İş yoldaşına zamin durdu, əmlakından oldu – VİDEO


[r32]
Yevlaxın Aran qəsəbəsində yaşayan Rüfət Əliyev rayonun Gülöyşə kənd sakini Nicat Əsədova zamin duraraq, banklardan birindən 6500 dollar kredit götürməsinə kömək edib. Həmin şəxs məbləğin 2 min dollarını ödəsə də, 4500-ü qalıb. Sonradan qalan borc Rüfət Əliyevdən tələb edilib.

Üstəlik, bu hadisə Rüfət həmin bankdan aldığı avtomobilə pulunu ödəyib qurtarmasına baxmayaraq həbs qoyulmasına səbəb olub. Həm də bankda olan qızılları bu səbəbdən özünə qaytarılmır.

Rüfət Əliyev deyir ki, kredit götürən ev alqı-satqısı ilə məşguldur. Rəsmi iş yeri olmadıgına görə borclarını ondan tuturlar.

Hüquqşünas Xəyal Bəşirov deyir ki, zamin duran şəxslər istənilən halda kredit götürən şəxslə eyni məsuliyyət daşıyır.

Xəyal Bəşirov, həmçinin xatırladır ki, vətəndaşlar zamin durmadan öncə mütləq müqavilədə göstərilən zaminlik öhdəlikləri ilə tanış olsunlar. (“Xəzər TV”)