– Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə Eldar Mahmudov həmin qurumu siyasi polisə çevirmək, hakimiyyəti qorumaq məqsədilə gətirilmişdi. Bir səbəb də Eldar Mahmudovun Rusiyaya bağlı olmasıydı. Onun nazir olduğu dövrdə MTN rəhbərliyinə gətirilən şəxslərin böyük əksəriyyəti də Rusiyaya bağlıydı. Amma az sonra dəyişiklik baş verdi. MTN faktiki olaraq, İsrailin çətiri altına keçdi. Onların arasında o dərəcədə dərin əməkdaşlıq getdi ki, MOSSAD (İsrailin xüsusi xidmət orqanı – red.) əməkdaşları gəlib MTN-in binasında əyləşirdilər. Onların nə işlə məşğul olduğunusa heç kim bilmirdi. Təbii ki, biz bilirdik və bəzi şeyləri yazmışıq da. Hələ 2011-ci ildə mən «The Times» qəzetinə müsahibəmdə İsrail agentlərinin Azərbaycan ərazisindən İrana keçərək nüvə fiziklərini qaçırmasından yazmışam. O zaman İsrailin Azərbaycandakı səfiri hay-küy saldı, məni İranın sifarişiylə belə məlumat yaymaqda suçladı. Amma Almaniyanın bir telekanalı sənədli film çəkdi. Orda MOSSAD-ın keçmiş direktoru və digər əməkdaşları İrana qarşı bu cür əməliyyat həyata keçirdiklərini etiraf edirdilər. İsrail səfiri, bir sıra yəhudi təşkilatları İlham Əliyevi Qərbdən qorumaqla, ona lobbiçilik etməklə məşğuluydular. Bu səbəbdən də Eldar Mahmudova toxunulmurdu. Azərbaycan, faktiki olaraq, xarici xüsusi xidmət orqanlarının karvansarasına çevrilmişdi. Xarici ölkələrin kəşfiyyatları özlərini burda çox rahat hiss edirdilər.

– Söhbət hansı ölkələrin kəşfiyyat qurumlarından gedir?

– İsrailin, Rusiyanın və başqalarının. Bu da Eldar Mahmudovu toxunulmaz fiqura çevirmişdi. MTN-in ləğvinə, 20-dək yüksəkvəzifəli işçisinin həbsdə olmasına baxmayaraq, keçmiş nazir bu gün də azadlıqdadır. Necə ola bilər ki, 11 il ərzində bu qədər cinayət törədilsin, MTN cinayətkar dəstəyə çevrilsin, amma nazirin xəbəri olmasın? Bundan nazirin xəbəri olub. Bunu əminliklə deyirəm, çünki əldə etdiyimiz məlumatların mütləq əksəriyyətini hakimiyyət strukturlarının içindəki şəxslərdən almışdıq.

– Sizin təbirinizcə desək, Azərbaycan MTN-i niyə İsrailin çətiri altına keçməli oldu? Üstəlik, İsrail casuslarının MTN-in rəsmi binasında oturmaları haqda dediyiniz fantastik səslənir.

– Bu, siyasi qərar idi. Eldar Mahmudov olsun, ya başqası, öz təşəbbüsüylə belə addım atmağa qərar verə bilməzdi. Səbəb də çox sadəydi. Proses özü 2008-2009-cu illərdən başladı. Məhz həmin 2009-cu ildə ən ağır cinayətlər baş verdi. Rail Rzayev (Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayev – red.) qətlə yetirildi, həmin ilin aprelində Neft Akademiyasında terror hadisəsi baş verdi. Bu, təsadüf deyildi. 2008-ci ildə Barack Obama ABŞ-da hakimiyyətə gəldi. Bakıda başa düşürdülər ki, ABŞ prezidentinin Azərbaycanın dövlət başçısına şəxsi antipatiyası var. Onun sevmədiyi şəxslərdən biri də İsrailin baş naziri Benjamin Netanyahu idi. Obama yetərincə intellektual, demokratik və açıqdüşüncəli insan idi. Onun İlham Əliyevi sevməməsi normal idi. Bu halda, Bakı Vaşinqtonla münasibət qurmağa çalışırdı. Yeri gəlmişkən, bu gün də eyni çaşqınlıq içindədirlər. Əlaqələr axtarırlar, çünki bütün «stavka» Hillary Clinton-a (ötən noyabr seçkilərində demokratların namizədi – red.) edilmişdi. Qayıdaq 2009-cu ilə. O zaman Vaşinqtonun mənfi təsirini neytrallaşdırmaq missiyasını üzərinə İsrail və ABŞ-dakı israilpərəst lobbiçilər götürmüşdü. Bu lobbiçilər arasında ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə katibi Victoria Nuland da, Hillary Clinton-un özü də varıydı. Buna görə də İsrailə Azərbaycanda yaşıl işıq yandırılmışdı. Sadə bir sual verəcəm. Azərbaycanın İsraillə sıx əlaqələri olduğu halda, niyə Bakı Tel-Əvivdə səfirliyini açmadı? Qərb və müsəlman dövlətlərinə demək istəyirdilər ki, İsraillə münasibətlərimiz heç də sizin düşündüyünüz kimi dərin deyil.

– Siz İsrailin və bir sıra yəhudi qurumlarının Bakı ilə Vaşinqtonun münasibətlərinin yaxşılaşması məqsədilə lobbiçilik etdiyini deyirsiniz. Amma Obama-nın hakimiyyətinin son dövrlərində iki ölkə arasında münasibətlərdə soyuq yellər əsirdi, hətta rəsmi səviyyədə ittihamlar səslənirdi.

– Bu da Bakının siyasətdə naşı olmasından doğurdu. Onlar düşünürdü ki, lobbiçilər münasibətləri düzəldə biləcəklər. Azərbaycan hakimiyyəti həddən artıq dərinə gedirdi, siyasi məhbuslar ordusu yaradırdı, hüquq və azadlıqları kobud şəkildə boğurdu. Buna etiraz edənlərin bəzisini neytrallaşdırmaq olsa da, bəzilərinin qarşısına çıxa bilmirdilər. Çünki ABŞ siyasəti yetərincə çoxşaxəlidir.

– Qayıdaq MTN məsələsinə. Nə baş verdi ki, işi milli təhlükəsizliyi təmin etməli olan dövlət qurumu – MTN çökdürüldü? Yazırsız ki, 2005-ci ildən bu qurumun demontajı başlandı. Yazılarınızdan gəlinən qənaət budur ki, ölkə rəhbərliyi 10 il sonra bu prosesi dayandırmağa, sadəcə, məcbur qaldı.

– Əslində, proses durdurulmadı. Proses bu gün də davam edir. Mən onun siyasi kontekstini yazmışam. 2005-ci ili təsadüfən keçid ili kimi qeyd etməmişəm. Məhz həmin ildən başlayaraq Azərbaycanda dövlət idarəçilik sisteminin demontajı başladı və hakimiyyətin bir əldə cəmlənməsinə start verildi. Bunda xarici qüvvələrin də marağı varıydı. Çünki bir nəfərin vasitəsilə hər şeyi idarə etmək, hadisələrə təsir etmək daha asandır. Ona görə qərbli, şərqli, iranlı, türkiyəli, rusiyalı hər kəs bunda maraqlıydı ki, Azərbaycandakı dövlət və ictimai-siyasi institutlar sıradan çıxarılsın. Azərbaycan artıq siyasi meyarlarla deyil, avtoritar meyarla idarə olunurdu. Namiq Abbasov dönəmində MTN bu prosesə, ölkənin, üzr istəyirəm ifadəmə görə, casusxanaya çevrilməsi prosesinə müqavimət göstərəcək qədər güclü qurumuydu. Onu dağıtmaqdan başladılar. Eldar Mahmudov da bunun öhdəsindən layiqincə gəldi, hakimiyyətin istədiyi kimi, MTN siyasi polisə çevrildi. Bunun arxasınca digər dövlət qurumlarının demontajı başlandı. Parlamentin, Nazirlər Kabinetinin… Nazirliklərdə belə proses başlandı, nazir şəkil kimi oturdulurdu vəzifədə, müavin hər şeyi idarə edirdi. İndi mətbuatda çox sual verirlər, Əli Abbasov niyə həbs edilmir? Əli Abbasov nazirlikdə söz sahibi olmayıb, yanına müavin oturtmuşdular, o da hər şeyi idarə edirdi. Necə ki səhiyyə nazirinin müavini hər şeyi idarə edir və ya necə ki Bakı şəhər İcra Hakimiyyətində idarə rəisi hər şeyi özü idarə edir. Yəni, ikili idarəçilik sistemi yaradıldı, buna hətta «kriminal idarəçilik sistemi» demək olar.

– Ərəstun bəy, amma demədiniz, 2015-ci ildə niyə MTN-nin dağıdılmasına qərar verildi?

– Artıq 2015-2016-cı illərdə MTN elə addımlar atdı ki… Bəlkə də ruhlandılar, bəlkə də xarici havadarları tərəfindən buna təhrik olundular, deyə bilmərəm. Bunlar artıq dövlət başçısının özünü nəzarətə götürməyə başladılar, onun haqqında materiallar, faktlar toplamağa başladılar. Hələ 2013-14-cü illərdə MTN Avropada yerləşdirdiyi agentura şəbəkəsi vasitəsilə İlham Əliyevin, ailəsinin biznesi haqda materiallar əldə edərək Avropa mətbuatına ötürürdü. Yəni təhlükə İlham Əliyevin özünə yaxınlaşanda, Eldar Mahmudov dayandırıldı.

– MTN İlham Əliyev və ailəsi haqda hansı məlumatları toplayırdı? Bir də bu məlumatlar nə dərəcədə təhlükəli ola bilərdi?

– Hər halda, MTN-in imkanları o təşkilatların imkanlarından qat-qat artıq idi. Həmin təşkilatların Prezident Administrasiyası işçilərini ucdantutma dinləmək imkanı yox idi. Məlumatlar təhlükəli olmasaydı, Eldar Mahmudov bugünədək nazir qalacaqdı. O sadəcə, siyasi iddialara düşdü. Baş nazir olmaq istəyirdi, ardınca prezidentliyi götürmək qalırdı. Bu da, onun düşüncəsinə görə, texniki məsələydi.

– Bir ildən çoxdur ki, Azərbaycan mətbuatı sual edir: niyə Eldar Mahmudov həbs edilmir?

– Düşünürəm ki, Mahmudov yaxın zamanlarda həbs edilməyəcək. Düzdür, müəyyən cəhdlər göstərilir. Məsələn, İsrail vətəndaşı Lapshin-i Belarusdan alırlar ki, sonradan onu İsrailə verməklə Eldar Mahmudovun həbsinə razılıq alsınlar. Bu, mənim versiyamdır. Çünki sual çıxır ki, niyə məhz Lapshin? Niyə məhz 2017-ci ildə həbs edilir? Halbuki o, Azərbaycana 2015-ci ildə səfər etmişdi, tutmamışdılar. Ona qarşı irəli sürülən ittihamlar da 2012-ci ili əhatə edir. Lapshin məsələsinin Netanyahu-nun Bakıya səfərinin ardınca baş verməsi dəyiş-düyüş məqsədi güdür. Hələlik, Mahmudovun həbsinə hakimiyyətin siyasi iradəsi çatmır. Onun yaxınlarda həbsini gözləmirəm.

– Keçmiş nazirin əlindəki kompromatlar haqda çox danışılır. Bu onun həbsini əngəlləyə bilərmi? Siz də yazırsınız ki, Eldar Mahmudov bu illərdə hadisələrin iştirakçısından həm də şahidinə çevrildi, buna görə o öz təhlükəsizliyini təmin etmək məqsədilə sübutlar da toplamalı idi.

– Hesab etmirəm ki, Mahmudov, ya başqası həbsə düşəndən sonra cürət edib danışsın. Ola bilsin, həmin kompromatlar xarici havadarlarının əlinə keçsin. Bax, bu mümkündür. Bunu istisna etmirəm. Amma məhz bu amilin onun həbsinin qarşısını aldığını düşünmürəm. Bir də Azərbaycan hakimiyyətinin elə bir sirri yoxdur, bütün əməlləri göz qabağındadır. İllərdir dünya mətbuatı yazır, özü də Azərbaycanda yolla gedəndə bilirsən ki, bu obyekt kimindir. Düşünmürəm ki, kompromatlardan qorxsunlar.

– MTN yoxdur, amma onun, sizin iddia etdiyiniz kimi, Avropaya və ya ölkə içinə səpələnən «ikili agentləri» qalırlarmı?

– Agentlər qalır. Sual budur ki, yeni yaradılan DTX onların xidmətindən istifadə edəcəkmi? Bəzilərindən artıq istifadə olunur. Bunu görürəm. Mən şəxsən onlardan istifadə etməzdim. Birincisi, məlumat mənbəyi kimi çox qeyri-peşəkardırlar. İkincisi, ikili agentlərdən yalnız güclü tərəf daha səmərəli istifadə edə bilir. Tutalım, eyni agentdən həm CIA (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi – red.) və ya MOSSAD, həm də Azərbaycan istifadə edirsə, təbii ki, uduzan Azərbaycan olacaq. Çünki onlarla müqayisədə Azərbaycan kəşfiyyatı çox zəifdir. Ona görə də, ikili agentlər şəbəkəsindən imtina etmək lazımdır. Amma bu da var ki, bu şəbəkə siyasi məqsədlər üçün, hakimiyyəti qorumaq üçün yaradılmışdı. Bəlkə siz də fikir vermisiniz, elə adam vardı vətəndaş cəmiyyəti fəalıydı, müxalifətçiydi, amma gedirdi Avropaya, bir müddət sonra müxalifət liderlərini söyürdü, yaramazlıqlarından danışırdı. Bu, konkret tapşırıq idi, təlimat üzrə hərəkət edirdilər. Onlar orda siyasi mühacir kimi hakimiyyətə işləyirdilər. Dövlət maliyyələşdirirdi onları.

– «Delta Telecom»un data mərkəzində baş verənlərlə (2015-ci ilin noyabrında şirkətdə baş verən yanğın nəzərdə tutulur – red.) bağlı ehtimalınız nədir?

– Bu işi yüksək ehtimalla MTN himayə edirdi. Mən düşünmürəm ki, bu, siyasi qərar olmadan həyata keçirilən əməliyyat idi. «Delta Telecom»un data mərkəzində yerləşdirilmiş, sonradan yandırılmış avadanlıq hansısa xarici kəşfiyyata məxsusuydu. O avadanlıq artıq sübuta çevrilməyəcək, yandırılaraq sıradan çıxarıldı. Düşünürəm ki, başqa ehtimal da mümkündür. Ora yerləşdirilən avadanlıq qismən yerli hakimiyyətin maraqlarına xidmət edirdi. Əslindəsə, ondan ən çox onu ora yerləşdirən xarici kəşfiyyat qurumu öz maraqları üçün istifadə edirdi. Üstünün açılmaması üçün də onu sıradan çıxardılar. Orda çalışan mühəndis ölkəni dərhal tərk edib. Bu gün də onun axtarışı aparılmır. Bir o bəllidir ki, İstanbula uçub. Kiberkəşfiyyat kəşfiyyatın çox mühüm tərəfidir. Azərbaycandan transavropa magistral xətti keçir. Həmin xətti keçərək yaxın dövlətlər ərazisində kibercasusluq aparmaq mümkün idi. Soruşmaq olar ki, internet üzərindən Avropadan da iş görmək olardı. Məsələ bundadır ki, internetdə də coğrafi baxımdan yaxın məsafə həlledici rol oynayır. Bu səbəbdən də Azərbaycan hədəf seçilmişdi.

– Sizin dediklərinizə inansaq, belə təəssürat yaranır ki, son illər ölkənin təhlükəsizliyi çox zəif olub, bəlkə də bu sistem çökdürülüb və məntiqlə indi ölkədə radikal qruplar, terrorçular at oynatmalıydı, ölkədə tez-tez terror hadisələri baş verməliydi.

– Təbii, belə də olub. Bu, təəssürat yox, reallıqdır. Həmişə də açıq yazmışam ki, Azərbaycan dövlətinin, vətəndaşlarını heç bir təhlükəsizliyi olmayıb. Sadəcə, terrorçuların marağı olmayıb ki, Azərbaycanda terror aktı törətsin. Terror hadisəsi o zaman baş verir ki, onların qarşısı kəsilir, problemlər yaradılır. Amma bu gün üzə çıxır ki, Mahmudov MTN-inin radikal dindarlar adı altında tutduğu şəxslərin çoxu bu zümrəyə aidiyyəti olmayan şəxslər olub. Onları şərləyib tutublar. Sualınıza qayıtsaq, terrorçuların burda, sadəcə, akt törətməyə marağı olmayıb. Amma Masallıda rabitə qovşağında olan hadisə də terror aktı idi. Və ya «Delta Telecom»un data mərkəzində texniki avadanlığın yandırılması da terrordu, Neft Akademiyasında baş verənlər də.

Neft Akademiyasında baş verən hadisələr zamanı nazir müavininin köməkçisi və sürücüsünün orda olduğunu yazmısınız. Siz bu hadisədə təhlükəsizlik orqanlarının iştirakını nəzərdə tutursunuz?

– Mən əlimdə olan məlumatları bölüşdüm. Bunun təhqiqatını aparmaq istintaqın işidir. Onlar da bunu aparmayacaqlar. Həmin iş bağlanmış sayılır. Üç günahsız uşağı şərləyib ömürlük, 20-15 iş verib həbsxanaya atıblar. Elmar Hüseynovun qətlindən sonra baş verən müəmmalı qətllərdə günahsız adamları mühakimə edirlər. Elmar Hüseynovun işini bu günə qədər bağlaya bilmirlər. Amma o biriləri rəsmi şəkildə bağlayıblar. Rail Rzayevin qətliylə bağlı ciddi araşdırmamız olub. Mənim yazım çıxan gün ortaya başqa şey atdılar ki, guya həbsdə olan kimsə bu şeyləri bilirmiş, Rzayev narkobiznesə mane olurmuş… Bu dezinformasiyadır. Bu materialı tələsik, primitiv şəkildə ortaya atmaqda məqsəd mənim yazımdan diqqəti yayındırmaq olub. Amma alınmayıb, bu yazını 25 mindən yuxarı insan oxuyub.

– Sizcə, Rail Rzayev silah biznesinin qurbanı olub?

– Silah alveri böyük pullar deməkdir. Azərbaycan silaha 3-4 milyard pul xərcləyib. Misirin orduya xərclədiyi məbləğ 5.4 milyard dollardır. Misir ordusu ilə Azərbaycan ordusu heç müqayisəyə gəlməz. Deməli, söhbət böyük yeyintilərdən gedir. İstisna etmirəm və bizə verilən məlumatlardan gəldiyim qənaət budur ki, Rail Rzayev məhz yeyintinin qarşısını kəsən şəxs olub. Ona görə də aradan götürülüb.

– Yazılarınız davam edəcəkmi?

– Hələlik, ara verirəm. Bir müddət sonra Azərbaycana qayıdacağam və orda davam etdirəcəyəm.

– Bu yazılara görə sizə hansısa təzyiq olub? Və ya hansısa formada təkzib edilibmi?

– Təzyiq olmayıb. Mən Azərbaycandan çıxandan ay yarım sonra ölkədən çıxışıma qadağa qoyulub. Demək istəyirlər, qayıtma bura. Mən öz ölkəmə gedirəm, bunu qadağan edə bilməzlər, hansı vaxt istəsəm, qayıdacağam.

Nazir Eldar Mahmudov işdən çıxarıldıqdan bir qədər sonra, 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Onun yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Ərəstun Oruclunun dedikləri ilə bağlı AzadlıqRadiosu həmin nazirliyin yerində yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinə zəng edib. Xidmətdən ittihamlara münasibət bildirilməyib. Mətbuat xidmətinin rəhbəri Arif Babayev deyib ki, o, MTN-i yox, DTX-ni təmsil edir. Bundan sonra dəstəyi asıb.

Keçmiş MTN-nin 20-dək əməkdaşı həbs edilib. Bəzilərinin işi məhkəməyə çıxarılıb.

Vidadi Zeynalov Şərifovun adamlarını tələb edir – “Soruşaq ki, o rəqəmləri necə yazıblar”


[r32]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov keçmiş nazir Əli Abbasovdan sonra indi də Maliyyə Nazirliyinin əməkdaşlarının məhkəməyə çağrılmasını tələb edir. Deyir ki, bu adamlar dindirilsin, sonra ifadə verəcək. 153 milyonluq mənimsəmədə suçlanan Vidadi Zeynalov fevralın 8-də məhkəmədə bu haqda danışıb.
V. Zeynalov, eləcə də nazirliyin müxtəlif strukturlarında işləmiş daha 10 nəfərin işinə dörd aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Fevralın 8-də keçirilən məhkəmədə Vergilər Nazirliyinin nümayəndəsi Nail Xəlilov iştirak edib.

                                                             255 min ödənilib
Çünki Vergilər Nazirliyi təqsirləndirilən şəxslərdən Bayram Vəliyevə qarşı 255 min manatlıq mülki iddia qaldırıb. Bayram Vəliyev “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis”in rəhbəri olub.
Vergilər Nazirliyinin nümayəndəsi deyib ki, adıçəkilən MMC-lərin nazirliyə olan vergi borcu ödənilib. Hakim isə bildirib ki, belə olan halda, mülki iddia əsassız sayılır.
Məhkəmədə Ağstafa Poçt Filialının rəisi Əsəd Orucov, Samux Poçt Filialının müdiri Zirəddin Kərimov, özəl tikinti şirkətinin rəhbəri Vaqif Hacıyev şahid qismində dindirilib.
“Azərpoçt” MMC ilə əməkdaşlıq etdiklərini və işlər görülərkən qiymətlərin şişirdildiyini deyən Vaqif Hacıyev bildirib ki, ayrılan pulun bir hissəsini “Azərpoçt”un baş mühasibi Oktay Rüstəmova qaytarıblar.

Təqsirləndirilən şəxslər sırasında olan Oqtay Rüstəmov isə deyilənlərin yalan olduğunu söyləyib.

                                    Şahid aliment verməmək üçün ölkədən qaçıb
Hakim şahidlərin bir hissəsinin məhkəməyə gəlməməsindən gileylənib. Məlumat verib ki, şahidlərdən Vəli Əliyev keçən ilin avqustunda vəfat edib, Şahin Məmmədov məzuniyyətdədir, Nofəl Qocayev onurğasından əməliyyat olunub və hazırda yataq xəstəsidir, daha bir şahid isə boşanıb, aliment verməmək üçün ölkədən qaçıb.

Ümumilikdə iş üzrə 206 şahid var ki, onların da 170-dən çoxu dindirilib.

Keçmiş Aparat rəhbəri Vidadi Zeynalov hesab edir ki, şahidlərin gəlməməsinə görə məhkəməni uzatmağa dəyməz. O, həmçinin onlara verilmiş ittihamlarda rəqəmlərin uyğun gəlmədiyini bildirib: “İttiham aktında yazılanlar arasında yanlışlar var. O sənədləri Maliyyə Nazirliyinin əməkdaşları tərtib ediblər. Ona görə də gəlib bu ziddiyyətlərə aydınlıq gətirməlidilər. Soruşaq ki, o rəqəmləri necə yazıblar”.

“Bakı Telefon Rabitə” İstehsalat Birliyinin keçmiş rəisi Beytulla Hüseynov da ittiham aktında ziddiyyətlərin olduğunu deyir. Onun sözlərinə görə, ittihamda yazılıb ki, “Eurovision 2012” ərəfəsində ölkənin müxtəlif ərazilərində və Bayraq Meydanında görülən işlər ya tam yerinə yetirilməyib, ya da görülən işlərə ayrılan vəsait şişirdilib: “İşlərin görülməməsi mümkün deyil. “Eurovision” ərəfəsində işlər görülüb. Ölkə rəhbərliyinin göstərişi idi. Bayraq Meydanı ərazisində də işlər tam şəkildə görülüb”.

Məhkəmə fevralın 15-də davam edəcək.
Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.
Təqsirləndirilən şəxslər mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa əməllərdə suçlanır.(azadliq.org)

Sabiq nazir Əli Abbasov 6,8 milyonu qeyri-resmi ödəyib, yoxsa…- Açıqlama

Baş Prokurorluqdan keçmiş nazirlə bağlı açıqlama: “Elə olsaydı, Əli Abbasov indi məhkəmədə olardı”

[r32]

“Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov dəymiş ziyanı təqsirləndirilmiş şəxs qismində ödəsəydi, indi məhkəmə qarşısında olardı”. Musavat.com-unxəbərinə görə, bunu Baş prokurorun müavini, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
O qeyd edib ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşları ilə bağlı bir iş məhkəməyə göndərilib, 11 nəfərlə bağlı iş isə ayrıca icraata götürülüb.
Qeyd edək ki, Əli Abbasovun 6,8 milyon manatı dəymiş ziyan kimi ödəməsi barədə məhkəmədə vəkillər vəsatət verib. Sabiq nazir də bunu təkzib etməyib.

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin fikirləri isə bu məlumatın ya yalan olduğunu, ya da Əli Abbasovun 6,8 milyon manatı QEYRİ-RƏSMİ ÖDƏDİYİNİ söyləməyə əsas verir.
Yəqin ki, bunun hansının olduğuna hörmətli Əli müəllim özü aydınlıq gətirəcək.(Azpolitika.info)

“Əli Abbasov artıq bacara bilmədiyini, çıxılmaz vəziyyətdə olduğunu ” söyledi


[r32]
Sabiq rabitə naziri Əli Abbasovun keçmiş Milli təhlüksizlik naziri Eldar Mahmudovdan çəkinərək hər ay ona xərac verməsi, rəhbərlik etdiyi nazirlik daxilində təyinatları baş çekistin göstərişləri ilə yerinə yetirməsi öz sahəsinə nəzarəti itirməsi ilə nəticələnib.

İstintaq zamanı şahid qismində dindirilən Sabunçu telefon qovşağının rəisi bildirib ki, 2004-cü ilin may ayından sentyabr ayınadək Telefon Rabitəsi İstehsalat Birliyinin rəisi, 2005-2010-cu illərdə Yasamal telefon qovşağının rəisi, 2010-cu ildən isə hazırkı vəzifəsində işləyir: “2004-cü ildə Əli Abbasov nazir təyin olunandan sonra mən də BTRİB-də baş direktor oldum. Həmin vaxt Beytulla Hüseynov Xətai telefon qovşağının rəisi idi. O, məndən Yasamala rəis təyin olunmasını istədi. Nazirin razılığı ilə bu barədə əmr imzaladım. Eldar Mahmudov Milli təhlükəsizlik naziri təyin olunandan sonra Sabunçu qovşağının rəisi Adəmi həbs etdirdi. Adəm də əvvəl BTRİB-in rəisi işləmişdi. Həmin vaxt Eldar Mahmudovla intriqaları olub. Adəmin həbsi ilə bağlı Beytulla Hüsenovla görüşüm zamanı onun Eldar Mahmudovla qohum olduğunu bildim. 2004-cü ilin sentyabr ayında nazir Əli Abbasov məni otağına çağırıb müxalifətçi olmağımla bağlı MTN-dən məktub daxil olduğunu dedi. Həmin məktubu uzaqdan mənə göstərib işdən azad olunmağım barədə ərizə yazmağımı tələb etdi. Mən nazirə bunun yalan olduğunu, araşdırmaq üçün vaxt verməsini xahiş etdim. Təxminən 15-20 gün sonra Əli Abbasov məni yenidən yanına çağıraraq artıq bacara bilmədiyini, çıxılmaz vəziyyətdə olduğunu, onu məcbur etdiklərini dedi. Mən də işdən çıxarılmağım üçün ərizə yazdım. Təxminən 7 ay sərəncamda qaldım. 2005-ci ilin aprel ayında Beytulla Hüseynovu BTRİB-in rəisi, bir neçə gün sonra isə məni Yasamala rəis təyin etdilər. Həmin vaxtdan Beytulla Hüsyenovla münasibətlərimiz soyudu”.

N.Salmanov MTN əməkdaşlarının rabitə sahəsində kuratorluğu və telefon danışıqlarını dinləmə qaydaları haqda danışıb: “Bu işi görən baş idarənin əməkdaşlarından Kərim Kərimovu, Teymur Quliyevi, Zahid Zeynalovu tanıyırdım. Onlar rabitə sahəsi üzrə kurator idilər. Füzuli Əliyevlə də bir neçə dəfə telefon vasitəsilə danışmışam. Vəzifədə olduğum müddətdə heç vaxt hər hansı MTN əməkdaşına pul verməmişəm. Yalnız bir dəfə Füzuli Əliyevin xahişi ilə onun qohumuna telefon xətti çəkdirmişəm”.(Qafqazinfo)

“Nazirin evini təmir edib, pulunu Vidadi Zeynalovdan aldım” – Əli Abbasovun qaynı


[r32]
Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qaynı Elçin İbrahimov “Rabitə işi” üzrə istintaqa verdiyi ifadənin məzmunu bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yekunda ittiham aktına əlavə edilməyən və adı şahidlər siyahısına salınmayan E.İbrahimov nazirin və nazir müavinlərinin evini təmir etməsindən danışıb.

E.İbrahimov ötən ilin noyabrın 18-də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində dindirilib. O ifadəsində bildirib ki, əvvəllər müxtəlif dövlət qurumlarında işləsə də, 2002-ci ildən bizneslə məşğuldur: “Fərdi olaraq tikinti işləri ilə məşğul olurdum. Rabitə naziri Əli Abbasovun qaynıyam. Qardaşım Emin İbrahimov isə “Azərbaycan Beynəlxalq Bankı”nın Departament müdiridir. “Qafqaz-S İnşaat” MMC-nin rəhbəri Qorxmaz Həziyevi 2002-ci ildən tanıyıram. Qorxmaz Həziyev əvvəllər Beynəlxalq Bankın tikinti işlərini görüb, onu da qardaşım Emin İbrahimov vasitəsilə tanımışam.

Mən də tikinti işləri ilə məşğul olduğum üçün Qorxmaz Həziyevin briqadasından istifadə edirdim. Nazir Əli Abbasovun və digər dostlarımın tikinti işlərini görəndə Qorxmaz Həziyevdən xahiş edirdim, o da mənə usta və fəhlə verirdi. Bu səbəbdən Qorxmazla dost olmuşduq. Mən Əli Abbasovun, İltimas Məmmədovun və Elmir Vəlizadənin evlərini təmir etmişəm, təmir üçün material və usta pullarını da Vidadi Zeynalovdan almışam. Bu işləri görəndə Qorxmaz Həziyevdən tez-tez kömək üçün usta aldığıma görə hamı elə bilir ki, “Qafqaz-S İnşaat” MMC mənimdir. Amma mənim o şirkətə heç bir aidiyyatım yoxdur”.

Müstəntiq bildirib ki, 2009-2015-ci illər ərzində “Aztelekom” MMC-dən “Qafqaz-S İnşaat” MMC-yə 16 milyon 178 min manat pul köçürülüb. Həmin şirkət “Aztelekom”un və “Azərpoçt” MMC-nin bütün tender və kotirovkalarında qalib elan olunub. Qeyd edilən illər ərzində “Azərpoçt” MMC-dən həmin şirkətin hesabına 2 milyon 862 min 369 manat pul köçürülüb.

E.İbrahimov bu faktlar barəsində heç bir məlumatı olmadığını və hər hansı bir söz deyə bilməyəcəyini deyib.

Qeyd edək ki, İltimas Məmmədov və Elmir Vəlizadə nazirin müavini olublar, hazırda da vəzifələrində qalırlar.
Azadlıq.az

Vekil: "Əli Abbasov bir qepik de pul ödemeyib"

16.11.2016 / 14:19 xeber –

 

“Əli Abbasov məlum cinayət işinə şahid qismində cəlb edilib. Əli Abbasov təqsirləndirilən şəxs deyil. Ondan hansısa ziyana görə necə pul tutula bilər?! Sabiq nazirdən bir qəpik də ziyan tutulmayıb”.

 

Bunu Lent.az-a açıqlamasında sabiq rabitə və yüksək texnologiya naziri Əli Abbasovun vəkili Kamandar Nəsibov deyib. Vəkil nazirliyin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun bu gün baş tutan məhkəməsində vəkillər tərəfindən səsləndirilən ittihamlara cavab verib.

 

K.Nəsibov bildirib ki, V.Zeynalovun vəkilinin Əli Abbasovdan 6,8 milyon manat məbləğində ziyan tutulduğu barədə rəqəmləri hardan əldə etdiyini anlamır, lakin belə bir hal mövcud deyil: “Əli Abbasovdan hüquqi baxımdan da ziyan tutulması mümkün deyil. O, cinayət işində şahid kimi keçir. Təqsirləndirilən şəxs olmadığı üçün ziyan vurması və dolayısı ilə dəymiş ziyanı ödəməsi də hüquqi baxımdan mümkün deyil. Əli Abbasovdan heç bir məbləğ tutulmayıb. Bu, Vidadi Zeynalovun vəkillərinin növbəti uydurmasıdır”.

 

mənbə :
lent.az

Təyin olunan 39 yaşlı nazir kimdir?

ramin_guluzade_181215sqwXəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyevin sərəncamı ilə Ramin Namiq oğlu Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin olunub.

Azadliq.az xəbər verir ki, bu vəzifəyə qədər o, ötən ilin noyabrında nazirin birinci müavini təyin olunmuşdu.

Ramin Quluzadə həmin vəzifəyə qədər Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb. 2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

1977-ci ildə Bakı şəhərində anadan olub. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib. Ailəlidir, 2 övladı var.

Xatırladaq ki, eks-Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov noyabrın 12-də vəzifəsindən azad edilmişdi.

“Bakı Telefon Rabitəsi”ndə yeni həbslər

rabite
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin daha bir vəzifəli şəxsi həbs edilib.

APA-nın məlumatına görə, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının baş mühasibi Rəşad Məmmədov barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, dünən “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi Fətullah Seyidov barəsində də 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

F. Seyidov və R. Məmmədov Cinayət Məcəlləsinin 179.1 (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.

Başlanmış cinayət işi üzrə 10-dan çox vəzifəli şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azadliq.az

Nazirin vezifesini icra eden şexsden ilk tapşırıqlar

11:02 xeber – Prezidentin sərəncamı ilə işdən çıxarılan nazir Əli Abbasovun vəzifələrini icra edən İltimas Məmmədov ilk tapşırıqlarını verdi. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ötən gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyində müşavirə keçirilib.

Müşavirədə rabitə və yüksək texnologiyalar naziri vəzifəsini müvəqqəti icra edən, nazirin birinci müavini İltimas Məmmədov əmək fəaliyyətində köklü və müsbət dəyişikliklər edilməsi, əmək və maliyyə nizam-intizam qaydalarına ciddi əməl olunması, rabitə obyektlərinin qış mövsümünə tam hazırlıq vəziyyətinin, eləcə də rabitə sahəsində bütün istiqamətlər üzrə profilaktik tədbirlərin daim diqqətdə saxlanılması, vətəndaş müraciətlərinin baxılmasının operativliyinin təmin olunması və s. məsələlərlə bağlı aidiyyəti rabitə birlik və müəssisələrinə müvafiq tapşırıqlar verib.

O, 20 noyabr – 20 dekabr tarixlərində “Yüksək xidmət aylığı”nın keçiriləcəyi və bütün rabitə birlik və müəssisələrində xüsusi iş rejimində çalışacaqları nəzərə çatdırılıb.

Müşavirə nazirlikdə nizam-intizamın möhkəmləndirilməsi, iş fəaliyyətinin səmərəli təşkilinə həsr olunub.

Azərbaycan Respublikasının Prezidentinin şəxsi diqqəti və rəhbərliyi ilə həyata keçirilmiş fəaliyyət sayəsində dünyanın kosmik klubunda öz layiqli yerini tutan, kosmik sənaye sahəsində inamla irəliləyən və bu sahədə xüsusi nailiyyətlərə imza atan Azərbaycan bu gün artıq “Azerspace-1”- telekommunikasiya və “Azersky” – Yer səthinin məsafədən müşahidə peykinə malikdir, eyni zamanda növbəti illər üçün peyk layihələrinin icrasını davam etdirir.

Nazir vəzifələrini icra edən İ.Məmmədov rabitə sahəsində qurulmuş və inkişaf edən düzgün texniki siyasətə baxmayaraq, RYTN-in strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların ayrı-ayrı məsul şəxsləri tərəfindən ciddi qanun pozuntuları üzrə Respublika Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparıldığı, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı faktları ilə əlaqədar ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirinin seçildiyi bildirilib.

Baş vermiş hadisələrdən nəticə çıxarmağın, əmək ahənginin normal saxlanılmasının və daha yüksək məsuliyyətlə fəaliyyətin təşkilinin vacibliyi qeyd olunub.

Həmçinin oxuyun:
Azərbaycanın həbs edilən rabitə nazirləri (FOTO)

mənbə :
anspress

Rabite ve Yüksek Texnologiyalar Nazirliyindeki korrupsiya ve hebsler barede- RƏSMİ AÇIQLAMA


13.11.2015 / 20:35 xeber –

Yüksək vəzifəli şəxslər həbs edilib, 100 milyona qədər vəsait mənimsənildiyi müəyyənləşib  

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, onun struktur qurumlarının və tabeçilikdə olan müəssisə və əlaqəli şirkətlərin ayrı-ayrı rəhbər vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və yol verilmiş digər qanun pozuntuları faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq-əməliyyat qrupu yaradılmaqla istintaq aparılır.

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, istintaqla müəyyən edilib ki, dövlət əmlakının sistemli şəkildə mənimsəmə və israf etmə yolu ilə talanması məqsədi ilə rollar bölüşdürülməklə qeyd olunan qurum və şirkətlərin ayrı-ayrı vəzifəli şəxslərindən ibarət korrupsiya şəbəkəsi təşkil olunaraq büdcə vəsaitlərinin talanması istiqamətində çoxsaylı korrupsiya sxemləri həyata keçirilib. Korrupsiya şəbəkəsinə daxil olan vəzifəli şəxslər tərəfindən dövlət büdcəsi vəsaitləri hesabına maliyyələşmiş layihələrin yaxın qohumlarının adına rəsmiləşdirilməklə faktiki özlərinə məxsus şirkətlər tərəfindən həyata keçirilməsinin rəsmiləşdirilməsi barədə saxta sənədlərin tərtib olunması, görülən xidmətlərin dəyərinin dəfələrlə şişirdilməsi, faktiki yerinə yetirilməmiş xidmətlərə görə ödənişlərin həyata keçirilməsi və sair yollarla külli miqdarda dövlət əmlakını mənimsəmə və israf etmələri aşkar edilib.

 

Belə ki, həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B.Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. Bundan sonra B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.

 

 

Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

 

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyən edilib.

 

 

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda Vergilər və Maliyyə nazirliklərinin mütəxəssisləri tərəfindən qeyd olunan dövlət və özəl müəssisə və şirkətlərin maliyyə-təsərrüfat fəaliyyətləri təftiş edilir.

 

Cinayət işi üzrə korrupsiya şəbəkəsinə daxil olan şəxslərin tam dairəsinin və vurulmuş ziyanın müəyyən edilməsi, habelə vurulmuş ziyanın ödənilməsi və talanmış əmlakın aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

mənbə :
lent.az

Əli Abbasov: “Evimde oturmuşam”


13.11.2015 / 19:51 xeber –

Sabiq nazir istintaqa çağırılmadığını bildirib

“Evimdə oturmuşam. Heç yerə çıxmamışam. Məni heç yerə, nə istintaqa, nə də hər hansı sorğu-suala da çağırmayıblar”.

 

Bunu virtualaz.org saytına sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

 

Əli Abbasov onun mənzilində və bağ evində axtarışlar aparılması barədə KİV-də yayılan məlumatları da təkzib edib: “Heç bir axtarış olmayıb”.

 

Qeyd edək ki, bu gün virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən  Əli Abbasovun Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılması barədə məlumat yayıb.

 

Məlıumatda bildirilib ki, sabiq nazir 4 saatdan çox ifadə verib.

 

Sayt daha sonra yazıb ki, Ə. Abbasov istintaqa ilk dəfə çağrılmır: “Onu bundan əvvəl də ifadə verməyə çağırmışdılar. Səbəb nazirliyin həbs olunmuş aparat rəhbəri Vidadi Zeynalovun sabiq nazirin əleyhinə ifadə verməsi idi.

 

V.Zeynalovun özü isə “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş baş direktoru Beytulla Hüseynovun ifadəsi əsasında həbs edilib. Beytulla Hüseynov da öz növbəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.

 

Əli Abbasov isə bundan əvvəlki istintaq zamanı özünə qarşı bütün ittihamları rədd edərək Eldar Mahmudovun əleyhinə ifadə vermişdi”.

 

mənbə :
lent.az

İşden çıxarılan Əli Abbasov danışdı (YENİLƏNİB)

19:08 xeber – “Evimdə oturmuşam. Heç yerə çıxmamışam. Məni heç yerə, nə istintaqa, nə də hər hansı sorğu-suala da çağırmayıblar”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunu virtualaz.org saytına eksklüziv açıqlamasında vəzifəsindən dünən azad olunan sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Əli Abbasov onun mənzilində və bağ evində axtarışlar aparılması barədə əksər KİV-lər tərəfindən yayılan məlumatları da təkzib edib.

“Heç bir axtarış olmayıb” – deyə sabiq nazir bu məlumatlara qısa açıqlama ilə münasibət bildirib.

…18:42……

Dünən prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, sabiq nazirin istintaqı artıq 4 saatdan çoxdur davam edir.

Qeyd edək ki, Əli Abbasov istintaqa ilk dəfə deyil çağırılır. Onu bundan əvvəl də ifadə verməyə çağırmışdılar. Səbəb nazirliyin həbs olunmuş aparat rəhbəri Vidadi Zeynalovun sabiq nazirin əleyhinə ifadə verməsi idi.

V.Zeynalovun özü isə “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş baş direktoru Beytulla Hüseynovun ifadəsi əsasında həbs edilib. Beytulla Hüseynov da öz növbəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.

Xəbər verdiyimiz kimi, Əli Abbasov bundan əvvəlki istintaq zamanı özünə qarşı bütün ittihamları rədd edərək Eldar Mahmudovun əleyhinə ifadə vermişdi. / virtualaz.org


Eldar mahmudov – sabiq milli təhlükəsizlik naziri

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ötən gün vəzifəsindən azad edilib. Nazirin işdən çıxarılması ilə bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin.

Əli Abbasovun vəzifəsi isə sabiq nazirin birinci müavini İltimas Məmmədova həvalə edilib”. Bunu ANS PRESS-ə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov deyib. Onun sözlərinə görə, Ə. Abbasovun bütün səlahiyyətləri İltimas Məmmədova tapşırılıb.

Hazırda nazir vəzifəsini icra edən İltimas Məmmədov 1963 Fevralın 10-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan oub.

1984- 1989-cu illər ərzində Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun elektrotexnika fakültəsinə daxil olmuş və həmin institutu bitirərək, çoxkanallı elektrik rabitəsi mühəndisi ixtisasına yiyələnib.

1989- 2000-ci illər ərzində İnstitutdan təyinatla Rabitə Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyində (BTRİB) mühəndis, xidmət rəisi, Bakı Kabel Qovşağının baş mühəndisi, 1997-ci ildə isə BTRİB-in baş mütəxəssisi vəzifəsinə yüksəlib.

2000-ci ildə Rabitə Nazirliyinin Telekommunikasiya şöbəsinin rəis müavini, 2001-ci ildə Rabitə Nazirinin Texniki Məsələlər üzrə Müşaviri, 2004-cü ildə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri vəzifəsində işləyib.

2005-ci ildə Rabitə və informasiya texnologiyaları nazirinin müavini təyin edilib.

2014-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.


İltimas Məmmədov – RYTN-nin birinci müavini

İltimas Məmmədov informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) hazırlanmasında iştirak edib. Eyni zamanda Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramlarının layihələrin və digər hüquqi aktların hazırlanması üzrə İşçi Qruplara rəhbərlik edib.

10-dan artıq elmi məqalələrin müəllifidir. İki dəfə (1994 və 2002-ci illərdə) “Rabitə ustası” fəxri adına layiq görülüb.

2009-cu ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar Mühəndis Fəxri adına layiq görülüb.

Həmçinin oxuyun:

Azərbaycanın həbs edilən rabitə nazirləri (FOTO)

Nazirin işdən azad olunmasının səbəbləri

mənbə :
anspress

Əli Abbasov dindirilir

18:42 xeber – Dünən prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, sabiq nazirin istintaqı artıq 4 saatdan çoxdur davam edir.

Qeyd edək ki, Əli Abbasov istintaqa ilk dəfə deyil çağırılır. Onu bundan əvvəl də ifadə verməyə çağırmışdılar. Səbəb nazirliyin həbs olunmuş aparat rəhbəri Vidadi Zeynalovun sabiq nazirin əleyhinə ifadə verməsi idi.

V.Zeynalovun özü isə “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin keçmiş baş direktoru Beytulla Hüseynovun ifadəsi əsasında həbs edilib. Beytulla Hüseynov da öz növbəsində sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur.

Xəbər verdiyimiz kimi, Əli Abbasov bundan əvvəlki istintaq zamanı özünə qarşı bütün ittihamları rədd edərək Eldar Mahmudovun əleyhinə ifadə vermişdi. / virtualaz.org


Eldar mahmudov – sabiq milli təhlükəsizlik naziri

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ötən gün vəzifəsindən azad edilib. Nazirin işdən çıxarılması ilə bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin.

Əli Abbasovun vəzifəsi isə sabiq nazirin birinci müavini İltimas Məmmədova həvalə edilib”. Bunu ANS PRESS-ə açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri Müşviq Əmirov deyib. Onun sözlərinə görə, Ə. Abbasovun bütün səlahiyyətləri İltimas Məmmədova tapşırılıb.

Hazırda nazir vəzifəsini icra edən İltimas Məmmədov 1963 Fevralın 10-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Yuxarı Əylis kəndində anadan oub.

1984- 1989-cu illər ərzində Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun elektrotexnika fakültəsinə daxil olmuş və həmin institutu bitirərək, çoxkanallı elektrik rabitəsi mühəndisi ixtisasına yiyələnib.

1989- 2000-ci illər ərzində İnstitutdan təyinatla Rabitə Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyində (BTRİB) mühəndis, xidmət rəisi, Bakı Kabel Qovşağının baş mühəndisi, 1997-ci ildə isə BTRİB-in baş mütəxəssisi vəzifəsinə yüksəlib.

2000-ci ildə Rabitə Nazirliyinin Telekommunikasiya şöbəsinin rəis müavini, 2001-ci ildə Rabitə Nazirinin Texniki Məsələlər üzrə Müşaviri, 2004-cü ildə isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri vəzifəsində işləyib.

2005-ci ildə Rabitə və informasiya texnologiyaları nazirinin müavini təyin edilib.

2014-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib.


İltimas Məmmədov – RYTN-nin birinci müavini

İltimas Məmmədov informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər) hazırlanmasında iştirak edib. Eyni zamanda Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramlarının layihələrin və digər hüquqi aktların hazırlanması üzrə İşçi Qruplara rəhbərlik edib.

10-dan artıq elmi məqalələrin müəllifidir. İki dəfə (1994 və 2002-ci illərdə) “Rabitə ustası” fəxri adına layiq görülüb.

2009-cu ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əməkdar Mühəndis Fəxri adına layiq görülüb.

Həmçinin oxuyun:

Azərbaycanın həbs edilən rabitə nazirləri (FOTO)

Nazirin işdən azad olunmasının səbəbləri

mənbə :
anspress

Əli Abbasov vəzifəsindən azad edildi – Sərəncam

serencamilhameliyevPrezident İlham Əliyev Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Azadliq.az xəbər verir ki, sərəncama görə, Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilib.eliabbasov3

Nazirin istefa xeberi yayıldı

16:20 xeber – Bu gün daha bir dövlət məmurunun – nazirin işdən çıxarılması barədə məlumat yayılıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun işdən çıxarıldığı, prezidentin bu barədə fərmanının yaxın saatlarda elan olunacağı iddia edilir.

Nazirin vəzifədən uzaqlaşdırlmasının MTN ətrafında gedən proseslərlə bağlı olduğu deyilir.

Nazirliyin rəsmisi bu barədə xəbərləri təkzib edib. RYTN mətbuat xidmətinin rəhbəri Müşviq Əmirovun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə xəbərlər həqiqəti əks etdirmir. “Nazir öz otağında, işinin başındadır”, deyə o bildirib.

Ə.Abbasov 2004-2014-cü illərdə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilmişdir.

mənbə :
anspress

Azərbaycan alimlərinin ilk qurultayı

azalimqurultay

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi (RYTN), Təhsil Nazirliyinin (TN) birgə təşkilatçılığı  ilə Azərbaycan alimlərinin I Qurultayı keçirilib. Ölkəmizdə ilk dəfə keçirilən qurultayın iş günü ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabanda yerləşən məzarının ziyarət edilməsi ilə başlayıb. Müxtəlif ölkələrdə yaşayan Azərbaycan alimlərinin də qatıldığı və internet üzərindən canlı yayımlanan I Qurultayı giriş sözü ilə açanAMEA-nın prezidenti, akademik Akif Əlizadə müasir dünyanın qlobal çağırışları və Azərbaycan elminin prioritetlərindən söz açıb:

“Bu qurultayımız akademik universitetlər və tətbiqi yönümlü institutlar arasında əməkdaşlığın yeni mərhələsinin başlanması deməkdir

Qurultayda ABD, Rusiya, Almaniya, Türkiyə və başqa ölkələrdə fəaliyyət göstərən 15 azərbaycanlı alimin də iştirak etdiyini vurğulayan A.Əlizadə alimlərin müasir zamanın çağırışlarından, ölkəmizin sosial-iqtisadi və mədəni-mənəvi inkişafından irəli gələn vəzifələrin müəyyənləşdirilməsində, həmçinin elm sahəsindəki mövcud problemlərin həllində səy və bacarıqlarını əsirgəməyəcəyinə, eləcə də qarşıya qoyulan vəzifələrin reallaşması istiqamətində həmrəylik nümayiş etdirəcəklərinə əminlik ifadə edib.

Daha sonra Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadərespublika prezidenti İlham Əliyevin Azərbaycan alimlərinin I Qurultayına təbrik məktubunu səsləndirib.

Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov isə “İnnovativ inkişaf: müasir baxışlar” adlı məruzə ilə çıxış edib. Nazir Azərbaycan alimlərinin ilk qurultayının əhəmiyyətinə toxunaraq, bütövlükdə ölkə iqtisadiyyatının gələcək inkişafı üçün çox vacib olduğunu nəzərə çatdırıb. Azərbaycan alimlərinin  ölkə iqtisadiyyatının müxtəlif sektorlarında birbaşa tətbiq oluna biləcək bir çox elmi nailiyyətlər əldə  etdiyini vurğulayan nazir, bununla belə ölkə iqtisadiyyatında tətbiq olunan yüksək texnologiyaların xaricdən gətirildiyini, yüksək texnoloji və elmi tutumlu məhsulların ixracının bütün MDB ölkələrində olduğu kimi ölkəmizdə də yüksək olmadığını etiraf edib.

Azadliq.az