Rusiya bu ölkelerin de hava serheddini pozub

07:24 xeber – Rusiyaya aid “SU-24” hərbi təyyarəsinin Türkiyə hərbi aviasiyasına məxsus “F-16” qırıcısı ilə Suriya sərhəddində vurulmasından sonra Rusiyanın daha əvvəl də analoji hadisələr törətməsi gündəmə gəlib. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, NATO Avropa Müttəfiq Qüvvətlərinin Ali Komandalığı Rusiyaya aid qırıcıların ötən il Avropa ölkələrinin bir çoxunun hava sərhəddini ən azı 150 dəfə pozduğunu bildirib.

NATO məlumatlarında Rusiyanın, Baltik və Skandinav ölkələrinin hava sərhəddini tez-tez pozduğu, həmçinin ABŞ və Kanadanın havadan müdafiə bölgələrini və Yaponiyanın hava və dəniz sərhəddini pozduğu bildirilir. Rusiya ən yadda qalan bu cür hadisəni ötən ilin aprel ayında Baltik dənizinin beynəlxalq sularına girərək törədib. Bu zaman Amerika hərbi donanmasına aid kəşfiyyat təyyarəsi Rıs qırıcılarının hücumuna məruz qalmışdı. Həmçinin NATO-dan bildirilib ki, Rusiya qırıcıları Estoniyanın hava sərhəddini 6, Finlandiyanın hava sərhəddini 3, Danimarka və Polşanın hava sərhəddini 1 dəfə pozub.

İsveçin hava sərhəddi də 2012-ci ildə 7, 2013-cü ildə 8, 2014-cü ildə 10 dəfə Rusiya qırıcıları tərəfindən pozulub.

Pentaqondan yayılan açıqlamada isə 2014-cü ilin avqust sentyabr aylarında Rusiyaya aid atom bombardımançı təyyarəsinin 16 dəfə ABŞ və Kanadanın hava sərhəddini pozduğu bildirilib.

mənbə :
anspress

Qerbin Baltik davası

01:12 xeber – ABŞ, Böyük Britaniya və Almaniya hərbçiləri Baltikyanı ərazilərdə NATO əməliyyatlarına kimin rəhbərlik etməsi məsələsində razılığa gələ bilmirlər.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, hər 3 tərəf mənfəət əldə etmək üçün bu öhdəliyi öz üzərinə götürmək istəyir. Bunu latviyalı politoloq Aleksandr Qaponenko rəsmi Berlin, Vaşinqton və London arasındakı çəkişməni şərh edərkən deyib.

“İngilislər Baltikyanı regionda güc nəzarətini öz əllərinə almaq haqqında ABŞ-la razılığa gəliblər. Lakin Londonun təşəbbüsü alman hərbçilərinin narazılığına səbəb olub”, – deyən politoloq ABŞ-ın İngiltərənin tərəfini tutacağını bildirib.

Qaponenkonun fikrincə, bu vəziyyətdə ABŞ Berlin maraqlarını qurban verəcək və Britaniyaya Baltik regionunda əsas mövqelərdən birini tutumağa kömək edəcək.

“Bəs bu, Latviya üçün nə deməkdir? Artıq indidən ingilislər bizim nazirlər kabinetimizi və müdafiə nazirimiz Raymond Berqmanisi rüsvay ediblər. Onlar öz qoşunlarının Latviyaya daxil edilməsi haqqında heç bir xəbərdarlıq belə etməyiblər”, – deyə ekspert ölkəsinin acınacaqlı vəziyyətdə olduğunu vurğulayıb.

İş orasındadır ki, Latviyanın müdafiə naziri Böyük Britaniyanın ölkəsinə hərbi kontingent və texnika göndərməsini ən sonuncu olaraq, özü də jurnalistlərdən öyrənib.

Lakin latviyalı politoloq problemlərin və narazılıqların bununla bitməyəcəyini də deyib. O, növbəti addım olaraq ölkəsində xüsusi xidmət orqanları və hərbi strukturda əsaslı dəyişikliklərin olacağını bildirib.

“Daha sonra isə bizim ölkəyə Almaniyadan gələn qaçqınlardan sonra Britaniyadakı afrikalı qaçqınları göndərəcəklər. Və təbii ki, bu haqda da xəbərdarlıq etməyəcəklər”, – deyən politoloq Qərbin maraqlarından da danışıb.

“Beləliklə, Britaniya özünün Baltikyanı regionda iştirakından maksimum mənfəət əldə edəcək: buraya özünün köhnə hərbi texnikasını və “lazımsız” qaçqınlarını göndərəcək”.


Aleksandr Qaponenko – latviyalı politoloq

mənbə :
anspress