Zahid Oruc: “Çingiz Abdullayev çox vezife daşıyır”


01.02.2016 / 12:55 xeber –

 

 

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında parlamentin 2016-cı il yaz sessiyasının qanunvericilik işlər planının müzakirəsi zamanı deputatlar tərəfindən iradlar səsləndirilib.

 

APA-nın məlumatına görə, çıxış edən deputat Zahid Oruc xalqı yazıçısı, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevi çox vəzifə daşımaqda ittiham edib. O qeyd edib ki, Çingiz Abdullayev elə qələm adamlarındandır ki, öz əsərlərinin qonorarı ilə daim yaxşı yaşaya bilər: “Açıqlama verib ki, “Əgər dörd uşaq atasını ixtisardan qoruya bilmirəmsə, mən necə adamam?” Onun narahatlığını başa düşürəm. Amma onun  açıqlaması özünə də aiddir. Çünki özü çox vəzifə daşıyır. Eyni zamanda bir nazirin kafedra müdiri olması da düzgün deyil. Bu, millət vəkillərinə də aiddir. Qoy, Milli Məclis üzvlərindən başlayıb məmurlara qədər bu ixtisar prosesi davam etsin. Mən hesablamışam ki, bir neçə vəzifə daşıyanlar ixtisara salınsa, ən azı 1000 boş vəzifə yeri yaranmış olar”.

 

Deputat Fazil Mustafa isə yaz sessiyasının ilk iclasında qanunvericilik işləri planı ilə bağlı danışarkən bir sıra məsələlərə irad bildirib. O qeyd edib ki, ölkə prezidenti İlham Əliyev çıxışlarında sahibkarlığa dəstək verilməsindən danışır, məmurların qarşısında ciddi tapşırıqlar qoyur: “Amma Vergilər Nazirliyi devalvasiyadan əvvəl sahibkarlardan 10 min alırdısa, indi qiyməti 20-30 minə qaldırıb. Bundan əlavə, biz “İctimai iştirakçılıq haqqında” qanunu ona görə qəbul etdik ki, onun işləmə mexanizmi olsun. Amma görürük ki, bu qanunların qəbulu populizmdən başqa bir şey deyil. Biz “Elm haqqında” qanunu qəbul edəcəyiksə, onu plana salaq. Elm adamları bu qanunun qəbulunu çoxdan gözləyirlər. Məncə, bu sessiyada qanun qəbul edilməlidir”.

 

F. Mustafa “Kinematoqrafiya haqqında” qanunun da yenidən hazırlanmasına ehtiyac olduğunu deyib: “Azərbaycan” kinostudiyasına girəndə adam xəcalət çəkir. Kino çəkilmək üçün bu qədər pullar ayrıldı. Amma ortada keyfiyyətli bir kino, tele-serial yoxdur”.

mənbə :
lent.az

Spikerdən Avropa Parlamenti ilə bağlı kəskin çıxış

oqtayesedov
Azərbaycan Milli Məclisinin növbədənkənar xüsusi plenar iclası öz işinə başlayıb. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda əvvəlcə dövlət himni oxundu. İclasın çağırılmasında məqsəd Avropa Parlamentinin 10 sentyabr tarixli iclasında Azərbaycandakı insan hüquqlarının vəziyyətilə bağlı qəbul olunmuş qətnamənin müzakirəsidir. Milli Məclis adından Avropa Parlamentinə cavab veriləcəyi gözlənilir.

Spiker Oqtay Əsədrov dedi ki, konstitysiyaya uyğun olaraq parlamentin 49 deputatı ona müraciət edib növbədənkənar iclasın keçirilməsini təklif ediblər. Gündəlikdə yeganə məsələ – Azərbaycan Milli Məclisinin Avropa Parlamentinin qərarı haqqında – təsdiqləndikdən sonra iclas davam etdi.

Spiker giriş nitqində dedi ki, Azərbaycan parlamenti dəfələrlə Avropa Parlamentinin qərəzli münasibti olub. Bu dəfə Avropa Parlamenti bütün çərçivələri keçib, tərbiyyəsizcəsinə Azərbaycan siyasi hakimiyyətinə şər atılıb. O.Əsədov dedi ki, Avropa Parlamentini vitse-spikerlər Ziyafət Əsgərov və Valeh Ələsgərovla canlı müçşahidə edib. Biz gördük ki, parlamentin nə qədər deputatı Azərbaycana qarşı qərəzli mövqe tuturlar. Spiker dedi ki, adətən, belə məsələlərdə 40-50, 60 deputat iştirak edib: “Ancaq bu dəfə Azərbaycanın məsələsini “təxirəsalınmaz” adı altında müzakirəyə çıxarıblar. Çox az halda olub ki, Avropa Parlamentində 635 deputat iştirak etsin, bu dəfə o qədər deputat iştirak edib. Avropa Parlamentinin xarici əlaqələr komitəsini sədri çıxışında dedi ki, “əvvəlcə komitədə məsəlni üzakirə etməliyik, əks təqdirdə Azərbaycanı itirə bilərik”. Lakin ardınca Azərbaycanın “dostları” söz alıb. Sonra öyrəndik ki, bu iki deputat sentyabr ayında Dağlıq Qarabağda olublar və Saakyanla görüşüblər. Elə bu onu göstərr kki, deputatlar Saakyandan təlimat alıblar. Avropa Parlamenti korrupsiyaya da uğrayıb. Bu barədə qurum rəhbərliyinə də yazmışam”.

Spiker bildirdi ki, deputatlardan biri Azərbaycanın atdığı minamyot atəşi nəticəsində Dağlıq Qarabağda bir qadının həlak olduğunu iddia edib, ancaq Azərbaycan ərazilərinin işğalından heç nə danışımayıb. O.Əsədov dedi ki, jurnalist Rasim Əliyevin məişət zəminində baş verən hadisə nəticəsində dünyasını dəyişməsini də siyasiləşdirib. “Əslində bu sənəd Avropa Parlamentinin imicinə yeni bir zərbə oldu”.

O.Əsədov xatırlatdı ki, bu qətnamə Azərbaycandakı parlament seçkiləri ərəfəsində qəbul olunub: “Biz beynəlxalq təşkilatlara seçkilərdə müşahidəçi göndərməklə bağlı müraciət etmişik. Ancaq bu qətnamədə Azərbaycana müşahidəçi göndərməmək çağırışı edilir. Spiker dedi ki, əsas məqsəd Azərbaycanın imicinə zərbə vurmaq, onu Avropa qurumlarından təcrid etməkdir: “Bu arada Bako Saakyan da Avropa Parlamentinə dəvət edilir, o da çıxışlarında deyir ki, biz Azərbaycanla birgə yaşaya bilmərik, Dağlıq Qarabağ müstəqil olmalıdır”.

O.Əsədov Avropa qurumları ilə əməkdaşlıq məsələsinə yenidən baxılmasını zəruri saydı: “Nazirlər Kabineti “Şərq tərəfdaşlığı” proqramı məsələsinə yenidən nəzər salsın. Biz bu təşkilatla bağlı qərar verməliyik. Bu təşkilat bizə nə verib?” Spiker dedi ki, Azərbaycan heç bir qurumun əlaltısı olmayacaq.
Bundan sonra müzakirələrə keçildi.