Teyyare qezası: xesaret alanlar var

20:27 xeber – Qırğızıstanın cənubunda yerləşən Oş şəhərində “Boeing-737” təyyarəsinin qəza enişindən sonra 6 nəfər xəstəxanalıq olub.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bütünlükdə, göyərtədə 153 adam olub.

“İki nəfərə qapalı baş-beyin zədəsi diaqnozu qoyulub, iki nəfərdə isə əzik qeydə alınıb. Bir sərnişində küt mədə zədəsi aşkarlanıb, hamilə qadın isə açılış qorxusu ilə xəstəxanaya yerləşdirilib, amma təhlükə yoxdur”, – deyə Oş vilayət xəstəxanasının baş həkimi Şayirbek Suleymanov bildirib.


Qəza enişi edən təyyarə

Rusiyanın “Aviatrafik” avia şirkətinə məxsus təyyarə Krasnoyarskdan Bişkekə uçurmuş. Oş hava limanında yerə enməli olan təyyarə duman üzündən uçuş-eniş zolağından kənara çıxıb. Aeroport hazırda pis hava üzündən bağlanıb.


Uçuş marşrutunun xəritəsi

Bu il Oşda ikinci dəfədir ki, təyyarə uçuş zolağından kənara çıxır. Martın 30-da da “Boeing-737” təyyarəsinin pilotları zolaqdan kənara çıxmışdılar. Buna səbəb uçuş zolağının qardan təmizlənməməsi olmuşdu.

Qırğızıstan baş naziri Temir Sarıyev təyyarənin qəza enişi ilə bağlı fövqəladə iclas keçirib. O, respulikanın bütün təyyarələrinin texniki vəziyyətinin yoxlanmasını tələb edib.

Bu gün həm də Nyu-Yorkdan Ankaraya uçan “Türk Hava Yollarına” (THY) məxsus təyyarə Kanadanın “Halifaks” hava limanında təcili eniş edib.

NBC telekanalının verdiyi məlumata görə, buna səbəb təyyarədə bomba olması barədə məlumat olub. Təyyarənin göyərtəsində olan 256 nəfər təcili olaraq təxliyyə edilib.

Kanada polisi təyyarənin “Halifaks” hava limanına bomba həyəcanına görə göndərildiyini təsdiq edib. Hüquq mühafizə orqanlarının təmsilçiləri hadisə yerində xidməti itlərlə birgə axtarışa başlayıblar.

mənbə :
anspress