“Goranboyda bas veren agir qezada bir nece nefer yaralanib

[r32]
2018-03-08T20:05 xeber – Goranboy rayonunda zəncirvari avtomobil qəzası baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Borsunlu kənd yolunda baş verib.
Goranboy rayonunun Xoylu kənd sakinləri, 1961-ci il təvəllüdlü Lətafət Elmir qızı Həsənova və onun 8 aylıq nəvəsi Ayxan Dəmir oğlu Həsənli, avtomobilin sürücüsü Dəmir Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəza zamanı daha bir nəfərin xəsarət aldığı bildirilir. 
Əraziyə DYP-nin əməkdaşları və təcili yardım briqadası cəlb olunub.
mənbə :
Sputnik

Tovuzda avtomobil qezasi bas verib, yaralilar var

[r32]

25 Fevral, 2018  23:18 xeber – Tovuz rayonunda avtomobil qəzası baş verib.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhər ərazisində qeydə alınıb.
İlkin məlumata görə qəza nəticəsində bir neçə nəfər xəsarət alıb.
Hazırda DYP əməkdaşları və təcili yardım biriqadası hadisə yerinə cəlb olunub.

mənbə :
Report.az

Kapitan avtoqezada öldü – Ermenistanda

10.10.2016 / 17:45 xeber –

Bu gün İcevan-Yerevan avtomobil yolunda hərbçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın news.am-a istinadən verdiyi məlumata görə, “Mercedes” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində ağır xəsarət alan sürücüsü Vaçaqan Hayrabedyan ölüb.

 

Shamshyan.com-a görə, kapitan rütbəli hərbçi Vaçaqan Hayrabedyan Ermənistan Silahlı Qüvvələrində xidmət edirmiş.

mənbə :
lent.az

Göyçayda maşın hasarı dağıtdı, su borusu qırıldı


20.12.2015 / 19:54 xeber –

Göyçay şəhərində avtomobil qəzası baş verib.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Göyçay şəhərinin Natavan küçəsində qeydə alınıb.

 

Rayonun Bığır kənd sakini Bədirov Əflatun Bədrəddin oğlu 23-BG-505 dövlət nömrə nişanlı “VAZ 2108” markalı minik avtomobili ilə idarəetməni itirərək yolun kənarındakı hasara və ağaca çırpıb.

 

Hadisə zamanı “VAZ 2108” markalı avtomobilin sürücüsü yüngül xəsarət alsa da hasar dağılıb, küçənin içməli su borusu qırılıb, avtomobil yarasız hala düşüb.

 

   Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.  

mənbə :
lent.az

Orta mekteb şagirdi qezada öldü

16:25 xeber – Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bərdə Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun Xəlisli kənd sakini 2000-ci il təvəllüdlü Fərid Murad oğlu Ziyadzadə idarə etdiyi “Mercedes” markalı, 90- CM- 281 nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində 15 yaşlı uşaq aldığı xəsarətlərin ağırlığından hadisə yerindəcə dünyasını dəyişib.

Fərid Ziyadzadə orta məktəb şagirdi idi və avtomobili sürücülük vəsiqəsi olmadan idarə edirmiş. Maşın isə onun atasına məxsusdur.

Bundan başqa Yevlaxda da ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Yevlax rayonunun Aran qəsəbəsində Mingəçevir şəhər sakini Mədət Məmmədzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Fariz Əhmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş F.Əhmədov orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

mənbə :
anspress