Fənərbaxça “Avroliqa”nın qalibi oldu

[r32]

İstanbulun “Fənərbaxça” klubunun basketbol komandası Avropanın ən güclüsü adına layiq görülüb.
Azadlıq.az  xəbər verir ki, basketbol üzrə Avroliqa yarışlarında Yunanıstan “Olimpiakos”una 80-64 hesabı ilə qalib gələn Fənərbaxça komanda tarixində ilk dəfə bu uğura imza atıb.

Türk klubu yarımfinalda qitə nəhənglərindən olan “Real Madrid”in basketbol komandasını məğlub edərək finala vəsiqə qazanmışdı.

Turnirin üçüncüsü isə Sankt-peterburqun “Zenit” komandası olub.

Avropa Liqası: Qol duelinin meğlubu "Qebele" oldu

29.09.2016 / 20:53 xeber –

 “Qəbələ” Avroliqanın qrup mərhələsi çərçivəsində bu gün növbəti görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Bakıda Almaniyanın “Maynts” klubunu qəbul ediblər.

 

 İlk turda səfərdə “Anderlext”lə bacarmayan “Qəbələ”ni bu dəfə də çətin sınaqla üzləşib. Cari mövsümdə Avroliqanın hər 4 təsnifat mərhələsində doğma meydanda qalibiyyətə sevinən “Qəbələ” ənənəni davam etdirə bilməyib: Roman Qriqorçukun yetirmələri 2:3 hesabı ilə məğlub olublar.

 

Təmsilçimiz bu görüşə itkilərlə çıxıb. Belə ki, cəzalı Teo Uiks və zədəli Nika Kvekveskiri “qırmızı-qaralar”a vacib qarşılaşmada kömək edə bilməyib.

 

 

Avropa Liqası

Qrup mərhələsi

II tur

C qrupu

 

“Qəbələ” – “Maynts” (Almaniya) – 2:3

Qollar: Ruslan Qurbanov, 57 (pen.), Zenyov, 62 – Muto, 42, Kordoba, 68, Levin Öztunalı, 78

 

Baş hakim: Gediminas Majeyka

 

Bakı. 8-ci km qəsəbə stadionu

mənbə :
lent.az

Avroliqa: İstanbulda heyetler açıqlandı


16.02.2016 / 20:47 xeber –

Bu gün UEFA Avropa Liqasında fasilə başa çatacaq. Apasport.az saytının məlumatına görə, turnirin 1/16 final mərhələsinə İstanbuda start veriləcək.

 

“Fənərbaxça” Rusiya təmsilçisi “Lokomotiv”lə qarşılaşacaq. Qrupda başqa bir türk komandası ilə mübarizə aparmış “dəmiryolçular” məhz “qara artallar”ı üstələyib lider kimi adladıqları final mərhələsində daha bir İstanbul klubunu yolundan kənarlaşdırmalıdı.

 

 

“Fənərbaxça” da öz növbəsində Avroliqada bacardıqca irəliləməyi hədəfləyir. Bunun üçün isə ilk maneə olan ruslar sıradan çıxarılmalıdı.

 

Oyuna prinsipiallıq qatan əsas məqamlardan biri də iki ölkə arasındakı siyasi gərginlikdi. Matçın əhəmiyyətini, gərginliyini və tərəflərin psixoloji vəziyyəti UEFA-nın da matça olan diqqətini artırıb.

 

Moskvalılar cəzalı Vedran Çorlukanın xidmətindən istifadə edə bilməyəcək. Zədəli Maykonun oynayıb-oynamayacağı isə oyun saatında dəqiqləşəcək.

 

Avropa Liqası

1/16 final, ilk oyun

 

16 fevral

21:00. “Fənərbaxça” (Türkiyə) – “Lokomotiv” (Rusiya)

 

Baş hakim: Martin Stromberqsson

Yan xətt hakimləri: Daniel Qustavson, Stefan Holberq

4-cü hakim: Maqnus Syöblom

Əlavə köməkçi hakimlər: Boyan Pandziç, Mohammed Al Hakim (hamısı İsveç)

İstanbul, “Şükrü Saraçoğlu” stadionu

 

“Fənərbaxça”: 40. Fabiano, 4. Kyaer, 22. Bruno Alves, 77. Gökhan Gönül, 5. Mehmet Topal, 6. Souza, 8. Ozan Tufan, 20. Volkan Şen, 88. Caner Erkin, 11. Robin van Persi, 17. Nani

Ehtiyat oyunçular: 1. Volkan Demirel, 3. Hasan Ali Kaldırım, 19. Şener, 24. Kadleç, 15. Uyqar Zeybek, 26. Alper, 9. Fernandao

 

“Lokomotiv”: 1. Gilyerme, 5. Peyçineviç, 28. Duriça, 29. Denisov, 55. Yanbayev, 3. Kasaev, 4. Manuel Fernandes, 19. Səmədov (k), 23. Tarasov, 88. Ndinya, 32. Skuletiç

Ehtiyat oyunçular: 77. Koçenkov, 17. Mixalik, 18. Kolomeystev, 36. Barinov, 59. Mirançuk, 7. Maykon, 96. Jemaletdinov

mənbə :
lent.az

Tanınmış azerbaycanlı futbolçu: “Evlenmek isteyirem”

01:45 xeber – “2015 mənim üçün uğurlu il oldu. Qazandığım medalların sırasına daha birini bu il əlavə etdim”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu sözləri “Qəbələ”nin futbolçusu Ruslan Abışov bildirib.

Abışov başa çatan ili belə dəyərləndirib: “Qəbələ”nin ötən mövsüm mükafatçılardan biri olacağı çoxları üçün gözlənilməz olsa da, bunu bacardıq. Komandamız tarixində ilk dəfə avroliqanın qrupunda çıxış etsə də, təəssüf ki, mən həmin oyunlarda meydançaya çıxa bilmədim. Hər zaman iddialı klublarda çıxış etmək istəmişəm və “Qəbələ” bunlar sırasındadı”.


Ruslan Abışov

Ruslan 2016-cı illə bağlı arzularını da dilə gətirib: “2016-cı ildə qovuşmaq istədiyim arzular çoxdu. “Qəbələ”ylə çempion titulunu, kuboku qazanmaq istəyirəm. Gerçəkləşdirmək çətin olsa da, buna inanıram. İnanıram ki, 2016-cı il hamımız üçün daha uğurlu olacaq. Şəxsi planda əsas istəyim ailə həyatı qurmaqdı. Mənin üçün ən yaxşı istirahət evdə, ailəmin yanında olmaqdı”.

Qeyd edək ki, keçən ilin son günlərində “Qəbələ”nin futbolçusu nişanlanıb. Abışovun qohumu Nərgiz Abdullayeva ilə nişanı Şəmkirdə baş tutub və məclisdə cütlüyün ailə üzvləri iştirak ediblər.

.

mənbə :
anspress

“Qarabağ” “Zire”ni dayandırdı

20:32 xeber – Topaz Premyer Liqasında VIII turun oyunları davam edir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, ikinci oyun günündə iki matç baş tutub.

Avroliqada iştirak edən “Qəbələ” “Neftçi”nin qonağı olacaq. Avropadakı digər təmsilçimiz “Qarabağ” isə “Zirə”ni qəbul edərək 4:1 məğlub edib. Artıq “Neftçi” “Qəbələ” oyunu başa çatıb. Qonaqlar Avropa Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sı ilə oyun öncəsi qələbə qazanmağa çalışıb ki, buna da nail olub. Aleksey Antonovun 90-cı dəqiqədə vurduğu qol “Qəbələ”yə minimal hesablı qələbə qazandırıb. Turun ilk oyunu dünən keçirilib və “Kəpəz” “Rəvan”ı 2:0 hesabı ilə yenib. Tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.


“Qəbələ” klubu

Topaz Premyer Liqası
2015/16 mövsümü
II dövrə, VIII tur

17 oktyabr

Neftçi – Qəbələ 0:1
Qol: Aleksey Antonov, 90.

Neftçi: 1. Aqil Məmmədov (k), 4. Rahil Məmmədov, 3. Filyo Jairo Rodriges, 6. Aylton Silva, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 15. Erik Ramos, 17. Rəhman Hacıyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 27. Məqsəd İsayev.
Ehtiyat oyunçular: 24. Miçal Peskoviç, 8. Elşən Abdullayev, 5. Juan Alberto, 26. Kamal Qurbanov, 20. Antonio Quinta, 41. Aqşin Qurbanlı, 95. Elvin Bədəlov.
Baş məşqçi: Samir Əliyev.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 10. Dodo (k), 19. Aleksey Qay, 21. Arif Daşdəmirov, 32. Fakundo Pereyra, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 87. Ruslan Abışov.
Ehtiyat oyunçular: 1. Andrey Popoviç, 6. Rəşad Sadiqov, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 25. Qismət Alıyev, 69. Aleksey Antonov, 70. Vaqif Cavadov.
Baş məşqçi: Roman Qriqorçuk.


“Qarabağ” klubu

Qarabağ – Zirə 4:1
Qollar: Samuel Armenteros, 4; 15. Riçard Almeyda, 25; 83 – Iqor Ivanoviç, 34

mənbə :
anspress