Şekide genc qızı biabırçı fotolarını yayacağı ile şantaj eden qohumu hebs edildi


23.10.2015 / 19:31 xeber –

Şəkidə gənc qızı çılpaq şəkilləri ilə şantaj edərək valideynlərindən pul tələb edən şəxslər tutulub.

 

APA TV-nin xəbərinə görə, Facebook sosial şəbəkəsində tanış olan kişi yaxın qohumu olan qızın lüt şəkillərini internetdə yayacağını bildirərək onun ailəsindən pul tələb edib.

 

Şəki şəhər sakini Elşən Hüseynov və Sumqayıt şəhər sakini Bəhruz Qurbanov yaxın qohumları 21 yaşlı Samirə Hacıyevanın ailəsindən (ad-soyad şərtidir) 2000 manat pul tələb ediblər. Elşən Hüseynov Facebook sosial şəbəkəsində başqa adla qohumu Samirə Hacıyeva (Ad soyad şərtidir) ilə tanış olub. Təqribən 6 ay müddətində yazışdıqdan sonra 21 yaşlı qız Elşənə lüt şəkillərini yollayıb. Bundan istifadə edən Elşən Hüseynov Samirə Hacıyevaya əgər 2000 manat verməzsə, onun şəkillərini internetdə yayacağını deyib. Dəfələrlə qızın ailəsinə xəbər göndərib və pulu gecikdirəcəkləri halda onları rüsvay edəcəklərini bildirib. Sonda ailə başçısı pulun bir hissəsini, yəni 500 manatını verməyə razı olub və dərhal Şəki şəhər (rayon) Polis Şöbəsinə xəbər verib. Əməliyyat qrupu yaradılıb və şantaj olunan qızın atası 500 manatı həmin şəxslərə verərkən saxlanılıblar.

 

Saxlanılanlardan Elşən Hüseynov həmin ailənin ona borcu olduğuna görə bu işə əl atdığını söyləyib.

 

Qeyd edək ki, Elşən Hüseynov Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi qəsdən öldürmə maddəsi ilə hazırda axtarışda olub və Şəkidə qeydiyyatı olmadan yaşayıb.

 

Digər şəxs Bəhruz Qurbanov isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəndə cəza çəkir.

mənbə :
lent.az