İslam Hemreylik Oyunlarının vaxtı bilindi

12:39 xeber – 2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəylik Oyunları mayın 12-dən 22-dək keçiriləcək.

Azadlıq.az xəbər verir ki, anspress-in Trend-ə istinadla verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Ç.Hüseynzadə bildirib ki, ötən gün İslam Həmrəylik İdman Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Oyunların cədvəli tərtib olunub, hansı idman növlərinin Oyunlara daxil ediməsi müəyyən olunub.

İslam Həmrəylik İdman Federasiyasının bu gün Bakıda keçirilən 9-cu Baş Assambleyasında Azərbaycanda keçiriləcək İslam Həmrəylik Oyunları haqqında məlumat verilib. Bildirilib ki, IV İslam Həmrəylik Oyunları 14 məkanda keçiriləcək.

Oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu, “Baku Crystal Hall”, Tofiq Bəhramov adına Respublika stadionu, Bakı Su İdmanı Sarayı, Heydər Əliyev Arenası, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyası, “İnter Arena”, Bakı Olimpiya Kompleksi, “Bakcell Arena”, Sərhədçi İdman Olimpiya Mərkəzi və s. idman qurğuları, həmçinin Atletlər və Media kəndlərində yaradılan şərait, eləcə də, təhlükəsizlik, nəqliyyat və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.

mənbə :
anspress