Nəqliyyat nazirliyində təhvil-təslim – Ziya Məmmədov alqışlarla yola salındı


[r32]
Yeni nazir Ramin Quluzadə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayevi vəzifəsində saxlayıb
Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yükək Texnologiyalar Nazirliyinə birləşdirilib.

Sərəncam Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək, habelə nəqliyyat, rabitə və yüksək texnologiyalar sahələrində dövlət siyasətini və tənzimlənməsini müasir dövrün tələblərinə uyğunlaşdırmaq və səmərəliliyi artırmaq məqsədilə imzalanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ləğv edilən nazirliyin inzibati binasına gəlib və orada nəqliyyat işçiləri ilə görüşüb. Görüşdə sabiq nazir Ziya Məmmədov da iştirak edib.

Ramin Quluzadə yeni nazir kimi nəqliyyat işçilərinin qarşısına çıxıb və onlara gələcəkdə görüləcək işlər barədə məlumat verib. Ziya Məmmədov alqışlarla yola salınıb.

Ramin Quluzadə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında ciddi göstərişlər verib. O, Xidmətin rəisi Elnur Abdullayevi də vəzifəsində saxlayıb.

Fevral ayının 20-də keçmiş Nəqliyyat Nazirliyinin strukturlarının fəaliyyəti ilə bağlı ictimayyətə geniş məlumat veriləcək.

Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Ramin Quluzadənin nəqliyyat işçiləri ilə görüşünü təsdiq edib. O, bildirib ki, təmsil etdiyi qurum bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) kimi fəaliyyət göstərəcək. Qurum rəsmisi Xidmətin rəisi Elnur Abdullayevin vəzifəsində qaldığını və hər hansı bir dəyişiklik edilmədiyini də söyləyib. Bildirib ki, gələn həftənin ilk iş günü bu barədə ictimayyətə geniş məlumat veriləcək.
Azadlıq.az

Nəqliyyat Nazirliyinin səlahiyyətləri niyə azaldılıb?

zıya
Xəbər verdiyimiz kimi, Azərbaycanda Nəqliyyat Nazirliyinin səlahiyyətli azaldılıb. Daha öncə avtomobil nəqliyyatı ilə sərnişin və baqaj (əl yükünün) daşımalarının yerinə yetirilməsi, o cümlədən, bu sahədə Azərbaycan qanunvericiliyinin və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə riayət edilməsinə nəzarət Nəqliyyat Nazirliyi və onun səlahiyyətli qurumları, habelə səlahiyyətləri daxilində digər dövlət orqanları tərəfindən həyata keçirilib.

Lakin artıq Nazirlər Kabinetinin “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nda dəyişiklik etməsi ilə yuxarıda sadaladıqlarımız Daxili İşlər Nazirliyi və Nəqliyyat Nazirliyi səlahiyyətləri çərçivəsində tətbiq ediləcək.

Əgər indiyə qədər avtomobil nəqliyyatı ilə sərnişin daşımalarının lisenziya (lisenziya kartı) olmadan və ya lisenziyalaşdırma şərtlərinin pozulması ilə yerinə yetirilməsi aşkar edildikdə Nəqliyyat Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsini təmin edibsə, bundan sonra bu sahədə Nəqliyyat Nazirliyi deyil, Daxili İşlər Nazirliyi qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görəcək.

Azadliq.az  xəbər verir ki, məsələ ilə bağlı musavat.com-a danışan hüquqşünas Ərşad Hüseynov bildirib ki, əslində bu, texniki məsələ idi: “Hələ səlahiyyətlər Nəqliyyat Nazirliyindən ötən ilin noyabr ayında alınaraq, Dövlət Yol Polisinə verilmişdi. Səlahiyyətlər Nəqliyyat Nazirliyində olduğu zaman insanlardan çoxlu şikayətlər olurdu. Hətta bir neçə dəfə nazirliyin əməkdaşları ilə vətəndaşlar arasında davalar da olub. Ancaq dəyişikliyi təsdiq edənlər yenə də səhvə yol veriblər, çünki daşıma şərtlərini pozan taksi və ya avtobus cərimə meydançasına aparıla bilməz. Cərimə meydançasına aparılma halları İnzibati Xətalar Məcəlləsinin 96-97-ci (köhnədə 406-407-ci) maddələrində sadalanır və orada daşıma şərtlərini pozma yoxdur. Əslində buna ehtiyac da yoxdur. Normal məntiq və sağlam təfəkkür də deyir ki, avtobus və ya taksi sürücüsü sərnişindaşıma şərtlərini pozarsa, ona cərimə yazılmalı və deyilməlidir ki, sərnişinləri düşür, avtobusunla (taksinlə) çıx get evinə (və ya qarajına), bu işlə məşğul olma. Cərimə meydançası sərnişindaşıma şərtlərini bərpa edəsi deyil”
Hüquqşünas  Ərşad Hüseynov bu kimi səlahiyyətlərin alınması nəticəsində Nəqliyyat Nazirliyinin bir qurum kimi ləğvinə gəlincə ekspert aşağıdakıları bildirib:

“Nəqliyyat Nazirliyində xeyli səlahiyyətlər var. Nazirlik hələ ki, mövcuddur və fəaliyyət göstərir. Gələcəyi isə dövlət başçısından asılı olan bir məsələdir. Əgər məqsədəuyğun olarsa, qurum kimi fəaliyyətini davam etdirəcək. Olmayacaqsa, sturuktur dəyişiklikləri aparılacaq”

Azərbaycanda nəqliyyatda bahalaşma

rabitenazirliyi
Ötən ay nəqliyyat sektorunda yükdaşıma tarifləri 1 faiz, sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 15,5 faiz, digər xarici ölkələr üzrə isə 8,2 faiz bahalaşma müşahidə olunub.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 8,7 faiz bahalaşıb.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə
heç bir dəyişiklik müşahidə olunmayıb.

Azadliq.az