Azerbaycan bu gunden İrana elektrik enerjisinin ixracina basladi

[r32]
xeber –

Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başlayıb.  Azərbaycan bu gündən İrana elektrik enerjisinin ixracına başlayıb.

“APA-Economics”in sorğusuna cavab olaraq bu barədə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, “Azərenerji” və “TAVANİR” şirkəti arasında imzalanan müqaviləyə əsasən bu gün saat 11:00 radələrindən “Azərenerji” ASC tərəfindən təcrid olunmuş ada rejimində pik gücü 80 MVt olmaqla, İranın Muğan və Astara bölgələrinə elektrik enerjisinin ixracına başlanılıb.

Y.Babanlı Azərbaycan-İran-Rusiya enerji sistemlərinin birləşdirilməsi prosesinin həyata keçirilməsi üçün növbəti üçtərəfli görüşün tarixini də açıqlayıb. “Azərenerji” rəsmisi qeyd edib ki, aprelin 26-da Bakıda baş tutan görüşdə əldə edilən razılığa görə iyun ayın sonunadək Moskva şəhərində üç ölkənin İşçi Qrupunun növbəti iclasının keçirilməsi nəzərdə tutulub.

Bolqarıstana elektrik enerjisi satılması ilə bağlı danışıqlara gəlincə, Y.Babanlı bildirib ki, bununla əlaqədar “Azərenerji” tərəflər arasında danışıqları davam etdirmək qənaətindədir.
mənbə :
Lent.az

Nazir:Maaşların gecikmesi Azerişıqdan asılıdır


20.10.2015 / 11:01 xeber –

Energetika naziri Natiq Əliyev “Azərenerji” ASC-də əmək haqlarının gecikdirilməsinə bildirib.

“APA-Economics”in xəbərinə görə, nazir deyib ki, bu proses yığımlardan asılıdır ki, buna da “Azərişıq” nəzarət edir: “Bilirsiniz, “Azərenerji”nin fəaliyyəti elektrik enerjisinin istehlakından əldə olunan vəsaitlərdən asılıdır. Elektrik enerjinin vəsaitləri vaxtlı-vaxtında gəlmir. O yığımlar asılıdır “Azərişıq”dan. Yəni, “Azərişıq” elektrik enerjisinin pulunu yığır və daha sonra “Azərenerji”yə köçürür. “Azərenerji” isə bu vəsaitləri istifadə edir işçilərin maaşına, nəqliyyat və digər xərclərə. Bu, zəncirvari prosesdir. Əgər “Azərişıq” vaxtlı-vaxtında, tam şəkildə “Azərenerji”yə pulu verirsə, burada heç bir problem olmur”.

 

mənbə :
lent.az

"Azerenerji" işçilerine maaş vermemesinin sebebini açıqlayıb


16.10.2015 / 19:13 xeber –

“Azərenerji” ASC-də əməkhaqqı gecikənlər bir neçə günə maaşlarını tam alacaqlar.

 

Bunu “Report”a “Azərenerji”nin mətbuat xidmətinin rəhbəri Ələkbər Baxşəliyev deyib.

 

 

Ə.Baxşəliyev işçilərin əməkhaqlarının verilməsində yaranan problemlərin maliyyə çətinliyi ilə əlaqədar olduğunu bildirib: “Maliyyə çətinliyimiz var. Gələn həftə bütün əməkhaqqları tam ödəniləcək”.

 

Qeyd edək ki, “Azərenerji”nin əməkdaşları avqust ayından əməkhaqqı almırlar.

mənbə :
lent.az