Dünyada ən yaxşı təhsil verən ölkələrin sırası- Azərbaycan neçənci sırada?

tehlil
r[32]

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı hər 3 ildən bir 15 yaşdan yuxarı şagirdlər arasında onların riyaziyyat-məntiq və nəzəri oxu və ümumi fənn göstəricilərini əks etdirən beynəlxalq miqyaslı araşdırmalar aparır. Həmin araşdırmaların nəticəsində dünyanın ayrı-ayrı ölkələrindəki təhsilin durumu müəyyənləşir.

Azadlıq.az beynəlxalq qurumun rəsmi saytına istinadən xəbər verir ki, araşdırmaların nəticəsində məlum olub ki, ən yaxşı nəticəni Sinqapur göstərib. Sinqapur məktəbliləri hər üç nominasiyada lider olub. İkinci yerə sahiblənən Yaponiyada isə məktəblilər ümumi fənn göstəricisində ikinci yeri tutsalar da, riyaziyyatdan səkkizinci nəticəni göstəriblər.
Üçüncü yerin sahibi isə bizə o qədər də uzaq olmayan kiçik Estoniyadır.

İlk onluğa daxil olan digər yerlərdə qərarlaşan ölkələr aşağıdakılardır: Tayvan, Finlandiya, Kanada, Vyetnam, Honq-Konq, Çin və Cənubi Koreya.
Dünya nəhəngi ABŞ siyahının 13-cü, əsas rəqibi Rusiya 31-ci, qardaş Türkiyə isə 51-ci pilləsindədir. Azərbaycan isə təəssüf ki, ilk əllilikdə qərarlaşmayıb.
Azadlıq.az

Azərbaycanın QHT arasında Türkiyədə yeri

azerbaycanbayrağı

Türkiyədə fəaliyyət göstərən xarici ölkələrə aid Qeyri Hökümet Teşkilatlarının sayı açıqlanıb.
Açıqlamada bildirilir ki, Türkiyədə xarici ölkələrə aid 113 QHT fəaliyyət göstərir ki, onların da çoxu (29) ABŞ-a məxsusdur. İkinci yerdə Almaniya, üçüncü yerdə Şimali Kipr Türk Cümhuriyyəti qərarlaşıb.
Azərbaycan isə İngiltərə, İsveçrə və Fransadan sonra 7-ci yerdə qərarlaşıb. Azərbaycanın Türkiyədə 3 Qeyri Hökumət Təşkilatı fəaliyyət göstərir.
Azərbaycandan sonrakı yerlərdə isə Hollandiya, İrlandiya, Yaponiya, Rumıniya, Belçika, Qazaxıstan, İspaniya, Ukrayna, Kanada, Rusiya gəlir