Türkiyəli hakerlərin hücumu


[r32]
Myanma hökuməti türk hakerlərin hücumundan sonra təcili böhran masası yaradıb.Axar.az xəbər verir ki, Arakandakı müsəlmanlara görə Myanma hökumətinə məxsus 22 sayta hücum edən türk hakerlər saytların fəaliyyətini dayandırıb. Hakerlər həmçinin Myanma hökumətinə məxsus 8 mindən çox şəxsi məlumatı ələ keçirib.

Myanma hökuməti kiberhücumla bağlı açıqlama yayaraq, böhran masası yaratdığını açıqlayıb.

Qeyd edək ki, Myanma hökuməti Arakan bölgəsində yaşayan müsəlmanların məhv edilməsi üçün sistemli siyasət yürüdür.