Türkiyede rekord şaxta: – 44 derece


28.01.2016 / 17:02 xeber –

Türkiyənin Ərdəhan bölgəsində bu ilin ən soyuq temperaturu qeydə alınıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Sibirdən gələn soyuq hava kütləsi nəticəsində Ərdəhan və Gölə bölgəsində temperatur mənfi 44 dərəcəyə qədər enib.

 

Soyuq hava şəraiti əhaliyə bir sıra çətinliklər yaradıb. Əhaliyə zərurət olmadığı təqdirdə, çölə çıxmamaq barədə xəbərdarlıq olunub.

 

Ərdəhan sakini Ergün Karabulut 5 dəqiqə belə çöldə dura bilmədiyini deyib. O bildirib ki, evdən təkcə yemək ehtiyaclarını qarşılamaq üçün çıxır.

mənbə :
lent.az