“Elmira Axundova 200 mini şəxsən özü qaytardı” – “Həbib Axundov mənə dedi ki, Elnurla biznes yaradıblar”


[r32]
«Həbib mənə deyirdi ki, anası Elmira Axundova Milli Məclisin, məhkəmə sisteminin və digər dövlət təşkilatlarının dəftərxana tenderlərini udub, mal çatdıra bilmirlər», – Fərman Məmmədov bunu Milli Məclisin deputatı Elmira Axundova haqqında deyib.

F.Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan dələduzluqla bağlı cinayət işində zərərçəkmişdir. Deputatın oğlu Həbib Axundov da həmin işdə zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxs qismində tanınan Elnur İbrahimov isə H.Axundovun dostu olub. O, 2011-ci ildə ofis və dəftərxana ləvazimatları, katric satışıyla məşğul olmaq üçün «E Plus E Company» MMC-ni yaradıb, müxtəlif şirkətlərdən nisyə mal alıb satmağa başlayıb.

Onun sözlərinə görə, zərərçəkmişlərin bəzilərini – Fərman Məmmədovu, Nazir Mirzəyevi bu işə H.Axundov cəlb edib. Onlardan pul alınıb, üstündə qazanc vəd olunub.

735 min manatlıq borc müqaviləsi

E.İbrahimov: «Həbib Axundovu sinif yoldaşım Orxan Xanbabayevə görə tanımışam. 2006-cı ildən aramızda münasibət yaranıb. Məclislərdə görüşmüşük. İlk dəfə Həbibdən mal almaq üçün 5 min istədim, o da verdi. Axşam əlavə 500 manat qazancla pulu qaytardım. Sonra bir günlük 10 min aldım. 1500 artığı ilə qaytardım. Sonra 25 min istədim. Həbib o qədər pulu olmadığını dedi. Fərman Məmmədovdan alıb verdi. 25 mini 30 min kimi qaytardım. Sonra 90 min istədim. Həbib dedi ki, Fərmanda da yoxdur. Faizə pul verən Nazir adlı şəxsə danışdılar. Onlardan 90 min alıb, 99 min qaytardım. Daha sonra həftəsi 12 min qazanc olmaqla 90 min bir neçə dəfə alıb qaytarmışam. Sonra işlər yaxşı getmədi deyə, pulları qaytara bilmədim…».

Həbib Axundov

Təqsirləndirilən şəxsin sözlərinə görə, H.Axundov 735 min manatlıq borc müqaviləsi imzalamasını istəyib: «Mən onlara bu müddətdə qazanc verdiyimi dedim və heç olmasa, əsas məbləğdən həmin qazancın çıxarılmasını istədim».

Zərərçəkmiş F.Məmmədov iyunun 1-də keçirilən məhkəmədə bildirib ki, o, E.İbrahimovla yox, H.Axundovla iş görüb, pulu da ona verib:

«Həbib Axundov mənə dedi ki, Elnurla biznes yaradıblar, yaxşı qazanc olacaq. Ofis ləvazimatları və katricləri xaricdən gətirib Azərbaycanda satacaqdılar. Həmçinin, gömrükdə müsadirə olunmuş malların da satışını təşkil edəcəklərini deyirdi. Anası Elmira Axundovanın Milli Məclisin, məhkəmə sisteminin və digər dövlət təşkilatlarının dəftərxana tenderlərini udduğunu söyləyirdi. Deyirdi ki, mal çatdıra bilmirlər. Mən də ona inandım. Pulların Elnura verildiyini bilmirdim. Müxtəlif tarixlərdə cəmi 435 min manat vermişəm».

«200 min, daha sonra 50 min manat verdi»

Zərərçəkmişin sözlərinə görə, pullar yoxa çıxandan sonra deputat E.Axundova ilə də bu haqda söhbətləri olub: «Elmira Axundova mənə zəng edib Elnurla danışdığını və digər şəxslərlə razılığa gəldiklərini dedi. Həbiblə görüşdük, mənim 450 min manatımı qaytaracağını bildirdi. Bu razılaşmadan 20 gün sonra Həbib məni evlərinə dəvət elədi. Elmira Axundova 200 mini şəxsən özü verdi. Qalanını da yaxın günlərdə verəcəyini bildirdi. Sonra Elmira Axundova məni çağıraraq 50 min manat da verdi. Lakin sonra Həbib qalan məbləği qaytarmaqdan imtina etdi. Buna görə də mənə dəymiş ziyanı Həbib Axundovdan tələb edirəm».

H.Axundov da istintaqa ifadə verib. O bildirib ki, E.İbrahimov onu və digər tanışlarını aldadaraq «piramida» qurub. Onun sözlərinə görə, Elnur müxtəlif adamların birindən aldığı pulu digərinə qazanc kimi verib. H.Axundov özünün də E.İbrahimova iş görmək üçün pul verdiyini və sonra geri aldığını qeyd edib. Zərərçəkmişlərdən F.Məmmədovun E.İbrahimova verdiyi pullara görə zamin durmasına da münasibət bildirən Axundov qeyd edib ki, həmin pulu özü ödəmək məcburiyyətində qalıb.

H.Axundov qeyd edib ki, F.Məmmədovun verdiyi 450 min manatı ödəmək üçün bankdan 200 min manat kredit götürüb.

Azadliq.org

Elman Rüstəmovun biznesi niyə “ÇAT” verir? – “Bank Respublika” almanlardan 10 milyon istəyir


[r32]
İqtisadiyyatımızın heç cür sabit relslər üzərinə düşə bilməməsi, inhisarçılığın hələ də tüğyan etməsi və digər neqativ tendensiyaların mövcudluğu ölkədəki məmur oliqarxiyasının “uğurları” siyahısına daxildir. Strateji pozisiyalardan olan bank sektoru da bu eybəcər mühitin “əsərlərindən” sayıla bilər. Hansı bankı tərpətsəniz, arxasından hamımızın tanıdığı simalar çıxacaq. Ancaq rəsmi olaraq, bu bankların həmin məmurlarla hər hansı bağlantısını tapmaq çox vaxt mümkünsüz olur. Necə ki, “Bank Respublika”nın Elman Rüstəmova aid olduğu barədə uzun müddət mətbuatda yazılar getsə də, bunun rəsmi təsdiqi yoxdur…

Əldə etdiyimiz məlumata görə, “Bank Respublika” da ümumilikdə bank sektorunu bürümüş tənəzzüldən kənarda qala bilməyib və bankın təcili olaraq, 20 milyon manata ehtiyacı yaranıb ki, bu da nizamnamə kapitalının artırılması ilə bağlıdır. Bankın E.Rüstəmova aid olduğuna çoxlarının şübhəsi olmasa da, rəsmi olaraq, onun səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), “Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), “Sparkassen International Development Trust” (8,33%) və digərləri sayılır.

 Almanlarla xeyli müddətdir davam edən danışıqlar bir nəticə vermir
Siyahıdan göründüyü kimi, səhmdarlar arasında alman şirkəti də var və bizdə olan məlumata görə, sözügedən məbləğin 10 milyonu bankın gerçək “xozeyin”i tərəfindən tapılsa da, qalan 10 milyonu üçün almanlara müraciət edilib. Ancaq nədənsə alman şirkəti həmin məbləği ödəməkdə tərəddüd edir və bank rəhbərliyi heç cür avropalılardan müsbət cavab ala bilmir. Bu isə “Bank Respublika”nı qeyri-müəyyən, onun sahibini isə diskomfort duruma salıb. Almanlarla xeyli müddətdir davam edən danışıqlar bir nəticə vermir və bu da onsuz da durumu birmənalı olmayan bankı daha da çətinə salır.

Yeri gəlmişkən qeyd edək ki, bir müddət əvvəl bankın idarəçiliyində kadr dəyişiklikləri olub və rəhbərliyə əvvəllər “AccesBank”da çalışmış mütəxəssislər gətirilib. Nəticədə personal sayı və əmək haqları da artırılıb ki, bu da bankın xərclərini biraz da artırıb. Ancaq bizdə olan məlumata görə, buna baxmayaraq, sözügedən bank ilin birinci rübünü gəlirlə qapada bilib. Lakin gəlirliliyi davamlı etmək üçün yuxarıda deyildiyi kimi, ən azı əlavə 20 milyona mütləq ehtiyac var.

“Bank Respublika” ilə “Rabitəbank”ın sevdası niyə baş tutmur?
Bank sektorundakı mənbələrimiz deyir ki, vəziyyətdən çıxış yolu kimi, “Bank Respublika”nın “Rabitəbank”la birləşməsi variantı da nəzərdən keçirilir. Lakin burada da kompromisə gəlmək müşkül görünür. Belə ki, “Rabitəbank” maliyyə baxımından kifayət qədər dayanıqlı olsa da, müştəri və əməliyyat sayı sarıdan “Bank Respublika”nın daha üstün olduğu bildirilir. Deməli, pul “Rabitəbank”da, gəlirli bank əməliyyatları isə “Bank Respublika”dadır. Deyilənə görə, elə razılığa gəlməyən də baş bankirin olduğu iddia edilən bankdır. Nəticədə sözügedən bank müstəqilliyini saxlamaq istəyindən və əməliyyatlardan daxil olan gəlirləri bölüşməmək fikrindən vaz keçmək istəməsə də, pul tapmaqda çətinlik çəkir.

Məntiqlə patronu baş bankir olduğu deyilən bir bank üçün 20 milyon böyük məbləğ sayılmamalıdır. Lakin son zamanlar mətbuatda E.Rüstəmov barədə yazılanlara diqqət yetirsək, maliyyə sıxıntısının səbəbləri aydınlaşar. Belə ki, hələ birinci devalvasiyadan bir neçə həftə öncə E.Rüstəmovun Gürcüstanın inşaat sektoruna 700 milyon manat vəsait qoyduğu iddia edilir ki, bu da o vaxtkı məzənnə ilə təxminən 1 milyard dollar təşkil edir. Bank mənbələrinin məlumatına görə, E.Rüstəmov həmin məbləği özünün “Respublika-bank”ından, Beynəlxalq Bankdan və Azərbaycanın daha bir neçə bankından götürüb və hələ də qaytarmayıb. İndi ola bilməz ki, bu vəsaitin hesabı sorulmasın…
Bundan əlavə, yenə mətbuatda E.Rüstəmova aid olduğu deyilən “Subaru”, “Honda”, “Mitsubishi” kimi nəhənglərin Azərbaycanda təmsilçiliyi, eləcə də “Səba” ASC, Bakı İnvest Holdinq”, “Bakı Sığorta” kimi şirkətlərin də durumu o qədər ürəkaçan deyil. Bütün bunları üst-üstə gəldikdə maddi sıxıntının səbəbləri barədə müəyyən təsəvvür yaranar.

Digər bir iddiaya görə isə E.Rüstəmovun Gürcüstandakı tikinti biznesinə Neft Fondunun rəhbəri Şahmar Mövsumovun qardaşı Şahin Mövsumov da şərikdir. Bildirilir ki, E.Rüstəmovun kadrı sayılan Ş.Mövsumovun qardaşı ortaqlıq üçün ortaya 100 milyon dollar qoyub. Bu vəsait isə artıq ləğv olunan “Bank Standard”dan girovsuz (!) götürülüb və geri qaytarılmayıb. Və maraqlıdır ki, bütün bu 100 milyonlarla dollarlıq iddialarla bağlı sözügedən şəxslər tərəfindən heç bir rəsmi açıqlama verilmir.
Göründüyü kimi, bir-bir müflisləşən və zərəri dövlətə ödətdirilən bankların yüz milyonları havada uçuşur. Bank sektorunun vəziyyəti isə düzəlmir ki, düzəlmir və hətta baş bankirin belə adı müxtəlif çirkli maxinasiyalarda hallanırsa, bu gedişlə düzələn də deyil…

Nazir: ‘Ehaliye xidmetlerde sosial edalet prinsipi tam temin edilmelidir’

[r32]

11 May, 2018  16:17 xeber – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri ilə görüşüb.Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Görüşdə S.Babayev vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün müəyyən edilmiş əsas vəzifələrdən biri sosial müdafiə sistemində şəffaflığın və bu sistemin sosial cəhətdən həssas qruplara əlçatanlığının, əhaliyə xidmətlərdə sosial ədalət prinsipinin tam təmin edilməsidir. Təbii ki, bu istiqamətdə aparılan işlərin səmərəli təşkilində ictimai nəzarət mühüm rola malikdir. Nazirlik yanında İctimai Şuranın fəaliyyəti bu baxımdan, eyni zamanda normativ-hüquqi bazanın cəmiyyətin istək və maraqlarına uyğunlaşdırılmasında xüsusi önəm kəsb edir. Nazir bildirib ki, ümumilikdə əmək və sosial müdafiə sahələrində qanunvericiliyin təkmilləşməsinə, şəffaflıq və ədalət prinsipinin güclənməsinə yönələn islahatlarda İctimai Şura ilə əməkdaşlığın daha səmərəli mexanizmlər üzərində qurulması təmin olunmalıdır. Şurada 15 vətəndaş cəmiyyəti institutu təmsil olunur ku, bu gün onlar əhatə etdikləri geniş əhali qrupları ilə Nazirlik arasında körpü rolunu oynayırlar. Bu mənada həmin əhali qruplarının rəy və təkliflərinin öyrənilməsi, aparılan islahatların cəmiyyətin maraqları ilə uzlaşdırılması, bu və ya digər aidiyyəti fəaliyyət sahəsində nöqsan və çatışmazlıqların aşkar edilməsi və aradan qaldırılması işlərində İctimai Şuranın daha aktiv dəstəyi çox vacibdir. Həmçinin bir sıra məsələlərlə (qeyri-formal məşğulluğun şəxsin gələcək sosial təminatını sual altında qoyması, sosial sığorta sistemində iştirakın əhəmiyyəti, pensiya-müavinət və s.) barədə cəmiyyətdə dolğun və sistemli təbliğat və izahat işlərinin aparılmasında İctimai Şura öz fəal dəstəyini göstərə bilər. Nazirliyin fəaliyyətinin bütün sahələri üzrə İctimai Şura ilə daimi əməkdaşlığa xüsusi önəm veriləcəyini qeyd edən S.Babayev bildirib ki, özünüməşğulluq proqramının icra mexanizminin vacib hədəfə – aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin kiçik biznesə çıxışına imkan yaradılması hədəfinə uyğun təkmilləşdirilməsində də bu əməkdaşlıq öz töhfəsini verə bilər. Eyni zamanda, birgə fəaliyyətin əlilliyin qiymətləndirilməsi sisteminin daha təkmil şəkildə qurulması, reabilitasiya səviyyəsinin artırılması üçün vacib olan fərdi reabilitasiya proqramının hazırlanması sahələrini də əhatə etməsi məqsədyönlü olar. Sosial sifarişlər əsasında layihələrin icrası zamanı toplanan təcrübə və məlumatlar sosial cəhətdən həssas qruplarla bağlı siyasətin təkmilləşdirilməsində önəmli ola bilər. Nazir diqqətə çatdırıb ki, ümumilikdə, İctimai Şura ilə birgə əmək və sosial müdafiə sisteminin bütün sahələri diqqətlə nəzərdən keçirilməli, problemlər və onların həlli üçün görüləcək birgə işlərin istiqamətləri müəyyən olunmalı, əməkdaşlıq müstəvisində pərakəndə və formal fəaliyyətə yol verilməməli, bu sahədə işlər ilk növbədə dolğun konseptual əsaslar üzərində təşkil edilməldir. İctimai Şuranın üzvləri gələcək əməkdaşlıqda yeni istiqamətlərin müəyyən olunması ilə bağlı təkliflərini ifadə ediblər. Eyni zamanda Nazirlik tərəfindən icra olunan proqram və layihələr, o cümlədən beynəlxalq qurumlarla birgə həyata keçirilən layihələr barədə İctimai Şuranın mütəmadi məlumatlandırılmasının, vaxtaşırı olaraq onlar üçün təqdimatlar edilməsinin məqsədəuyğun ola biləcəyi qeyd edilib. Görüş səslənən təkliflərlə bağlı müzakirələrin aparılması şəraitində davam edib və İctimai Şuranın üzvlərinin bütün təkliflərinin sistemləşdirilərək Nazirliyə təqdim edilməsi qərara alınıb.

mənbə :
Report.az

DİN generalı Avropaya köçüb, biznes qurdu


[r32]
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Cavanşir Məmmədov təqaüdə çıxdıqdan sonra Avropaya köçüb. Bu barədə Gununsesi.info-nu məlumatlandıran mənbənin sözlərinə görə, hazırda Fransada yaşayan general orada özü üçün biznes strukturları yaradıb.

Onun restoran və digər sahələrlə məşğul olduğu bildirilir. DİN generalının Fransaya yatırdığı sərmayənin təxminən 20 milyon avro civarında olduğu da deyilir.
Qeyd edək ki, C.Məmmədov 1976-cı ildən daxili işlər orqanlarında xidmət edib. 1989-1992-ci illərdə Bakı şəhəri Baş Polis İdarəsinin rəis müavini, 1992-1993-cü illərdə Bakı şəhəri Qaradağ rayon polis idarəsinin rəisi, 1993-cü ildə isə Bakı şəhəri Baş Polis İdarəsinin rəisi vəzifələrində işləyib.
Xatırladaq ki, Cavanşir Məmmədov təxminən il yarım əvvəl təqaüdə göndərilib.

Hacı Allahşükür Paşazadənin Çexiyadakı villasının yeni görüntüləri yayıldı – FOTO + VİDEO


[r32]
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəri- Karlovı Varı-dakı mənzil kompleksinin görüntüləri yayılıb. Almaniyada yaşayan blogger Tural Sadıqlı şeyxin Karlovı Varı-dakı mənzil kompleksini görüntüləməyi bacarıb.
AzEuroNews.com-un əldə etdiyi məlumatda isə, deyilir ki, şeyx tez-tez Karlovi Varı-ya baş çəkir. O, müalicə məqsədi ilə gəldiyi kurort şəhərdəki kompleksində özü üçün hazırlanmış 6 otaqdan ibarət lüks mənzildə qalır. Şeyxin bu şəhərdəki mülkü təkcə mənzil kompleksindən ibarət deyil. Belə ki, onun qardaşı Cavanşir Paşazadə ilə şərikli bir neçə oteli var. Mülkiyyət qeydiyyatı reyestrinə görə, Paşazadə qardaşları həmçinin Karlovı Varı-da yerləşən çex şirkəti Aynur KV-nin sahibidirlər.

Şeyxin Karlovı Varı-dakı mənzil kompleksi / Foto “Azad söz” səhifəsindəki videodan götürülüb
Paşazadələrin malik olduqları mənzil kompleksi isə, Karlovı Varı-nın mərkəzinə baxan yüksəklikdə və regionda ən məşhur mehmanxana olan “Imperial Hotel”-in yaxınlığında yerləşir. 20-ci əsrin əvvəllərində tikilmiş bu oteldə knyaz Pavel, bəstəkar Richard Strauss, hind maharacaları və Hollivud ulduzları yaşayıblar.

Şeyxin Karlovı Varı-dakı mənzil kompleksi / Foto “Azad söz” səhifəsindəki videodan götürülüb
Nəzərinizə çatdıraq ki, Allahşükür Paşazadə 38 ildir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədrlik edir. 1949-cu il 26 avqust tarixində Lənkəran rayonunun Cil kəndində kəndli ailəsində doğulan şeyx orta məktəbi bitirdikdən sonra 1966-68-ci illərdə sovxozda fəhləlik edib. Yerli ağsaqqallardan gizli şəkildə dini biliklər öyrənən A. Paşazadə 1968-70-ci illərdə Buxarada “Mir-Ərəb” mədrəsəsində təhsil alıb. 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsinə daxil olub və 1975-ci ildə buranı müvəffəqiyyətlə bitirərək tam ali dini təhsilə yiyələnib.

1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsində məsul katib, 1978-ci ildən “Təzəpir” məscidinin axundu, İdarənin sədr müavini vəzifələrində çalışıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri vəzifəsinə seçilib və Şeyxülislam rütbəsi alıb. XII Şeyxülislamdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının sədridir.

AzPolitika.info qeyd edir ki, Allahşükür Paşazadənin də müxtəlif biznes sahələri ilə əlaqələri haqda bu günə qədər xeyli məlumatlar yayılıb. Əsasən ölkəyə ixrac olunan tərəvəz məhsullarının Allahşükür Paşazadənin inhisarında olduğu bilinirdi. Allahşükür Paşazadə bir qayda olaraq belə məlumatlara münasibət bildirmir, bildirəndə isə ortaya sübut qoyulmasını istəyir. Onun bu sıradan olan açıqlamalarından birindən sitat: “Bəzən mənim adımı şüşə, armatur, alma, soğan və kartof biznesi ilə məşğul olan şəxs kimi hallandırırlar. Bunların heç biri həqiqətə uyğun deyil. Bir şey haqqında danışanda ortaya sübut qoymaq lazımdır”.

Eyni zamanda kurort cənnəti hesab olunan Karlovı Varıda da şeyximizin biznesi olduğu xəbəri yeni deyil. Bundan əvvəl sosial şəbəkələrdə Allahşükür Paşazadənin Çexiyada biznesinin olduğu haqda məlumatlar yayılıb. Həmin məlumatlardan birində fotolar, Çexiyanın müvafiq qurumlarının reyestr məlumatları təqdim olunub.

Sitat: “Marketa Şpişakova adlı bu çex qadın Şeyxülislam Allahşükür Paşazadənin şərikidir, 36 yaşı var. İxtisasca həkimdir, heç bir sərmayə qoymadan Allahşükür Paşazadənin və Milli Məclisin deputatı Cavanşir Paşazadənin Çexiyada, Karlovı Varıda açdığı ”Aynur KV” şirkətinin ortağı olub. Qadının valideynləri də 3 şirkətə sahibdirlər.

“AYNUR KV” qrupu avtomobillərin lizingi və kirayəsi, daşınmaz əmlak alqı-satqısı ilə məşğuldur. MMC kimi Skroupova, 36001, Karlovy Vary ünvanında qeydiyyatdan keçib. Aylıq gəliri 1 milyon kron göstərilir (təxminən 100 min manat). İkinci şəkildəki isə Şeyxülislamın Karlovı Varıda həmin şirkətin adına aldığı villasıdır”.

İş adamı İlham Rəhimov biznesini kimə dövr edib?


[r32]
Rusiya prezidenti Vladimir Putinin tələbə yoldaşı və dostu, azərbaycanlı oliqarx-milyarder İlham Rəhimov bu ölkədəki kommersiya daşınmaz əmlak biznesini tərk edib. Virtualaz.org RBC agentliyinə istinadən xəbər verir ki, Rəhimov “Kiyevskaya ploşad” şirkətlər qrupundakı payını başqa şəxsin adına keçirib. 500 milyon dollar həcmində qiymətləndirilən səhmlərin yeni sahibi Rəhimovun Azərbaycanda qeydiyyatdan keçmiş “Fina” hüquq şirkətindəki tərəfdaşı olub.

Belə məlum olur ki, İlham Rəhimovun Rusiyanın ən iri rantye şirkətlərindən birindəki səhmləri Azərbaycandakı partnyorunun adına keçirməsi ABŞ Maliyyə Nazirliyi tərəfindən yanvar ayında “Kreml siyahısı”nın açıqlanmasından dərhal sonra baş verib. “Kreml siyahısı” yanvarın 29-a açıqlanıb. Bu siyahıya Kremlə yaxın oliqarxların da adı daxil edilib. Siyahıda azərbaycanlı milyarderlər Vahid Ələkbərov, Qod Nisanov, Zarah İliyev, Fərhad Əhmədov və Araz Ağalarov da yer alırdı. Lakin maraqlıdır ki, “Kiyevskaya ploşad” şirkətlər qrupunda İliyev və Nisanovla ortaq olan İlham Rəhimovun adı “Kreml siyahısı”ında yer almırdı.

Buna baxmayaraq Rəhimov yanvarın 31-də şirkətlər qrupundakı payını tərəfdaşının adına keçirib. Rusiyanın hüquqi şəxslərin qeydiyyatı üzrə Vahid Reyestrində yer alan məlumatdan belə məlum olur.

“Forbes” jurnalı 2014-cü ildə Rəhimovun təkcə bu şirkətlər qrupundakı payını 500 milyon dollar qiymətləndirmişdi. 2017-ci ildə “Kiyevskaya ploşad” kommersiya daşınmaz əmlakın icarəsindən 1.3 milyard dollar gəlir əldə edib. Şirkətlər qrupunun aktivləri arasında “Ukrayna” oteli, “Sadovod” bazarı, “Kaşirka avtomobil bazarı”, “Grand” və “Grand 2” ticarət mərkəzləri və s. daxildir. Şirkətlər qrupuna daxil olan 6 şirkətdən 5-də Rəhimovun payı 15 faiz, 1-də 12 faiz olub.

Fevralın 2-dən etibarən isə “Kiyevskaya ploşad” şirkətlər qrupuna daxil olan “Vısotka” MMC, “Flora və Fauna” MMC, “Kaşirka Avtomobil Ticarət Mərkəzi” MMC, “Grandtitul” MMC, “Avers-3” ticarət-sənaye şirkəti, “Otel İnvest” MMC şirkətlərinin yeni səhmdarı Araz Mehdiyev olub. O, İlham Rəhimovun Bakıdakı “Fina LLP” hüquq firmasındakı tərəfdaşıdır. RBC bu məsələ ilə bağlı şirkətə və Araz Mehdiyevin elektron ünvanına sorğu göndərib, cavab ala bilməyib.

***

İş adamı Musavat.com-a açıqlamasında Azərbaycan mediasında yayılan iddiaları cavablandırıb: “Azərbaycanda biznesim olmadığı üçün burada prosesin necə tənzimləndiyindən xəbərsizəm, ancaq Rusiyanın vergi sistemində investorlarla bağlı informasiyalar açıqdır. Deklorasiyalar təqdim olunur və onlar əsasında vahid baza formalaşdırılır. Hansı iş adamı hansı şirkətdə nə qədər pay sahibidirsə, bu, ictimaiyyətdən gizlədilmir. Alqı-satqı prosesi də şəffafdır. Media səhmlərin alış-satış tendensiyalarını rahat izləyə bilir. Ona görə də Rusiya mediasında bu dəyişikliklərlə bağlı informasiyanın yer alması normal qarşılanmalıdır. Anormal olan Azərbaycan mediasının bu məsələdən “uzaqgörən” nəticələr çıxarmasıdır. Jurnalistlərin hər hansı məqaləyə səs-küy yaradan, faktı qabardan başlıqlar qoymasını anlayışla qarşılamaq olar. Bir daha vurğulayıram – faktı qabardan. Təxəyyül məhsulunu yox. Mənim Rusiyanı tərk etməyə hazırlaşdığımı yazmaq sağlam düşüncənin məhsulu deyil. Bəzi saytların mənə qarşı davamlı qərəzini, qısqanclığını anlamıram. Yazıblar, ona görə də məcburam həqiqəti söyləməklə onları bir az pərişan edim. Nə iddialarımı, nə planlarımı gizlədən insan deyiləm.

Nə mən, nə də ortaqlarım Qod Nisanov, Zarah İliyev Rusiyanı tərk etməyi planlaşdırmırıq. Biz Rusiyadan, konkret Moskvadan başqa heç bir yerə investisiya yatırmamışıq. Belə bir fikrimiz də yoxdur. Sözümüz var – heç birimiz Moskvadan kənarda heç yerdə iş qurmayacağıq. Hazırda Moskvada 3 nəhəng layihəmiz həyata keçirilir. Birincisi, Moskvada Olimpiya Mərkəzi almışıq, prezident seçkisindən sonra oraya nəhəng investisiya yatırmağı düşünürük. Bundan başqa, Moskvanın mərkəzində nəhəng avtovağzal kompleksi inşa edirik. İndiyə qədər Rusiya paytaxtında belə iri həcmli avtovağzal olmayıb. Üçüncüsü isə yaxın zamanlarda sahib olduğumuz Food City-nin şəhərin mərkəzində filialını açmağa hazırlaşırıq. Çox güman, bu məkan da seçkidən qısa müddət sonra açılacaq. Göründüyü kimi, biz Moskvanı tərk etməyə yox, orada biznesimizi daha da genişləndirməyə hazırlaşırıq”.

Yerli media İlham Rəhimovun Rusiyanı tərk etməsini 6 şirkətdə sahib olduğu səhmləri Araz Mehdiyev adlı iş adamına satması ilə “əsaslandırıb”. Professor Rəhimov bu məsələnin “sirrini” də açır: “Araz Mehdiyev mənim böyük kürəkənimdir. Gerçəkdən də adı çəkilən 6 obyektin 5-də mənim hissə payım 15, birində 12 faizdir. Onların hamısının idarəçiliyini Araz Mehdiyevə həvalə etmişəm. Bundan sonra mənim Moskvadakı bütün işlərimlə Araz Mehdiyev məşğul olacaq. Çünki bundan sonra bütün həyatımı elmə sərf etmək qərarına gəlmişəm. Ancaq səhmləri Araz Mehdiyevin adına keçirməyim iş dünyasından tamamilə uzaqlaşmağım anlamına gəlmir. Əksinə, bütün işlərin ağsaqqallığını yenə özüm edəcəm. Məqalədə Nəriman Ramazanovun adı çəkilir ki, onun ümumiyyətlə bizim Rusiyadakı biznesimizə aidiyyatı yoxdur. O, Bakı ofisimizdə hüquqşünasdır”

Araz MEHDİYEV

Məqalədə biznes ortaqları Qod Nisanovla Zarah İliyevin ABŞ-ın Rusiya iş adamlarına tətbiq etdiyi qadağa siyahısına salınmasına baxmayaraq professor Rəhimovun adının orada olmamasına da toxunulub. İş adamı bildirir ki, bu, onun Azərbaycan vətəndaşı olması ilə bağlıdır: “Bəllidir ki, ABŞ-ın qadağası Rusiya vətəndaşları olan iş adamlarına aiddir. Qod Nisanov və Zarah İliyin Rusiya vətəndaşlarıdır. Mən Azərbaycan vətəndaşı olduğum üçün həmin siyahıda yoxam”.

RBC.ru iş adamını varidatı ilə bağlı hissədə “Forbs” jurnalının 2014-cü ildəki rəqəmlərinə yer ayırıb. Həmin bilgiyə görə, İlham Rəhimovun əmlakı 500 milyon dollar göstərilib. Professor Rəhimov ən yeni rəqəmləri Musavat.com-a açıqlayıb: “Göründüyü kimi, bu informasiya 4 il öncənindir. Dəqiq rəqəm səsləndirməkdə çətinlik çəkirəm, ancaq onu deyə bilərəm ki, 4 ildə bu rəqəm bir neçə dəfə böyüyüb”.

Əli Həsənovu kim şantaj edir?


[r32]
Oliqarxların Sumqayıt uğrunda açıq toqquşması!
“9 aydır müxtəlif qəzetlər, saytlar sifarişlə məni şantaj edirlər. O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də”. Bunları baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsinin Sumqayıtda yaşıllıq ərazini məhv etməsi ilə bağlı KİV-lərdə yayılmış xəbərlərə reaksiya verərkən deyib.

Cənab Həsənov sifarişçinin adını çəkməsə də, bunu özünə qarşı qısqanclıqla bağlayıb: “Görünür əlləri hər yerdən çıxıb, indi də mənim üçün əziz, doğma olan Sumqayıt şəhərinə əl atıblar. Məsəl var: “Quyunu dərin qaz, gen qaz özün düşəcəksən”, “Nə atarsan aşına, o da çıxar qarşına”, “Sirkə nə qədər tünd olsa öz qabını çatladar”. Çox təəssüf edirəm ki, bizim bəzi insanlarımızda qısqanclıq o qədər yüksəkdir ki, onların vurduğu zərbələr çox dəhşətlidir. Bizdə az da olsa belə insanlar var.

Bir daha deyirəm: Mənim heç kimin qarşısında gözükölgəliliyim yoxdur. Bir insanın üzərinə bu qədər ədalətsiz yeriməzlər. Bu artıq insanlıq çərçivəsindən kənara çıxmaqdır”.

Beləlilklə, Əli Həsənov son vaxtlar özünün və ailəsinin adının mətbuatda tez-tez hallandırılmasının xüsusi sifariş olduğunu iddia edib. Əlbəttə, cənab Həsənov yəqin ki, əlində müəyyən əsası olmasa belə bir iddia irəli sürməz. Ancaq son aylardakı onun adı ətrafında bir-birini əvəz edən qalmaqalların hamısını sifariş kimi qəbul etmək mümkün deyil.

Məsələn, əgər Əli Həsənovun nəvəsi 250 minlik avtomobillə ağır qəza törədib, 2 nəfərin həyatına son qoyursa, ardından 24 yaşlı bu gəncin milyonluq qarajının olduğu ortaya çıxırsa, mətbuatın bundan yazmasını sifarişlə bağlamaq yersizdir. Və yaxud qaçqınlara verilən 36 manat “çörəkpulunu” qənaətlə xərcləməyi məsləhət görən Əli Həsənovun ailə üzvlərinin milyonluq obyektləri, biznesləri aşkara çıxırsa, mətbuatın bunun mənbəyini araşdırmasından təbii nə ola bilər?

Bununla belə, son vaxtlar Əli Həsənovun ailə üzvlərinin Sumqayıtda yaşıllıqları məhv edərək, özlərinə restoranlar, biznes obyektləri tikdirdiklərinə dair yazılanların, mətbuata göndərilən şikayətlərin arxasında müəyyən qüvvələrin dayandığını da istisna etmək olmaz. Baş nazirin müavininin də “sifarişlidir” deyərkən, məhz bu yazıları, şikayətləri nəzərdə tutduğu və sifarişçinin kimliyini də həqiqətən bildiyi düşüncəsindəyik. Əli Həsənov ad çəkməsə də, hadisələrin təhlili, müşahidələr, eləcə də yayılan bəzi informasiyalar onun bu zaman Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu nəzərdə tutduğunu söyləməyə əsas verir. Niyə?
Əvvəla, Əli Həsənovun ailə üzvlərinin Sumqayıtdakı yaşıllıqları məhv etdiyinə dair məlum şikayətlərdə, yazılarda bunun qarşısını almayan (Halbuki vəzifə borcudur-müəl.) İH başçısı nəinki tənqid edilir, əksinə, hətta guya bu qanunsuzluqlardan tamamilə xəbərsiz olduğu iddia olunur. Və dolayısıyla Zakir Fərəcov yaşıllıqların qoruyucusu, eyni zamanda Sumqayıtı “Əli Həsənovun ailə üzvlərinin işğalından” qurtaracaq xilaskar kimi təqdim olunur. Həmin şikayətlərdən birindən sitat: “Çox güman ki, icra başçısı cənab Zakir Fərəcov bu qanunsuzluqdan xəbərsizdir… Yəqin o “Bələdiyyə parkı”nda tikilən obyektin tikintisində baş verən “yaşıl soyqırım”a vaxtında “stop” deyəcək”.

İkincisi, Əli Həsənovun ailə üzvlərinin “Sumqayıtı dağıtdığına” dair şikayət və yazılar, reportajlar əsasən Zakir Fərəcovla “isti münasibətləri” sirr olmayan media orqanlarından tirajlanır. Zakir Fərəcovun Sumqayıtdakı quruculuq işlərinə silsilə yazılar həsr edən həmin mətbu orqanlar, eyni həvəslə Əli Həsənovun yaxınlarının Sumqayıtdakı “özbaşınalıqlarından” da silsilə reportajlar verirlər. Təsadüfdürmü?…

“AzPolitika.info”nun bəzi məlumatlı mənbələrlə apardığı dəqiqləşdirmələr də Sumqayıtla bağlı Əli Həsənovu hədəfə alan yazıların Sumqayıt İH-dən qaynaqlandığı ehtimalını gücləndirir. Belə ki, həm Əli Həsənov, həm də Zakir Fərəcov Sumqayıtda böyük təsir gücünə malikdirlər. Hər ikisinə bağlı olan qruplar, imkanlı və nüfuzlu, həmçinin vəzifəli şəxslər var. Əli Həsənovun özünün və ailə üzvlərinin biznesinin əhəmiyyətli hissəsi də məhz Sumqayıtda yerləşir.

Elə Zakir Fərəcovun da yaxınlarının, ailə üzvlərinin bizneslərinin böyük hissəsi Sumqayıt və Abşerondadır. Biznes maraqlarının toqquşması zaman-zaman bu oliqarx-məmurların yaxınları, çevrələrini üz-üzə gətirib. Hətta 5-6 il əvvəl Həsənovlarla Fərəcovlar arasında bütün Sumqayıtda danışılan kütləvi dava da baş verib. Düzdür, bu hadisənin böyüməsinə imkan verilməyib, ancaq ailələr arasında gərgin münasibətlərin düzəldiyini söyləmək mümkün deyil.

Zakir Fərəcov Sumqayıta icra başçısı keçdikdən sonra onun şəhərdə mütləq hakimiyyətini qurmasına əsas maneələrdən birinin də Əli Həsənov və yaxınları olduğu bildirilir. Hətta çox çalışsa da, Əli Həsənovun Sumqayıt Yaşıllaşdırma İdarəsinin rəisi işləyən qardaşı İlyas Həsənovun vəzifəsindən götürülməsinə razılıq ala bilmədiyi də iddia edilir. Eləcə də, şəhərdə böyük biznes obyektlərinə malik Əli Həsənovun yaxınlarına toxuna bilmir. Bu da onlar arasındakı nüfuz savaşını dərinləşdirir.

Buna görə də, Əli Həsənovun ailə üzvlərinin, yaxınlarının Sumqayıtda özbaşınalıq etdiklərinə, yaşıllıqları dağıtdıqlarına dair məlumatların bir qədər də şişirdilərək ictimaiyyətə təqdim olunmasının arxasında Fərəcovların maraqlarının dayandığı güman edilir. Yəni, Əli Həsənovun “O insanlar mənə bəllidir: Sifariş verənlər də, idarə edənlər də” deyərkən, barmağını məhz Zakir Fərəcova tuşladığı ehtimalı yüksəkdir.(AzPolitika.info)

İFC Merkezi Asiyada reqemsal maliyye xidmetlerinin inkisafina destek verir

[r32]

28 Fevral, 2018  20:35 xeber – Almatıda Mərkəzi Asiyada rəqəmsal maliyyə xidmətləri, o cümlədən elektron pul, internet və mobil bankçılığı təşviq etmək üçün regional konfrans keçirlir.
“Report”un məlumatına görə, tədbir Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) təşkilatçılığı ilə baş tutub.
Konfransda maliyyə qurumlarının rəqəmsal xidmətlərdən istifadə yolları, habelə yeniliklərin müştəri sayının artırılmasına köməyi və rəqəmsal maliyyə xidmətlərinin inkişafını təşviq etməklə dövlətlərin maliyyə inkluzivliyinə dəstək imkanları müzakirə ediləcək. Münbit mühitdə bu sistemlər sürətlə arta və kütləvi miqyasa çıxa bilərlər. Qeyd edək ki, qarşıdakı illərdə rəqəmsal xidmətlərə tələbatın artması gözlənilir. Smartfonların qiyməti tədricən aşağı düşdüyü bir vaxtda inkişaf edən ölkələrdə yaşayan insanların 2020-ci ilə qədər artıq 60%-nin internetə çıxış əldə etməsi gözlənilir (2015-ci ildə bu rəqəm 44% olub). 
IFC/Dünya Bankının maliyyə, rəqabət qabiliyyətliliyi və innovasiya üzrə qlobal təcrübə üzrə direktoru Rolf Behrndt qeyd edib ki, IFC innovativ və dayanıqlı maliyyə xidmətlərinin inkişafını dəstəkləyir: “Maliyyə xidmətlərinin çatdırılması sahəsində mobil texnologiyalar və yeni biznes modelləri böyük sayda aşağı gəlirli əhali, mikrosahibkarlar, kiçik biznes və kənd sakinləri üçün əsas maliyyə xidmətlərinə çıxış təmin edə bilərlər. Bu isə daha uzun perspektivdə iş yerlərinin yaradılmasına, yoxsulluğun azaldılmasına və iqtisadi artıma kömək edəcək”. 
Tədbir IFC-nin Azərbaycanda, Qırğızıstan Respublikasında və Tacikistanda həyata keçirdiyi elektron və rəqəmsal maliyyə xidmətləri layihəsi çərçivəsində baş tutub. Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamenti və İsveçrə İqtisadi İşlər üzrə Dövlət Katibliyi tərəfindən dəstəklənən layihə IFC və Dünya Bankının Maliyyə, Rəqabətlilik və İnnovasiya üzrə Qlobal Təcrübəsinin bir hissəsidir.

mənbə :
Report.az

Mikayıl Cabbarov vergiləri mafiyalardan təmizləyir! – “Qovulanlar arasında “tapşırılanlar” da var idi…”


[r32]
Vergilər Nazirliyinin fəaliyyətində və kadr heyətində ciddi dəyişikliklər davam edəcək. Bu barədə nazirliyə yaxın mənbələr xəbər verir. Nazir Mikayıl Cabbarov nazirliyi və onun strukturlarını qısa müddətdə mafiyalardan tamamilə təmizləmək və fəaliyyətini qanun çərçivəsinə qaytarmaqda qərarlıdır.

Məlum olduğu kimi, bu istiqamətdə çox mühüm addımlar atılıb və atılmaqda davam edir. Bu addımlardan biri də Vergilər Nazirliyinin biznes sektorunda yoxlamaları tamamilə dayandırmasıdır. Trend-ə hökumətdəki mənbələrdən daxil olan məlumatda bildirilib ki, yoxlamaların dayandırılması nazirlikdəki rəhbər dəyişikliyindən sonra aparılan struktur və kadr islahatları ilə bağlıdır. Belə ki, kadr dəyişikliyi vergi yoxlamalarını aparan şəxslərə də təsir edib.

“Hazırda vergi yoxlamalarına nəzarət nazirin müavini İlkin Vəliyevə keçib. Bununla belə, kurator olmasına baxmayaraq, heç bir yoxlama aparılmır. Mənbə bunu yalnız kadr dəyişikliyi ilə deyil, həm də yeni nazirin vergi yoxlamalarının aparılması prosesində müəyyən dəyişikliklər edə bilməsi ilə izah edir” – deyə, məlumatda bildirilirdi.

“AzPolitika.info”nu məlumatlandıran mənbə də bu xəbəri təsdiqləyərək, nazir Mikayıl Cabbarovun nazirliyin işində tam şəffaflıq yaradılana və etibarlı kadr heyəti formalaşdırılana qədər yoxlamaları dayandırmaq haqda tapşırıq verdiyini bildirir. Mənbənin sözlərinə görə, Mikayıl Cabbarov yeni vəzifəsinə təyinat aldıqdan sonra nazirlik işçiləri ilə fərdi və kollektiv görüşlərində Vergilər Nazirliyinin cəmiyyətdəki imicini müsbətə doğru dəyişməyi qarşıya əsas vəzifələrdən biri kimi qoyub. Nazir çox aydın mesaj verir: Kim yeni qaldalarla işləməyə razıdırsa, işinin başında qalacaq, əks halda yaxşı yol!
Bəs “yeni qaydalar” dedikdə nə nəzərdə tutulur? Məsələn, bundan sonra Vergilər Nazirliyində “paket” sistemi olmayacaq! Həmçinin, bundan sonra vergi əməkdaşlarının “dolanmaq” üçün bir-iki sahibkara himayədarlıq etməsinə, onların vergi yükünü azaltmasına icazə verilməyəcək. Əvəzində işçilərin qanuni əmək haqları və mükafatlarında zamanla artımlar həyata keçiriləcək. Vergidə qeyri-rəsmi büdcənin formalaşdırılması praktikası tamamilə aradan qaldırılacaq, bütün vergilər qanun əsasında toplanaraq, dövlət büdcəsinə keçiriləcək. Bunun üçün vergi əməkdaşlarının sahibkarlarla şəffaf münasibətlər qurmasını təmin edən mexanizmlər hazırlanıb həyata keçiriləcək. Hazırda bu mexanizmin yaradılması üzərinə iş gedir. Bəzi bilgilərə görə, bununla bağlı həm Avropa ölkələrinin, həm də qonşu Gürcüstanın təcrübəsi öyrənilir Ona görə də vergi əməkdaşlarına həllik yoxlama aparmaq qadağan edilib.

İş adamlarının, məmurların nəzarəti altında olan biznes subyektlərinin hansısa səbəbdən vergidən yayındırılmasına və ya əlavə “yüklənməsinə” dözüm nümayiş etdirilməyəcəyi də nazirlik əməkdaşlarının diqqətinə çatdırılıb. “Mikayıl Cabbarovun vergilər naziri təyin olunduqdan sonra ilk olaraq yüksək vəzifəli şəxslərin qohumlarını, yaxınlarını Vergilər Nazirliyində tutduqları vəzifələrdən uzaqlaşdırması da əslində hamıya bir mesaj oldu” – mənbə bildirir.

Məlumata görə, M.Cabbarovun Vergilər Nazirliyindəki önəmli postlardan uzaqlaşdırdığı və adları cəmiyyətə açıqlanan 64 nəfər illərdir sahibkarlara zülm edən dəstənin özəyini təşkil edənlər olub. Bu siyahının cəmiyyətə məlum olmayan qismi də var və “təmizləmə” prosesi davam edir. “Vəzifədən uzaqlaşdırılanlar arasında çox yüksək vəzifəli şəxslər, o cümlədən Prezident Administrasiyasından “tapşırılanlar” da olub, lakin nazir kadr məsələsində prinsipial tutumunu davam etdirir” – mənbə əlavə edir.

“Hələ bilmirik başımıza nə gələcək…” Araz Ağalarov


[r32]
“Bu nə siyahıdır axı? Birinci və ikinci sadəcə olaraq Rusiya prezidenti Administrasiyasının və hökumətin telefon məlumat kitabçasından götürülüb…Üçüncüsü isə “Forbs”dan. Sadəcə olaraq ilk yüzlük. Siyahı bu prinsip əsasında hazırlanmayıb ki, kim hakimiyyətə daha yaxındır, yaxud uzaqdır. Sadəcə olaraq siyahı xatirinə…”

Virtualaz.org xəbər verir ki, bu sözləri Rusiyada yaşayan azərbaycanlı milyarder-oliqarx Araz Ağalarov adının ABŞ-da “Kreml məruzəsi”inə daxil edilməsini “Komsomolskaya pravda” qəzetinə şərh edərkən deyib.

Biznesmen deyib ki, o da başqaları kimi siyahıya adı daxil edilənlərə qarşı hansı sanksiyaların tətbiq ediləcəyindən xəbərsizdir. “Yəni başımıza nə gələcək, kobud desək Birləşmiş Ştatlar bizə hansı hökmü çıxaracaq, heç kim bilmir. Və mən başa düşmürəm ki, nəyə görə hamı bu siyahıya görə belə həyacanlanır” – Ağalarov əlavə edib.

Azərbaycanlı oliqarx deyib ki, adının “Kreml məruzəsi”inə daxil edilməsindən diskomfort yaşamır. “Xeyr…Nə diskomfort?… Mənim qızım Birləşmiş Ştatlardadır. Və arvadım. Əgər hakimiyyət məni ora buraxmasa ünsiyyət saxlamaq bir qədər mürəkkəbləşəcək. Əlaqə birtərəfli olacaq. Belə diskomfort əlbəttə, var. Ayrı nə diskomfort?” – o, müxbirin sualına cavab olaraq deyib.
Ağalarovun sözlərinə görə, “Kreml məruzəsi” üçün formal əsas kimi Rusiyanın Amerika seçkilərinə müdaxiləsinin göstərilməsini anlamır. Çünki amerikalılar elə beyinsiz adamlar deyil ki, Rusiyanın təsirinə uyub onun istədiyi adamı prezident seçsinlər.

“Belə vəziyyətdə biz sizinlə birlikdə Trampa müraciət edə bilərikmi? Axı onun seçilməsini dəstəkləmişik, necə deyərlər, ona səs vermişik?” – jurnalist soruşub.

Məsələ ondadır ki… Mənim Tramp seçkilərdə qələbə qazananan sonra “Komsomolskaya pravda”ya verdiyim birinci müsahibəni yada salın. O vaxt demişdim ki, biznesmen Tramp başqa, prezident Tramp başqa. Üstəlik mən hesab edirəm ki, Tramp özü də bu fərqi dərhal başa düşmədi. O, fərqi ancaq onda anladı ki, müxtəlif strukturlarla problemləri yarandı – Müllerin komissiyası, Dövlət Departamenti, Böyük Jüri və s.” – Ağalarov cavab verib.

Biznesmen deyib ki, Trampın mobil nömrəsini bilmir. Əvvəllər onda Trampın nömrəsi olub, amma yəqin ki, prezident seçiləndən sonra dəyişib. “Ona görə də mən sizə bu məsələdə kömək edə bilməyəcəm” – o jurnalistin Trampın nömrəsini istəməsinə cavab olaraq deyib.

Sabiq nazirin oğluna yeni vəzifə verilib


[r32]
Azərbaycan Beynəlxalq Bankında yeni vəzifə təyinatı olub.

FED.az xəbər verir ki, Beynəlxalq Bankın departament direktorunun müavini Zaur Ələkbərov Bankın idarə heyətinin sədrinin müşaviri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Z.Ələkbərov 1986-cı il avqustun 23-də Bakıda anadan olub. 2006-cı illərdə İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib. 2006-2008-ci illərdə isə magistr təhsili alıb. 2017-ci ildə isə İsvecrənin Losanna şəhərində Beynəlxalq İdarəetmənin Təkmilləşdirilməsi institutunu bitirib.

Əmək fəaliyyətinə “Unibank”da başlayıb. Daha sonra “Bank Respublika”da filial müdiri olub.

2016-cı ildən isə Beynəlxalq Bankda Korporativ Biznes Departamentinin direktor müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Z.Ələkbərov keçmiş maiiyyə naziri Əvəz Ələkbərovun oğludur.

“Ağsaqqalım dedi ki, pulu götürsən..” – Ziya Məmmədovun qardaşı oğlu məhkəmədə


[r32]
Dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib. Lent.az-ın məlumatına, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrlik etdiyi prosesdə məhkəmə istintaqı açıq elan edilib.

Prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən idmançı özünü təqsirli bilməyib.

Məlum olub ki, zərərçəkmiş şəxs Elnur Məmmədov (sabiq deputat Elton Məmmədovun oğlu. Fotoda sağda) mülki iddia qaldırıb.

Prosesdə zərərçəkmiş şəxs qismində Elnur Məmmədov dindirilib. E. Məmmədov deyib ki, R. Heybətovla yaxşı münasibəti olub və Türkiyədə qəlyan biznesi qurmaq üçün onunla anlaşıb. O bildirib ki, Rövşən Heybətovu 10 ildir tanıyır: “Çörək kəsmişik. Haqqında yaxşı şeylər eşitmişik. 2015-ci ildə idman maşınım vardı. 125 min manata satmışdım. Pulum vardı. İstəyirdim, Almaniyadan maşın alam. Sonra Rövşən dedi ki, neynirsən, maşın alırsan, gəl iş quraq. Razılaşdım. Dedi ki, ordan gələn pulla daha yaxşı maşın alarıq”.

Zərərçəkmiş şəxs bildirib ki, Rövşənə həmişə dəstək olub: “Ona etibar elədim, nə problemi olub, kömək etmişəm. 210 min dollar vəsait lazım idi. Getdim ağsaqqalımla, yəni atamla tanış elədim. Atamla Rövşən söhbət elədi. Orda da atam buna dedi ki, pulu götürsən, nə olsa, cavabdeh sənsən. Rövşən də razılaşdı. Atam da xeyir dua verdi. 100 min dollarım qalmışdı. Sonra bankdan 1 aylıq 100 min pul götürdüm. Rövşənlə görüşdük. Özünə dedim ki, elə olsun, pul batmasın”.

Sabiq deputatın oğlu bildirib ki, həmin pulları Rövşən özü ilə Türkiyəyə aparıb: “Özüylə gedəndə iki idmançı aparmışdı. Ora çatanda mənə dedi ki, pulu götürmüşəm. Sonra özüm də Türkiyə uçdum. Yolda mənə video atdı ki, maşın icarəyə götürüb. Dedim ki, ehtiyatlı ol. Bir müddət keçəndən sonra Rövşənin özü ilə apardığı uşaqlar mənim qabağıma qaçdı. Dedilər, Rövşən qəza törədib. Zəng elədim. Dedi ki,boynum qırılıb. Qaçdım xəstəxanaya. Gördüm sağlamdı, lakin özünü başqa cür apardı. Sual verdim, qəribə cavablar verirdi. Soruşdum, pul hanı dedi, nə pul, maşından aparıblar. Getdik polisə. İfadəsini aldılar. Orda pulu istədik. Polisdə dedilər ki, avtomobildə pul olmayıb”.

Elnur Məmmədov bildirib ki, sonradan aldandığını anlayıb: “Avtomobilə gedib baxdım ki, udar yoxdu. Rövşəni çəkdim ki, necə olacaq. Dedi, vəziyyətimi görmürsən?! Aramızda dava oldu. Sonra qayıtdıq Bakıya. Atamla danışdı. Orda ağsaqqala dedi ki, evini bizim adımıza keçirəcək. Sonra onu da eləmədi. Ölkəni tərk elədi. 10 gündən bir danışa bilirdik. Bir dəfə 20 min dollar, 5 min dollar göndərdi. Sonra bu da kəsildi. Ümumilikdə, iki il ərzində 144 min dollar pul verib”.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib. R. Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb. Hazırda azadlıqdadır.

E.Məmmədov işlə bağlı R.Heybətova 200 min manat verərək Türkiyəyə göndərib. R. Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E. Məmmədov isə buna inanmayaraq R. Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

İstintaq tamamlandıqda isə R.Heybətov yekun olaraq 210 min manat mənimsəməkdə ittiham edilib.

Onu da qeyd edək ki, Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi

Sabiq nazirin Ukraynadakı biznesi – 5 ulduzlu oteller, siqaret, teker zavodları…


[r32]
Sabiq vergilər nazirinin Ukraynanın erməni əsilli naziri ilə əlaqələri haqda iddialar var
Sabiq vergilər naziri Fazil Məmmədovun dövlətdən oğurladığı vəsaitlər hesabına yiyələndiyi əmlaklarının siyahıya alınması prosesi davam edir. Onun ölkədən çıxardığı 4 milyard yarımlıq “qara pul” qaçaqçılığına görə təftiş aparılır, mal-mülkü müəyyənləşdirilir.

Sabiq nazirin kurort məkanları ilə tanınan ölkələrdən bir çoxunda biznesləri müəyyən edilib. Belə xəbərlər var ki, Fazil Məmmədov Azərbaycan istisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır. Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var.

Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır. Burada 1 sutkalıq nömrə icarəsi 220 avrodan başlayır. Bir qədər aralıda, Puşkin küçəsindəki “Vladimirski” bazarı da Azərbaycanın sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır. Kiyevin ən bahalı bazarı hesab olunur. Ukraynadakı təkər zavodunun 49 faizi, Xarkov siqaret zavodunun səhmlərinin 41 faizi sabiq nazirə məxsusdur. Fazil Məmmədov Ukraynadakı bizneslərinə toxunulmazlıq statusuna Ukraynada yüksək çinli məmurlarla işbirliyi və dostluq münasibətləri saxlamaqla nail olub. Bu məmurlar sırasında azərbaycanlılara qarşı xüsusi qəddar münasibəti ilə seçilən Ukraynanın daxili işlər naziri, erməni əsilli Avakov da var. Hətta Fazil Məmmədovun Avakovla yaxşı biznes əlaqələrinin olduğu da deyilir. Ukraynadan əlavə onun Gürcüstanda, Türkiyədə biznes şəbəkələri var. Bu şəbəkələr hamısı üzə çıxarıla bilər.

Sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə olduqca lüks hoteli haqda da yazmışdıq. Həmin hotel “Mir” adlanır. Bu haqda bildirən mənbənin sözlərinə görə, “Mir Rezort Spa” öz dəbdəbəsi ilə sözün həqiqi mənasında “göz qamaşdırır”. Truskovetsin ən yaxşı hotellərindən hesab olunan “Mir” hoteli həm istirahət, həm də müalicə məqsədi ilə nəzərdə tutulub. Dünya kurort turizminin məşhur ünvanlarından sayılan Truskovetsə gələnlərin xeyli hissəsi məhz bu hotelə üz tutur. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Presidential suite” (“Prezident stili”) kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir.

Nömrəyə ikinəfərlik yataq, xüsusi vanna otağı, geniş qonaq otağı, Leonardo da Vinçinin rəsmləri ilə kollaj edilmiş gözoxşayan interyer daxildir. Eksklüziv dizaynla hazırlanmış “Mirasle suiti” nömrəsi də Fazil Məmmədovun otelinin müştərilərinin özəl maraq göstərdikləri və olduqca bəyəndikləri nömrələrdən biridir. 103 kvadratmert ölçüsü olan bu nömrənin müştəriləri bir qayda olaraq tanınmış, populyar şəxslərdir.

Yada salaq ki, Fazil Məmmədov ötən il dekabrın 5-də qəfil vergilər naziri postundan çıxarıldı. 17 ilə yaxın vergilər naziri postunu tutan Fazil Məmmədovun bu şəkildə işdən çıxarılacağını heç kim, heç özü də gözləmirdi. Artıq 1 aydan çoxdur ki, Fazil Məmmədov işsizdir. Rəsmi olaraq onun işdən çıxarılmasının səhhəti ilə əlaqəli olduğu açıqlansa da, bu təqdimata inananlar azdır. Heç Fazil Məmmədovun özü də bu təqdimatla razılaşmır. O vəzifəsindən çıxarılandan 2 gün sonra bu xəbəri yalanlamışdı. Demişdi ki, iddia edildiyi kimi ağır xəstə deyil, az xəstədir. Yəni Fazil Məmmədov işində qalıb davam edə biləcəyi mesajını çatdırmışdı. İşdən çıxarıldığı ilk günlərdə Fazil Məmmədovun çevrəsinin onun səfir göndəriləcəyi ilə bağlı xəbərlər yayması da onun xəstə olmadığını bir daha təsdiqləmək üçün ortaya atılan informasiyalardan idi. Fazil Məmmədovu səfir göndərmədilər, əvəzində təftiş edirlər. Bu təftiş prosesi Fazil Məmmədova yaxşı heç nə vəd etmir.

Gömrük və verginin birləşdirilməsi reallaşır


[r32]
“Xaqani Abdullayevin nazirin yeni müşaviri təyin edilməsi təsadüfi deyil”
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi vahid bir qurumda birləşə bilər. Bu barədə “Turan”-a mötəbər mənbələrdən məlumat verilib.

Məlumatlara görə, tezliklə Dövlət Gömrük Xidmətinin və Vergilər Nazirliyinin inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılacaq. Bu da dövlətə həmin xidmət vasitəsilə tamamilə sabit gəlir əldə etməyə imkan verəcək. Bu manevrdə məqsəd təkrarlanmanı aradan qaldırmaq və idarəetmənin səmərəliliyini gücləndirən sinergetik effekt əldə etməkdir.

Bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov və iqtisadçı Natiq Cəfərli yeni yanaşmanın bugünkü reallıqlara və ölkənin maliyyə sahəsinin inkişaf perspektivlərinə təsiri barədə fikirlərini Turan ilə bölüşüblər.

Əkrəm Həsənov: Vergi və gömrüyü birləşdirərək tək bir fiskal orqanının yaradılması qərarı özünü doğruldur. Dünyada belə yanaşma çərçivəsində uğurlu nümunələr çoxdur. Amma əks nəticələr də olub. Dünya praktikasında qurumların iri və əməliyyat baxımından yöndəmsiz, nöqsanlı səlahiyyət bölgüsü olan strukturlara inteqrasiyası təcrübəsi olub, bu zaman müxtəlif departamentlər onlara uyğun olmayan funksiyalar əldə edib. Ona görə də qərarların qəbulu çox vaxt əsassız olaraq uzun vaxt aparır, bəzən isə yenidən baxılmağı tələb edirdi.

Birləşmənin müsbət nəticələri də olub: birgə vergi-gömrük yoxlamaları, qanunvericilik normalarının eyni cür anlaşılması, iki xidmət arasında tam informasiya mübadiləsinin yaradılması. Azərbaycanda kadrlar çox şeyi həll edir. Çünki hökumət strukturları vəzifəyə görə yaradılır, əksinə yox. Hesab edirəm ki, yeni fiskal orqana yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarov rəhbərlik edəcək. Onu ikinci rolda saxlamaq üçün təyin etməyiblər. Xaqani Abdullayevin nazirin yeni müşaviri təyin edilməsi təsadüfi deyil. O, ötən payız Mərkəzi Bankın sədr müavini vəzifəsindən gedib.

X.Abdullayev vəzifədən özü getdi. Bu, Azərbaycanda gözlənilməz hadisədir. Yeri gəlmişkən, o, iqtisadiyyatı başa düşən nadir makroiqtisadçılardan biri, iqtisadiyyatı Vergilər Nazirliyi üçün tələb olunandan daha geniş anlayan iqtisadçı analitikdir.

X.Abdullayevin Mərkəzi Bankdan getməsi ilə hələ o zaman fiskal sahədə mümkün dəyişikliklər barədə spekulyasiyalar var idi, çünki M.Cabbarovun səlahiyyətləri təkcə bu qurumla məhdudlaşa bilməzdi. Bundan əlavə, gömrük və Vergilər Nazirliyinin birləşdirilməsinin zərurəti barədə bir neçə ildir danışılırdı. Aydın Əliyevə gəlincə, o, daha çox texniki bir fiqurdur, yəni gömrüyü əslində o, idarə etmir.

Bu iki qurumun inteqrasiyası obyektiv addımdır, çünki onların funksional mahiyyəti dövlətin gəlirləri, inzibatçılıq metodologiyası ayrı-ayrı fəaliyyət sahələrində üst-üstə düşür və onların ayrılması doğru deyil. Məsələn, beynəlxalq əqdlərdə ƏDV-ni gömrük orqanları tutur, halbuki bu, vergidir, gömrük rüsumu deyil. İki təşkilat arasında sıx əməkdaşlıq var. Bütövlükdə, birləşmə biznes maraqları baxımından da vacibdir, çünki bu, bir pəncərə məsələsidir. Biznes iki maliyyə qurumunun təzyiqi altında inləyir. Məsələn, əvvəllər bəyan edilməmiş məhsulların tədarükü ilə bağlı problemlər vardı. Əslində gömrük qanunsuz idxala icazə verir, vergi qurumu isə etiraz edirdi. Bu, həmin strukturların ayrılmasının məqsədəuyğun olmadığına bir misaldır. Nəhayət, dövlət üçün iki qurumun saxlanılması çətindir, çünki bu, büdcə üçün əlavə bir yükdür.

Bütün sənaye cəhətdən inkişaf etmiş ölkələrdə maliyyə siyasəti profil qurum tərəfindən həyata keçirilir. Əlbəttə ki, burada fərqli bir yanaşma ola bilər. Dünya praktikasında vergi və gömrük xidmətləri funksiyaları Maliyyə Nazirliyində inteqrasiya olunur və ya bu strukturlar bir çox ölkələrdə ayrı-ayrı fəaliyyət göstərir. Amma vergi və gömrük siyasətini Maliyyə Nazirliyi həyata keçirir. İndiki halda xidmətlərin funksiyaları dövlət yığımları ilə məhdudlaşıb. Ölkəmizdə vahid dövlət maliyyə siyasəti orqanına ehtiyac var. Fiskal orqanlar bu profil quruma tabe ola və ya olmaya bilər. Amma maliyyə siyasəti ilə profil dövlət strukturu məşğul olmalıdır.

Bizdə bu məsələdə tam pərakəndəlik var. Sonda heç kəs həç nəyə görə məsuliyyət daşımır. Maliyyə Nazirliyi vergi, gömrük və bank sahələri üçün məsuliyyət daşımadığını bəyan edir. Fiskal orqanları birləşdirməklə iş bitmir, vergi və gömrük xidmətlərini Maliyyə Nazirliyinin tərkibinə daxil etmək lazımdır. Amma bu, gələcəyin işidir. Bu gün Maliyyə Nazirliyinin şəxsində maliyyə siyasətinə cavabdeh olan vahid fiskal struktura ehtiyac var. Kadr məsələlərinə gəlincə, vergi və gömrük sahəsində siyasət M.Cabbarova həvalə ediləcək. Ancaq bu, yanlışdır, çünki vergi və gömrük xidmətləri onların birbaşa vəzifələri – dövlət yığımları ilə məşğul olmalıdır. Xatırlatmaq lazımdır ki, hazırkı maliyyə naziri Samir Şərifov müstəqil və güclü bir fiqurdur. Ona görə fiskal və maliyyə qurumlarının birləşməsindən danışmaq hələ çox tezdir. Bu, gələcəkdə mümkündür.

İki qurumun birləşməsi ideyası yeni deyil, amma hesab edilirdi ki, keçmiş vergilər naziri üçün bu, çox olar. Yeni, yetərincə güclü bir fiqurun meydana çıxması yeni idarəetmə strukturunun yaradılması üçün zəmin yaradır.

Natiq Cəfərli: Gömrük və vergi xidmətlərinin bir fiskal orqanda birləşməsi 2013-cü ildən Respublikaçı Alternativ Hərəkatının (REAL) proqramında öz əksini tapıb. Bu iki qurumun birləşməsi labüddür. Dövlət Gömrük Komitəsinin timsalında ayrıca dövlət strukturunun olması məqsədəuyğun deyil. Vergi və gömrük xətləri üzrə büdcə gəlirləri bir rəhbərlik altında bir istiqamətə getməlidir. Ümumiyyətlə, belə bir arzu olsa deyilən yanaşma biznesin xeyrinə daha çevik vergi və gömrük siyasəti yürütməyə imkan verir.

İndi biznesin lehinə qərar qəbul edərkən nazirlik və qurumların maraqları toqquşur. Bu məsələ ölkə müstəqillik əldə qazanandan işgüzar dairələri narahat edir. Çünki gömrük və vergi xidməti sahibkarlığın inkişafına mane olur. Onların birləşdirilməsi idarəetmənin səmərəliliyinə kömək edəcək, çünki bəzi qeyri-hökumət, amma hökumət qurumları problemləri səmərəsiz həll edir. Vahid qurumun yaradılması bizneslə hökumət arasında dialoqa kömək edəcək.

Fiskal orqanların birləşməsinin digər müsbət tərəfi qənaətdir. Çünki ayrıca Gömrük Komitəsi dövlət büdcəsinə baha başa gəlir. İki qurumun birləşməsi gömrük orqanlarında ixtisarla nəticələnəcək və kadrların effektivliyi artacaq. Bu orqanları Maliyyə Nazirliyinin strukturunda birləşdirmək yaxşı olardı. Amma icra hakimiyyəti üzərində zəif nəzarətlə xarakterizə olunan mövcud hakimiyyət sistemində belə bir nazirliyin yaradılması biznes üçün problemlər yaradar. Səlahiyyətlilərin genişliyi nəticəsində onun sahibkarlığı əzəcək bir dövlət nəhənginə çevrilməsi riski var. Əgər perspektivdə hakimiyyət orqanları üzərində şəffaflıq və ictimai nəzarətə nail olunsa üç qurumun birləşməsi təbii bir addım olacaq.

Fazil Məmmədovun gedişi gözlənilən idi. Son vaxtlar işgüzar çevrələr tərəfindən Vergilər Nazirliyinin ünvanına çoxlu sual və iradlar müşahidə olunurdu. Son həlledici məqam isə Turan agentliyinin məhkəmə təqibi oldu. Bu vəzifəyə Mikayıl Cabbarovun təyin edilməsi də həmçinin məntiqli və gözlənilən idi, çünki keçmiş təhsil naziri iqtisadi bloka daha çox uyğun gəlir. Hələlik onun təyin edilməsi ilə hansısa köklü dəyişiklik olmayıb, çünki az vaxt keçib. Yaxşı olardı, nazirliyin yeni rəhbəri açıq şəkildə öz planları barədə danışsın. Təəssüf ki, bizim ölkədə ictimaiyyətlə hakimiyyət nümayəndələri arasında dialoq yoxdur. Dünya praktikasından fərqli olaraq bizdə belə mədəniyyət mövcud deyil.

Ümumilikdə isə vahid fiskal orqanın yaradılması ilə yanaşı, qanunvericilikdə islahatlar aparılmalıdır, çünki mövcud qanunvericilik absurddur. Yeni anlaşılan, yığcam və həcmli Vergi Məcəlləsi lazımdır. Vergi siyasətinə yanlış münasibətdən əl çəkmək lazımdır.

Tərəflərin – biznes və dövlətin hüquq və öhdəliklərində aydınlıq tələb olunur.

Bir sözlə, aydın Vergi Məcəlləsi olmadan vergi islahatları mümkün deyil. Digər tərəfdən, gəlirlərin bəyan edilməsi ilə bağlı qərar işə düşməlidir.

Məmurlar və bütün işləyən əhali hər il vergi bəyannaməsi təqdim etməlidir. Bu, idarəetmənin şəffaflığını yüksəldəcək və büdcə daxilolmalarını artıracaq. Nəhayət, fiskal orqanlar cəza orqanı olmamalıdır. Biznes onlardan qorxmamalı, onlarla əməkdaşlıq etməlidir. Bütün bunlar vacib aspektlərdir və onlarsız real dəyişikliklər mümkün deyil.

Qeyd edək ki, gömrük və vergi orqanlarının birləşdirilməsinə hazırlıq getdiyi haqda ilk dəfə Vergilər Nazirliyinin və Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı Qulu İbrahimli “AzPolitika.info”ya müsahibəsində danışmışdı.

Mikayıl Cabbarov 64 nəfəri işdən qovdu – Müşavirlər, rəislər…


[r32]
“Struktur və kadr islahatlarına başlanılıb”
Son zamanlar bir sıra kütləvi informasiya vasitələrində vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır”. Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumat görə, cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır.

“Vergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb. Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır”, – deyə məlumatda vurğulanıb.

Nazirlikdən bildirilib ki, bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirliyin sərəncamına götürülüb: “Onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var”.

Rza Zərrabın Bakıdakı biznesinə əl qoyulur – “Bank of Baku”, “Baku Electronics”, “Hyundai”..


[r32]
Amerikada məhkəmə qarşısına çıxarılan məşhur qızıl taciri Rza Zərrabın Türkiyəyə qarşı alətə çevrilməsi onun Türkiyədə, İranda və Azərbaycanda olan biznes şəbəkəsini çökdürə bilər.
Rza Zərrab ABŞ-da İrana qarşı maliyyə sanksiyalarını pozma, qeyri-leqal pul yuma əməliyyatları təşkil etmə ittihamları ilə mühakimə olunur. Lakin o, istintaqla anlaşaraq Türkiyənin dövlət bankı “Halkbank”ın idarə heyətinin sədr müavini, iş üzrə ABŞ-da həbs edilmiş Hakan Atillanın əleyhinə ifadə verməyə razılaşıb. Habelə İran pullarını yumaq üçün Türkiyəli bəzi nazirlərlə rüşvət qarşılığında anlaşdığını iddia edib.

Bu da onu göstərir ki, o, elə əvvəlcədən ABŞ-da FETO-nu idarə edən çevrələrə bağlı olub. “AzPolitika.info”nun məlumatına görə, Zərrabın hay-küylü həbsində əsas məqsəd də ictimai rəyə onun Türkiyə hökumətinə bağlı, məxfi məlumatları bilən biri kimi sırımaqdı. Buna nail olduqdan sonra Zərrabı müttəhimdən şahidə çeviriblər. Bundan sonra Türkiyə hüquq-mühafizə orqanları Rza Zərrabın barəsində cinayət işi qaldıraraq onun bütün mülkünü İstanbul Cümhuriyyət Baş Prokurorluğu müsadirə edib. Belə ki, Zərrabla bərabər ona yaxın 23 nəfərin mülkü də müsadirə edilib.

Onlardan biri də “NAB Holding”in kiçik səhmdarı, holdinqin icraçı direktoru Omid Oromidir. “NAB Holding»ə Nader Mohaghegh Oromi, Bahram Mohaghegh Oromi və Şahram Mohaghegh Oromi tərəfindən nəzarət edilir.

Məlumatlara görə, «NAB Holding»in sahiblərindən Şəhram Oromi Rza Zərrabın bacısının əridir.
Lakin şirkət rəhbərləri bunun Rza Zərrabla heç bir kommersiya əlaqəsi olmadığını bildirib.

Şirkət rəhbəri Omid Eromi baş verənlərdən narahat olduqlarını deyib: “Yanlış məlumat ola bilər. Mənim və şirkətimizin Zarrabla kommersiya heç bir əlaqəsi yoxdur. Özünü də son on ildə bir iki dəfə görmüşəm. Bu danışıqlar da təşkil olunan dəvətlərdəki qarşılaşmalar şəkilində olub”.
Amma Türkiyə hüquq mühafizə orqanları bu holdinqin də Rza Zərrabla bağlı olduğuna israrlıdır. Bu şirkətə Rza Zərrabın əmisi Omid Mohaghegh Oromini və onun oğlu Şahram Mohaghegh Oromi rəhbərlik etdiyi üçün bu fakt sübuta yetirilir.
İddialardan sonra Rza Zərrabın bacısı əri Ş.Eromi “NAB Holdinq”in idarə heyəti üzvlüyündən də gedib.

Türkiyə mətbuatı Rza Zərrabın Azərbaycandakı yatırımlarına da əl qoyulduğu barədə məlumat dərc edib.  BakuPost.az mediada yayılmış məlumatlara əsasən qızıl tacirinin ölkəmizdə də bir çox  məşhur şirkətlərin sahibi olduğunu bildirib.
Rza Zərraba qarşı “casusluq” ittihamı ilə qaldırılmış cinayət işi çərçivəsində aktivlərinə həbs qoyulmuş “NAB Holding” Azərbaycanda “Bank of Baku”nun əsas səhmdarıdır.
Bankın səhmlərinin 40 faizi bu holdinqə məxsusdur. Holdinqin saytında maliyyə sahəsində fəaliyyət olaraq “Bank of Baku” barədə məlumata yer verilib.

«NAB Holding» Azərbaycanda “Auto Azerbaijan” avtomobil şirkətinə də nəzarət edir. Ölkəmizdə “Hyundai” markalı avtomobillərin və sərnişin avtobuslarının eksklüziv rəsmi distribyutorudur.

«NAB Holding»in Azərbaycanda “Baku Electronics” şirkəti ilə də bağlılığını bildirib.
Bununla belə, “Baku Electronics” şirkətinin sahibi və Samsung, Siemens, Bosch, Tefal, Nintendo, Moulinex, Sony, LG, Electrolux və Canon markaları ilə yanaşı və digər elektron avadanlıqlarının 80-a yaxın markasının rəsmi distribütorluğunu həyata keçirir və Azərbaycanda bu markalar istehlakçılara 50-dən çox satış nöqtəsi təklif edir.

Bununla belə, Baş ofisi İstanbulda (Türkiyə) yerləşən, başda pərakəndə olmaqla yanaşı avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən NAB Holding-ə daxil olan “Qafqaz Lizinq” ASC şirkəti də 2007-cü ildən ölkəmizdə fəaliyyət göstərir. “Qafqaz Lizinq” ASC Azərbaycanda ilk mikrolizinq məhsulları təqdim edən lizinq şirkətidir.

Məlumatda qeyd edilir ki, bütün bu şirkətlərlə bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır və yaxın günlərdə R.Zərrabın Azərbaycandakı bu mülkləri də əlindən alınacağı iddia edirlir.
Xatırladaq ki, İran əsilli azərbaycanlılar olan Oromi qardaşlarının Azərbaycandakı biznesinə dair vaxtilə ABŞ-ın Bakıdakı səfiri olmuş Enn Dersi vaxtilə Vaşinqtona – Mərkəzi Kəşfiyyat İdarəsinə, Dövlət Departamentinə, Pentaqona və digər strukturlara 2009-cu ilin martında göndərdiyi məxfi teleqramda sensasion faktlar göstərmişdi. AzPolitika.info bildirir ki, həmin teleqramı 2011-ci ilin yayında WikiLeaks saytı yaymışdı.

Həmin sənəddə bildirilirdi ki, Oromi qardaşları da əslən Təbrizdəndir, hazırda Türkiyə vətəndaşıdır, Azərbaycan və İranda fəal biznes fəaliyyətləri ilə məşğuldur.

Diplomat məktubunda Rza Zərrabın bacısının əri Şəhram Oromi haqqında daha geniş melumat verir.“Şəhram Oromi milliyyətcə azərbaycanlı olan iranlıdır. İran inqilabından sonra Türkiyə vətəndaşlığı alıb. Bununla belə, İranda təhsil alıb. O və qardaşı Bəhran 1988-ci ildə Türkiyədə “Dış Ticarət Limited” şirkətini təsis edib. İstanbulda yerləşən bu şirkətin Türkiyə, Yaxın Şərq və İranda geniş biznesi var.

Bu şirkət Azərbaycanda da fəaldır. 1995-ci ildən şirkət “Hyundai” avtomobillərinin Azərbaycandakı rəsmi distribütoru olub. Mənbə deyir ki, Orominin biznes metodu müxtəlif ölkələrdəki nüfuzlu hökumət adamları vasitəsilə inhisar yaratmaq, rüşvət və hədiyyələrlə vəzifəli şəxsləri ələ almaq üzərində qurulub”.

Bu qardaşların adı sənəddə başqa bir iranlı iş adamı- Cəmşid (“Juşkar”) Mahmudoğlu ilə birlikdə keçir. Cəmşid (“Juşkar”) Mahmudoğlu kimi göstərilən iranlının da milliyyətcə azərbaycanlı olduğu bildirilir.

O və qardaşları Türkiyə vətəndaşlığı alıb: “Mahmudoğlu qardaşları əslən Təbrizdəndir, varlı ailədən çıxıblar, qızıl və valyuta alveri ilə məşğul olublar, ancaq İran inqilabından sonra biznesləri əllərindən çıxıb. Ailə Türkiyəyə qaçıb və bu ölkənin pasportlarını alıb. Onların Azərbaycan və Türkiyədəki biznes sövdələşmələrində tez-tez Oromi qardaşlarının adları da yer alır…
İki iranlı m1nabənbə təsdiq edir ki, Cəmşid Mahmudoğlunun oğlu İranda keçmiş prezident, ayətullah Haşimi Rəfsəncaninin oğlu ilə biznes ortağıdır. Həmçinin Cəmşidin Azərbaycanın tanınmış biznes xadimləri və rəsmi şəxsləri ilə yaxın münasibətləri var. Çox güman ki, o, İran hakimiyyətinin təmsilçiləri üçün pulları yuyulması əməliyyatlarını, xaricdən lazım olan malların alınıb daşınmasını təşkil edir.”

Sənəddə bildirilir ki, Mahmudoğlu və Oromi qardaşları Dubayda “Silsila General Trading” adlı şirkət təsis ediblər, bu şirkət “NAB Group”un tərkibinə daxildir. Onlar Almaniyanın “Bosch” şirkətinin lisenziyası əsasında istilik sistemləri istehsal edir.
Azərbaycanda adı çəkilən şəxslər “Baku Electronics” şirkəti və “Bank of Baku” ilə ortaqdır. “Bank of Baku”nun əvvəllər iqtisadi inkişaf naziri Fərhad Əliyevin qohumlarına məxsus olduğu deyilirdi. Oromi qardaşlarından fərqli olaraq Cəmşid Mahmudoğlunun həmin bankda səhmdar olduğu bildirilir: “Mahmudoğlu və qardaşları “Bank of Baku”da iri səhmdarlardır. “Bank of Baku” bəzən türk bankı kimi də təqdim olunur.

Ş.Oromi “Bank of Baku”nun qurulmasına da kömək edib, bu bankda 1999-2007-ci illər ərzində məsul vəzifə tutub, ancaq bu yaxınlarda (2009-cu ildə-red.) bankdakı hissələrini nüfuzlu azərbaycanlıya satıb. Orominin firmalarının İran rejiminin maraqları üçün işlədiyi bildirilir.
Şəhram Oromi həm də İranın Bakıdakı keçmiş səfiri, hazırda bu ölkənin Ali Təhlükəsizlik Şurasında işləyən Əhəd Qəzayinin yaxın dostudur.
Teleqramda Enn Dersinin maraqlı başqa bir qeydi də yer alır: “Xalq Bank “Bank of Baku”nun keçmiş işçiləri tərəfindən qurulub. O, İran firmaları və biznesmenləri arasında çox populyardır. Həmçinin iranlılar “Royal Bank of Baku”(Royal Bank) ilə də sıx işləyir, bu bank əslən iranlı olan amerikalınındır”.

“Xalq Bank”la1 yaxın biznesi olan iranlı iş adamı kimi isə Adil Şərəbaninin adı çəkilir: “O, iranlı valyuta alverçisi və Tehranda “sıx əlaqələri” olan şəxsdir. A.Şərəbani əvvəllər İran Milli Bankında menecer işləyib, hazırda Bakıdakı “Xalq Bank”la yaxın biznesi var.

A.Şərəbani İranda müəmmalı şəraitdə müflis olduqdan sonra Bakıya köçüb. O, kifayət qədər varlı biridir və məlumatlara görə, İranın Fədailər Fondu (“Banyadeh Mostazafan” ) ilə işləyir. Bu fondun Azərbaycandakı biznesinə və investisiya fəaliyyətlərinə nəzarət edir. Fondun Bakıda yuyucu vasitələr, o cümlədən “Darya” sabunları istehsal edən fabriki var.

İranlı mənbənin dediyinə görə, onun dostu bu yaxınlarda (2009-cu il) Şərəbaninin İrandan daxil olan 5 milyon dollar nağd pulu “Bank of Baku”ya yatırdığını görüb, bu pullar kitablarda əks olunmayıb. Mənbə pulların Şərəbaniyə hansı məqsədlə verildiyini bilməyib.

İran rejiminə müxalif digər mənbə isə deyib ki, Şərəbani tez-tez “Bank of Baku”ya belə yatırımlar edir. İranlı biznesmen isə Şərəbaninin İran hakimiyyəti ilə yaxşı əlaqələri olduğunu, Tehran rejiminin pullarının yuyulmasını təşkil edən fiqur kimi tanındığını deyib

Fazil Məmmədovun “QARA KASSASI” ölkədən qaçıb?! – “Yeni nazir 1 milyard dolların yerini tapmalıdır”


[r32]
Fazil Məmmədovun vergilər naziri postundan qəfil çıxarılması gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. İlin başa çatmasına günlər qalmış dövlət büdcəsinin gəlirlərinin toplanmasına məsul olan bir strukturun rəhbərinin dəyişdirilməsi gözlənilməz olduğundan, bunun səbəbləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Düzdür, AzPolitika.info hələ bu ilin yayında mötəbər mənbələrdən əldə etdiyi bilgiyə əsaslanaraq, Fazil Məmmədovun səhhəti ilə bağlı istefaya göndərlməsini xahiş etdiyinə dair məlumlar yaymışdı. Ancaq ortada olan məlumatlar, müşahidələr işdən çıxarılmasının Fazil Məmmədovun özü üçün də gözlənilməz olduğunu göstərir. Yəni, onun məhz ərizəsi nəzərə alınaraq səhhəti ilə bağlı işdən çıxarılması versiyası artıq aktuallığını itirib.

Odur ki, 17 ildən artıqdır vergilər naziri postunu “işğal edən” Fazil Məmmədovun hansı səbəbdən tutduğu postdan kənarlaşdırılması ətrafında müzakirlər və araşdırmalar davam edir. Hazırda əsas versiya kimi Fazil Məmmədovun da “maliyyə xəyanətinə” yol verdiyi, iş adamlarından büdcəyə ödəmək adı ilə yığılan pulların əhəmiyyətli bir hissəsinin gizli yollarla xaricə çıxarıldığına dair faktların aşkarlanması göstərilir. Dəqiq rəqəm olmasa da, söhbətin ən azı 1 milyard dollardan getdiyi məlumdur. Bu pulların Fazil Məmmədovun yaxın ətrafı tərəfindən ofşor zonalarda yaradılan şirkətlərə ötürüldüyü və sonradan dünyanın bir çox yerlərində, o cümlədən Şərqi Avropa ölkələrində iri biznes layihələrinə, daşımaz əmlakın alınmasına yatırıldığı bildirilir.

“AzPolitika.info”ya verilən məlumata görə, neftin qiyməti düşdükdən sonra bir çox digər strukturlar kimi, Vergilər Nazirliyinin də malityyə fəaliyyətinin araşdırılmasna başlanılıb. Daha dəqiqi, Vergilər Nazirliyi tərəfindən iş adamlarından toplanan pulların dəqiq hesab-kitabı aparılıb. Bəzi məlumatlara görə, belə araşdırmaya Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi, vaxtilə vergilər nazirinin müavini işləmiş Natiq Əmirovun verdiyi bəzi məlumatlar zərurət doğurub…

Məhz bu araşdırmalar nəticəsində son illər iş adamlarından yığılmış milyard dollardan artıq “cirkli pul”un ölkədən çıxarılaraq, ofşor zonalarda yaradılan şirkətlərə ötürüldüyü, coxgedişli kombinasiyalar vasitəsilə “yuyularaq” Avropada və dünyanın bir çox yerində biznesə yatırıldığı məlum olub. Düzdür, bu əməliyyatların bilavasitə Fazil Məmmədovun təşəbbüsü ilə, yoxsa onun etibarından sui-istifadə edən yaxın ətrafı tərəfindən həyata keçirildiyi hələlik dəqiq məlum deyil. Ancaq istənilən halda bunun məsuliyyətini Fazil Məmmədov daşıdığından o, vəzifədən azad edilib. “Maliyyə xəyanətinə” yol verənlər arasında yalnız Fazil Məmmədovun biznes layihələrini reallaşdıranlar deyil, onun təqdimatı ilə təyin edilən bəzi icra başçılarının da olduğu bildirilir…

Hazırda yeni nazir Mikayıl Cabbarovun qarşısında qoyulan əsas vəzifələrdən biri də, məhz Vergilər Nazirliyinin xətti ilə yığılaraq müxtəlif yollarla xaricə çıxarılmış bu pulların geri qaytarılmasını təmin etməkdir. Cabbarovun bu çətin vəzifənin öhdəsindən necə gələcəyini söyləmək çətin olsa da, milyard dollardan artıq vəsaiti ölkədən və “ortadan” çıxaranlarla bağlı artıq cinayət işinin açıldığına dair məlumatlar var.
Belə ki, “AzPolitika.info”ya verilən məlumata görə, Vergilər Nazirliyinin xətti ilə iş adamlarından yığılan qeyri-rəsmi pulların ölkədən çıxarılmasında nazirliyin keçmiş əməkdaşları, Fazil Məmmədoun etibarlı kadrları olan Fəxrəddin Qəmbərovun və Qafar Qurbanovun adları hallanır. Ölkədən çıxarılan və “it-bata” düşən böyük pulların da bu şəxslərin, xüsusən də Fəxrəddin Qəmbərovun “əlindən keçdiyi” bildirilir. Bəs kimdir bu adamlar?

Uzun illər prokurorluq orqanlarında işləyən Fəxrəddin Qəmbərov F.Məmmədovun yaxın dostlarından biri kimi tanınıb. Məhz bu dostluğa görə F.Məmmədov onu ən “pullu” vəzifələrdən birinə – Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini vəzifəsinə təyin edib. Ancaq idarəyə faktiki rəhbərliyi o həyata keçirib. Bununla paralel sabiq nazir Qərb bölgəsində olan biznesinin idarə edilməsini də ona etibar edib. F.Məmmədov bərkdən-boşdan çıxan dostuna 2005-ci ildə mandat almağa da çalışıb. Ancaq Fəxrəddin Qəmbərov 103 saylı Gədəbəy seçki dairəsindən deputat seçilməyə yaxın olsa da, Konstitusiya Məhkəməsi onunku da daxil, 6 seçki dairəsinin nəticələrini ləğv edib.

Bundan sonra Qərb bölgəsindən olan F.Qəmbərovu F.Məmmədov bölgənin mərkəzi şəhərinin – Gəncənin İcra Hakimiyyətinin başçısı postuna gətirmək istəyib, ancaq buna da nail ola bilməyib.

Ölkəyə neftdən böyük pullar daxil olduqdan sonra bir çox məmur kimi Fazil Məmmədov da xaricə “açılmağa” başlayıb. Verginin iş adamlarından yığdığı qeyri-rəsmi pulların əhəmiyyətli hissəsi xaricdəki böyük biznes layihələrinə yönəldilib. Bu zaman “çirkli pulların” ofşor şirkətlər vasitəsilə “yuyularaq” Avropada təmiz sərmayə kimi biznes layhihələrinə yatırılmasına ehtiyac yaranıb. F.Məmmədov təbii ki, bu işi etimad göstərdiyi şəxslərə, o cümlədən F.Qəmbərova həvalə edib. Onu formal olaraq özünə müşavir təyin edərək (ötən ilin ortalarına qədər adı müşavirlərin siyahısında gedirdi- müəl.), xaricdəki biznes layihələrini reallaşdıracaq şirkətlərin başına gətirib.
F.Qəmbərovun ölkədən çıxarılan “çirkli pul”ları hansı vasitələrlə “təmizləyərək” biznes layihələrinə yönəltdiyi, “it-bata” düşən 1 milyard dollardan artıq vəsaitin nə qədər hissəsinin onun üzərində olduğuna dair dəqiq bilgilərimiz yoxdur. Ancaq ötən il “Azadlıq radiosu”nun yayımladığı araşdırmadan belə məlum olur ki, F.Qəmbərov “böyük oyunçu” olub. Onun kənd təsərrüfatı xammalı və mal-qaranın, toxuculuq xammalı və yarımfabrikatlarının, eləcə də yanacaq, metal filizi və s.-in satışı üzrə biznesi var. Radionun məlumatına görə, Britaniya qaynaqları Fəxrəddin Qəmbərovun 2009-cu ilin yanvarında “FG Trade İnternational Limited” şirkətini qurduğunu bəyan edir: “Bundan sonra sirkətin səhmləri əldən-ələ keçsə də, o, 2013-cü ilin iyununda yenidən həmin qurumun tam sahibinə çevrilir; əvvəlcə səhmlərin 100 faizi “Triangle Investments & Development LTD” şirkətinə ötürülür, bir il ötəndən sonra səhmlərin dörddə biri Fəxrəddin Qəmbərova qaytarılır. 2011-ci ildə 50 faizlik səhm zərfi “Akasa Associates SA” şirkətinin mülkiyyətinə verilir, növbəti il “Triangle Investments & Development LTD” 25 faizlik hissə zərfini Fəxrəddin Qəmbərova qaytarır. Nəhayət, 2013-cü ildə ötür-ötür oyununu başa çatır – o şirkətdən “Akasa Associates SA” da çıxır. Hazırda Fəxrəddin Qəmbərov şirkətin tam sahibidir. Bu illər ərzində şirkətə litvalı xanım direktor – Lina Rimkute rəhbərlik etməkdədir. Hesabatlara görə, “FG Trade İnternational Limited” şirkətinin ticarəti Körfəz ölkələrinədək uzanır. Onun Qətər dövlətində “FG Capital LLC” törəmə şirkəti də var”.

Göründüyü kimi, Fəxrəddin Qəmbərov xaricdə qurduğu şirkətlər və ötür-ötür oyunları vasitəsilə verginin iş adamlarından qeyri-rəsmi topladığı pulları dünyanın bir ucundan o biri ucuna səpələyib. MTN-dəki təmizləmlərdən bir müddət sonra isə Fəxrəddin Qəmbərovun Bakı ilə əlaqələrini kəsərək, “yoxa çıxdığı” bildirilir. Hazırda Fəxrəddin Qəmbərovla bağlı cinayət işinin açıldığı və axtarışa verildiyi də verilən məlumatlar sırasındadır.
Fazil Məmmədovun xaricdəki biznes layihələrini idarə edənlərdən biri kimi tanınan Qafar Qurbanov da əvəllər Vergilər Nazirliyində çalışıb. Sonradan Fazil Məmmədov ona biznes obyektlərinin idarə edilməsini həvalə edib. 2006-cı ilin noyabrından 2011-ci ilin aprelinədək “AtaHolding” ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib. Daha sonra isə holdinqin Müşahidə Şurasına üzv seçilib. Bir müddət sonra isə Fazil Məmmədovun ailə şirkətinə – “Synergy Group” ASC-yə transfer edilib. Elə həmin vaxtlardan Qafar Qurbanov “Triangle Group”un İdarə Heyətində təmsil olunur.
Çoxsaylı şirkətlərin idarə olunmasına qatılan Qafar Qurbanov 2015-ci ilin oktyabrında qurulan “Oldbourne & Oldbourne Hospitality Limited” şirkətinə də başçılıq edir. “Anglia Real Estate Portfolios limited”in (Guernsey) təsis etdiyi bu şirkətin otelçilik sahəsində çalışacağı güman edilir. Eyni zamanda Qafar Qurbanov Litvada maliyyə vasitəçiliyi sahəsində çalışan “4 In” şirkətinin də rəhbəridir.

Onun adı Monteneqronun Kumbor adasından tutmuş, Londonda dəyəri 100 milyonlarla dollar olan layihələri həyata keçirən şirkətlərin sahibi kimi hallanır. Düzdür, Qafar Qurbanovun “maliyyə xəyanətinə” yol verdiyi və onunla bağlı cinayət işininin açılıb-açılmadığı barədə məlumat yoxdur. Ancaq o da “kiçik oyunçu” olmayıb. Azadliq radiosunun araşdırmasına görə, Qafar Qurbanov 2008-ci ildən bəri Metin Güvener adlı şəxslə 50/50 prinsipi ilə qurduğu “Triangle Investments & Development Limited” şirkətlər qrupu vasitəsilə dünyanın müxtəlif ölkələrində 100 milyonlarla dollarlıq layihələr həyata keçirir. Kifayət qədər iri bir şirkət olan “Triangle Investments & Development Limited”in törəmə qurumlarının Britaniya və Azərbaycanda, Baltikboyu respublikalarda və Balkanlarda, eləcə də bəzi MDB ölkələrində əmlak və biznes maraqlarının olduğu məlumdur. Onun tərkibində Britaniyada, Türkiyədə, Belçikada, Litvada və sair ölkələrdə yaradılmış şirkətlər Azərbaycanda verginin qeyri-rəsmi yığdığı pullar hesabına əmlakar, biznes strukturları almaq, müxtəlif layihələr həyata keçirməklə məşğul olublar.

Qrupun təkcə Litvada iki lüks otelinin olduğu bildirilir. Eyni zamanda Qrupa daxil “Triangle (Property) Limited” şirkətinin Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində, İngiltərənin paytaxtı Londonda, Fransada və hətta ABŞ-da müxtəlif daşınmaz əmlakdan ibarət portfelinin də olduğu məlumdur.

Düzdür, sözügedən şirkətin səhmlərinin hamısı 2014-cü ilin aprelində Britaniya və Fransa arasındakı Guernsey offşor bölgəsində yaradılmış “Triangle Holdings Limited” şirkətinə satılıb. Ancaq Qrupun korporativ saytından məlum olub ki, qurucu və sahiblər yenə Qafar Qurbanov və Metin Güvenerdir. Yəni şübhə yoxdur ki, bu satışda formal xarakter daşıyıb, hansısa əməliyyatların izini itirmək və ya yeni çoxgedişli kombinasiyalar qurmaq məqsədilə həyata keçirilib.

Hansı ki, bu cür əməliyyatlar və çoxgedişli kombinasiyalar nəticəsində ölkədən çıxarılan milyard dollardan artıq vəsait “yoxa çıxarılıb”. Bu pullar iş adamlarını soyaraq, bəzən iş yerlərinin, biznes obyektlərinin bağlanılması hesabına əldə edilib. Bu isə Fazil Məmmədovun və komandasının yalnız dövlətin milyard dollarlarla pulunu xaricə çıxarmaqla deyil, həm ölkədə işgüzar mühiti məhv etməklə, iş adamlarını didərgin salmaqla Azərbaycana böyük zərbə vurduğunu söyləməyə əsas verir.(AzPolitika.info)
AzPolitika.info

Rektor Abel Məhərrəmovun “təvazökarlığı” və… – Eldar Mahmudovun BDU məzunu olmaqlığı


[r32]
Məlum olduğu kimi, Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

3 il bundan öncə isə Bakı Dövlət Universitetinin 95 illiyi qeyd olundu. Bu münasibətlə hətta rektor Abel Məhərrəmov kitab da yazıbmış. Bugünlərdə təsadüfən tanış olduğumuz kitab 2014-cü ildə çap olunub və “Bakı Dövlət Universiteti-95” adlanır.

Bu iri həcmli və nəfis tərtib olunmuş kitabın BDU-dan daha çox bu universitetin rektoru Abel Məhərrəmova həsr olunduğunu desək, yəqin ki, çox da şişirtməyə yol vermiş olmarıq. Hətta bir qədər də irəli gedib, kitabı rektor Abel Məhərrəmovun bioqrafiyası da adlandırmaq olar.

Məsələ ondadır ki, 100 illik tarixi olan, Azərbaycana yüzlərlə, minlərlə böyük şəxsiyyətlər, hətta dahilər bəxş etmiş bir universitetin tarixi ilə bağlı yazılmış kitabda, hazırki rektorun nə az-nə çox, düz 98 ədəd fotosu yer alıb!

Bakı Dövlət Universitetinə Əziz Əliyev, Abdulla Qarayev, Cəfər Xəndan, Mehdi Əliyev, Yusuf Məmmədəliyev, Şəfayət Mehdiyev, Faiq Bağırzadə, Yəhya Məmmədov, Murtuz Ələsgərov kimi nüfuzlu şəxsiyyətlər rəhbərlik ediblər. Bununla yanaşı bu ali məktəbdə çox nüfuzlu alimlər çalışıblar. Ancaq buna baxmayaraq, kitabda Abel müəllim yalniz öz fəaliyyətini önə çəkməyə çalışıb. Özünün 98 şəklinin olduğu bu kitabda, məsələn, görkəmli alim, universitetin 1993-96-cı illərdə rektoru və 1996-2005-cı illərdə Milli Məclisin sədri olmuş Murtuz Ələsgərovun cəmi 3 fotosu yer alıb!

Diqqət edin: kitabın 53-cü səhifəsində Murtuz Ələsgərovun rektor təyin olunması haqqında bir cümləlik məlumat verilib. Dərhal sonra – 54-cü səhifədə yenidən Abel Məhərrəmovun 2000-ci ildə çəkdirdiyi bir şəkil yer alıb…

“Bakı Dövlət Universiteti – 95″ kitabında ən diqqətçəkən məqamlardan biri isə Abel Məhərrəmovun “Narxoz”un məzunu Eldar Mahmudov və Naxçıvan Dövlət Universitetinin məzunu Vasif Talıbovun fotolarını BDU-nun “Hüquq fakültəsinin məzunları sırasında Respublikanın ali dövlət strukturlarında yüksək vəzifədə çalışanlar” sırasında ən başda göstərməsidir.

Məlumat üçün bildirək ki, Eldar Mahmudov 37, Vasif Talıbov isə 38 yaşında ikinci ali təhsil diplomu kimi BDU-nun Hüquq fakültəsinin diplomlarına yiyələniblər. V.Talıbovu hardasa başa düşmək olar, ölkənin siyasi rəhbərlərindən biridir deyə, fotosunun başda verilməsi normaldır. Deyək ki, siyasi etika belə tələb edib. Bəs 37 yaşında formal olaraq, bir gün, bir saat belə auditoriyada oturmadan BDU-nun Hüquq fakültəsinin diplomuna yiyələnmiş E.Mahmudovun fotosunun, məsələn, Hüquq fakültəsinin həqiqi məzunu və ölkənin Baş prokuroru olan Zakir Qaralovdan öndə verilməsi nə ilə izah oluna bilər? Ölkənin üçüncü hakimiyyət qolunun rəhbərinin, yenə də BDU-nun həqiqi məzunu olan Ali Məhkəmənin sədrinin fotosunun BDU-ya ciddi tellərlə bağlılığı olmamış MTN başçısından aşağıda verilməsi, görəsən E.Mahmudova dərin hörmətdən qaynaqlanıb, yoxsa başqa səbəbləri olub?…

Ümumiyyətlə, araşdırsaq, görərik ki, yuxarı və orta məmur təbəqəsinin, deputatların, iş adamlarının əksəriyyəti öz bioqrafiyalarına zənginlik qatmaq üçün 30-40 yaşlarında BDU-nun Hüquq, Beynəlxalq Hüquq və digər prestijli fakültələrinin diplomlarını alıblar. Bəli, məhz ALIBLAR! Bu diplomların onların bioqrafiyalarını, bilik və bacarıqlarını nə dərəcədə zənginləşdirdiyi şübhəli olsa da, bəzi şəxslərin öz böyük bizneslərinin bir qolu kimi, ikinci ali təhsil diplomlarının alınıb-satılması işindən əməlli-başlı zənginə çevrildikləri heç bir şübhə doğurmur…

Yuxarıda da qeyd etdiyimiz kimi, hazırda isə BDU-nun 100 illik yubileyinə ciddi hazırlıq gedir. Şübhəsiz ki, bu münasibətlə də kitablar yazılacaq, silsilə yubiley tədbirləri keçiriləcək. Əgər hörmətli Abel Məhərrəmovun “təvazökarlığı” 100 illikdə də eyni şövqlə “aşıb-daşsa”, onda elə bəri başdan keçiriləcək tədbirlərin adında bir balaca dəqiqləşdirmə aparmaq zərurəti var…

Heydər Əliyevin “milli sərvətimiz” adlandırdığı Bakı Dövlət Universiteti haqqında belə urvatsız kitablar universitetin təhsil tariximizdəki rolunu kiçildir.(Azpolitika.info)

Sabiq nazir Ziya Məmmədovun daha bir kadrı qovuldu – Növbədə kimlərdir?


[r32]
Keçmiş nazirin Ucar və Zərdabda icra başçısı olan yaxınlarının da eyni aqibəti yaşayacağı şübhəsizdir

Sabiq nəqliyyat naziri Ziya Məmmədov vəzifədən azad ediləndən və onun nazirliyi ləğv olunandan sonra onun mal-mülkünün, biznesinin əlindən alınması prosesi başladı. Habelə uzun illər ərzində onun müxtəlif vəzifələrə yerləşdirdiyi qohumları, yaxınları, kadrları tutduqları postlardan kənarlaşdırılmağa başladılar. Əlbəttə, dövlət rəhbərliyi bu addımları atmaqda tam haqlıdır. Nədən ki, Ziya Məmmədov nazir səlahiyyətlərindən sui-istifadə edərək, məhz dövlətdən oğurladığı pullar hesabına oliqarxa çevrilmişdi. Onun oğlu Anar Məmmədovun (Azərbaycandan qaçıb, hazırda ölkə xaricindədir) idarəetməsinə verdiyi böyük biznesi – tikinti, sığorta şirkətləri, “Bank of Azeribaijan”, özəl mülkə çevirdiyi Bakı Beynəlxalq Avtovağzalı, Qubadakı istirahət mərkəzi, Ucardakı heyvan və quşçuluq fermaları, ölkə boyunca saysız-hesabsız villaları xalqdan, büdcədən xortumladığı vəsait hesabına idi. Həmin mülklər, biznes strukturları təbii ki, xalqa, cəmiyyətə harınlıq səviyyəsində davranışlar sərgiləyən, nəhayətdə çörəyini yedikləri iqtidara qarşı siyasi səhvlər edən Məmmədovların əlində qala bilməzdi.

Yuxarıda sadalanan mal-mülkləri, biznes strukturları Ziya Məmmədovun əlindən alınıb. Onun aşkarlanan villaları da bu və ya digər şəkildə dövlət nəfinə keçirilib. Məsələn, oktyabrın sonunda Ziya Məmmədovun Göyçayın Potu və Hüngütlü kəndləri ərazisindəki 40 hektardan çox bağ sahəsi və o ərazidə inşa etdirdiyi möhtəşəm villası əlindən alındı, “AzNAR” QSC-nin balansına verildi. Həmin mülkə görə “AzNAR”ın ödədiyi 4,5 milyon manat isə Ziya Məmmədovun nazir olarkən dövlətə vurduğu ziyanın bir qismi kimi dövlətə köçürüldü.
Nəzərə çatdıraq ki, Ziya Məmmədov nazir postundan uzaqlaşdırılandan və Nəqliyyat Nazirliyi bir struktur kimi ləğv edilib, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə birləşdiriləndən sonra sabiq nazirin dönəmində NN-də baş verən maxinasiyalar araşdırılıb və 100 milyon manatdan çox büdcədən oğurladığı üzə çıxıb. Məmmədova mal-mülkünü satıb, zərəri ödəmək şərti qoyulub.
Bundan başqa, Z.Məmmədov nazir postundan uzaqlaşdırılandan sonra onun ən yaxın adamları – hansı ki, onun korrupsiya maşınları sayılırdılar – tutduqları postdan kənarlaşdırıldılar. İlk vurulanlardan biri də Göyçayın icra başçısı Mübariz Ağayev olmuşdu.

Mübariz Ağayev

Bu gün isə prezidentin sərəncamı ilə Qubanın icra başçısı, Ziya Məmmədovun qohumu və kadrı Yaşar Məmmədov tutduğu vəzifədən azad edilib. Y.Məmmədov Qubadan əvvəl Ucarın icra başçısı idi. İnsanlara qan uddurmaqla yaddaşlarda qalıb.

Yaşar Məmmədov

Ziya Məmmədovun kadrları bununla məhdudlaşmır. Hazırda Ucarın icra başçısı olan Mənsur Məmmədov, Zərdabın icra başçısı Lütfəli Babayev də Z.Məmmədovun birbaşa kadrı olmuş şəxslərdir. Mənsur Məmmədov Ziya Məmmədovun yaxın qohumudur.

Mənsur Məmmədov

Heç şübhəsiz ki, Yaşar Məmmədovdan sonra növbə onlarındır(musavat.com).

Bacısını öldürən qız necə azadlığa çıxdı? – Baş Prokurorluq biznesmen qızının cəzasına qarışdı


[r32]
Bacısını öldürən qız azadlığa çıxıb. Prokuror bu qərardan narazı qalaraq apellyasiya protesti verib.

Musavat.com xəbər verir ki, Bakıda bacısının boğazını kəsərək qətlə yetirməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Pərvanə Nuriyevanın barəsində olan məhkəmə qərarından dövlət ittihamçısı narazı qalıb. Dövlət ittihamçısı apellyasiya protesti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmə iclası noyabrın 14-nə təyin edilib.

Bu müəmmalı və səs-küylü qətl hadisəsi 2014-cü ilin oktyabrında baş verib. Bakının Xətai rayonunda 1993-cü il təvəllüdlü Günel Nuriyevanın yaşadığı Xudu Məmmədov küçəsi 18 ünvanında meyiti tapılıb. Mərhumun kiçik bacısı evə gələrkən qapıda qan izləri görüb. O, qorxaraq qaçıb və polisə məlumat verib.

Günel Nuriyevanın bədənində çoxsaylı bıçaq zərbələri aşkar edilib. Araşdırma zamanə mərhumu özündən iki yaş kiçik olan bacısı Pərvanə Nuriyevanın qətlə yetirdiyi məlum olub. P.Nuriyeva aralarındakı mübahisə zəminində bacısına 22 bıçaq zərbəsi vurub və daha sonra onun başını kəsib.

Bacısını öldürən P.Nuriyeva Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunub. Onun məhkəmə istintaqı dövründə psixoloji problemlərinin olduğu üzə çıxıb. Ailəsi də bunu iddia edirdi.

2015-ci il noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində Pərvanəyə hökm oxunub. Hökmlə P.Nuriyeva barəsində məcburi xarakterli tibbi tədbirlərin tətbiq edilməsi ilə bağlı qərar çıxarılıb. O, müalicə edilməsi üçün Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Bundan sonra P.Nuriyevanın yaxınları Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, onun Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının ümumi tipli psixiatriya Stasionarında məcburi müalicəsinin ləğv edilməsini və məcburi ambulatoriya müşahidəsi və psixiatr müalicəsinin keçirilməsini istəmişdilər.

Məhkəmə həmin təqdimatı təmin etmişdi. Prokuror məhkəmənin bu qərarından apellyasiya protesti verib.

Bacısının başını kəsərək öldürən qızla bağlı məhkəmə qərarından Baş Prokurorluq narazı qalıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2014-cü ilin oktyabrında 1995-ci il təvəllüdlü Pərvanə Nuriyeva bacısı, 1993-cü il təvəllüdlü Güneli 22 bıçaq zərbəsi vurub, sonra isə başını kəsərək öldürüb.

2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Nuriyeva müalicə edilməsi üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Onun ailə üzvləri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək onun ambulatoriya müşahidəsi və psixiatr müalicəsinə keçirilməsini istəyiblər. Məhkəmə həmin təqdimatı təmin edib.

Prokurorluq bu qərardan apellyasiya protesti verib. İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə noyabrın 14-də baxılacaq.

Nuriyeva bacılarının atası Etibar Nuriyev Şəki bələdiyyəsinin sədri olub, hazırda bizneslə məşğul olur.

Arif Qaraşovun oğlu AA seriyalı “Jeep” markalı avtomobili ilə piyadanı vurub


[r32]
Bu gün Bakıda yolu keçən piyadanı vuran “Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı avtomobilin sahibi məlum olub. “AA 707″ seriyası Qaraşovlar ailəsinə məxsusdur.

Söhbət Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun özünün və ailə üzvlərinin avtomobillərindən gedir. Konkret qəzanı törədən nömrə A. Qaraşovun oğlu Fərhad Qaraşova məxsus olub. Hazırda bu nömrə rəsmi olaraq Mars-FK LTD şirkətinin adınadır. Şirkətin sahibi isə Fərhad Qaraşovdur.
Qəza zamanı sükan arxasında olan sürücünün kimliyi isə hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, Qaraşovun oğlu bir müddət əvvəl “Kapital Bank”ın Nəsimi filialının rəhbəri vəzifəsindən azad olunub, hətta onun ardınca filialın bütün əməkdaşları işdən çıxarılmışdı.

Keçmiş məmurun oğlu hazırda öz şəxsi bizneslərini idarə edir. Yeni fəaliyyət növü kimi nar satışı ilə də məşğul olurlar.
Adı dəfələrlə mətbuatda hallanan F.Qaraşov avtomobil həvəskarı kimi tanınır. Onun avtomobil kolleksiyasında xeyli bahalı maşınlar, o cümlədən “Bentley” “Rolls-Royce” və digər markalar yer tutur./qafqazinfo

Ziya Məmmədovun xaricdəki gizli əmlakları müsadirə olunub?!


[r32]

Bu yaxınlarda sabiq nəqliyyat naziri Ziya Məmmədovun xaricdə daha bir neçə çox qiymətli daşınmaz əmlakı fiksə olunub və “müsadirə” edilib. Bu barədə “AzPolitika.info”ya sabiq nazirə yaxın mənbələrdən məlumat daxil olub.

Z.Məmmədovun ətrafında belə “əməliyyat-axtarış” tədbirləri 3-4 ildir ki, davam edir. Ən populyar versiyaya görə, Z.Məmmədov 2013-cü ilin Prezident seçkiləri ərəfəsindəki xəyanətkar davranışlarına görə hakimiyyətin qəzəbunə tuş gəlmiş baş nazirin sabiq birinci müavini Abbas Abbasovla gizli əlaqələrinə görə cəzalandırılır. Onun Azərbaycandakı və xaricdəki bütün biznesinə “əl qoyuldu”, ətrafı təmizləndi, əksər səlahiyyətləri əlindən alındı və 2-3 il davam edən bu “budama prosesi”nin sonunda bu ilin fevral ayında Nəqliyyat Nazirliyi Rabitə və İnformasoya Texnologiyaları Nazirliyinə birləşdirilməklə, Z.Məmmədovun formal nazir statusuna da son verildi. Vəzifəsini itirdikdən sonra Z.Məmmədovun doğulduğu Ucar rayonundakı malikanəsinə qapıldığı, hətta dini mütaliə ilə məşğul olduğu bildirilib.

Lakin belə görünür ki, nə Ziya Məmmədov mal varlığı ilə bağlı tam dolğun məlumatları təqdim edib, nə də ona inanıblar. Bu üzdən sabiq nazirin ətrafında kəşfiyyat fəaliyyətinə də son verilməyib. Elə davam edən bu fəaliyyət nəticəsində də Z.Məmmədovun vaxtilə soyad eyniliyi təşkil etməyən uzaq qohumlarının adına xaricdə bir neçə bahalı daşınmaz əmlak aldığı da müəyyənləşdirilib. Həmin şəxslər və onların adına olan əmlaklar təsbit edilib və səssizcə “müsadirə edilib”.

Məlumata görə, Z.Məmmədovun uzaq qohumları ilə “profilaktik söhbətlər” müsbət nəticələnib və onlar adlarına olan əmlakı səssizcə təhvil verməyə razılaşıblar. Bundan sonra həmin əmlaklar hökumətdəki qüdrətli şəxsin yaxınlarının adına keçirilib.

İBRƏTAMİZ MƏNZƏRƏDİR

Azərbaycan Neft Fondunun da payçısı olan bank erməni əsgərin borcunu silib – İDDİA…


[r32]
Banklar və şəhid ailələri arasında yaşanan problemlər son zamanlar ən çox müzakirə olunan məsələyə çevrilib. Əksər banklar şəhid ailələrinin banka borcunu bağışlamadığına görə, bu qurumlar cəmiyyətdə qınaqla qarşılanmaqdadır.

Maraqlıdır, hazırda Azərbaycanda neçə şəhid ailəsinin banka borcu var? Onların hamısının banka borcu birmənalı olaraq bağışlanmalıdırmı?

İqtisadçı ekspert, vəkillər kollegiyasının üzvü Əkrəm Həsənov məsələ ilə bağlı Moderator.az-a açıqlama verib:

“Konkret sayı bilmirəm, çünki belə statistika yoxdur. Ümumən qanunvericiliyimiz kredit məsələləri üzrə şəhid ailləri üçün xüsusi rejim, imtiyaz müəyyən etmir. Bu baxımdan məhkəməyə verilmələri, əmlaklarına həbs qoyulması qanuna zidd deyil. Lakin biznesin sosial məsuliyyəti deyilən institut var və banklar onu gözləməlidir. Məsələn, Ermənistanda hətta xarici banklar da bunu gözləyir. Belə ki, ötən ilin aprel döyüşlərində məhv edilən erməni işğalçılarının borclarını Bank VTB (Ermənistan) bağışladı. Baxmayaraq ki, Rusiyanın VTB Bankında Azərbaycan Neft Fondunun da payı var. Bizim yerli VTB isə bu kimi addımları atmır nədənsə. Amma ədalət naminə demək lazımdır ki, ötən il bizim digər banklarımız da aprel döyüşləri zamanı həlak olan hərbçilərimizin borcunu bağışladı. Yəni bizim banklar da bunu edir, amma təəssüf ki, hamısı yox. Bu məsələdə ictimai qınağın rolu böyük olmalıdır ki, utansınlar.”

Jurnalistlərin binasından ev istəyən polkovnikin milyonluq villası


[r32]
“Heç bilirlər, mən hansı şəraitdə yaşayıram?”
Vaqif Əsədov: “Villası olan minlərlə insan var. Nə üçün onlardan yazmırlar?”

Jurnalistlər üçün inşa edilən binadan ev almaq istəyən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədovun Bakı şəhəri, “NZS” qəsəbəsindəki dəbdəbəli villasının görüntüləri üzə çıxıb. “Ölkə.Az” sözügedən villanın fotolarını çəkməyə nail olub.

Sözügedən 3 mərtəbəli bahalı villa paytaxtın Babək prospektinin üzərində yerləşir. Villanın qiymətinin milyon manatdan çox olduğu deyilir. Sözügedən villanın Vaqif Əsədova məxsus olmasını qonşular da təsdiq edib.
Qonşular bildirib ki, Vaqif Əsədovun “NZS”-də başqa bir villası da var.
“Vaqif müəllim, bu villanı yeni tikdirib. Özü də tez-tez bura gəlir. Əvvəl onun evi “NZS”-də məktəb tərəfdə idi. O köhnə evidir. Bunu isə yeni tikdirib”, – deyə Vaqif Əsədovun qonşuları deyib.

Qonşuların fikirlərinə görə, Vaqif Əsədovun “NZS” qəsəbəsində digər obyektləri də var. Vaqif Əsədova məxsus olduğu deyilən 3 mərtəbəli villanın fotolarını aşağıda təqdim edirik.
Xatırladaq ki, Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov da jurnalistlər üçün inşa edilən binadan ev almaq istədiyini bildirib.

V.Əsədov mətbuata açıqlamasında ev almaq istədiyini inkar etməyib:“Haqqında yazılan onu gözü götürməyənlərin növbəti qarayaxmalarıdır. Əvvəla, mənim evim yoxdur. Ailə üzvlərim isə çoxdur. Siz heç bilirsiniz, mənim nə qədər ailə üzvüm var? Kimin nə yazdığından asılı olmayaraq, Allah alnımıza nə yazıbsa, o da olacaq. Sosial şəbəkələrdə haqqımda yazılanlar ürək bulandırmadan, paxıllıqdan başqa bir şey deyil. Mənzil almaq üçün müraciət etmişəm, ya etməmişəm ondan kimə nə? Əgər yazırlarsa ki, Vaqif Əsədovun villası filanı var, yenə deyirəm, bu ancaq paxılıq hissidir, onlar haqq-ədalət hissini unudublar. Əgər haqqımda yazılanlar həqiqətən varsa, onda başqaları buna niyə kədərlənir, niyə paxıllıq hissini ortaya qoyurlar? Tutaq ki, evim var, yenə də ev istəyirəm. Bunun kimə nə aidiyyatı var, heç bilirlər mən hansı şəraitdə yaşayıram? Ən azından məni mətbuat nümayəndəsi kimi qəbul edənlər, necə olur ki, ev üçün müraciətimə belə reaksiya verirlər. Belə çıxır ki, mən sizdən deyiləm? Evi olan, ya olmayan müraciət edir, bu onların düşüncəsidir. Haqqımda yazılanlar cəfəngiyyatdır. Bu cür yazanlar fəaliyyətimə paxıllıq edənlər, yaxşı işlərimi gözü götürməyənlərdir”.

Vaqif Əsədov musavat.com-a açıqlamasında milyonluq villasının olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. O, deyib ki, istəyən jurnalist gəlib, araşdırıb, sözügedən villanın kimə məxsus olmasını öyrənə bilər: “Hazırda “Formula-1” yarışları ərəfəsidir, biz yolların bağlanmasından danışıb, bununla bağlı informasiya veririk. Yollarla bağlı mənə sual verin. Bu cür məsələlər bəllidir ki, yalan məlumatdır. Mənim düşmənim yoxdur, paxıllığımı çəkənlər var. Görünür, məlumat qıtlığı olduğu üçün hansısa dostlarım gündəmdə qalmaq məqsədilə bu cür xəbərləri verirlər. İkincisi də villası olan minlərlə insan var. Nə üçün onlardan yazmırlar? Mənimlə bağlı yazılan məlumat bir daha deyirəm ki, cəfəngiyyatdır. Çox güman ki, məni gündəmdə saxlamaq üçün bu cür yazını yazıblar. Sağ olsunlar, dostlarımız”.

***

Vaqif Əsədov Modern.az-a açıqlamasında villanın ona məxsus olduğunu etiraf edib: “Mən hər kəsə cana sağlığı arzulayıram. Qoy Allah hər kəsə mənim yaşadığım villa kimi ev qismət eləsin. Görünür mentalitetimizdə nöqsan var. Mən dəfələrlə demişəm, bir də deyirəm, mən fəxr edirəm ki, yuxarıda Allah, yerdə rəhbərliyim və jurnalistikada işləyən dostlarım var ki, bu hörməti qazanmışam. 15 ildir ki, sizlərlə işləyirəm. İncimişik də, küsmüşük də, telefonlara cavab verməmişəm də. Amma 15 il eyni vəzifədə çalışıb insanların rəğbətini qazanmaq özü böyük səadətdir. Deməli burada nə isə var. Dünyadakı xalqların əksəriyyəti münasibətləri şəxsi maraq üzərində qurur. Mən bu 15 ildə münasibətləri şəxsi maraq üzərində qurmadım. Ən azından hər kəs verdiyim salamımı aldı. Mən bunu qazanmışamsa, demək Allah-Təala istəyib. Allahın qismətini yüz bəndə yığışsa da əlindən ala bilməz”.

Evə oğurluq gəlməzlər…

V.Əsədov evinin fotosunu yayımlayan jurnalistə sual da ünvanlayıb: “İndi siz deyin, Vaqif Əsədov tövlədə yaşamalıdır?! Kişi kişinin malını saymaz. Niyə gəlib oğurluqda çəkirsiz?! Gəlin evə, qapım da, bacam da sizin üzünüzə açıqdır. Əgər qapını açmasam, gedin oğurluq çəkin. Ən azından o evin içini də, evdə yaşayan insanları da çəkin. Görün neçə nəfər qalır o villada?!”.

“Mənim biznesim Rusiyadadır, burda heç nəyim yoxdur”

Qurum rəsmisi deyib ki, respublikada ona məxsus heç bir biznes yoxdur:
“Mənim nəyim varsa, xaricdədir. Nəyim var Rusiyada, Moskvadadır. Heç vaxt ölkəmizdə biznes qurmağa can da atmamışam. Nəyim varsa, dostlarımdır, məni əhatə edən insanlardır. Məni yaşadan da Rusiya və başqa ölkələrdə olan fəaliyyətimdir”.

Maraqlıdır ki, V.Əsədov ilkin açıqlamalarında şəkillərdəki villanın ona məxsus olmasını qəti şəkildə təkzib etmişdi.

***

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədovun jurnalistlər üçün tikilən binadan mənzil istəməsi barədə məlumat yayılıb. Sosial şəbəkə istifadəçiləri bu halı tənqid edib və “onun villası var” deyərək etiraz ediblər.

“Qafqazinfo” yayılan məlumatın doğru olub-olmadığını öyrənmək üçün V.Əsədovla əlaqə saxlayıb. Polkovnik saytımıza açıqlamasında villası olmasını təkzib edib: Ev istəmişəmsə, burda nə qəbahət var ki? Bu, gizli bir şey deyil. Kim nə yazır özü bilər. Nə varsa, əvvəl axır bilinəcək”.

V.Əsədov bu mövzudan yazmamağı məsləhət görüb: “Yolların bağlanmasından, mənim mükafat almağımdan yazın. Yaxşı şeylərdən yazın ki, sizi sevsinlər”.

Elman Rüstəmovdan önəmli manat açıqlaması – “İlin sonuna qədər..”


[r32]
“Bir neçə gün öncə ölkə başçısı İlham Əliyev manatın öz məzənnəsini tapdığını qeyd etdi. Bu, ictimaiyyətə ünvanlanan çox ciddi mesaj idi”.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün Bakıda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham-Azerbaijan”) birgə təşkilatçılığı ilə “İqtisadi islahatlar: Əldə edilmiş nəticələr və tövsiyələr” mövzusunda keçirilən konfransda bildirib.

Onun sözlərinə görə, Maliyyə Sabitliyi Şurası tərəfindən planlaşdırılan tədbirlər nəticəsində bu ilin əvvəlində üzən məzənnə rejiminə keçid edilib: “Bu tarixçə hamıya yaxşı məlumdur. Artıq 5 aya yaxındır ki, ölkədə üzən məzənnə rejimi siyasəti yürüdülür. Mən tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Mərkəzi Bank manatın məzənnəsinin üzməsinə hər hansı bir müdaxilə etmir, tənzimləmə aparılmır.

Lakin bəzi spesifik addımlar barədə də danışmaq istərdim. Üzən məzənnəyə keçid müəyyən destabilizasiya ilə müşayiət olundu. Həta bəzi məqamlarda manatın məzənnəsi 1,92 səviyyəsinədək qalxdı. Digər qonşu ölkələrdə də bu proses analoji xətt üzrə cərəyan edib. Lakin yaradılmış makroiqtisadi çərçivə bizə imkan verdi ki, tez bir zamanda manatı məzənnəsinin kəskin tərəddüdünün qarşısını alaq. Bazardakı tələb və təklif arasındakı balans bunu tənzimlədi. Bundan sonra manat möhkəmlənməyə başladı və pik hədlə (1,92 – red.) müqayisədə 11% ucuzlaşıb. İlin əvvəlindən isə manat 4% bahalaşıb.

Hazırda valyuta bazarı normal fəaliyyət göstərir. Keçən illərdə olduğu kimi hazırda valyuta bazarında defisit yoxdur. İqtisadi fəaliyyət iştirakçıları və aktorlar özlərinin valyutaya olan tələblərini tam ödəyirlər. Bu gün valyuta bazarı tələb yox, təklif bazarıdır. Biznes, banklar, bazar iştirakçıları hiss edir ki, manatın möhkəmlənməsinin öz təzyiqləri mövcuddur. Ölkənin orta və uzunmüddətli maraqlarını nəzərə alaraq deyə bilərik ki, manatın çox güclənməsi doğru olmazdı. Çünki bu proses tədiyyə balansı üçün problemlər yarada bilər. Ümumilikdə, manatın korreksiyası prosesi zamanı milli valyutamızın əsas ticarət tərəfdaşlarımızın valyutalarından ibarət səbətə nisbətən məzənnəsi – real məzənnəsi 50%-dən çox zəifləyib. Bu, ixracatçılarımız üçün çox böyük üstünlük verib”.

Baş bankir qeyd edib ki, ilin sonunadək manatın ucuzlaşması gözlənilmir: “Manatın möhkəmlənməsi ehtimalı zəifləməsi ehtimalından daha çoxdur”.

Deputat Vahid Əhmədov bir sıra nazirliklərin ləğvi anonsunu verdi


[r32]
Fransanın yeni prezidenti Emmanuel Makronun özünün təyin etdiyi 22 nəfəri hökumətə daxil etmək qərarı ölkədə kəskin tənqidlə qarşılanıb. Fransızlar Makronu bədxərclikdə qınayırlar, çünki 68 milyonluq Fransada cəmi 16 nazirlik var.

Təxminən 10 milyonluq Azərbaycanda isə 19 nazirlik, 9 dövlət komitəsi və saysız-hesabsız müxtəlif növ xidmətlər var. İnzibati sistem SSRİ vaxtından, demək olar ki, dəyişilmədən saxlanılıb.

“İdarəetmə aparatı həddən artıq şişirdilib, buna görə də sürətli və çevik reaksiya göstərmək iqtidarında deyil. Təkcə nazirlikləri və menecerlər ordusunu azaltmağın yox, həm də dərin struktur islahatları aparmağın vaxtı çatıb”, – deyə Milli Məclisin deputatı Vahid Əhmədov virtualaz.org-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, ölkənin dövlət başçısı tərəfindən təsdiq edilmiş inkişaf strategiyasında inzibati aparatın ixtisarı nəzərdə tutulub.

“Görünür, tezliklə sistem dəyişiklikləri olacaq. Azərbaycanın minlərlə müxtəlif dərəcəli məmuru saxlamasına ehtiyac yoxdur. Ölkəyə strateji istiqamətlərdə işləyəcək hökumət tələb olunur. Aparatın ixtisarı idarələrin biznes sferasına müdaxiləsi kimi iqtisadiyyat üçün çox zərərli problemi aradan qaldıracaq. Həmçinin regional icra hakimiyyəti orqanlarının işlərinə müdaxilə problemi də mövcuddur”
, – deputat vurğulayıb.

Vahid Əhmədov qeyd edib ki, Azərbaycanda doqquz iqtisadi zona var: “Bu zonaları inzibati ərazi vahidlərinə transformasiya etmək və regionlara iqtisadi, sosial inkişaf istiqamətlərində fəaliyyət azadlığı vermək lazımdır”.

Deputat xatırladıb ki, keçən ilin sonunda baş nazirin müavini Əli Əhmədov KİV-də islahatların yeni konsepsiyasının hazırlandığı barədə açıqlama verib. Həmin konsepsiya çərçivəsində idarə sistemində də dəyişikliklər gözlənilir.

Qeyd edək ki, Əli Əhmədov onda demişdi: “Azərbaycanda dövlət aparatının ixtisar olunması idarəetmə sahəsində islahatların bir hissəsidir və optimallaşma ilə əlaqədardır. Söhbət həm şaquli, həm də üfüqi idarəetmə istiqamətlərində əhəmiyyətli dəyişikliklərin həyata keçirilməsindən gedir… Azərbaycanda əhalinin hər 10 min nəfərinə 287 nəfər dövlət idarəçiliyi sahəsində çalışan işçi düşür. Həmin göstərici ABŞ, Almaniya, Yaponiya və Rusiya Federasiyasında 100-110 nəfər arasındadır”.

Vladimir Putin pis vəziyyətə düşdü- VİDEO


[r32]
Ukraynalı jurnalist Rusiya prezidenti Vladimir Putinin Yunanıstanın baş naziri Aleksis Tsıprasla görüşdən öncəki videosunu yayıb.

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, jurnalist Dmitri Smirnovun yaydığı videogörüntülərdə Putinin yunanıstanlı siyasətçini gözlədiyi və həmkarının gecikməsi üzündən gərgin olduğu aydın görünür.

Görüntülər intetnetdə geniş müzakirələrə yol açıb və əksər istifadəçilər adətədən, opponentlərini gözlədən Putinin Tsıpras tərəfindən layiqli cavab aldığını deyiblər.

Putin Yunanıstan baş naziri ilə Pekində binzes forum çərçivəsində görüşmüşdü.

Ziya Məmmədovun şəxsi təyyarəsi də əlindən alındı


[r32]
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov bugünlərdə yeni bir zərbə daha alıb. Onun şəxsi təyyarəsini, belə demək olarsa, müsadirə ediblər. Bu barədə azadlıq.info məlumat yayıb.

Məllumatda bildirilir ki, Ziya Məmmədovun “Gulf Stream” markalı şəxsi təyyarə aldığı 2012-ci ilin yayında bəlli olub. Həmin dövrdə şəxsi təyyarə alması Ziya Məmmədova tanınan üstün imtiyaz kimi qiymətləndirilib: “Ziya Məmmədov şəxsi təyyarəni, o vaxtkı məlumatlara görə, özlərinə məxsus “ZQAN” (sonradan “GRAND”) holdinqin adına rəsmiləşdirmişdi. Deyilənlərə görə, təyyarədən son illərdə əsasən keçmiş nazirin oğlu Anar Məmmədov istifadə edirmiş”.

“İndi bəlli olur ki, səlahiyyətləri hissə-hissə əlindən alınıb hökumətdən qovulan Ziya Məmmədovun bu imtiyazı da ləğv edilib. Ondan şəxsi təyyarəsini “dinməz-söyləməz gətirib təhvil vermək” tələb olunub və tələb yerinə yetirilib”, deyə məlumatda bildirilir.

Məlumatda artıq Ziya Məmmədovun olmayan təyyarəsinin “Silkway” hava yolları şirkətinin anqarında saxlanıldığı iddia edilir. Və Ziya Məmmədov “vurulandan” bəri onun və ailə üzvlərinin, o cümlədən oğlu Anar Məmmədovun əksər gəlirli bizneslərinin və əmlaklarının əllərindən alındığı da əlavə olunur.

Amerikada Ziya Məmmədov İranla gizli əlaqələrdə ittiham edildi – Sabiq nazir cavab verdi


[r32]
Sabiq nəqliyyat naziri Ziya Məmmədov ABŞ Senatının bir qrup aparıcı üzvünün prezident Donald Trampın Azərbaycandakı biznes fəaliyyətinin antikorrupsiya və sanksiyalar haqqında qanunları pozub-pozmadığının araşdırılması ilə bağlı müraciətlərinə münasibət bildirib. Yada salaq ki, amerikalı senatorlar müraciətlərində “Trump Organization” təşkilatının Azərbaycanda Məmmədovlar ailəsi ilə müştərək tikdiyi “Trump Tower” göydələninin hansı hesabdan tikilməsinin araşdırılmasını da istəyiblər. ABŞ mətbuatında da bu haqda yazılar dərc olunub.

Ziya Məmmədovla əlaqə saxlayan “Yeni Müsavat” əməkdaşı sabiq nazirdən həmin məsələdən məlumatlı olub-olmamasını soruşub. Z.Məmmədov ABŞ mətbuatında yazılanları şər-böhtan adlandırmaqla dəstəyi asıb: “Onlar böhtanla məşğuldurlar”.

Qeyd edək ki, senatorlar Trampın biznes fəaliyyəti ilə əlaqəli federal təhqiqatın keçirilməsinə çağırıblar. Onların fikrincə, sözügedən biznes, “çirkli pulların yuyulması” və İranın İslam Keşikçiləri Korpusuna (İİKK) bağlı başqa qanunsuz fəaliyyətlər üçün vasitə rolunu oynaya bilərdi.

Senatorlar Sherrod Brovn, Ben Cardin və Dianne Feinstein bu barədə narahatlıqlarını ABŞ maliyyə naziri Steven Mnuchin, baş prokuror Jeff Sessions və FTB-nin direktoru James Comeyə yazdıqları məktubda açıqlayıblar. Brovn, Cardin və Feinstein ABŞ Senatının Bank, Evtikmə və Şəhərsalma, Xarici Əlaqələr və Ədliyyə komitələrinin ən yüksək vəzifəli üzvləridir.

ABŞ Konqresinin yaydığı məlumatda isə deyilir ki, senatorların narahatlığı 2017-ci il martın 13-də “New Yorker” jurnalında dərc edilmiş “Donald Trampın ən pis sazişi” adlı təhqiqat məqaləsində yazılanlardan qaynaqlanır.

Bu məqalədə söhbət “Tramp Organization” təşkilatının Azərbaycanda Məmmədovlar ailəsi ilə müştərək tikdiyi “Tramp Tower” göydələnindən gedir. Məqalədə yazılanlara görə, Məmmədovlar İran İnqilab Keşikçiləri Korpusu (İİKK) ilə bağlara malikdirlər. İİKK İranda əhəmiyyətli iqtisadi və siyasi qüdrətə malik seçmə hərbi qüvvədir. Sözügedən məktubda senatorlar yazırlar ki, məqalə “Trump Organization” təşkilatının Xaricdə Korrupsiya Əməlləri Qanununu (Foreign Corrupt Practices Act) pozub-pozmadığına dair suallar yaradıb. Tramp Bakı biznesindən çıxdığını elan edəndən sonra onun adını daşıyan lövhə götürülüb.

Bu məqalədən bəlli olur ki, tikinti işində iştirak edən qurumlardan biri İİKK-nın maraqlarını təmsil edən qondarma təşkilat ola bilərdi. Məqalədən bunu da başa düşmək olar ki, İİKK “Trump Organization” təşkilatına edilmiş müəyyən ödənişlərin əsas mənbəyi ola bilərdi. Əgər bu baş veribsə, onda “Trump Organization” təşkilatı ABŞ sanksiyalar qanununu birbaşa pozmuş sayılır.

Keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun oğlu Anar Məmmədov bu iddialarla bağlı media qurumlarının sorğularına cavab verməyiblər. Donald Tramp prezident seçkisi kampaniyası dövründə Azərbaycandakı biznes sazişindən çıxdığını elan edib. Bakıda tikilmiş göydələndən “Trump” lövhəsi çıxarılıb. Ziya Məmmədov ötən ay nəqliyyat naziri vəzifəsindən azad edilib(musavat.com)

Elman Rüstəmov bankının səhmlərini satır – Biznesini idarə edənləri də dəyişir?


[r32]
Xəbər verdiyimiz kimi, 28 mart 2017-ci il tarixdə “Bank Respublika” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağı keçirilib və yığıncaqda nizamnamə kapitalının 20 milyon manat artırılması haqqında qərar yektilliklə qəbul edilib. Həmçinin 28 mart 2017-ci il tarixdə “Bank Respublika” ASC-nin Səhmdarlarının Ümumi Yığıncağında Şakir Rəhimov bankın Müşahidə Şurasının yeni Sədri vəzifəsinə təyin edilib. O, Elçin Quliyevi əvəz edib. Qeyd edək ki, indiyədək Elçin Quliyev bankda ikinci ən böyük paya malik olan səhmdar idi.

Mətbuatda olan ən son məlumata görə, “Bank Respublika”nın səhmdarları Quliyev Natiq Saday oğlu (16,66%), Quliyev Elçin Saday oğlu (15,17%), Quliyeva Sevda Saday qızı (14,5%), Quliyev Saday Əsəd (14,36%), Quliyeva Mariya Heydər qızı (14,07%), “Deutsche Investitions-und Entwicklungsgesellschaft (DEG)” (16,67%), “Sparkassen International Development Trust” (8,33%) və digərləridir.
Ən böyük səhmdarın nümayəndəsinin bankda bir nömrəli vəzifədən uzaqlaşdırılması Bankda səhmdar paylarının dəyişəcəyinə işarə edir.

“Marja”nı bank dairələrindən əldə etdiyi məlumata görə, bankın səhmdar kapitalında DEG-in payı artacaq. Həmçinin banka yeni səhmdar cəlb edilir. Qeyri-rəsmi məlumata görə, həmin şəxs “AzNar” QSC-nin sahibi, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Teymur oğlu Əhmədovdur.

Devalvasiyalardan sonra Azərbaycanın bir çox bankları kimi “Bank Respublika” ASC-nin də zərəri artmış və bu səbəbdən məcmu kapitalı aşağı düşmüşdür. Nəticədə bankın kapitalının artırılmasına ehtiyac yaranmışdı. Dünən “Bank Respublika”nın səhmdarları Bankın bazarda qalmaqda israrlı olduğunu nizamnamə kapitalının 20 milyon artırılması ilə nümayiş etdirdilər. Lakin diqqəti cəlb edən kapitalda ən böyük paya malik olan Quliyevlər ailəsinin Bankın rəhbərliyindən uzaqlaşdırılmasıdır. Bu, Quliyevlər ailəsinin yeni 20 milyon manatlıq kapital artırımında iştirak etməyəcəyinə, artırımın əsasən yeni səhmdar tərəfindən həyata keçiriləcəyinə işarədir.

Qeyd edək ki, “SƏBA” ASC də Quliyevlər ailəsinin nəzarətindədir. Natiq Quliyev “SƏBA” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədridir.
“Bank Respublika” ASC-nin mətbuat xidmətindən “Marja”ya bildirildi ki, yeni səhmdar tərkibi haqqında hazırda onlarda məlumat yoxdur. Səhmdar tərkibi haqqında məlumat 2017-ci ilin 1-ci rübünün yekunları barədə maliyyə nəticələri ilə birlikdə ictimaiyyətə açıqlanacaqdır.

Ancaq yazı capa getdikdən sonra Bank Respublikadan Fərhad Əhmədovun səhmdar olacağı barədə məlumatı təkzib ediblər. “Rusiyada yaşayan azərbaycanlı milyader Fərhad Əhmədovun “Bank Respublika”nın səhmdarı olduğu barədə yayılan məlumat şaiyədir. Nizamnamə kapitalının 20 milyon manat artırılması bankın mövcud səhmdarlarının vəsaitləri hesabına təmin ediləcəkdir. Almanlar daxil, mövcud bütün səhmdarlar nizamnamə kapitalının artırılmasına qərar veriblər. Banka yeni səhmdar cəlb olunmur.”-deyə “Marja”ya Bank Respublikadan bildirilib.

Bankda ən böyük paya malik olan Quliyevlər ailəsinin rəhbərlikdən kənarlaşması isə, banka yeni menecmentin dəvət olunması ilə bağlanılıb. Quliyevlərin Bankın Müşahidə Şurasının üzvləri kimi fəaliyyətlərini davam etdirəcəkləri bildirilib.

“AzPolitika.info” onu da qeyd edir ki, 2017-ci ilin yanvarın 3-də “Bank Respublika” ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası keçirilib. Həmin vaxt bankdan verilən məlumata görə, Şuranın qərarına əsasən İdarə Heyətinin sədri Xədicə Həsənova tutduğu vəzifədən kənarlaşdırılıb. Müşahidə Şurasının üzvü Asəf Namazov isə İdarə Heyətinə sədr təyin olunub.

Onu da qeyd edək ki, adıçəkilən bankın əsl sahibinin Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov olduğu bildirilir. Elə bu səbəbdən də son 2 ildə özəl bankların üstünü alan “qara buludlar” sözügedən bankdan yan ötüşə bilib. E. Rüstəmov sahibi olduğu bankı bir çox tanınmış özəl banklar kimi iflas və müflis olmaq təhlükəsindən xilas etməyə nail olub.

Ancaq görünür ölkədə yaranmış maliyyə problemləri “Bank Respublika” ASC-dən də yan keçməyib. Mümkündür ki, bankın xaricdən kapital əldə etmək, dövriyyəni sabit saxlamaq imkanları aşağı düşüb. Bundan çıxış yolu kimi də bankın səhmlərinin bir hissəsi satıla bilər. Baxmayaraq ki, bankdan verilən məlumatda kapitalın mövcud səhmdarlar hesabına artırılacağı bildirilib. Ancaq Azərbaycanda bu cür alqı-satqıların gizli aparılması ənənəsinin mövcud olduğunu da yaddan çıxarmaq olmaz. Xüsusən də, bank yüksək vəzifə sahibinə məxsus olduqda…

Onu da qeyd edək ki, Bankda ən böyük paya malik olan Quliyevlər ailəsi Elman Rüstəmovun biznesini etibar etdiyi (bəzi məlumatlara görə qohumudurlar-red.) adamlar kimi tanınıb. Məlumatlı mənbənin “AzPolitika.info”ya bildirdiyinə görə, “Bank Respublika” ASC-nin əsas səhmdarlarından olan Natiq Quliyev qardaşları Elçin və Namiq Quliyevlə birlikdə Elman Rüstəmovun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə edirlər . Bura Rüstəmova aid bəzi maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair aiddir.

Elçin Quliyevin “Bank Respublika” ASC-nin birbaşa rəhbərliyindən kənarlaşdırılmasına gəlincə isə, mənbə bunun Quliyevlərin Elman Rüstəmovun inamını sarsıdacaq əməllərə yol verməsi ilə bağlı ola biləcəyini ehtimal edir. Bu artıq başqa yazının mövzusudur.

Yazıdakı iddialarla bağlı adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Eldar Mahmudovun oğlunun şəriki axtarışa verildi


[r32]
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun şəriki dövlətlərarası axtarışa verilib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytına məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1972-ci il təvəllüdlü Ayaz Kərimov vəzifə səlahiyyətlərini aşma və özgəsinin əmlakını ələ keçirməkdə təqsirləndirilir. A. Kərimov Azərbaycanı tərk etdiyi üçün onun barəsində beynəlxalq axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Qeyd edək ki, “Caspian Telekommunications” şirkətinin rəhbəri olan Ayaz Elxan oğlu Kərimovun əmlaklarına da həbs qoyulub. Onun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, “Harley Devidson” markalı motosiklet 12.500 manat, “AKEY” MMC-nin adına rəsmiləşdirilmiş “Maserati Quatroporte” markalı avtomobil 155.733.8 manat, “Jaguar XJ” markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib.

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçirdiyi bir neçə tenderin qalibi olmuş “Caspian Telekommunications” şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların həmçinin biznes şəriki olduqları bildirilir.

RYTN-də baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə A. Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin o, cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Azadlıq.az

Azərbaycan en yaxşı ölkələr siyahısında


[r32]
Amerikanın US Nyus & Vorld Report jurnalının versiyasına görə Azərbaycan dünyanın ən yaxşı ölkələrinin siyahısında 69-cu yeri tutub.

BBC xəbər verir ki, Azərbaycanın macəra (69), vətəndaşlıq (61), mədəni təsir (75), sahibkarlıq (67), miras (70), liderlər (41), biznes açıqlığı (66), güc (47) və həyat keyfiyyəti (65) üzrə reytinqləri açıqlanıb.

Reytinq siyahısında ümumilikdə 80 ölkənin vəziyyətinə baxılıb.

Siyahıya İsveçrə başçılıq edir. Ölkələlər 9 meyar üzrə qiymətləndirilib. Turizmin və sosial sahənin inkişafı, iqtisadi artım, əhalinin yaşayış səviyyəsi və dünya arenasına təsir də meyarlar arasında olub.

Ümumilikdə siyahının ilk onluğuna Kanada, Böyük Britaniya, Almaniya, Yaponiya, İsveç, ABŞ, Avstraliya, Fransa və Norveç daxildir. Siyahıda cəmi 80 ölkə var. Ən son yerlərdə isə Alcəzair, İran və Serbiya qərarlaşıb.

Reytinq tərtibatçıları ölkədə keçirilən prezident seçkilərinə birmənalı münasibətin olmaması fonunda ABŞ-ın ümumilikdə nüfuznun aşağı düşdüyünü qeyd ediblər. Ölkənin həmçinin böhranla üzləşdiyi və yeni nəsil liderlərinə ehtiyacı olduğu da qeyd olunub.

Bununla yanaşı göstəricilərə görə ABŞ güc və dünyaya təsir qüvvəsinə görə birinciliyini qoruyub saxlayır.

Tədqiqat müəlliflərinin sözlərinə görə, artıq ikinci ildir ki, ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Almaniya bu meyar üzrə böyük fərqlə liderlik edirlər.

Milyarder Fərhad Əhmədov Azərbaycan prezidentliyindən danışdı


[r32]
Bir neçə gün əvvəl bəzi yerli KİV-lərdə “Kremlin Azərbaycanda yeni layihəsi” barədə sensasiyalı xəbərlər yayıldı. Bu xəbərlərin məğzi ondan ibarət idi ki, milyarder Fərhad Əhmədov 2018-ci ildə keçiriləcək prezident seçkilərinə qoşulacaq və prezidentliyə namizədliyini irəli sürəcək. Həmçinin, Rusiyanın eks-senatoru olmuş milyarderin yeni müxalifət partiyasına rəhbərlik edəcəyi iddia olunurdu.

Xatırladaq ki, “Forbes” jurnalının versiyasına əsasən, Fərhad Əhmədov ötən il Rusiyanın ən zəngin insanları siyahısında 51-ci yeri tutub.

Hazırda öz yaxtası ilə dünya səyahətində olan milyarder Fərhad Əhmədov haqqın.az saytına verdiyi müsahibədə haqqında gəzən söz-söhbətlərə açıqlama gətirib.

Fərhad Əhmədov prezident seçilmək istəyi barəsində iddiaları cavablandırıb:

“Kimlərsə qaranlıq otaqda qara pişik axtarmaq əməliyyatlarına pul ayrımağa tənbəllik etmirlər. İndi bütün seçkilərdə Moskvanın “əlini” axtarmaq tendensiyası dəbə düşüb. O nə seçkidir ki, orda Moskvanın əli olmasın. İndi artıq Azərbaycanda da Moskvanın “əl”ini axtarmağa başlayıblar. Halbuki, iki ölkədə münasibətər ideal səviyyədədir. Yox əgər, Moskvanın müdaxiləsi həqiqətən yoxdursa onda kimlərsə bunu özündən icad etməyə başlayır. Mənim Elçibəy və Vəzirovla sıx əlaqələrim olduğunu da yazmışdılar, amma onlarla şəxsi tanışlığım yox idi, indi isə belə söhbət yayırlar ki, guya Putinin planına əsasən Azrbaycanın növbəti prezidenti mən olmalıyam. Məqalə müəllifi onu bilməliydi ki, Putin hər zaman öz planlarını mütləq reallaşdırır və kimsə bu planları pozanda ona xoş gəlmir. Lakin xoşbəxtlikdən, mənim təyinatım onun planlarına daxil deyil. Mən heç bir zaman prezident və ya hər hansı ölkənin siyasi lideri olmaq fikrində olmamışam. Mən siyasətdə 5 il oldum. Senator olarkən siyasətin iç üzünü gördüm. Siyasətçi, üstəlik prezident özü-özünə məxsus deyil. Prezidentlik əslində qul əməyi tələb edən ağır işdir. Mən isə azadlıq sevirəm. Bu mənlik deyil. Bu nankor işdir. Bu mənə lazımdırmı ? Mənim işim bizneslə bağlıdır. Mən əgər siyasəti düşünsəydim çoxdan partiya qurar, siyasi bazamı formalaşdırardım. Mən bunların heç birini etmirəm”

Beynəlxalq investor kimi Azərbaycandakı fəallığı barədə sualı cavablandıran milyarder bildirib ki,  Azərbaycanda demək olar ki, fəaliyyət göstərmir. Ölkədə  atasının xatirəsi üçün inşa etdiryi bir zavodu  fəaliyyət göstərir. Müntəzəm olaraq  böyük layihələrdə iştirak etmək üçün dəvətlər alsa da, Fərhad  Əhmədov sərmayələrini  emosiyalardan uzaq şəkildə yerləşdirdiyini bildirib.

Fərhad Əhmədov həmçinin KİV-lərdə Əliyevlər ailəsindən intiqam almaq istəyi barədə yer alan iddialara da açıqlama verib.
Mənim atam Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində, sovet hakimiyyəti dövründə həbs olunub və güllələnib  Düzdür mən əminəm ki, o  müqəssir deyildi. Lakin  kommunist  partiyası rejimi mövcud idi və Heydər Əliyev özü də illər sonra bu rejimdən əziyyət  çəkdi.  Mən  intiqam almaq düşüncəsində olmamışam. Mən prezident İlham Əliyev və onun ailəsinə hörmət edirəm. Mehriban Əliyevanın vitse-prezident seçilməsini isə vacib addım hesab edirəm, bu Azərbaycanın  və prezidentlik institutunun nüfuzunun artmasına xidmət edəcək. Bizim İlham Əliyevlə məqsədimiz birdir. Azərbaycanın ərazi bütövlüyü və tərəqqisi. Bizim düşmənimiz də eynidir. Bir şeyi də qeyd edim ki, məhz onun humanizmi nəticəsində mən atamın məzarını tapdım və layiqli şəkildə dəfn etdim. Belə bir prezidentə xəyanət etmək olmaz”
Azadlıq.az

MTN keçmiş deputatın rəis kürəkənini də oğurlayıb – “Sərhəd Xidmətinin 8-10 milyon manatını talayıblar”


[r32]
Polis rəisi ola-ola tikinti biznesilə məşğul olan Vüqar Qurbanov özünə və atasına qarşı cinayəti niyə gizlədib?

“O vaxt MTN-dən böyük yer var idi? Oradan da bizi şantaj edirdilər, hədə-qorxu gəlirdilər”

MTN-dəki vəzifəli şəxslərlə bağlı cinayət işindən görünür ki, böyük pullar almaq üçün həbslə hədələnənlər, əsasən, biznes adamlarıdır. Pulu vermək istəməyəndə həbs olunduğunu, tələbi yerinə yetirəndən sonra azadlığa buraxıldığını deyənlərin də çoxu biznesmendir. Amma kənara çıxmalar da var. Hətta yüksək vəzifəli polisləri də çağırıb MTN-də saxlayırmışlar. Məsələn, Sabunçu rayonu, 13-cü polis bölməsinin rəisi Vüqar Qurbanov kimi. O, fevralın 16-da MTN-in İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun məhkəməsində ifadə verib.
Vüqar Qurbanov dindirilməzdən öncə bilinib ki, “Texnikabank”ın rəhbəri Etibar Əliyev də məhkəməyə çağrılıb, amma sağlıq durumu yaxşı olmadığından, gələ bilməyib.
Vüqar Qurbanov dəfələrlə MTN-də səhərdən axşamadək qanunsuz saxlanıldığını, hədə-qorxu ilə atasından pul alındığını desə də, iş üzrə şahid qismində tanınıb. Hərçənd, atası Akif Qurbanov da iş üzrə zərərçəkmiş kimi tanınıb.

“1 milyonu öz maşınımdan götürüb onun maşınına qoydum”
Vüqar Qurbanov deyib ki, 2013-cü ildə atası ona zəng edib və MTN-ə aparıldığını söyləyib. Ardından telefonu söndürülüb. Axşam atası yenə başqa bir nömrə ilə əlaqə saxlayıb, onu MTN əməkdaşlarının tutduğunu, buraxmaq üçün pul istədiklərini deyib: “Soruşdum ki, nə məsələdir? Dedi ki, Etibar Əliyevlə münasibəti olub, tikinti işləri görüblər, yeyib-dağıdıblar. Daha doğrusu, atamı belə ittiham ediblər. Bundan sonra atamın ölkədən çıxışına “stop” qoyulduğunu bildirib, buraxıblar”.
Oğlunun dediyinə görə, Akif Qurbanov MTN-dən buraxılandan sonra ölkədən gedib. Amma MTN əməkdaşları onu yaddan çıxarmayıb. Bir neçə gün sonra hazırda hakim önünə çıxarılan müstəntiq Vüsal Ələkbərov zəng eləyib, oğlundan atasının yerini soruşub: “Dedim ki, xaricə gedib. Vüsal mənim özümü MTN-ə çağırdı, orada mənə hədə-qorxu gəlməyə başladı, gün ərzində məni orada saxladı. Dedi ki, atam gəlməsə, məni həbs eləyəcəklər. Soruşdum ki, atamla nə işiniz var, cavab verdi ki, özü bilir. Bundan sonra yenə də 2-3 dəfə məni MTN-ə çağırıb, izahat, ifadə almadan axşamadək saxladılar”.

Vüqar Qurbanovun sözlərinə görə, MTN əməkdaşlarının əl çəkmədiyini görən atası ölkəyə qayıdıb, ondan tələb olunan 1 milyon manatı düzəldiblər. Vüqar Qurbanov deyib ki, o pulu 2013-cü il yanvarın sonunda özlərinə məxsus klinikanın yanında şəxsən Vüsal Ələkbərova verib: “Pul mənim maşınımda idi. Öz maşınımdan götürüb Vüsalın maşınına qoydum. Amma onun hansı maşınla gəldiyini xatırlamıram”.

O, 1 milyonu necə topladıqlarını da danışıb: “Əmimdən 300 min manat, yeznəm Emindən 200 min manat aldım. Atamla birlikdə tikdirdiyimiz binaların satışından əldə olunan 200 min manatı da verdim. Qalan pulu atam özü düzəltdi”.

Vüqar Qurbanov deyir ki, “Texnikabank”ın rəhbəri Etibar Əliyevlə əlaqələri olmayıb, sadəcə, o bankdan iş görmək üçün kredit götürüblər.

“MTN-dən böyük yer vardı? Hara müraciət edərdim”

Dindirmə zamanı o da məlum olub ki, 2013-cü ildə MTN-lə bağlı başlarına gələndən bir neçə ay sonra 13-cü bölmənin rəisi vəzifəsindən azad edilib. Dediyinə görə, öz ərizəsi ilə polis orqanlarından xaric olunub, hazırda da sahibkarlıq fəaliyyəti ilə məşğuldur.

Vüqar Qurbanovun ifadəsi başa çatandan sonra həbsdəki müstəntiqin vəkilləri soruşub ki, bölmə rəisi kimi məsul bir postu tutduğu halda, niyə belə ağır cinayət haqqında heç yerə şikayət eləməyib? Onun cavabı belə olub: “O vaxt MTN-dən böyük yer vardı? Oradan da bizi şantaj edir, hədə-qorxu gəlirdilər. Biz hara müraciət etməliydik?”.

Vüsal Ələkbərovun müdafiəçisi sabiq polis rəisinə xatırladıb ki, o, ən azı, ağır cinayətin gizlədilməsinə görə məsuliyyət daşıyır.

Vüqar Qurbanov deyir ki, MTN-in İstintaq İdarəsi rəisinin müavini Təhsin Ağayevi tanıyırmış. MTN-ə çağrılanda onu İstintaq İdarəsinin rəisi Mövlam Şıxəliyev qəbul eləməli idi, amma işlərinin çox olduğunu deyib, qəbul etməyib:Məni Təhsin Ağayev dinləsə də, bir söz demədi. Sonra mənim otaqdan çıxarılmağım haqda göstəriş verdi”.

Bir müddət MTN-in istintaq təcridxanasında saxlanılandan sonra 2 milyon manata verib azadlığa buraxıldığını deyən zərərçəkən Hüseyn Səfərovla bağlı məsələ araşdırılarkən Vüsal Ələkbərov deyib ki, o, heç kimdən pul almayıb, haqqında deyilənlər yalandır. Keçmiş müstəntiqin sözləri zərərçəkən Hüseyn Səfərovu əsəbləşdirib: “Bizdən pulu şəxsən Vüsal Ələkbərovun özü MTN-in yanında, küçədə alıb. Adamın kişiliyi, qüruru olar. Etibar Əliyev bura gəlsin, onunla çox söz-söhbətimiz açılacaq. Dövlət Sərhəd Xidmətinin bank hesabında olan 8-10 milyon manatı bankda talayıblar, sonra da Etibar Əliyevlə Zal Yusifov bu işləri ortaya atdılar ki, dövlətin pulları ilə bağlı məsələ ört-basdır olsun. Mövlam Şıxəliyev niyə gizlənir? Bu adam general olsa da, dövlətə xəyanət edib. Akif Çovdarov bir az abırlıdır, heç olmasa, bir neçə epizodu etiraf edir, bunlar onu da eləmir”.

MTN polkovnikinin məhkəməsi fevralın 23-də davam edəcək.

“Azadlıq”a daxil olan məlumata görə, Vüqar Qurbanov keçmiş deputat Fərhad Qəribovun kürəkənidir.

“Lapşini verib, Eldar Mahmudovu həbs edəcəklər” – Sabiq MTN-çidən maraqlı iddialar

“Lapshin-i Belarusdan alırlar ki, sonradan onu İsrailə verərək Eldar Mahmudovun həbsinə razılıq alsınlar”

[r32]
Hazırda işiylə bağlı ABŞ-da olan politoloq, «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı Ərəstun Oruclu son 11 ildə ölkənin təhlükəsizlik orqanlarında baş verənlərlə bağlı bloqunda silsilə yazılar yazır. Onun Azadlıq Radiosuna müsahibəsi də bununla bağlıdır. Müsahibəni qısa ixtisarla təqdim edirik.

– Ərəstun bəy, MTN-in əməllərinə niyə 11 il dözüldü?

– Bu sualın cavabı yazılarımda verilib. Mənim yazılarım hakimiyyət, ictimai rəy tərəfindən həqiqət kimi qəbul edilməsə belə, bu gün MTN-nin 20-dən artıq yüksək vəzifəli əməkdaşı həbsdədir, onlarla bağlı məhkəmə gedir. Bu da onu göstərir ki, sözügedən nazirlik cinayətkar qurum olub. Düşünmürəm ki, İlham Əliyev bu cinayətlərin törədilməsindən Eldar Mahmudovu işdən çıxarandan sonra xəbər tutdu. Amma heç bir tədbir görülməyib.

– Səbəb nədir?

– Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə Eldar Mahmudov həmin qurumu siyasi polisə çevirmək, hakimiyyəti qorumaq məqsədilə gətirilmişdi. Bir səbəb də Eldar Mahmudovun Rusiyaya bağlı olmasıydı. Onun nazir olduğu dövrdə MTN rəhbərliyinə gətirilən şəxslərin böyük əksəriyyəti də Rusiyaya bağlıydı. Amma az sonra dəyişiklik baş verdi. MTN faktiki olaraq, İsrailin çətiri altına keçdi. Onların arasında o dərəcədə dərin əməkdaşlıq getdi ki, MOSSAD (İsrailin xüsusi xidmət orqanı – red.) əməkdaşları gəlib MTN-in binasında əyləşirdilər. Onların nə işlə məşğul olduğunusa heç kim bilmirdi. Təbii ki, biz bilirdik və bəzi şeyləri yazmışıq da. Hələ 2011-ci ildə mən «The Times» qəzetinə müsahibəmdə İsrail agentlərinin Azərbaycan ərazisindən İrana keçərək nüvə fiziklərini qaçırmasından yazmışam. O zaman İsrailin Azərbaycandakı səfiri hay-küy saldı, məni İranın sifarişiylə belə məlumat yaymaqda suçladı. Amma Almaniyanın bir telekanalı sənədli film çəkdi. Orda MOSSAD-ın keçmiş direktoru və digər əməkdaşları İrana qarşı bu cür əməliyyat həyata keçirdiklərini etiraf edirdilər. İsrail səfiri, bir sıra yəhudi təşkilatları İlham Əliyevi Qərbdən qorumaqla, ona lobbiçilik etməklə məşğuluydular. Bu səbəbdən də Eldar Mahmudova toxunulmurdu. Azərbaycan, faktiki olaraq, xarici xüsusi xidmət orqanlarının karvansarasına çevrilmişdi. Xarici ölkələrin kəşfiyyatları özlərini burda çox rahat hiss edirdilər.

– Söhbət hansı ölkələrin kəşfiyyat qurumlarından gedir?

– İsrailin, Rusiyanın və başqalarının. Bu da Eldar Mahmudovu toxunulmaz fiqura çevirmişdi. MTN-in ləğvinə, 20-dək yüksəkvəzifəli işçisinin həbsdə olmasına baxmayaraq, keçmiş nazir bu gün də azadlıqdadır. Necə ola bilər ki, 11 il ərzində bu qədər cinayət törədilsin, MTN cinayətkar dəstəyə çevrilsin, amma nazirin xəbəri olmasın? Bundan nazirin xəbəri olub. Bunu əminliklə deyirəm, çünki əldə etdiyimiz məlumatların mütləq əksəriyyətini hakimiyyət strukturlarının içindəki şəxslərdən almışdıq.

– Sizin təbirinizcə desək, Azərbaycan MTN-i niyə İsrailin çətiri altına keçməli oldu? Üstəlik, İsrail casuslarının MTN-in rəsmi binasında oturmaları haqda dediyiniz fantastik səslənir.

– Bu, siyasi qərar idi. Eldar Mahmudov olsun, ya başqası, öz təşəbbüsüylə belə addım atmağa qərar verə bilməzdi. Səbəb də çox sadəydi. Proses özü 2008-2009-cu illərdən başladı. Məhz həmin 2009-cu ildə ən ağır cinayətlər baş verdi. Rail Rzayev (Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayev – red.) qətlə yetirildi, həmin ilin aprelində Neft Akademiyasında terror hadisəsi baş verdi. Bu, təsadüf deyildi. 2008-ci ildə Barack Obama ABŞ-da hakimiyyətə gəldi. Bakıda başa düşürdülər ki, ABŞ prezidentinin Azərbaycanın dövlət başçısına şəxsi antipatiyası var. Onun sevmədiyi şəxslərdən biri də İsrailin baş naziri Benjamin Netanyahu idi. Obama yetərincə intellektual, demokratik və açıqdüşüncəli insan idi. Onun İlham Əliyevi sevməməsi normal idi. Bu halda, Bakı Vaşinqtonla münasibət qurmağa çalışırdı. Yeri gəlmişkən, bu gün də eyni çaşqınlıq içindədirlər. Əlaqələr axtarırlar, çünki bütün «stavka» Hillary Clinton-a (ötən noyabr seçkilərində demokratların namizədi – red.) edilmişdi. Qayıdaq 2009-cu ilə. O zaman Vaşinqtonun mənfi təsirini neytrallaşdırmaq missiyasını üzərinə İsrail və ABŞ-dakı israilpərəst lobbiçilər götürmüşdü. Bu lobbiçilər arasında ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə katibi Victoria Nuland da, Hillary Clinton-un özü də varıydı. Buna görə də İsrailə Azərbaycanda yaşıl işıq yandırılmışdı. Sadə bir sual verəcəm. Azərbaycanın İsraillə sıx əlaqələri olduğu halda, niyə Bakı Tel-Əvivdə səfirliyini açmadı? Qərb və müsəlman dövlətlərinə demək istəyirdilər ki, İsraillə münasibətlərimiz heç də sizin düşündüyünüz kimi dərin deyil.

– Siz İsrailin və bir sıra yəhudi qurumlarının Bakı ilə Vaşinqtonun münasibətlərinin yaxşılaşması məqsədilə lobbiçilik etdiyini deyirsiniz. Amma Obama-nın hakimiyyətinin son dövrlərində iki ölkə arasında münasibətlərdə soyuq yellər əsirdi, hətta rəsmi səviyyədə ittihamlar səslənirdi.

– Bu da Bakının siyasətdə naşı olmasından doğurdu. Onlar düşünürdü ki, lobbiçilər münasibətləri düzəldə biləcəklər. Azərbaycan hakimiyyəti həddən artıq dərinə gedirdi, siyasi məhbuslar ordusu yaradırdı, hüquq və azadlıqları kobud şəkildə boğurdu. Buna etiraz edənlərin bəzisini neytrallaşdırmaq olsa da, bəzilərinin qarşısına çıxa bilmirdilər. Çünki ABŞ siyasəti yetərincə çoxşaxəlidir.

– Qayıdaq MTN məsələsinə. Nə baş verdi ki, işi milli təhlükəsizliyi təmin etməli olan dövlət qurumu – MTN çökdürüldü? Yazırsız ki, 2005-ci ildən bu qurumun demontajı başlandı. Yazılarınızdan gəlinən qənaət budur ki, ölkə rəhbərliyi 10 il sonra bu prosesi dayandırmağa, sadəcə, məcbur qaldı.

– Əslində, proses durdurulmadı. Proses bu gün də davam edir. Mən onun siyasi kontekstini yazmışam. 2005-ci ili təsadüfən keçid ili kimi qeyd etməmişəm. Məhz həmin ildən başlayaraq Azərbaycanda dövlət idarəçilik sisteminin demontajı başladı və hakimiyyətin bir əldə cəmlənməsinə start verildi. Bunda xarici qüvvələrin də marağı varıydı. Çünki bir nəfərin vasitəsilə hər şeyi idarə etmək, hadisələrə təsir etmək daha asandır. Ona görə qərbli, şərqli, iranlı, türkiyəli, rusiyalı hər kəs bunda maraqlıydı ki, Azərbaycandakı dövlət və ictimai-siyasi institutlar sıradan çıxarılsın. Azərbaycan artıq siyasi meyarlarla deyil, avtoritar meyarla idarə olunurdu. Namiq Abbasov dönəmində MTN bu prosesə, ölkənin, üzr istəyirəm ifadəmə görə, casusxanaya çevrilməsi prosesinə müqavimət göstərəcək qədər güclü qurumuydu. Onu dağıtmaqdan başladılar. Eldar Mahmudov da bunun öhdəsindən layiqincə gəldi, hakimiyyətin istədiyi kimi, MTN siyasi polisə çevrildi. Bunun arxasınca digər dövlət qurumlarının demontajı başlandı. Parlamentin, Nazirlər Kabinetinin… Nazirliklərdə belə proses başlandı, nazir şəkil kimi oturdulurdu vəzifədə, müavin hər şeyi idarə edirdi. İndi mətbuatda çox sual verirlər, Əli Abbasov niyə həbs edilmir? Əli Abbasov nazirlikdə söz sahibi olmayıb, yanına müavin oturtmuşdular, o da hər şeyi idarə edirdi. Necə ki səhiyyə nazirinin müavini hər şeyi idarə edir və ya necə ki Bakı şəhər İcra Hakimiyyətində idarə rəisi hər şeyi özü idarə edir. Yəni, ikili idarəçilik sistemi yaradıldı, buna hətta «kriminal idarəçilik sistemi» demək olar.

– Ərəstun bəy, amma demədiniz, 2015-ci ildə niyə MTN-nin dağıdılmasına qərar verildi?

– Artıq 2015-2016-cı illərdə MTN elə addımlar atdı ki… Bəlkə də ruhlandılar, bəlkə də xarici havadarları tərəfindən buna təhrik olundular, deyə bilmərəm. Bunlar artıq dövlət başçısının özünü nəzarətə götürməyə başladılar, onun haqqında materiallar, faktlar toplamağa başladılar. Hələ 2013-14-cü illərdə MTN Avropada yerləşdirdiyi agentura şəbəkəsi vasitəsilə İlham Əliyevin, ailəsinin biznesi haqda materiallar əldə edərək Avropa mətbuatına ötürürdü. Yəni təhlükə İlham Əliyevin özünə yaxınlaşanda, Eldar Mahmudov dayandırıldı.

– MTN İlham Əliyev və ailəsi haqda hansı məlumatları toplayırdı? Bir də bu məlumatlar nə dərəcədə təhlükəli ola bilərdi?

– Hər halda, MTN-in imkanları o təşkilatların imkanlarından qat-qat artıq idi. Həmin təşkilatların Prezident Administrasiyası işçilərini ucdantutma dinləmək imkanı yox idi. Məlumatlar təhlükəli olmasaydı, Eldar Mahmudov bugünədək nazir qalacaqdı. O sadəcə, siyasi iddialara düşdü. Baş nazir olmaq istəyirdi, ardınca prezidentliyi götürmək qalırdı. Bu da, onun düşüncəsinə görə, texniki məsələydi.

– Bir ildən çoxdur ki, Azərbaycan mətbuatı sual edir: niyə Eldar Mahmudov həbs edilmir?

– Düşünürəm ki, Mahmudov yaxın zamanlarda həbs edilməyəcək. Düzdür, müəyyən cəhdlər göstərilir. Məsələn, İsrail vətəndaşı Lapshin-i Belarusdan alırlar ki, sonradan onu İsrailə verməklə Eldar Mahmudovun həbsinə razılıq alsınlar. Bu, mənim versiyamdır. Çünki sual çıxır ki, niyə məhz Lapshin? Niyə məhz 2017-ci ildə həbs edilir? Halbuki o, Azərbaycana 2015-ci ildə səfər etmişdi, tutmamışdılar. Ona qarşı irəli sürülən ittihamlar da 2012-ci ili əhatə edir. Lapshin məsələsinin Netanyahu-nun Bakıya səfərinin ardınca baş verməsi dəyiş-düyüş məqsədi güdür. Hələlik, Mahmudovun həbsinə hakimiyyətin siyasi iradəsi çatmır. Onun yaxınlarda həbsini gözləmirəm.

– Keçmiş nazirin əlindəki kompromatlar haqda çox danışılır. Bu onun həbsini əngəlləyə bilərmi? Siz də yazırsınız ki, Eldar Mahmudov bu illərdə hadisələrin iştirakçısından həm də şahidinə çevrildi, buna görə o öz təhlükəsizliyini təmin etmək məqsədilə sübutlar da toplamalı idi.

– Hesab etmirəm ki, Mahmudov, ya başqası həbsə düşəndən sonra cürət edib danışsın. Ola bilsin, həmin kompromatlar xarici havadarlarının əlinə keçsin. Bax, bu mümkündür. Bunu istisna etmirəm. Amma məhz bu amilin onun həbsinin qarşısını aldığını düşünmürəm. Bir də Azərbaycan hakimiyyətinin elə bir sirri yoxdur, bütün əməlləri göz qabağındadır. İllərdir dünya mətbuatı yazır, özü də Azərbaycanda yolla gedəndə bilirsən ki, bu obyekt kimindir. Düşünmürəm ki, kompromatlardan qorxsunlar.

– MTN yoxdur, amma onun, sizin iddia etdiyiniz kimi, Avropaya və ya ölkə içinə səpələnən «ikili agentləri» qalırlarmı?

– Agentlər qalır. Sual budur ki, yeni yaradılan DTX onların xidmətindən istifadə edəcəkmi? Bəzilərindən artıq istifadə olunur. Bunu görürəm. Mən şəxsən onlardan istifadə etməzdim. Birincisi, məlumat mənbəyi kimi çox qeyri-peşəkardırlar. İkincisi, ikili agentlərdən yalnız güclü tərəf daha səmərəli istifadə edə bilir. Tutalım, eyni agentdən həm CIA (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi – red.) və ya MOSSAD, həm də Azərbaycan istifadə edirsə, təbii ki, uduzan Azərbaycan olacaq. Çünki onlarla müqayisədə Azərbaycan kəşfiyyatı çox zəifdir. Ona görə də, ikili agentlər şəbəkəsindən imtina etmək lazımdır. Amma bu da var ki, bu şəbəkə siyasi məqsədlər üçün, hakimiyyəti qorumaq üçün yaradılmışdı. Bəlkə siz də fikir vermisiniz, elə adam vardı vətəndaş cəmiyyəti fəalıydı, müxalifətçiydi, amma gedirdi Avropaya, bir müddət sonra müxalifət liderlərini söyürdü, yaramazlıqlarından danışırdı. Bu, konkret tapşırıq idi, təlimat üzrə hərəkət edirdilər. Onlar orda siyasi mühacir kimi hakimiyyətə işləyirdilər. Dövlət maliyyələşdirirdi onları.

– «Delta Telecom»un data mərkəzində baş verənlərlə (2015-ci ilin noyabrında şirkətdə baş verən yanğın nəzərdə tutulur – red.) bağlı ehtimalınız nədir?

– Bu işi yüksək ehtimalla MTN himayə edirdi. Mən düşünmürəm ki, bu, siyasi qərar olmadan həyata keçirilən əməliyyat idi. «Delta Telecom»un data mərkəzində yerləşdirilmiş, sonradan yandırılmış avadanlıq hansısa xarici kəşfiyyata məxsusuydu. O avadanlıq artıq sübuta çevrilməyəcək, yandırılaraq sıradan çıxarıldı. Düşünürəm ki, başqa ehtimal da mümkündür. Ora yerləşdirilən avadanlıq qismən yerli hakimiyyətin maraqlarına xidmət edirdi. Əslindəsə, ondan ən çox onu ora yerləşdirən xarici kəşfiyyat qurumu öz maraqları üçün istifadə edirdi. Üstünün açılmaması üçün də onu sıradan çıxardılar. Orda çalışan mühəndis ölkəni dərhal tərk edib. Bu gün də onun axtarışı aparılmır. Bir o bəllidir ki, İstanbula uçub. Kiberkəşfiyyat kəşfiyyatın çox mühüm tərəfidir. Azərbaycandan transavropa magistral xətti keçir. Həmin xətti keçərək yaxın dövlətlər ərazisində kibercasusluq aparmaq mümkün idi. Soruşmaq olar ki, internet üzərindən Avropadan da iş görmək olardı. Məsələ bundadır ki, internetdə də coğrafi baxımdan yaxın məsafə həlledici rol oynayır. Bu səbəbdən də Azərbaycan hədəf seçilmişdi.

– Sizin dediklərinizə inansaq, belə təəssürat yaranır ki, son illər ölkənin təhlükəsizliyi çox zəif olub, bəlkə də bu sistem çökdürülüb və məntiqlə indi ölkədə radikal qruplar, terrorçular at oynatmalıydı, ölkədə tez-tez terror hadisələri baş verməliydi.

– Təbii, belə də olub. Bu, təəssürat yox, reallıqdır. Həmişə də açıq yazmışam ki, Azərbaycan dövlətinin, vətəndaşlarını heç bir təhlükəsizliyi olmayıb. Sadəcə, terrorçuların marağı olmayıb ki, Azərbaycanda terror aktı törətsin. Terror hadisəsi o zaman baş verir ki, onların qarşısı kəsilir, problemlər yaradılır. Amma bu gün üzə çıxır ki, Mahmudov MTN-inin radikal dindarlar adı altında tutduğu şəxslərin çoxu bu zümrəyə aidiyyəti olmayan şəxslər olub. Onları şərləyib tutublar. Sualınıza qayıtsaq, terrorçuların burda, sadəcə, akt törətməyə marağı olmayıb. Amma Masallıda rabitə qovşağında olan hadisə də terror aktı idi. Və ya «Delta Telecom»un data mərkəzində texniki avadanlığın yandırılması da terrordu, Neft Akademiyasında baş verənlər də.

Neft Akademiyasında baş verən hadisələr zamanı nazir müavininin köməkçisi və sürücüsünün orda olduğunu yazmısınız. Siz bu hadisədə təhlükəsizlik orqanlarının iştirakını nəzərdə tutursunuz?

– Mən əlimdə olan məlumatları bölüşdüm. Bunun təhqiqatını aparmaq istintaqın işidir. Onlar da bunu aparmayacaqlar. Həmin iş bağlanmış sayılır. Üç günahsız uşağı şərləyib ömürlük, 20-15 iş verib həbsxanaya atıblar. Elmar Hüseynovun qətlindən sonra baş verən müəmmalı qətllərdə günahsız adamları mühakimə edirlər. Elmar Hüseynovun işini bu günə qədər bağlaya bilmirlər. Amma o biriləri rəsmi şəkildə bağlayıblar. Rail Rzayevin qətliylə bağlı ciddi araşdırmamız olub. Mənim yazım çıxan gün ortaya başqa şey atdılar ki, guya həbsdə olan kimsə bu şeyləri bilirmiş, Rzayev narkobiznesə mane olurmuş… Bu dezinformasiyadır. Bu materialı tələsik, primitiv şəkildə ortaya atmaqda məqsəd mənim yazımdan diqqəti yayındırmaq olub. Amma alınmayıb, bu yazını 25 mindən yuxarı insan oxuyub.

– Sizcə, Rail Rzayev silah biznesinin qurbanı olub?

– Silah alveri böyük pullar deməkdir. Azərbaycan silaha 3-4 milyard pul xərcləyib. Misirin orduya xərclədiyi məbləğ 5.4 milyard dollardır. Misir ordusu ilə Azərbaycan ordusu heç müqayisəyə gəlməz. Deməli, söhbət böyük yeyintilərdən gedir. İstisna etmirəm və bizə verilən məlumatlardan gəldiyim qənaət budur ki, Rail Rzayev məhz yeyintinin qarşısını kəsən şəxs olub. Ona görə də aradan götürülüb.

– Yazılarınız davam edəcəkmi?

– Hələlik, ara verirəm. Bir müddət sonra Azərbaycana qayıdacağam və orda davam etdirəcəyəm.

– Bu yazılara görə sizə hansısa təzyiq olub? Və ya hansısa formada təkzib edilibmi?

– Təzyiq olmayıb. Mən Azərbaycandan çıxandan ay yarım sonra ölkədən çıxışıma qadağa qoyulub. Demək istəyirlər, qayıtma bura. Mən öz ölkəmə gedirəm, bunu qadağan edə bilməzlər, hansı vaxt istəsəm, qayıdacağam.

Nazir Eldar Mahmudov işdən çıxarıldıqdan bir qədər sonra, 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Onun yerində Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Ərəstun Oruclunun dedikləri ilə bağlı AzadlıqRadiosu həmin nazirliyin yerində yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinə zəng edib. Xidmətdən ittihamlara münasibət bildirilməyib. Mətbuat xidmətinin rəhbəri Arif Babayev deyib ki, o, MTN-i yox, DTX-ni təmsil edir. Bundan sonra dəstəyi asıb.

Keçmiş MTN-nin 20-dək əməkdaşı həbs edilib. Bəzilərinin işi məhkəməyə çıxarılıb.

Hacıbala Abutalıbov MTN şefinin təsiri altına necə düşüb? – “Oğlu ilə bağlı faktlar masasının üzərinə qoyulub”


[r32]
Vaxtı ilə radikalları tora salıb onlarla əlaqələr quran keçmiş Eldar Mahmudovun indi həmin qrupdan özünü həbsdən sığortalamaq üçün istifadə etdiyi iddia olunur

Son 4 ayda Azərbaycanda 9 terrorçu məhv edilib. Daha dəqiqi, onlara qarşı əməliyyat keçirilərkən hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərdikləri üçün bu şəxslər yerindəcə zərərsizləşdirilib.
Dünyada yüksəlməkdə olan terror təhdidləri fonunda ölkəmizə qarşı da bu yöndə hədələr artmaqdadır. Bəzən internet üzərindən ölkəmizə yönəlik hədə dolu videomüraciətlər də yayılır. 2 ay ərzində bir neçə belə video paylaşılıb. Bu hədələrin məqsədi, arxasında hansı niyyətlərin dayanması haqda sabiq təhlükəsizlik xidməti polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın fikirlərini təqdim etmişdik. Ekspert bildirmişdi ki, Azərbaycan böyük mənada terrorçuların hədəfində deyil, amma beynəlxalq terror təşkilatları bir qayda olaraq müsəlman ölkələrinin hamısını hədəfə götürürlər…
Maraqlıdır ki, 2016-cı ildə Eldar Mahmudovun ləğv edilmiş MTN-ə rəhbərlik etdiyi 11 il ərzində Azərbaycanda bu qədər terrorçu zərərsizləşdirilməmişdi. Bununla bağlı müxtəlif fikirlər səsləndirilsə də, əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, sabiq nazir bir çox sahələri nəzarətinə alıb pul qazandığı kimi, vəhhabi amilindən də ciblərini doldurmaq üçün istifadə edib.
Bunun üçün çox maraqlı iş üslubu seçilib. Vəhhabilərin pullarını almaqla özlərini də təsir altına sala biliblər. Vəhhabi qrupları və bu qruplara üzv olan şəxslərlə bağlı ətraflı informasiya toplayan E. Mahmudovun dəstəsi əsasən onların toplantı və tədbirlərində yeni-yeni görünməyə başlayan gəncləri həbs edib.
Bundan sonra həmin şəxsin ailə üzvləri, qohumları ilə əlaqə yaradıb vəziyyətin pis olduğunu deyiblər. “Yuxarıların” istədiyi pulu ödəməsələr, övladlarının uzunmüddətli həbsə göndəriləcəyini söyləyiblər. Beləcə, vəhhabilərin həm pulları əllərindən alınıb, həm də özləri “mahmudovçu”ların nəzarəti altına düşüblər. Vəhhabi qruplarına rəhbərlik edən şəxsləri də həbs etməməklə nəzarət altında saxlayıblar.
Zaman-zaman mətbuatda MTN-in sabiq rəhbərliyinin gizli silahı – radikal vəhhabilərlə bağlantıları barədə məlumatlar geniş yer aldığından bu mövzu üzərində çox dayanmaq istəmirik…
Bir maraqlı məqamı da qeyd edək: Mətbuatda əvvəllər yazıldığı kimi, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov da vəhhabidir. Merin oğlu Azərbaycandakı vəhhabilərin əsas sponsoru rolunu da oynayıb. Təbii ki, bunu E.Mahmudov da bilməmiş olmayıb. H.Abutalıbovun oğlunu nəzarətdə saxlayıb, öz adamlarını onun yaxın ətrafına yerləşdirməklə daha radikal düşüncəli dindaşları ilə yaxınlığı, radikal təriqətə maliyyə yardımının göstərilməsi “təmin” edilib.

Oğul Abutalıbov xirtdəyə qədər zibilə batandan sonra isə bütün faktlar, sübutlar Hacıbala Abutalıbovun masasının üzərinə qoyulub. Bu əməliyyatdan sonra Bakı meri Eldar Mahmudovun təsir dairəsinə düşüb, onun şirkətlərinə şəhərin mərkəzində çoxmərtəbəli binalar tikmək üçün icazələr verilib.
Oxşar əməliyyatlar digər məmurlara qarşı da keçirilib və bu əməliyyatlar əksərən sabiq nazirin və ətrafının varlanmasına xidmət edib. İşin gedişində vəhhabilərin özləri də nəzarət altına alınıblar.

Gerçək təhlükə mənbəyi olan radikal dini cərəyanın ölkədaxili artımını maliyyələşdirən və Mahmudovun çətiri altında, ən müxtəlif bizneslərdə onunla ortaq olan vəhhabilərin biznes şəbəkələrinə isə “yaşıl işıq” yandırılıb. Sadalananlar böyük bir prosesin – dini müxalifəti nəzarətdə saxlamaq adı ilə bu sferada törədilən özbaşınalıqların epizodik hallarıdır. Lakin bunlar belə Mahmudov çetesi tərəfindən radikal cərəyanlarla mübarizə əvəzinə, onlardan məmurları ovlamaq üçün tələ kimi istifadə etdiyinin bir nümunəsidir. Digər tərəfdən də, bu faktlar Mahmudovun radikallarla əlaqələrinin haralara qədər gedib çıxdığını göstərir. Ən başlıcası isə Eldar Mahmudov bu gün azadlıqdadır və onunla biznes ortaqlığı olan vəhhabilərlə əlaqələri də qalmaqdadır.
Mümkündür ki, ölkəmizə qarşı atılan addımlarda, vəhhabilərin radikallaşmasında, bir-birinin ardınca hədə videoları yaymalarında Mahmudov faktoru da rol alır.
Azərbaycan böyük mənada terror təşkilatlarının hədəfində deyilsə, onda son vaxtlar bir qrup vəhhabinin aktivləşməsinin digər səbəbləri üzərində düşünməyə dəyər. Sirr deyil ki, Eldar Mahmudov özünü həbsdən sığortalamaq üçün bütün imkanlarından istifadə etməyə çalışıb. Mümkündür ki, onun sağ əli olmuş general Akif Çovdarov və digər sabiq MTN generallarının məhkəmə prosesinin gedişində Mahmudovun həbsi məsələsi yenidən gündəmə gəlib və bunun üçün əsaslar yaranıb. Güman edilir ki, Eldar Mahmudov bu dəfə əlaqələri olan radikal islamçıları hərəkətləndirərək, hakimiyyət dairələrinə “mənim əmrimə tabe olan xeyli radikal vəhhabi var, problem yarada bilərəm” mesajını ötürmək və bu vasitə ilə növbəti dəfə həbs təhlükəsini önləmək cəhdi edir(musavat.com)

Dünyada ən gəlirli biznes sahələri


[r32]
Aparılan araşdırmalara görə, ən gəlirli biznes sahələri texnologiya sektorunda qurulanlardır. Bu sahədə peşələr yaxşı təhsil və təcrübə tələb edir.

Demək olar ki, bu gün hər bir şirkət öz mobil tətbiqini yaradır. Ümumiyyətlə, dövrün tələbi texnologiya olduğu üçün bu sahədə iş qurmaq ən gəlirli biznes növlərindən biri sayılır. Statistikaya əsasən, bu sahədən gələn gəlirin illik artımı 30 faizə bərabərdir.

Mobil oyunlar

Yəqin ki, bir çoxları “Angry Birds” oynayıblar . Bu oyunları siz yaratsaydınız necə olardı? Təbii ki, bu oyunlar sayəsində artıq milyonçu olmuşdunuz. Oyun sektoru 10 il ərzində ciddi şəkildə artım göstərib. 2007-ci ildə mobil oyun yaradan yalnız iki şirkət var idi. Hazırda bu rəqəm yüksək olsa da, mobil oyunlara tələbat böyük olduğundan ən gəlirli iş sahələrindən biri hesab edilir.

Elektron əşya ticarəti

Ən gəlirli sahələrdən biri də elektron əşya ticarətidir. Bu sahə yüksək sərmayə tələb etmir. Hazırda ən çox satılan məhsullar arasında elektron əşyalar ilk yerlərdən birini tutur. Texnologiya inkişaf etdikcə elektron əşyalara tələbat artır. Bu sahədə iş qurmaq üçün real mağaza açmağa da ehtiyac yoxdur. Xaricdən gətirdiyiniz əşyaları internet vasitəsi ilə rahatlıqla sata bilərsiniz.

Qida sektoru

Qida sektoru dünyanın bir nömrəli investisiya sahəsi sayılır. Bu gün bu sektor ən qazanclı iş sahələrindən biridir. Əgər xidmətinizdə keyfiyyətə və müasirliyə əhəmiyyət verirsinizsə, dadlı yeməklər təqdim edirsinizsə bu sektorda yatırdığınız investisiyanı qısa müddət ərzində qazana bilərsiniz.
Azadlıq.az

“Starbucks” qaçqınları işə götürəcək – Donald Trampa etiraz


[r32]
“Starbucks” qəhvəxana şəbəkəsi ABŞ prezidenti Donald Trampın bəzi müsəlman ölkələrindən qaçqınların ABŞ-a girişini qadağan etməsinə etiraz olaraq, minlərlə qaçqını işə qəbul edəcəyini bəyan edib.

Trend-in məlumatına görə, bu barədə “Washington Post” xəbər verir.

“Starbucks” şəbəkəsinin icraçı müdiri Hovard Şultsun sözlərinə görə, dünyada 65 millyondan artıq insan BMT tərəfindən qaçqın kimi tanınır. O, vurğulayıb ki, “Starbucks” şəbəkəsinin biznesə sahib olduğu 75 ölkədə 10 minə yaxın qaçqın işə qəbul ediləcək
Azadlıq.az

Rəhbəri erməni olan YANDEKS TAKSİ şirkəti Bakıda… – Foto


[r32]
Milliyətcə erməni olan Tiqran Xudaverdiyanın başçılıq etdiyi “Yandeks.Taksi” şirkəti Azərbaycanda nümayəndəliyini yaradır. Rusiyada qeydiyyata alınmış “Yandeks.Taksi” şirkəti Azərbaycanda “Yandeks Azerbaijan” adı altında fəaliyyət göstərəcək. Bu şirkət artıq Bakıda işləməyə və personalı toplamağa başlayıb. “Yandeks.Taksi” şirkətinin bura gəlişi haqda yerli KİV-də məlumat gedib.

Azadlıq.az  xəbər verir ki, Bizimyol.info bu məlumatla bağlı araşdırma aparıb.

Məlum olub ki, “Yandeks.Taksi” şirkətinin baş direktoru erməni milliyyətindən olan Tiqran Xudaverdiyandır. Rəhbəri erməni olan bu şirkətin Bakıya gəlişinə bu sektorda çalışan və adının çəkilməsini istəməyən bir sahibkar münasibətini açıqlayıb. Onun sözlərinə görə, rəhbəri erməni olan şirkətin Azərbaycanda fəaliyyəti arzuolunmazdır:

Ola bilsin ki, dövlət qurumlarının bundan xəbəri yoxdur; araşdırma aparılmalıdır. Qarşıdan İslam Həmrəyliyi Oyunları gəlir. Ermənilərin rəhbərlik etdiyi bu şirkət Bakının xəritəsini, bütün məlumatlar toplusunu əldə edəcək və təhlükə törədə bilər. Bizi narahat edən məsələlərdən biri budur. İkinci məsələ isə odur ki, taksi xidməti sektorunda on minlərlə insan işləyir, ailəsinə çörəkpulu qazanır. İndi belə çıxır ki, Rusiya kimi bir ölkədən erməni milliyyətindən olan şəxsin başçılıq etdiyi şirkət gəlib bu xidmət bazarına daxil olacaq və yerli taksi şirkətlərinin qazancını əlindən alacaq, ən yaxşı halda, şərik olacaq”.

Sahibkar deyir ki, onsuz da bu sektor Azərbaycanda varlı bir sektor deyil:

“Çoxlu kiçik servislər açılıb, rəqabət həddən artıq yüksəkdir. Təsəvvür edin ki, qiymətlərin artan bir vaxtında avtomobillərin ehtiyat hissələri, yaşayış bahalaşır. Sürücülərimiz özlərini çətinliklə ayaqda saxlayırlar. Belə bir vaxtda 10 milyon əhalisi olan ölkəyə 140 milyon əhalisi olan ölkədən yeni biznes gəlir. Onlar Ukrayna, Ermənistan, Gürcüstanda və başqa ölkələrdə də nümayəndəliklərini açıblar. Bu qədər kapitalı yığıblar və balaca bir bazara gəlirlər. Sual yaranır ki, niyə? Ona görə ki, Azərbaycanda taksi şirkətləri ancaq Bakıda fəaliyyət göstərir. Rayonlarda taksilərin işləməsi kommersiya baxımından səmərəli deyil. Xarıci şirkət bu bazara müdaxilə edir. Üstəlik, bunun zirvəsində də erməni dayanır.

Onsuz da dolanışıq taksidə çox çətindir. Belə olan bir vəziyyətdə nəyə görə Azərbaycanda on minlərlə insan işləyən sektora rəhbəri erməni olan şirkət daxil olsun?! Biz indi əslində öz ölkəmizin sahibkarlıqla məşğul olan insanlarına kömək etməliyik. Onların vəziyyətinin yaxşılaşmasına çalışmalıyıq. Ancaq kənar bir qüvvə böyük kapitalla kasıb bir bazara daxil olur. Yerli şirkətlər olanda birimiz az, birimiz çox – yenə özümüz qazanırıq. Ancaq bu yeni şirkətin gəlişi, o deməkdir ki, bizim bazarda Tiqran Xudaverdiyan və onun rəhbərlik etdiyi şirkət də qazanacaq.

Bilirsiniz ki, xarici ölkələrdəki erməni diasporu Ermənistana, Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimə maliyyə dəstəyi verir. Tiqran Xudaverdiyan və onun kimi Rusiyada yaşayıb işləyən erməni iş adamlarının da belə bir dəstəkdə payının olduğunu istisna etmək mümkündürmü?! Təsəvvür edin ki, paytaxtımızın strateji obyektləri də daxil olmaqla, bütün xəritə onların əlində olacaq. Bu, ciddi məsələdir. Biz inanırıq ki, Dövlət Təhlükəsizliyi Xidməti, başqa hüquq-mühafizə orqanları bu məsələyə diqqət göstərəcəklər və araşdırma aparacaqlar”.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən portalın əməkdaşına bildirilib ki, məsələ ətraflı araşdırılacaq və nəticəsi haqda məlumat veriləcək.

Ayrıca aparılan araşdırmadan o da məlum olub ki, Bakıda Limon Taksi adı ilə yeni açılan taksi xidməti də artıq xəritə üzərində işləyir, şəhərin məhəllələrini, küçələrini, yollarını öyrənməklə məşğuldur, texniki işləri görür, sürücü toplayır.
Azadlıq.az

Beynəlxalq bank “İnter” klubuna sponsorluqdan imtina etdi


[r32]
Azərbaycan Beynəlxalq Bankı “İnter”lə bağlı qərarını açıqlayıb.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyəti “İnter” Peşəkar İdman Klubuna Bank tərəfindən sponsorluğun dayandırılmasına qərar verib. Bankdan “Report”a verilən məlumata görə, belə bir addımın atılmasında məqsəd yeni fəaliyyət mərhələsində olan ABB-də biznesin optimallaşdırılması və restrukturizasiya proseslərinin aparılmasıdır.
Bankın İdarə Heyətinin sədri Xalid Əhədov bununla bağlı bildirib: “Yeni strateji hədəflərinə uyğun olaraq idman sferasındakı fəaliyyətini məhdudlaşdırmaq ABB-yə öz xərclərinə qənaət etməyə, mövcud imkan və resursların, əsas fəaliyyət istiqamətlərinə, yəni, sırf bank-maliyyə sahəsinə cəlb olunmasına, beləliklə, Bankın dövlət dəstəyi ilə sağlamlaşdırılması tədbirlərinin daha effektiv şəkildə həyata keçirilməsinə imkan verəcək”.
Bu qərarla bağlı digər hüquqi-texniki məsələlər qanunvericiliyə uyğun şəkildə mərhələ-mərhələ öz həllini tapacaq. Belə ki, Bankın müvafiq qərarla əlaqədar müraciətinə uyğun olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) “İnter” klubunun cari mövsümün sonuna qədər oyunlarda iştirakı məqsədilə bütün lazımi işlər üçün öz dəstəyini verəcək. ABB “İnter” PİK-in təsisçisi kimi qalacaq və klubun idarəçiliyi idarəetmə müqaviləsi əsasında peşəkar komandaya ötürüləcək. Klub sponsor üçün açıq elan olunur. Kluba sponsorluq etmək istəyənlər bununla bağlı AFFA-ya müraciət edə bilər.
Qeyd edək ki, klubun lisenziyalaşdırılması çərçivəsində götürülmüş öhdəliklər (o cümlədən, lisenziyalaşdırma prosesi çərçivəsində nəzərdə tutulan maliyyə zəmanəti) ABB tərəfindən yerinə yetiriləcək.

* * *

Azərbaycan Beynəlxalq Bankı “İnter” futbol klubuna baş sponsorluqdan imtina edib.
Bu barədə “Report”a komandanın kapitanı Nizami Hacıyev məlumat verib. O bildirib ki, qərar təqribən bir həftə öncə onlara açıqlanıb.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 2004-cü ildən “İnter” klubunun baş sponsorudur.
Azadlıq.az

“Azərbaycan böhrandan çıxa bildi” -Ziyafət Əsgərovdan şok açıqlama


[r32]
“Dünyada iqtisadi böhran davam edir. Bunun mənfi nəticələri Azərbaycana az da olsa təsir etdi. Amma ölkəmiz bu böhrandan çıxa bildi”. “Report”un xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən “İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” adlı elmi-praktik konfransda deyib.

O bildirib ki, Azərbaycanda iqtisadiyyatın inkişaf etdirilməsində, möhkəmləndirilməsində gömrük orqanlarının əməyi böyükdür: “Gömrük sistemində təhlükəsizlik məsələsi çox mühümdür. Azərbaycanda bu sahədə xeyli işlər görülüb”.

Maraqlıdır, böhran necə başa çatıb ki, dolların məzənnəsi hər gün qalxır, qiymətlər hər gün bahalaşır. 100 minlərlə insan dollar kreditini verə bilmədiyi üçün əmlaklarını itirmək təhlükəsilə üzləşib. Bank sistemi çöküb. Minlərlə insan iş yerini itirib, ixtisarlar davam etdirilir. Bağlanan biznes obyektlərinin sayı gündən-günə artır və sair.

Yəqin ki, Ziyafət Əsgərovun bu açıqlaması ölkə rəhbərliyi üçün də yenilik olacaq. Hökumətdəkilərin də bu “tapıntıdan” şoka düşəcəyinə şübhə etmirik. Hər kəs böhranın təsirlərindən danışdığı, bu təsiri necə azaltmağlın yolları barədə fikirlər irəli sürdüyü bir vaxtda Ziyafət Əsgərovun Azərbaycanın böhrandan çıxdığını deməsini məntiqlə izah etmək çətindir. Yəqin Ziyafət müəllimin özünün vəziyyəti yaxşılaşıb.

Onun gömrük orqanlarına təriflər yağdırmasının isə yəqin ki, ÖZƏL səbəbləri var.
Azadlıq.az

Müəmmalı milyonçu ilə bağlı şok ittiham! – “Hacı Məmmədov lazımdır ki, bunların qulağını kəssin!” – VİDEO

“Eldar Mahmudovun oğluna Moskva şəhərində böyük bir mənzil bağışlayıb”

[r32]
“Real MTK”-nın keçmiş təsisçisi, iş adamı İlham Qasımovun həbsindən təxminən 2 ay keçsə də, məsələ KİV-lərin və ictimaiyyətin diqqət nərkəzində qalmaqdadır. İş adamının yaxınlarının media vasitəsilə ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına ünvalanan müraciətlərində yer alan sensasiyalı faktlar, iddialar ötən il noyabrın 30-da 15 il müddətinə azadlıqdan məhrum edilən İlham Qasımovun həbsinin əsl səbəbinin heç də ittiham aktında əks edilənlər olmadığını düşünməyə əsas verir. Hər halda Qasımovun anasının, bacısının və vəkilinin saytımızda da dərc olunan müraciətlərində iş adamına qarşı həm istintaq zamanı, həm də məhkəmədə haqsızlıq edildiyi, onun sifarişlə həbsə alındığı bildirilir. Onlar adı “MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi keçən İ.Qasımovun heç bir günahı olmadığı halda həbsə alınmasını bu həbsin sifarişçilərinin iş adamının bütün əmlakını ələ keçirmək niyyətiylə bağlayırlar.

Sifarişçilərin isə Azərbaycan Respublikası Baş Prokurorluğunun Təşkilat-Analitik İdarəsinin rəisi, general Müqəddəs Sultanov və onun biznes şəriki, iş adamı Gülağa Tənha olduğu iddia edilir. Məhkəmə prosesinə sədrlik edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayevin isə bu sifarişi yerinə yetirdiyini, sahibkarı günahsız yerə həbsə aldığını söyləyirlər.

İlham Qasımov

General Müqəddəs Sultanov bu ittihamlarla bağlı susqunluğunu qorusa da, əsasən Rusiyada fəaliyyət göstərən, adı müxtəlif qalmaqallarda hallanan müəmmalı iş adamı-şair Gülağa Qəmbərov (Tənha) bəzi mətbuat orqanlarında İ.Qasımova qarşı müəyyən ittihamlar irəli sürüb.

Bununla bağlı “Real” MTK-nın keçmiş təsisçisi, iş adamı İlham Səfəralı oğlu Qasımovun anası Hacı Gözəl Cəfərova təkrarən mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə və ictimaiyyətinə müraciət ünvanlayıb. Bu dəfəki müraciətində G.Cəfərova oğlu İ.Qasımovun vaxtı ilə ortaqları olan general Müqəddəs Hətəm oğlu Sultanov və iş adamı Gülağa Məmi oğlu Qəmbərova qarşı bir sıra ciddi ittihamlar irəli sürüb. Gülağa Qəmbərovu (Tənha) “Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətə qarşı çıxan, müstəqil dövlət quruculuğuna mane olmağa çalışan “OMON” adlı bir qurumun lideri və maliyyələşdiricisi” kimi təqdim edən G.Cəfərova onun bir sıra Kütləvi İnformasiya Vasitələrində iş adamı İ.Qasımova, ailə üzvlərinə və vəkillərinə şər-böhtan atdığını bildirib.

Sensasion ittihamlarla dolu olan bu müraciəti, bəri başdan qarşı tərəflərin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bəyan etməklə, olduğu kimi təqdim edirik:

Gülağa Qəmbərov niyə “Albert Mixailoviç Umarov” oldu?

“Hörmətli redaksiya!
Əvvala sizlərə minnətdarlıq edirəm ki, bu günə qədər haqsızlığın, ədalətsizliyin, şər və böhtanın qurbanı olan ailəmizin və oğlum, iş adamı İlham Qasımovun səsinə səs vermisiniz. Bizim başımıza gələn müsibət o qədər böyük faciədir ki, ancaq yalan və şərin qurbanı olan insanlar bu müsibəti dərk edə bilərlər. Sizə etdiyim bu müraciət isə şər və böhtan qurbanı olan bir ananın fəryadıdır. Allah mənə ağbirçək vaxtımda müqəddəs ziyarətgah olan Kəbə evini ziyarət etməyi nəsib edib. Bunun üçün də ədalətli danışmağı özümə borc bilirəm. İş o yerə çatıb ki, oğlumu şərləyib həbs etdirən general Müqəddəs Sultanov və Gülağa Qəmbərov müxtəlif adamlar və pravdainfo.az, tezadlar.az və bu iki böhtançı cütlüyün qohumuna məxsus olan azpress.az saytları vasitəsi ilə bizim ailəmizə, oğlum İlham Qasımovun vəkillərinə, oğlumun ailəsinə və hətta mənə, ağbirçək bir anaya qarşı şər və böhtan kampaniyası aparırlar.

Gülağa Qəmbərovu tanıyanlar yaxşı bilirlər ki, bu adam vaxtı ilə – 1993-1994-cü illərdə “OMON”-un rəhbər şəxslərindən biri kimi dövlətə və xalqına silah qaldıranlardan, dövlət çevrilişinə cəhd etmişlərdən birisidir. “OMON” adlı bir qurum tərkisilah olduqdan, liderlərdən biri – R.Cavadovun ölümündən sonra həmin gecə gizli yolla Azərbaycanı tərk edərək, qaçmışdır. Qorxu hissi keçirən G.Qəmbərov adını və soyadını dəyişərək, Albert Mixailoviç Umarov adı altında sonradan birdən-birə milyoner kimi ortaya çıxdı.

“Gülağa Qəmbərov Eldar Mahmudovun oğluna Moskvada mənzil bağışlayıb!”

Ortaya çıxmaqda ona yardımçı olan isə sabiq Mili Təhlükəsizlik naziri Eldar Mahmudov, MTN-nin idarə rəisi, general Akif Çovdarov və hazırda dövlət məmuru olan general M.Sultanov olub. Onların dəstəyi ilə Azərbaycanda öz fəaliyyətini davam etdirməyə nail olub.

G.Qəmbərov Eldar Mahmudovun ən yaxın adamlarından biri olub. O, Eldar Mahmudovun oğluna Moskva şəhərində böyük bir mənzil bağışlayıb. Bundan sonra Eldar Mahmudov onun Azərbaycana girişinə icazə verib. G.Qəmbərovun Eldar Mahmudovla işbirliyi açıqlansa bir çox həqiqətlər ortaya çıxar. Lakin kimsə bu əlaqələrin ortaya çıxmasını yasaqlayır.

Müəmmalı məqamlardan biri də budur ki, o, biznes fəaliyyətində Albert Mixailoviç Umarov kimi, məhkəmə şikayətlərində isə Gülağa Qəmbərov kimi tanınır. Dediyinə görə “Allaha bir köynək yaxın olan insan” Albert Mixailoviç Umarovdu, yoxsa Gülağa Məmi oğlu Qəmbərov?

Mətbuat vasitəsilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən G.Qəmbərovun, yəni Rusiyada Albert Mixailoviç Umarov kimi qeydiyyatda olan bu insanın tam kimliyi haqqında bizə məlumat verməsini xahiş edirəm.

“Müqəddəs Sultanov və Gülağa Qəmbərov oğlumun əmlakına göz dikiblər”

Oğlum, iş adamı İ.Qasımov onların məqsədlərinin heç də yaxşı olmadığını bildikdən sonra “Real” MTK-dakı payının 10%-ni general M.Sultanovun həyat yoldaşı Təranə Novruz qızı Əliyevanın adına, 45%-ni isə G.Qəmbərovun sonuncu arvadı Şəhla Əliağa qızı Rüstəmovanın adına keçirmişdir.
Lakin G.Qəmbərov oğlumun yaxasından əl çəkmədi və hələ də əl çəkmək istəmir. Çünki oğlum onun və havadarı, Baş Prokurorluğun idarə rəisi general Müqəddəs Sultanovun çirkin əməllərinə alət olmaq istəmədi. General M.Sultanov və G.Qəmbərov oğlum İ.Qasımov barəsində işin Apellyasiya Məhkəməsinə verildiyini bilərək, öz qara fikirlərindən əl çəkmədən yenidən bizlərdən mal-mülkümüzü tələb edirlər. Tamahlarına sahib çıxa bilməyən cütlük oğluma sifarişlə verdirtdikləri 15 illik həbs qərarının quvvədə qalması üçün əllərindən gələni edirlər.

Dövlət məmuru M.Sultanov və hazırda cinayət axtarışında olan G.Qəmbərovun birgə hazırladıqları ssenari ilə mülki işi cinayət işinə cevirərək, insan həyatının onlar üçün nə qədər uçuz olduğunu subut ediblər. Və indi də oğlumun həyatını məhv etməyə çalışırlar.

General M.Sultanovun diktəsi ilə G.Qəmbərovun arvadının şikayət edərək ailəmizdən tələb etdiyi puları, indi G.Qəmbərov özü tələb etməyə başlayıb. Bununla bağlı şikayət verib. Bunu necə başa düşək? Ortaqların şəriklikdə ünvanlı xərclənən pulları tələb etmələri yalnız onların tamahkarlığı ilə bağlıdır.

General M.Sultanov və G.Qəmbərov özlərini oğlumun biznes şərikləri kimi deyil, düşməni kimi aparırlar. Bu da onunla bağlıdır ki, Müqəddəslə Gülağa oğlum İ.Qasımovun var-dövlətinə göz dikiblər.

Gülağa Qəmbərov niyə qanqster Hacı Məmmədovu arzulayır?

Bu yaxınlarda G.Qəmbərov öz qohumunun saytı olan azpress.az saytında bir video-müsahibə yayımlayıb. Həmin müsahibədə G.Qəmbərov Eldar Mahmudova “şərəfsiz, alçaq” deyir. Həmçinin həmin video yazıda özünü ağıllı sayan G.Qəmbərov insan oğurluğu ilə məşğul olan bir banda başçısı olan Hacı Məmmədova haqq qazandırır. Onun azadlıqda olmasını, yeni cinayətlər həyata keçirməsini arzulayır

Sual olunur, bütün bunları G.Qəmbərov niyə yada salır? Bu sözlər onun vaxtilə Hacı Məmədovla da yaxın olduğunu təsdiq edir. Eyni zamanda bu adamın cinayətkar aləmə münasibətini, əsl simasını ortaya çıxarır.

Gülağa Tənhanın “möminliyi: Ayrıldığı qadınlardan notariusda “halallıq kağızı” alır!


G.Qəmbərovun yaxın” dostu, onun Bakıda işlərini görən və oğlumun həbsində əsas rol oynayan “Odlar Yurdu” MTK-nın rəhbəri Orxan Bünyadzadənin atası Hacı İlqar Bünyadzadə onun haqqında “Təzadlar” qəzetində görün nə yazır. Sitat: “O, kiminə maşın alıb, kiminə ev bağışlayıb, kimin könlündən nə keçibsə həmin xanımın arzularını yerinə yetirib. G.Qəmbərov hər bir xanımından ayrıldığı zaman onun mehrini verib, ondan hallalıq alıb – hətta notarial qaydada belə bir məzmunda sənədlər də var: “Mən, (xanımın adı, soyadı, atasının adı), Qəmbərov Gülağa Məmi oğluna qarşı heç bir iddiam yoxdu və zəhmətimi ona halal edirəm”. Mən hələ elə bir mömin və imkanlı şəxs tanımıram ki, ayrıldığı xanımlardan belə notarial təsdiqlənmiş halallıq sənədi alsın.

Bu açıqlama “Təzadlar” qəzetində G.Qəmbərovun keçmiş arvadı, şahmatçı, 1983-cü il təvəllüdlü Zeynəb Məmmədyarova onun haqqında mətbuata biabırçı açıqlama verdikdən sonra təşkil olunmuşdu (Qeyd edək ki, G.Qəmbərovun təvəllüdü 1959-cu ildir. Xeyriyyəçi kimi özündən 24 yaş kiçik Zeynəb Məmmədyarovaya yaxınlaşıb, 1 il 6 ay evli olublar-red.)

Gülağa Qəmbərov neçə dəfə evlənib-boşanıb?

Dostu hacı İlqar Bünyadzadənin dili ilə G.Qəmbərov özünü bu şəkildə biabır etdi. Özünə “Allaha yaxın olan adam” deyən Albert Mixailoviç Umarov, yəni G.Qəmbərov öz dini əxlaqını bu şəkildə ortaya qoydu. G.Qəmbərov özünün neçə dəfə evlənib boşanması ilə bağlı mətbuata məlumat verə bilərmi? Yəqin ki, verə bilməz.

Məndə olan məlumata görə hazırda G.Qəmbərov son həyat yoldaşı, 1990-cı il təvəllüdlü Şəhla Rüstəmova ilə də boşanır. Buna görə də Gülağa Tənha Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, oğlumdan müsadirə olunaraq “Real” MTK-nın payçısı Şəhla Rüstəmovaya ödəniləcək olan məbləğin ona ödənilməsi ilə bağlı iddia qaldırıb.

General Müqəddəs Sultanov və Gülağa Qəmbərov birləşərək…

General Müqəddəs Sultanov və vaxtilə dövlətə qarşı çıxan Gülağa Qəmbərov birləşərək, oğlum İ.Qasımovun var-dövlətinə, mal-mülkünə və biznesinə bilərəkdən əl uzadaraq, ona qeyri-qanuni 15 il azadlıqdan məhrumetmə cəzası verdirdilər.

Möhtərəm Prezidentimiz dəfələrlə çıxış edərək söyləyib ki, sahibkarlığın inkişafına mane olanlar xalqa və dövlətə xəyanət etmiş olurlar. Məqamı çatmışkən xatırladım ki, general M.Sultanov dövlətimiz tərəfindən ona verilən vəzifə və ali rütbə ilə kifayətlənmədiyi üçün özəl sektorlara əl uzadır. Dövlət başçımızın ideya və fikirlərinə qarşı çıxan dövlət məmuru, general M.Sultanov hələ də öz hegemon qərarlarından əl çəkmir.

Mən bir ana kimi bütün məsuliyyətimlə bildirirəm ki, oğlum, iş adamı İ.Qasımovun cinayət işinin aparılması general M.Sultanovun tapşırığı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, M.Sultanovun yaxın qohumu Zeynal Ağayevə bilərəkdən verilmişdir. Çünki hakim Zeynal Ağayev tapşırıqla hökm oxuyan tanınmış bir hakimdir. General M.Sultanov kimi qanunlarımızı yox, sifarişləri nəzərə alaraq hökm oxuyur. Səbəbini belə izah etmək olar.

“Gülağa Qəmbərov həbsxanaya – oğluma xəbər göndərib…”

Oğlum İlham Qasımovdan gələn son xəbərdə bildirilir ki, Gülağa Qəmbərov həbsxanaya – oğluma xəbər göndərib. Deyib ki, şəxsi acığını soyutmaq üçün İlham Qasımova 15 il həbs cəzası verilməsini o təşkil edib. Gülağa Qəmbərov oğluma yolladığı xəbərdə həmçinin bildirib ki, hakim Zeynal Ağayev dövlət ittihamçısının istəyinə uyğun olaraq, İlham Qasımova 13 il cəza kəsməyi düşünürmüş.

Hökm elan olunmamışdan əvvəl Gülağa Qəmbərov ilə birlikdə şam edən hakim Zeynal Ağayev özü bunu Gülağa Qəmbərova bildirib. Bundan sonra isə G.Qəmbərov hakim Zeynal Ağayevə 50 min manat verərək, ondan oğluma 15 il cəza verilməsini istəyib. Və onun bu istəyi də yerinə yetirilib.

Bir daha xatırladıram ki, bütün bunları G.Qəmbərov özü həbsxanada olan oğluma göndərdiyi xəbərdə etiraf edib.

Prezidentimizə inanıram, bu işə ədalətlə baxacağına ümid edirəm!
Mən onu da qeyd etmək istəyirəm ki, mənim yaxınlarım və oğlumun vəkilləri tərəfindən Prezidentimiz cənab İlham Əliyevə, Baş prokuror Zakir Qaralova, Ədliyyə naziri Fikrət Məmmədova və Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova etdikləri müraciətlərdən sonra Bakı Apellyasiya Məhkəməsinin bu işə ədalətlə baxacağına ümid edirəm.

Mən Prezidentimiz İlham Əliyev cənablarının humanist addımlarına və haqq-ədalətin şərin üzərində qələbə calacağına inanıram!
Hörmətlə, Hacı Gözəl xanım Cəfərova”

Xatırladaq ki, son günlər ölkə mediasının gündəmində olan və ötən ilin ən qalmaqallı həbslərindən biri kimi xarakterizə olunan “MTK-Real” MTK-nın keçmiş təsisçisi, iş adamı İlham Qasımovun barəsində 2016-cı ilin 30 noyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev tərəfindən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilib. İş adamının adı “MTN işi” çərçivəsində Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində zərərçəkən kimi keçsə də, özü hazırda həbsdədir. Onu da qeyd edək ki, dövlət ittihamçısı məhkəmədən İlham Qasımovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, hakimi Zeynal Ağayev təqsirləndirilən İlham Qasımovu daha ağır cəzaya, 15 illik həbs cəzasına layiq görüb. Hazırda qarşı tərəf Apellyasiya şikayəti verib və işə yaxın zamanlarda Bakı Apellyasiya Məhkəməsində baxılacaq.(AzPolitika.info)

P.S. Bəzi məlumatlara görə, Gülağa Qəmbərov 2 gün əvvəl – yanvarın 22-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakı aeroportunda saxlanılıb.

Məmmədovlar əmlakdan imtina edir – Nazir oğlu ofisini satışa çıxartdı


[r32]
Bir zamanlar Azərbaycanın ən qüdrətli nazirlərindən biri olan ancaq fəaliyyətində yol verdiyi bir sıra nöqsanlara görə “qara siyahı”ya düşən nəqliyyat naziri Ziya Məmmədovun vəziyyəti ürəkaçan deyil. Bu barədə məlumatlı mənbədən bildirilib. Xəbərə görə, nazir kimi səlahiyyətləri əlindən alınan Ziya Məmmədovun bəxti son zamanlar biznesdə də gətirmir.

Belə ki, nazirin oğlu Anar Məmmədovun rəhbərlik etdiyi “Qarant” Holding iflas dövrünü yaşamaqdadır. Artıq “Qarant” Holding öz mülklərini satışıa çıxarıb. “Qarant” Holding bir müddət öncə “Bakı” futbol klubunun rəhbəri Hafiz Məmmədovla şəriklikdən ayrılan zaman və xüsusən də “Bank of Azerbaijan” məsələsinə son verərkən, külli miqdarda borca girib. Buna da səbəb isə bankın müşətrilərin depozitlərini qaytarmaqla bağlı olub. Borc “Qarant” Holdqinin zəmanəti ilə götürülüb və sonradan həmən borcu qaytarmaqda problemlər yaranıb. Nəticədə Holdinq Rəşid Behbudov küçəsindəki baş ofisini satışı çıxarmalı olub. O holdinqin baş ofisini 60 milyon dollara dəyərləndirsə də, borc sahibi ofisi 25 milyonla razılaşaraq almalı olub.

Onu da qeyd edək ki, Anar Məmmədovun belə bir vəziyyətə düşməsinə səbəb təkcə “Bank of Azerbaijan” məsələsi deyil, ortada digər amilləri də var. Artıq onun başı üzərində “qara bulud”lar dolaşmaqdadır. Borcunu qapada bilməyən Anar Məmmədov digər obyektlərini də satışıa çıxarıb. Bunlar sırasında Quba rayonunda şirkətə məxsus “Rixos” oteli də var. Borc sahibi binanı tam bəyənməsə də, aşağı qiymətə almağa razılıq verib.

Bundan əlavə olaraq, holdinqin Goranboy rayonunun Goran ərazisisndə inşaat materilları zavodu, Bərdə və Yevlaxdakı obyektlərini ucuz qiymətə satışa çıxarmalı olub.

Əldə etdiyimiz son məlumata görə, H.Əliyev prospektində tikilən Trump otel də satışa çıxarılıb. Məhz ona görə də onun adı bu yaxınlarda dəqişdirilib və “Trump”ın adı hotelin üzərindən götürülüb.

Qeyd edək ki, Anar Məmmədovun Amerika prezidenti seçilən Donald Trampla işbirliyinin olması məmmədovların yenidən dirçələcəyinə dair müəyyən ümidlər yaratmışdı. Amma ABŞ-ın yeni liderinin Azərbaycanla biznesinə son verməsi bu umidləri qırdı. Oğul Məmmədovun Trampın inaqurasiyasına qatılmaması də Ziya Məmmədov üçün ABŞ-dan gələcək hər hansı bir dəstəyin imkansız olduğunu ortaya çıxardı.

Baxmayaraq ki, bəzi “kuluarlar”da Ziya Məmmədovu “Tramp” deyə adlandıranlar da var idi…(gununsesi.info)

Bakıda biznes mərkəzindəki güllələnmənin – SƏBƏBİ


[r32]
Dünən Bakının mərkəzində, metronun “Xətai” stansiyasının yaxınlığındakı “Demirchi Tower” biznes mərkəzində iş yoldaşı tərəfindən güllələnərək öldürülən 1993-cü il təvəllüdlü Ağalı Əli Valid oğlu doğulduğu Masallı rayonunda dəfn edilib.

Azadlıq.az lent.az-a istinadən xəbər verir ki, 24 yaşlı Ə.Ağalının cənazəsi bu gün səhər Masallının Şərəfə kəndinə gətirilib və günorta saatlarında kənd qəbiristanlığında dəfn edilib.

Kənd sakinləri mərhumun ailəsini müsbət xaraterizə ediblər və mömin nəsil olduqlarını, atasının və bir çox qohumlarının Həcc ziyarətində olduğunu deyiblər.

Bu arada qətl hadisəsinin təfərrüatları da məlum olub. Qətldən bir gün əvvəl İraq Hava Yollarının Bakı nümayəndəliyinin sürücüsü, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu ilə həmin şirkətin meneceri Əli Ağalı arasında mübahisə yaranıb. Mübahisə hər iki şəxs şirkətə məxsus avtomobillə aeroporta gedərkən baş verib. Aeroportda Ə.Ağalı sürücüyə vitrinin arxasına keçməklə bağlı irad bildirib və tərəflər arasında münasibət daha da kəskinləşib. Özündən yaşca 4 yaş kiçik iş yoldaşının ona olan münasibətini qəbul edə bilməyən E.Bəşirov mübahisədən bir gün sonra, yəni dünən işə gələrkən evdən özünə məxsus olan və ov tüfəngi kimi rəsmi qeydiyyatdan keçmiş “Vinçester” markalı silahını götürüb. O, ofisdə Ə.Ağalıya yaxınlaşaraq bir neçə dəfə atəş açıb. Başından güllə yaraları alan 24 yaşlı Əli hadisə yerindəcə keçinib.

Hadisədən sonra E.Bəşirov silahını götürərək polis bölməsinə gedib və təslim olub.
Azadlıq.az

İbrahimovlar deputatı da atıb” – İqbal Məmmədovun mühafizəçini döyməsinin təfərrüatları


[r32]
Milli Məclisin üzvü İqbal Məmmədovun vətəndaşı döyməsi barədə olayın Gununsesi.info tərəfindən işıqlandırılması ölkədə böyük rezonansa səbəb olub. Sosial şəbəkələrdə minlərlə insan millət vəkilini sərt ifadələrlə tənqid edib.

Xatırladaq ki, olay Bakının Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında baş verib. Belə ki, həmin ünvanda “Sahil-D” Company şirkətinin inşa etdiyi yaşayış binasına daxil olan deputat orada mənzilinin olduğunu iddia edərək, həmin mənzil üçün qapı gətirdiyini bildirib. Lakin mühafizəçinin onun qarşısını kəsməsi və mübahisəli məzilə görə icraçı direktoru gözləməyə dəvət etməsi sonda onun özünün deputat tərəfindən döyülməsinə səbəb olub.

Gununsesi.info deputat İqbal Məmmədovun yaratdığı qalmaqalın təfərrüatlarını öyrənib.

Araşdırmamız zamanı problemin səbəbkarı Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun biznes fəaliyyəti ilə məşğul olan qardaşı Sahib İbrahimovun olduğu bəlli olub. Belə ki, Sahib İbrahimov bir neçə il əvvəl “Karl Marks” adlandırılan ərazidə yüksək mərtəbəli bina inşa etdirib. Sonradan uçurulan həmin bina İbrahimov qardaşlarına məxsus “STS” adlı şirkət tərəfindən inşa olunub. Kərpic müqabilində Sahib İbrahimov deputat İqbal Məmmədova həmin binadan mənzil verib.

Xatırladaq ki, uçurulandan sonra oradan mənzil alan bir çox şəxslər Sahib İbrahimov tərəfindən aldadıldıqlarını, yeni mənzillə təmin olunmadıqları barədə müxtəlif ünvanlara şikayətlər etmişdi.

Deputat İqbal Məmmədovu da “atan” Sahib İbrahimov ona Bakının Xətai rayonun Fəzail Bayramov 11/56 ünvanında mənzil verəcəyinə dair vəd verib. Baxmayaraq ki, bu ünvanda binanı Sahib İbrahimova heç bir aidiyyatı olmayan “Sahil-D” Company inşa edib.

Sahib İbrahimovla deputat arasındakı qalmaqal isə DİN rəhbəri Ramil Usubova qədər gedib çıxıb. Deputat Sahib İbrahimov tərəfindən aldadılması barədə Ramil Usubova şikayət edib. Öz növbəsində isə DİN rəhbəri millət vəklinə yazdığı cavab məktubunda bu məsələlərlə bağlı Baş Prokurorluğun Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsində cinayət işi olduğunu yazıb.

Bununla da məlum olub ki, Sahib İbrahimov barəsində cinayət işi açılıb.

Xatırladaq ki, Sahib İbrahimov bu yaxınlarda Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən saxlanılmışdı. Buna səbəb onun 1.5 milyon manat dövlətə olan vergi borcunu ödəməməsi idi. Ancaq sonradan “yuxarıdan” gələn zənglə azad edilən iş adamı vergi borcunu ödəyəcəyinə dair öhdəliyə də imza atıb.

Ümumiyyətlə, Sahib İbrahimov Azərbaycanda ən qalmaqallı, adı müxtəlif maxinasiyalarda hallanan şəxslərdən biri kimi tanınır.

Onun digər qardaşı Hacı İbrahim Nehrəmli isə Beynəlxalq Banka olan külli miqdarda borcuyla gündəmə gəlmişdi.
Azadlıq.az

“Nazirin evini təmir edib, pulunu Vidadi Zeynalovdan aldım” – Əli Abbasovun qaynı


[r32]
Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun qaynı Elçin İbrahimov “Rabitə işi” üzrə istintaqa verdiyi ifadənin məzmunu bəlli olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yekunda ittiham aktına əlavə edilməyən və adı şahidlər siyahısına salınmayan E.İbrahimov nazirin və nazir müavinlərinin evini təmir etməsindən danışıb.

E.İbrahimov ötən ilin noyabrın 18-də Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində dindirilib. O ifadəsində bildirib ki, əvvəllər müxtəlif dövlət qurumlarında işləsə də, 2002-ci ildən bizneslə məşğuldur: “Fərdi olaraq tikinti işləri ilə məşğul olurdum. Rabitə naziri Əli Abbasovun qaynıyam. Qardaşım Emin İbrahimov isə “Azərbaycan Beynəlxalq Bankı”nın Departament müdiridir. “Qafqaz-S İnşaat” MMC-nin rəhbəri Qorxmaz Həziyevi 2002-ci ildən tanıyıram. Qorxmaz Həziyev əvvəllər Beynəlxalq Bankın tikinti işlərini görüb, onu da qardaşım Emin İbrahimov vasitəsilə tanımışam.

Mən də tikinti işləri ilə məşğul olduğum üçün Qorxmaz Həziyevin briqadasından istifadə edirdim. Nazir Əli Abbasovun və digər dostlarımın tikinti işlərini görəndə Qorxmaz Həziyevdən xahiş edirdim, o da mənə usta və fəhlə verirdi. Bu səbəbdən Qorxmazla dost olmuşduq. Mən Əli Abbasovun, İltimas Məmmədovun və Elmir Vəlizadənin evlərini təmir etmişəm, təmir üçün material və usta pullarını da Vidadi Zeynalovdan almışam. Bu işləri görəndə Qorxmaz Həziyevdən tez-tez kömək üçün usta aldığıma görə hamı elə bilir ki, “Qafqaz-S İnşaat” MMC mənimdir. Amma mənim o şirkətə heç bir aidiyyatım yoxdur”.

Müstəntiq bildirib ki, 2009-2015-ci illər ərzində “Aztelekom” MMC-dən “Qafqaz-S İnşaat” MMC-yə 16 milyon 178 min manat pul köçürülüb. Həmin şirkət “Aztelekom”un və “Azərpoçt” MMC-nin bütün tender və kotirovkalarında qalib elan olunub. Qeyd edilən illər ərzində “Azərpoçt” MMC-dən həmin şirkətin hesabına 2 milyon 862 min 369 manat pul köçürülüb.

E.İbrahimov bu faktlar barəsində heç bir məlumatı olmadığını və hər hansı bir söz deyə bilməyəcəyini deyib.

Qeyd edək ki, İltimas Məmmədov və Elmir Vəlizadə nazirin müavini olublar, hazırda da vəzifələrində qalırlar.
Azadlıq.az

AZAL-a yeni rəqib yaradılır – Əsgərovun monopoliyasına son qoyulacaq


[r32]
Rəqabətin gücləndirilməsi və uçuşların sayının artırılması, xüsusən qısaməsafəli məntəqələrə təyyarə biletlərinin qiymətininin aşağı salınması, aşağıbüdcəli (“lou-kost”) hava nəqliyyatı şirkətlərinin fəaliyyəti üçün əlverişli mühit formalaşdırılacaq. APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əksini tapıb. Xəritədə göstərilir ki, yaradılmış mühitdən, eləcə də müəyyən istiqamətlər üzrə dövlət tərəfindən təklif edilən müvəqqəti stimullaşdırıcı tədbirlərdən maksimum şəkildə yararlanmaq məqsədilə aşağıbüdcəli milli hava nəqliyyatı şirkətinin yaradılması nəzərdən keçiriləcək.

Ölkədə fəaliyyət göstərən və “Azərbaycan Hava Yolları” QSC-nin tərkibində və ya ayrıca şirkət (paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxs) kimi təsis edilmiş aşağıbüdcəli hava nəqliyyatı şirkətinin yaradılması və həmin şirkətə hava limanından istifadə üzrə aşağı rüsumların tətbiqi, eyni zamanda, Azərbaycanı hava yolu şirkətləri üçün daha cəlbedici etmək məqsədilə sektorlar üzrə islahatların aparılması və stimullaşdırıcı mexanizmlərin tətbiqi də nəzərdən keçiriləcək.
Standartlaşdırma əsasında daşınan əmlaka investisiya qoyuluşu xərclərini azaltmaq məqsədilə beynəlxalq Keyp Taun Sazişinin imzalanması bu fəaliyyətin tərkib hissəsi kimi dəyərləndiriləcək. Bundan əlavə, gömrük və vergi rejimi rəqabətin gücləndirilməsində əsas amil kimi qiymətləndiriləcək.

Bu istiqamətdə tədbirlərin səmərəli şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Dövlət Mülki Aviasiya Administrasiyası aviaşirkətlərin sayının artırılmasını hədəf kimi müəyyən edəcək, bu məqsədlə beynəlxalq tərəfdaşlar ilə birlikdə işçi görüşlər keçirəcək və həmin görüşlərdə region üzrə aşağıbüdcəli özəl və milli aviaşirkətlərin də iştirakını təmin edəcəkdir. Dövlət Mülki Aviasiya Administrasiyası eyni zamanda hava nəqliyyatı şirkətləri tərəfindən uçuşların sayının artırılmasına mane olan amilləri müəyyən edəcək və aidiyyəti dövlət qurumları, eləcə də Turizm Şurası ilə birlikdə həmin çətinliklərin aradan qaldırılması ilə bağlı birgə fəaliyyət planı işləyib hazırlayacaq.

Dövlət Mülki Aviasiya Administrasiyası yüksək mənfəət gətirmək potensialına malik olan, lakin başlanğıc dövr üçün marketinq dəstəyi və vergi güzəştlərinə ehtiyacı olan bəzi istiqamətlərin də açılmasını stimullaşdıracaq. Qurum, həmçinin sektor üzrə biznes mühitini və stimullaşdırma strukturunu dəyərləndirəcək, onların təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görəcək.
Azadlıq.az

YAP-çı Deputatlar xalqı qənaət etməyə çağırdı! + VİDEO

“Ayağını yorğanına görə uzat. Azdırsa, az ye, çoxdursa, çox ye”

[r32]
Ölkədə kommunal xidmətlərin bahalaşması, manatın ucuzlaşması fonunda yaranmış sosial-iqtisadi problemlər ölkə mediasının əsas müzakirə mövzularından biridir. Son zamanlar hakim partiya funksionerlərinin çıxışlarında isə problemin həllinə dair çağırışlardan daha çox xalqa mesajlar verilir.

Sən demə, Azərbaycan xalqı çox yeyəndir və israfçıdır. Bunu əllərində bayraq edən deputatlar xalqa ayağını yorğanına görə uzatmağı, xərcləri azaltmağı tövsiyyə edir. Gununsesi.info xəbər verir ki, belələrindən biri də YAP Xətai Rayon Təşkilatının sədri, deputat Hüseynbala Mirələmovdur.
Bu şəxs millət vəkili olmaqla yanaşı həm də qanunsuz bizneslə məşğuldur. Kifayyət qədər geniş maliyyə imkanlarına malik olan Hüseynbala Mirələmov xalqın böhrandan zəiyyət çəkməməsi üçün məsləhət verib:
“Ayağını yorğanına görə uzat. Azdırsa, az ye, çoxdursa, çox ye. Adamlar var ki, ət, balıq, çörək yemir ki, formada qalsın. Demək istəyirəm ki, çox yemək insanı tez qocaldır. Az yemək lazımdır”.
Xalqı arırlamağa çağıran deputatın özünün çəkisi kifayyət qədər çoxdur. Ona görə də elə bu tövsiyyəyə birinci onun özü əməl etsə yaxşı olar. Ölkə insanını isə düşündürən sadəcə gündəlik yaşam məsələsidir.

Deputat Çingiz Qənizadə isə bildirir ki, ailəmə mesaj verdim ki, yaxın iki il ərzində paltar alınmayacaq. Deputat qeyd edir ki, bu yaxşı üsuldur və başqalarına da məsləhət görür.

Amerikanın yeni prezidenti Donald Tramp kimdir?

tramp
Donald Tramp Amerikanın 45-ci prezidenti seçildi. Bu vaxta qədər o, mediamaqnat, yazıçı, “Trump Organization” tikinti konqlomeratının prezidenti, pullu oyun, kazinolar və hotel biznesində ixtisaslaşan “Trump Entertainment Resorts” şirkətinin yaradıcısı kimi tanınırdı. Bu gündən isə dünyanın superdövlətinin rəhbəri kimi bu adı ən azı 4 il eşidəcəyik.
***
ABŞ-da prezident seçkilərinin nəticələri məlum oldu.Azadlıq.azın məlumatına görə artıq Donald Tramp ABŞ-ın yeni prezidentdir. Tramp 289 əsas seçicinin səsini qazanıb. Bu da onun artıq qalib olması deməkdir.

Qeyd edək ki, ümumilikdə, ölkə üzrə 538 əsas seçici səs verir. Prezident seçilmək üçün 270 əsas seçicinin səsini qazanmaq kifayətdir.

Əhalinin səsverməsinin nəticələrinə görə, Tramp 40,5 milyon, Klinton isə 38 milyon amerikalının səsini toplaya bilib.

Respublikaçılar Senatda da böyük üstünlük əldə ediblər. Klinton və demokratlar böyük fiasko ilə üzləşiblər.

Amerikanın yeni prezidenti Donald Tramp kimdir?
ABŞ-ın yeni prezidenti Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatının Kuins şəhərində anadan olub. Donaldın ata tərəfindən baba və nənəsi alman immiqrantları olublar, ana xətti isə şotlandlara çıxır. Uşaqlıq illərində valideynləri onun enerjisini və özünə inamını lazımi istiqamətə yönəltmək ümidi ilə Nyu-York Hərbi Akademiyası adlı özəl internat məktəbə göndəriblər. Hərbi akademiya və biznes məktəbini bitirəndən sonra Donald atasının orta sinif üçün nəzərdə tutulan evlərin icarəsi sahəsindəki biznesinə kömək etməyə başlayır. Amma o, daha böyük işlərə qoşulmaq istəyirdi.

Daşınmaz əmlak və tikinti biznesi sahəsində fərasəti onu milyarder edir. Hətta Donald Trampın adı artıq neçə illərdir ki, daşınmaz əmlak biznesində uğur simvoluna çevrilib. Məşhur avtomobil, geyim, saat markaları kimi, “Tramp” sözü də daşınmaz əmlak bazarında əsl brend sayılır. İndi dünyada ona məxsus olan daşınmaz əmlakın və şirkətlərin sayı-hesabı yoxdur.

2011-ci ilin sentyabrında «Forbes» jurnalı Donald Trampın var-dövlətinin 2,9 milyard dollar həcmində olduğun açıqlayıb. Bu var-dövlətin böyük hissəsi daşınmaz əmlakdır. Ümumilikdə Trampa tamamilə və ya qismən məxsus olan daşınmaz əmlakların sayı 100-ə yaxındır. Bunlar böyük biznes və ofis mərkəzləri, kazinolar, restoranlar, bütöv binalar, göydələnlər və s.-dir.

Dünyanın “əmlak kralı” sayılan Donald Tramp təkcə inşaat sektorunda uğur qazanmayıb. Amerikalı biznesmen həm də televiziya və radioda məşhur sima və yazıçıdır. Tramp “Namizəd” realiti-şousunun icraçı prodüseri və aparıcısı olub. «Miss Kainat», «Miss ABŞ» və “Miss Teen USA” gözəllik müsabiqələrini keçirən “Miss Universe Organization” şirkətinin bir hissəsi Trampa aiddir.

Amma Trampı məşhurlaşdıran təkcə onun biznesi yox, ekstravaqant həyat tərzi və açıq ünsiyyət qurmaq bacarığıdır.

Müsəlmanları təhqir etməklə və başqa səs-küy salmış danışıqları ilə özünə “qalmaqallı siyasətçi” imicini qazandıran amerikalı milyonçu 3 dəfə evli olub, 5 uşağı var. Dünyanın ən nəhəng dövlətinin yeni birinci xanımı Melanya Tramp sloveniyalıdır və fotomodel olub.

Rövşən Lənkəranskinin qətlinin sifarişçiləri məlum oldu – Şok FAKTLAR

lenkeran
Rövşən Lənkəranskinin qətlinin detalları məlum olub. Cinayət işinin araşdırılması İstanbul prokurorluğunun müstəntiqləri ilə paralel Caniyevin kriminal fəaliyyətinin davam etdiyi Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən də araşdırılıb.

Bu barədə “Rosbalt”a Rusiyanın hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə məlumat verib. Mənbə bildirib ki, Rövşən Canıyevin İstanbuldakı qətli Rusiya Federasiyasının kriminal dünyasında güc bölgüsünə təsir etdiyi üçün onun ölümünün araşdırılması ilə bu ölkənin xəfiyyələri də məşğul olublar. Operativ əməliyyat yolu ilə onlar bu cinayətin üstünü praktiki olaraq açmağı bacarıblar.

Rusiyalı müstəntiqlərin ortaya çıxardığı faktlara əsasən Rövşən Lənkəranskinin qətlinin sifarişçiləri Moskvada qətlə yetirilmiş Canpolad Şamiloğlunun yaxınlarıdır .

Xatırladırıq ki, “göyərti kralı” Canpolad Şamil oğlu bu ilin yazında Moskvada naməlum killerlər tərəfindən güllələnmişdi.

Canpolad Şamiloğlunun qətli araşdırılarkən məlum olub ki, onun aradan götürülməsi üçün “qanuni oğru” R.Canıyevin qruplaşmasından iki killer cəlb olunub. O, Rövşən Caniyevin meyvə-tərəvəz bazalarını nəzarətə götürmək üçün başladığı kriminal müharibənin qurbanlarından biri olub.

Həmçinin xəfiyyələr aydınlaşdırıblar ki, Canpoladın aradan götürülməsi tapşırığını onunla münaqişədə olan Lənkəranski şəxsən veribmiş.

Canpolad Şamiloğlunun qohumları və və biznes şərikləri də öz araşdırmalarının gedişatında eyni nəticəyə gəlmiş və Lənkəranskidən qisas alınacağını bildirərək, barəsində ölüm hökmü vermişdilər.

Bu hökm 2016-cı il 18 avqust gecəsi yerinəyetrilib. Həmin gecə Canıyev İstanbul mehmanxanalardan birinin restoranında öz briqadasının üzvləri ilə bir araya gəlmişdi. O restorandan çıxıb oradan azca aralanandan sonra qatillər onun maşınını atəşə tutaraq deşik-deşik ediblər. Nəticədə “qanuni oğru” özü və onun sürücüsü funksiyalarını yerinə yetirən sinif yoldaşının öldürüldüyü bildirilir.

Azadlıq.az

Erməni nazirin Azərbaycanlı kriminal dəstəsi – “Bizim bəzi biqeyrətlərimiz də…”

ukrayna
Soydaşlarımıza sui-qəsdlərin gerçək səbəbləri…

Oktyabrın 3-də Ukraynanın Dnepropetrovsk şəhərində əslən Goranboydan olan Firuz İbrahimov adlı iş adamına sui-qəsd edildiyi xəbərinin yayılması və Azərbaycan mediasında da dərhal bu cinayətin sifarişçisi kimi, başqa bir goranboylu iş adamının – Nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müavini olan və indiyədək adı müxtəlif kriminal olaylarda hallandırılan Qulam Ələkbərovun göstərilməsi ictimai diqqəti yenidən Ukraynadakı soydaşlarımızın vəziyyətinə yönəldib…
Məlumat üçün bildirək ki, son iki il ərzində Ukrayna ərazisində yaşayan azərbaycanlı biznesmenlərlə bağlı iniyədək görünməmiş olaylar yaşanır: varlı azərbaycanlılar gah “naməlum qruplar” tərəfindən güllələnir, özləri və ya ailə üzvləri girov götürülərək sərbəst buraxılmalarının qarşılığında yüksək məbləğdə pulları əllərindən alınır; gah malik olduqları biznes obyektlərinə gecə basqınları təşkil edilir, əmlaklarına ziyan vurulur, oğurlanır; gah da naməlum şəraitdə və ya hansısa kiçik bir konfilikt səbəbindən qətlə yetirilir, davamlı sui-qəsdlərə məruz qalırlar…
Təkcə indiyədək mediada yayılan xəbərlərin ötəri statistikasını aparsaq, görərik ki, son iki ildə Ukraynada sırf azərbaycanlı iş adamlarına məxsus 12 böyük restoran yandırılıb, 10-dan çox bahalı avtomobil qaçırılıb, 20-dən çox nüfuzlu iş adamının özü və yaxud övladları ya oğurlanıb, ya sui-qəsdə məruz qalıb, 10-a yaxın azərbaycanlı isə elə küçədəcə nümayişkaranə şəkildə öldürülüb…

Və təbii ki, bu qanlı cinayətlərin əksəriyyəti də ört-basdır edilib, cinayətkarlar “tapılmayıb”, tapılanların arxasından isə adəti üzrə “azərbaycanlıların öz əlləri” çıxıb…
Ancaq Ukraynadakı soydaşlarımızdan biri son günlər yenidən aktuallaşan bu mövzuyla bağlı Strateq.az-ın əməkdaşına olduqca ilginc açıqlamalar verib.
Ukrayna ilə biznes əlaqəsi olan və bu səbəbdən də adının çəkilməsini istəməyən soydaşımız deyib ki, son 2 il ərzində azərbaycanlı iş adamlarına qarşı baş verən bütün bu cinayətlərin arxasında birbaşa və dolayısıyla əslində Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakov durur:

“Avakov gələnə qədər Ukraynada bu problemlərlə üzləşmirdik. Əkisnə, Ukrayna azərbaycanlı biznesmenlər üçün qazanmaq baxımından ideal məkanlardan sayılırdı. Ancaq Avakovun Daxili İşlər naziri təyin olunmasından sonra biz, faktiki olaraq, dövlət terroruyla üzləşmişik. Azərbaycanlı iş adamlarının öldürülməsi, oğurlanması, işgəncələrə məruz qalması, döyülərək əmlaklarının ələ keçirilməsi faktlarının hamısının arxasında Ukrayna polisinin əli var. Polisin içərisində “Avakovun dəstəsi” adlı xüsusi bir qrup yaradılıb. Bu qrupun işi sırf azərbaycanlı və türk biznesmenləri izləmək, onların fəaliyyətləri, əmlakları, sərvətləri, eləcə də ailə üzvləri barədə məlumatlar toplamaq və Avakovun özünə təqdim etməkdir. Bu informasiyanı bizə onların fəaliyyətindən xəbərdar olan gürcü dostlarımızdan biri verib və məqsəd də bizi xəbərdar etmək idi. Sonradan başımıza gələnlər onun məlumatlarını tam təsdiqlədi”.

Soydaşımızın söylədiyinə görə, Bakı ermənisi olan Avakov Ukraynanın Daxili İşlər naziri təyin ediləndən sonra Ukrayna polisində də bir neçə önəmli vəzifəyə, o cümlədən paytaxt Kiyev və vilayət polis idarəsinin rəisi vəzifəsinə erməni əsilli şəxsləri təyin edib, paralel olaraq da erməni diasporunun və kriminal aləmdəki “erməni mafiyası”nın Ukraynada fəaliyyətinə münbit şərait yaradıb:
“Son vaxtlar bu erməni polis rəisləri ciddi şəkildə Azərbaycandan qaçıb getmiş, barəsində cinayət işi olan və ya müxtəlif səbəblərdən Azərbaycana gələ bilməyən bəzi vətəndaşlarımızı, xüsusən də kriminal avtoritetləri öz tərəflərinə çəkməyə başlayıblar. Bizdə dəqiq məlumatlar var ki, Avakovun dəstəsi hansı “qanuni oğru”yla, onun adamlarıyla işbirliyindədir. Avakov, milli zəmində toqquşma yaratdığı nəzərə çarpmasın deyə, həmin azərbaycanlı kriminalların tapılıb ona verilməsini və onların əliylə cinayətlərin təşkilini tapşırıb. Təəssüf ki, bizim bəzi biqeyrətlərimiz də, guya, cinayət aləmindəki hansısa “qardaşlıq” prinsipinə əsaslanaraq, onların dəyirmanına su tökməklə məşğuldurlar. Ancaq biz dəqiq bilirik ki, Avakovun dəstəsi onları necə – hansı vədlərlə öz tərəflərinə çəkə, ələ ala bilib. Ukraynada artıq bir neçə gəlirli ərazi bölünərək, haqq yığılması işi həmin kriminal azərbaycanlılara tapşırılıb, onlar da birinci elə özümüzünkülərdən başlayıblar. Ən varlı azərbaycanlılar müəyyənləşdirilərək, onlara haqq qoyulub, verməyəcəkləri təqdirdə öldürüləcəkləriylə hədələnirlər. Hətta çox nümayişkaranə şəkildə də bir neçəsinə sui-qəsd təşkil ediblər ki, başqalarına da dərs olsun və tələb ediləni dinməzcə gətirib versinlər”.

Soydaşımızın söylədiyinə görə, baş verən bu cinayətlərin arxasında Avakovun durduğuna dair Ukraynada yaşayan azərbaycanlılar diaspora xəttiylə Ukrayna hakimiyyətini məlumatlandırmağa çalışıb, hətta bu ölkədə etiraz aksiyası da keçiriblər: “Biz – Ukraynadakı Azərbaycan diasporası Avakovun əməlləri barədə gürcü dostlarımızla birgə xeyli material toplayıb Ukrayna rəhbərliyinə çatdırmışıq, bu məsələdə lazımi materiallar ciddi şəkildə Ukraynada korrupsiyaya qarşı mübarizəyə girişmiş Odessanın qubernatoru Saakaşviliyə də verilib. Ancaq Avakov heç cür sakit dayanmır və o, indi bizim kriminalları qabağa verməklə, belə təəssürat yaratmağa çalışır ki, guya, elə azərbaycanlılar özləri bir-birini mal-mülk üstündə qırır. Ancaq Ukraynadakı azərbaycanlılar yaxşı bilirlər ki, bütün bu işlərin arxasında məhz Arsen Avakov durur”.

Soydaşımız onu da bildirib ki, əgər Ukrayna Daxili İşlər nazirinin bu özbaşınalıqlarına tezliklə son qoyulmasa, azərbaycanlı iş adamları pullarını və bizneslərini bu ölkədən çıxaracaqlar: “Bizi açıqca talayırlar. İndi Ukraynada elə vəziyyət yaranıb ki, ya biz illərlə vəsait, zaman tələb edib qurduğumuz biznesimizi, pullarımızı bu ölkədən çıxarmalı, ya da özümüzü qorumaq üçün Ukrayna hakimiyyətində güclü himayəçilər tapmalı, qazancımızı onlarla bölməliyik…”.
Mövzunu davam etdirəcəyik.(Strateq.az)

Nazir Yavər Camalovun biznesi çökür… – Böhran naziri də “vurdu”

yaver
Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun biznesi çökür. Nazirə yaxın qaynaqlardan Qaynar.info-ya daxil olan məlumata görə, xüsusilə qeyri-rəsmi şəkildə nazirə məxsus otel və restoranlar uzun müddətdir müştəri sarıdan korluq çəkir.
Qaynaqlarımız bildirirlər ki, Y.Camalovun Bakıda, Bakı ətrafında və bölgələrdə çox geniş biznes dairəsi var. «Aksessuar İnşaat» və «Çinar market» mağazaları, «Kral» şadlıq evi və bir neçə iaşə müəssisəsi, Səməd Vurğun küçəsindəki «Olimpik Star» idman kompleksi, «Ambasador» oteli və restoranı, «Niaqara» və “Qızıl Tac” restoranları müdafiə sənayesi nazirinin geniş biznes şəbəkəsinin çox az bir hissəsidir.
Belə ki, bundan əlavə, Yavər Camalov şəhərin mərkəzində böyük telefon mağazaları şəbəkəsinə də malikdir. Onun həmçinin “Modern”, “Şafran” kimi otellərin də qeyri-rəsmi sahibi olduğunu bilməyən yoxdur.
Sözügedən nazirin həmçinin Rusiyada vaxtilə aylıq dövriyyəsi bir neçə milyon dollara çatan, hazırda isə ciddi böhran keçirən otellər və restoranlar şəbəkəsi mövcuddur. Bu otel və restoranlar nazirin Bakıdakı eyni təyinatlı obyektlərinin adlarını (“Niaqara”, “Kral”, “Ambassador” və s.) daşıyırlar.
Son vaxtlar Azərbaycanda iqtisadi böhranın dərinləşməsi, manatın kəskin devalvasiyası, ölkəmizin gəlirlərinin ciddi azalması Yavər Camalovun biznesinə mənfi təsir edib. Onun restoranları ayın böyük hissəsini müştərisiz keçirir, otelləri isə boş qalıb. İş o yerə çatıb ki, müdafiə sənayesi nazirinin obyektlərinin bir çoxu aylıq xərclərini belə, ödəyə bilmir. Buna görə də həmin obyektlərdə işçilərin bir hissəsi ixtisar edilib.
Qaynaqlarımız vəziyyət bir az da belə davam edərsə, müdafiə sənayesi nazirinin otel və restoran biznesi iflasa uğrayacağını söyləyirlər.
Xatırladaq ki, Yavər Camalov 2006-cı ildə müdafiə sənayesi naziri təyin edilib. Həmin vaxtadək isə o, “Azneft” İstehsalat Birliyinin baş direktoru olub.
Məhz nazir təyinatından bir neçə il sonra Y.Camalov ölkənin ciddi oliqarxlarından birinə çevrilib, biznesini inanılmaz dərəcədə böyütməyi bacarıb
Azadliq.az

“Kamran Həsənlinın səs yazılarını ortaya çıxaracağıq”- Yeni ittihamlar

samir
Müğənni Samir Piriyevin aparıcı Kamran Həsənlidən poisə şikayəti əsasında açılan cinayət işi üzrə araşdırma davam edir. Samirin hüquqşunası Ruslan Əhmədoğlu açıqlama verərək istintaqla bağlı bəzi məqamlara aydınlıq gətirib.
O, K.Həsənlinin “pulu mənə deyil, Erhan Yılmaz adlı Türkiyə vətəndaşına verib” sözlərini yalan adlandırıb: “Samir və Kamran ilk dəfə bu biznes haqda danışanda ortalıqda Erhan adlı şəxs yox idi. Bu işin rəhbəri Kamran Həsənlinin bacısı Gülər Həsənli idi. Samirin də bütün sövdələşmələri, danışıqları Kamranın özüylə olub. Həmin məbləğ, yəni 115 min dollar ona Azərbaycanda verilib. Kamran şirkətin iflas etdiyini deyəndən sonra Samir ondan pullarını istəyib.
Kamran məsələdə Gülərlik bir şey olmadığını, pulları Erhan adlı bir şəxsə verdiyini deyib. Samir də qarşılığında onun üçün bunun əhəmiyyətsiz olduğunu, pulu faktiki olaraq Kamrana verdiyini xatırladıb. Kamran pulun 20 min dollarının qarşılığında Samirə öz avtomobilini verib. Bundan öncə də 15 min dollar verib. Şirkət iflas olubsa, Kamran da ziyan çəkibsə, bəs niyə avtomobilini Samirə verir?”.
Vəkil bunu sübut edən səsyazmaların olduğunu bildirib: “Burada önəmli bir qeyd edim ki, Samirlə Kamranın səsyazmaları məndədir. Bu gün rəsmi ərizə ilə həmin yazılar istintaqa təqdim ediləcək. Səsyazmasında Samir şəxsən verdiyi pulları tələb edincə, Kamran Həsənli birmənalı şəkildə “mən heç yerə qaçmıram, pulu verə bilməsəm də, evimi satıb verəcəyəm. Kamran yalan danışmağa davam etsə, biz daha cəsarətli səsyazılarını ortaya çıxaracağıq”.
R.Əhmədoğlu Samirin hadisədən bir neçə il sonra şikayət etməsini belə izah edib: “Bu illər ərzində Samir Kamranın “qurban olum, evimi, obyektimi satıb verəcəyəm” sözlərinə görə susub. Kamran dünənədək deyirdi ki, hamısı yalandı, ümumiyyətlə, cinayət işi açılmayıb…
Kamran işin mahiyyəti haqda danışsın… O vaxt Samir ona pul verəndə evini, maşınını satıb, özü kirayədə yaşayıb. Çünki düşünüb ki, bu işdən gəlir əldə edəcək”.

Müğənninin vəkili S.Piriyevin birinci həyat yoldaşının bu məsələdə maraqlı tərəf kimi adlandırılmasını doğru hesab etmir: “Samir 115 min dolları keçmiş həyat yoldaşı və öz sürücüsünün iştirakıyla təqdim edib. Kamran indi deyir ki, xanımla sürücü məsələdə maraqlı şəxslərdir. Amma onlar artıq maraqlı tərəf ola bilməzlər. Çünki bütün mətbuat bilir ki, Samir birinci həyat yoldaşı ilə məhkəmə çəkişmələri ilə ayrılıb. Münasibətləri heç də isti deyil. Nə bu gün, nə də o zaman… Rəsmi boşandıqları və münasibətləri gərgin olduğu üçün Samirin birinci həyat yoldaşı maraqlı tərəf kimi çıxış edə bilməz”.

R.Əhmədoğlu hazırda istintaqın gedişatından və işin yubadılmasından razı olmadıqlarını da bildirib: “Biz hazırda istintaqın gedişatı ilə razı deyilik. Bu işi əvvəl polis idarəsi araşdırıb, əgər müəyyən cinayət əməli olmasaydı, faktla bağlı cinayət işi açılmazdı. Amma iş yubadılır… Hansısa Türkiyə vətəndaşı məktub göndərib ki, pulu mənə veriblər. Çox gülməli haldır ki, Erhan adlı Türkiyə vətəndaşı Bakı şəhər prokuroruna ərizə ilə necə müraciyyət bilər? Hardan bilirdi müraciyyəti hansi vəzifəli şəxsin adına yazmalı idi? Bunlar hamısı K.Həsənlinin öz qurmalarıdı! Əgər bir nəfər etiraf edirsə ki, pul məndədir, o, ya istintaqa cəlb olunur, ya da gəlib şəxsən üzləşdirilir. Onda belə çıxır ki, istənilən vətəndaş borcu olduğu təqdirdə hansısa xarici ölkədən bir üçüncü şəxs tapıb, onun adından “pul məndədir” yazaraq məsuliyyətdən azad ola bilər? Belə bir şey yoxdur qanunvericilikdə. Samir Erhanı tanımadığı halda pulu ona necə verə bilərdi? Kamran pulun onda və Gülərdə olmadığını, Erhan adlı şəxsdə olduğunu deyəndə Samir Antalyaya gedərək ilk dəfə həmin adamla görüşüb. Ortada bu qədər fakt ola-ola, hansısa əsası olmayan bir məktub istintaqın işini dayandırıb. Nərimanov Rayon Polis idarəsinin İstintaq idarəsinin ləng işləməsindən narazıyıq. Samir qarşıdakı günlərdə bütün hüquq-mühafizə orqanlarına müraciət etməyi düşünür”.

Xatırladaq ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib. Daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Azadliq.az

Hüquqşünas Adəm Məmmədov; Bakıda prokuror özünün biznes şərikini həbs etdirib – “Video var…”

bıznes
Tanınmış vəkil Adəm Məmmədov daha bir səs-küylü cinayət işi üzrə müqavilə bağlayıb.

Moderator.az saytı xəbər verir ki, hüquqşünas bu barədə açıqlama verərək, işin Bakı şəhərində yerləşən prokurorlardan birinin şəxsi marağı ilə bağlı olduğunu qeyd edib:

“Araşdırma zamanı müəyyən olundu ki, hüquqlarını müdafiə etdiyim şəxsin həbs edilməsinə səbəb, Bakı şəhərində yerləşən rayon prokurorlarından birinin şəxsi marağı olub.

Belə ki, müvəkkilim sözügedən prokurorla biznes şərikliyində olub. Şərikli biznes (neft alqı-satqısı) baş tutmadığından müvəkkilim prokurora verdiyi külli miqdarda pulu tələb etdikdə Ələddin Qəhrəmanov sifarişli həbsə məruz qalıb”.

A.Məmmədov bildirib ki, həmin prokurorun müvəkkilinin külli miqdarda pulunu aldadaraq, ələ keçirməsi barədə video və səs yazıları mövcuddur:

Tezliklə bu barədə geniş açıqlama veriləcək”.
Azadliq.az

2 milyard mənimsəmiş kredit oliqarxı həbs olundu – Sabiq deputat dələduzluqda təqsirləndirilir

dünyamin
Sabiq millət vəkili Dünyamin Xəlilov həbs edilib.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, D. Xəlilov Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə bir müddət əvvəl barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. D. Xəlilov Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bakı İstintaq Təcridxanasından APA-ya bildirilib ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş D. Xəlilov fevralın 20-də təcridxanaya gətirilib.

Qeyd edək ki, sabiq deputat D. Xəlilovun Beynəlxalq Bankla bağlı cinayət işində adı keçir. “Globus Plaza”nın sahibi olan D. Xəlilov dələduzluqda təqsirləndirilir.

Məlumata görə, Dünyamin Xəlilov 1000-dən artıq sadə işçisinin adına kredit götürüb. Bura “Globus Plaza” biznes mərkəzində yerləşən “General Construction” MMC-nin işçiləri də daxil olub. Həmin şəxslər sadəcə işlərini itirməmək üçün kredit sənədlərinə imza atıblar. Onların çoxu kirayələrdə yaşayırlar, kasıb insanlardır.

Bir müddət əvvəl həmnin işçilər “AzPolitika”ya şikayət məktubunda bunları yazmışdılar: “Hörmətli redaksiya! Bizim sikayətimiz “Globus plaza”da yerləşən “General Construction” MMC-dəndir. Şirkət Cahangir Hacıyevə məxsus olsa da, onun idarə edilməsiylə sabiq deputat Dünyamin Xəlilov məşğul olurdu. Ancaq son 5 ayda işçilərə əmək haqqı verilməyib. Üstəlik, işcilərə hədə-qorxu gəlinərək, oz hesablarına 6 aylıq məzuniyyətə göndəriliblər. Şikayətlərə isə baxılmayıb . Hətta əmək müfəttişləri də qapıdan binaya buraxılmayıb.”
sabiq
Şikayətçilər yazırdılar ki, son ayların əmək haqqını verməyən sabiq deputat, üstəlik onları böyük bir bəlaya düçar edib. Belə ki, Dünyamin Xəlilov işçilərin adına milyonlarla ölçülən kredit alaraq mənimsəyib: “D.Xəlilovun, adına milyonlar yazdıraraq, alıb mənimsədiyi işçilər hələ də həbsdədirlər. Artıq işçilərin həbsinin 3 ayı tamam olur. Onlarla bağlı 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Şirkətin bütün isçilərinin Azərbaycanı tərk etməsinə qadaga qoyulub. D. Xəlilov hamının adına milyonlar yazib. Böyük qismini yeyib dağıdıb, özü üçün xaricdə çoxlu obyektlər alib”.

Məktub müəllifi Cahangir Hacıyevin sabiq deputat Dünyamin Xəlilovla birlikdə Beynəlxalq Bankın 100 milyonlarla dollar vəsaitini mənimsəmək üçün həyata keçirdikləri maxinasiya sxemini açıqlamışdı: “Saxta şirkətlər yaradılaraq, bütün sadə işçilərin hamısı formal olaraq, direktor kimi rəsmiləşdirilib. Və mən də daxil olmaqla, hamımızın adına Beynalxalq Bankdan böyük miqdarda kredit götürülüb. Adımıza ən azı 50 milyon manat borc yazılıb.
Bizə deyirlər ki, həbsdə olan Dünyamin Xəlilov pulu gətirəndə buraxacaqlar. Amma pul ümumi olaraq, 2 milyarda yaxındır, bunu işçilər necə qaytara bilər?”

Belə görünür ki, barəsində danışılan bu 2 milyardı geri qaytarmaq mümkün olmadığından, D.Xəlilov barəsində həbs qərarı verilib.

M.MƏMMƏDOV

Babayevlərin “biznes imperiyası” : Bakıdan Dubaya qədər əyləncə – FOTOLAR

babayev
Son vaxtlar mediada məmur və övladlarının dəbdəbəli həyat tərzləri tez-tez gündəmə gəlməyə başlayıb. İqtisadi böhran fonunda bu mövzu xüsusilə aktual görünür. Çünki indi az qala hər kəsi bir sual düşündürür: neftdən gələn milyardlar hara və necə buxarlandı?

Normal ölkələrdə hansısa iş adamının və ya övladlarının milyonları necə xərcləməsi bunca qıcıq yaratmaz. Hər nə olsa da, bu onların şəxsi və qanuni qazanılmış varidatıdır. Amma Azərbaycanda təəssüf ki, nə rəsmi milyonçu var, nə də qanuni qazanılmış milyonlar.
Üstəlik, Azərbaycanda biznes mühiti məmur həyatı ilə sıx bağlıdır, ondan ayrı mövcud deyil. Təsadüfi deyil ki, Azərbaycanda biznesdən danışılanda ilk ağla gələn məmur oliqarxlardır. Doğrudan da, Azərbaycan biznesində at oynadan bütün şirkətlər indiki və ya sabiq məmurlara bağlıdır.
Qaynar.info-nun budəfəki araşdırmasının da mövzsusu 1999-2005-ci illərdə Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri, 2005-2008-ci illərdə isə İqtisadi İnkişaf Naziri vəzifələrində çalışmış Heydər Babayev və onun yaxınlarının “biznes imperiyası”dır.
Araşdırmamız zamanı bu “imperiya”nın sərhədlərinin çox maraqlı konturları üzə çıxdı. Detallar və faktlar o qədər çoxdur ki, bunları bir yazıda toplamaq qeyri-mümkündür.
Öncə Heydər Babayevin qardaşı, Neft Bazasının keçmiş rəhbəri Yaşar Babayev, onun oğlu Niyaz Babayev, onların Bakıdakı və Dubaydakı fəaliyyətləri, Hacı Məmədov işindən xatırladığımız və hazırda Azərbaycandan qaçıb gizlənən Cavadağa Sultanovla əlaqələri, dəbdəbəli həyat tərzləri haqqında olacaq.
Yazının əvvəlində vurğuladığımız kimi, Yaşar Babayev də bizim digər oliqarxlarımız kimi bu sərvətə heç də hansısa nou-hau və ya uğurlu biznes layihəsi əsasında yiyələnməyib. Qardaşı nazir, özü Neft Bazasının rəhbəri olduğu zamanlarda qısa müddətdə fantastik sərvətə sahib çıxıb. Məhz bunun nəticəsidir ki, Bakıda, Türkiyədə, Dubayda çoxsaylı villalar və obyektlərin sahibidir. Yaşar Babayevin təkcə ötən yay Bakıda tikdirdiyi fantastik villasının dəyəri 20 milyon dollardan artıqdır!!! Dubay şeyxlərinin dəbdəbəli iqamətgahlarını belə kölgədə qoyan bu villa haqqında əlimizdə olan detallı məlumat və fotoları növbəti yazımızda təqdim edəcəyik.
Bakı Neft Bazasının keçmiş direktoru Yaşar Babayevin işdən azad edilməsinin səbəblərindən biri də onun övladının “superbahalı” maşınlardan asılılığı olmuşdu. Buna baxmayaraq Niyaz Babayev öz sərvətini sosial şəbəkələrdə reklam etməkdən hələ də vaz keçməyib və görünür bundan böyük zövq alır.
Rəsmi olaraq Niyazın adına Bayıl tərəfdə yerləşən beşulduzlu (əslində üç ulduza güclə çatar) “Crown Plaza” oteli var ki, burada nömrələrin qiyməti orta hesabla 200 manatdır. Şəhərin kənarındakı əksər hallarda boş olan bu obyekt öz gəliri ilə Niyaz Babayevin milyonlarla dollarlıq hesablarını və səyahətlərini ödəməyə bəs edərmi? Niyaz Babayev qüdrətli əmisinin vəzifədə olduğu vaxtlarda Azərbaycan Dövlət Neft Akademiyasında oxuyub. Atasının neft sferasında o vaxtkı nüfuzunun sayəsində o, oxumağa o qədər də meyl etməyib, şən yaşayıb və ürəyi istəyən kimi əylənib.
Bakının gecə əyləncələrinin vurğunu olub. Heydər Babayevin işdən azad edilməsindən sonra Bakıda qalmağın mənası da yox idi. Məmurlar əvvəlki kimi onun qarşısında əmrə müntəzir dayanmırdılar. Odur ki, Yaşar Babayevin oğlu özünü Dubaya çatdırdı. Dubaya getmək üçün bəhanə xeyli tutarlı olub: təhsil. Bəs necə, 600 -700 balla ali məktəblərə daxil olan savadlı gənclərimiz bulka almağa pul tapa bilmədiyi bir vaxtda sabiq nazirin qardaşı oğlu “Bentley”də şütüyürdü və Dubayın elit rayonunda – əfsanəvi “Palm Cumeyrah” adalarında yerləşən dəbdəbəli villasında yaşayırdı. Bu adada adi vilların qiyməti belə 2 milyon dollardan başlayır. Bəli, Dubay varlılar üçün cənnətdi. Niyaz Babayev dünyanın ən yaxşı kurortlarına səyahətlərini davam etdirir. Axı planetdə belə yerlər nə qədər istəsən var. Həm də müxtəlif cür istirahət etmək olar. Ekstremal idmanla əylənmək, Avstraliyada koala ayısını öz əllərinlə yemləmək, D.Keruakın “Yollarda” əsərinin qəhrəmanının izi ilə gəzmək…
O, ərəb şahzadələrinin getdiyi ən bahalı məkanlarda əylənir – Kann, Monako, Marbelyu, Sent-Rope, “Gotha” klubu, İstanbulun “Reina” klubu və s.
Aparılan araşdırmalar zamanı bəlli oldu ki, uzun müddət Bakı Neft Bazasına rəhbərlik etmiş Yaşar Babayevin xaricdəki biznesi oğlu Niyazın adına sənədləşib. Həm Azərbaycanda, həm xaricdə mülkləri, biznes sahələri var. Ümumiyyətlə, Heydər Babayev işdən çıxarılandan sonra onun yaxın qohumları daha çox xaricdəki mülklərində yaşamağa üstünlük veriblər. Bu baxımdan maraqlıdır, rəsmi olaraq heç bir ciddi gəlir mənbəyi olmayan Niyaz Babayevin və qohumlarının xarici ölkələrdəki dəbdəbəli istirahətlərini nə ilə maliyyələşdirirlər?
Ölkənin birinci şəxsi tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq Niyaz Babayev Bakıda da “Bentley”lə şütüyür. Bunu da başa düşmək olar. Belə “VİP-persona” qotur “Şkoda”da gəzəsi deyil ki… Sevimli bala təhlükəsizlik kəməri taxmağa da ehtiyac görmür, əvəzində 9 yaşlı qohumunu ön oturacaqda əyləşdirib şütüməyə üstünlük verir. Nə qayda-qanun axı? Qayda-qanun DYP üçündür, bunun Niyaza nə dəxli var?!
Sadəcə olaraq bunu bilməyi çox istərdik ki, rəsmi olaraq heç bir ciddi gəlir mənbəyi olmayan Niyaz Babayevin dəbdəbəli istirahətlərini və əyləncələrini davam etdirməyə imkan verən bu qədər pulu haradandır?
Aşağıda sizə Niyaz Babayevin dəbdəbəli həyat tərzini əks etdirən bəzi fotoları təqdim edirik
babaye
baba
bab

Biznes qurmaq üçün 20 min manat verdi, aldadıldı


14.02.2016 / 18:14 xeber –

Bakı sakini külli miqdarda pulunun mənimsənilməsi ilə bağlı polisə müraciət edib. Lent.az-ın məlumatına görə, polisə şikayət ərizəsi yazan Nəsimi rayon sakini, 1971-ci il təvəllüdlü Tahirov Faiq Ələkbər oğlu bildirib ki, keçən ilin 20 oktyabr tarixində maşın bazarında Ramiz adlı şəxsə birgə biznes qurmaq üçün 20 min manat verib. Lakin həmin şəxs verdiyi vədə əməl etməyib və pulu mənimsəyib.

 

Müraciət əsasında araşdırma aparılır.

mənbə :
lent.az

Biznesmen pulunu teleb edir – 150 min dollarını ala bilmir


07.02.2016 / 18:25 xeber –

Şikayətçi 9 il əvvəl verdiyi pulun geri qaytarılması üçün polisə müraciət edib

Bakı sakini biznes qurmaq məqsədi ilə tanışlarına verdiyi külli miqdarda pulun geri qaytarılmasını istəyir. Lent.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarına müraciət edən 1975-ci il təvəllüdlü Babayev Şəmsi Fikrət oğlu bildirib ki, 2007-ci ilin 15 yanvar tarixində Elgiz və Mehdi adlı tanışlarına Rusiya Federasiyasından taxta gətirmək üçün 150 min dollar verib. Lakin həmin şəxslər verdikləri vədə əməl etməyib.

 

Ş.Babayev pulunun geri qaytarılmasına köməklik göstərilməsini xahiş edib.

 

Araşdırma aparılır.

mənbə :
lent.az

Nazir: İstenilen zaman pul ala bilerik

17:12 xeber – “İstənilən zaman Azəbaycan Beynəlxalq Valyuta Fondundan kvotamıza uyğun pul ala bilərik. Hazırda fondla texniki yardım məslələrini müzakirə edirik”.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu sözləri maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlasında deyib. Nazir bildirib ki, Azərbaycan Beynəlxalq Valyuta Fonduna üzv kimi quruma müraciət edə bilərik.

“Biz beynəlxalq maliyyə qurumları ilə fikir mübadiləsi aparmaqda maraqlıyıq. Amma hər hansı təcili kreditlərin alınmasıdan söhbət getmir. Çünki bizim maliyyə resuslarımız yetəri qədərdir. Bizim maliyyə siyasətimiz beynəlxalq maliyyə qurumları tərəfindən alqışlanır”.

Samir Şərifov bildirib ki, Azərbaycanda biznes mühitinin yaradılması və brüokratiq əngələrin aradan qaldırılması ilə yeni inkişaf modeli yaradılır. Bu iqtisadi model qeyri – neft sektorunun üzərində qurulacaq. 2015-ci ilin gəlirlər hissəsi 88,2% xərclər üzrə 84,3% səviyyəsində icra olunub.


Samir Şərifov- maliyyə naziri

“Financial Times” qəzeti Beynəlxalq Valyuta Fondu və Dünya Bankının ucuz neft qiymətləri ilə mübarizə aparan Azərbaycana 4 milyard dollarlıq yardım paketi ayırmağı nəzərdən keçirdiyi barədə xəbər yayıb. Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Valyuta Fondunun rəsmisi qəzetə verdiyi açıqlamada, yerli hökumətin müraciəti əsasında “potensial texniki yardım” məsələsini müzakirə etmək üçün Fondun və Dünya Bankının nümayəndə heyətlərinin yanvarın 28-dən fevralın 4-nə kimi Bakıda görüşlər keçirəcəyini deyib.

Beynəlxalq Valyuta Fondu – Beynəlxalq maliyyə təşkilatlarından biridir. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds əyalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bununla da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarazlıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə institutudur.

mənbə :
anspress

Gömrükdə nə baş verir? OLİQARXLAR PREZİDENTİN QƏRARINI SABOTAJ EDİR

gomruk
Oliqarxlar öz aralarında gizli şəkildə razılığa gələrək, ölkəyə illərdir gətirdikləri müəyyən ərzaq mallarını anbarlarda “gizlədirlər”

Gömrük Komitəsi “brokerləri qovun” tələbini yerinə yetirə bilmir

Ölkə iqtisadiyyatını dirçəldəcək, ölkə biznesində normal rəqabət yaradacaq və ən əsası qiymətlərin ucuzlaşmasına səbəb olacaq gömrükdə monopoliyanın ləğvi məsələsi günün ən aktual mövzularından birinə çevrilib. ANS-in həftəsonu efirə gedən “Hesabat” proqramına danışan Gömrük Komitəsinin sədri Aydın Əliyev monopoliyanın ləğvi ilə bağlı suala kifayət qədər aydın cavab verib.
“Açıq bazardı, kim nə gətirirsə-gətirsin, hamı üçün eyni rəqabət yaradılıb. Sahibkar davamlı olaraq daxili bazara gətirdiyi məhsulu və ya istehsal etdiyi məhsulu sata bilərsə və s. Artıq bu, o deməkdir ki, bu, azad ticarətdir. Bu şərait hamı üçün yaradılıb. Dövlət büdcəsinə çatası vergi rüsumlarını ödəyin və daxili bazara mallarınızı çıxarın” deyə, komitə sədri bildirib.
Belə xəbərlər var ki, malların idxalı sahəsində ayrı-ayrı şəxslərin gizli imtiyazlarının aradan qaldırılması qərarından sonra Rusiyadan və Türkiyədən gətirilən tikinti mallarının qiymətində əhəmiyyətli dərəcədə ucuzlaşma var. Azad rəqabət mühitinin yaradılması nəticəsində Azərbaycanda əhalinin ən çox narazı qaldığı ərzaq və qeyri-ərzaq mallarının qiymətlərinin də yaxın vaxtlarda aşağı düşəcəyi, bolluq yaranacağı gözlənilir
gomrük
Monopoliyanın ləğvi ilə bağlı qərar eyni zamanda manatın ikinci devalvasiyasından sonra ölkədə artan sosial gərginliyin yumşaldılmasında, hətta tamamilə aradan qalxmasında ciddi rol oynaya bilər.
Gömrükdə inhisarçı sistemin konkret nə vaxtdan tətbiq olunduğunu söyləmək çətin olsa da, mediada 15 ildən artıqdır ki, bu mövzu davamlı müzakirə edilir. Hökumət heç vaxt monopoliya olduğunu etiraf etməyib və bu gün də bu açıq deyilmir, yalnız brokerlərdən danışılır ki, bu barədə bir qədər sonra…
İnhisarçılıqla bağlı tənqidlər ölkə başçısı İlham Əliyevin çıxışlarında son aylar daha çox səslənir. Ötən ilin fevralında manat dollara nisbətdə 30 faizdən çox ucuzlaşandan sonra inhisarçılığın ləğvi ən vacib məsələ kimi gündəmə gəlmişdi.
Dekabr ayında manat yenidən 50 faizə yaxın dəyərini itirəndən sonra bütün məhsulların qiymətinin iki dəfə qalxmasına etiraz olaraq bölgələrdə keçirilən aksiyalar gömrükdə az qala inqilab kimi dəyərləndirilən qərarın nə qədər vacib olduğunu bir daha sübut etdi.
gümrük
İllərlə formalaşmış broker sistemi (monopolist sistem) bu müddət ərzində xeyli dəyişilib, hətta təkmilləşdirilib də. Gömrüyün səlahiyyətlərinə sahib çıxaraq onun funksiyasını həyata keçirən brokerlər Gömrük Məcəlləsinin 22-ci maddəsinə əsaslanaraq sərhəddə ikinci “sərhəd” yaradıblar. Aydın Əliyev sözügedən müsahibədə də bu faktı etiraf etdi və onların fəaliyyətinin “qeyri-qanuni” elan olunmasının mümkünsüzlüyünü də dedi. Yəni brokerlərin sahibkarlarla müqavilələr bağlatmağa məcbur etməklə gətirdiyi maldan götürəcəyi ehtimal olunan gəlirin ən azı 60- 70%-ni əvvəlcədən məcburi alınması faktiki “qanunla tənzimlənir”. Məhz bu səbəbdən də komitə sədrinin dediklərindən belə anlaşıldı ki, Gömrük Komitəsi “brokerləri qovun” tələbini yerinə yetirə bilməyəcək. Çünki ortada qanun var. Qeyri-rəsmi məlumatlara görə, 2006-cı ildən fəaliyyət göstərən “Trans Broker” MMC-nin 5 minə yaxın əməkdaşı var!
brooker
Gömrük Komitəsinin isə 3 min əməkdaşı olduğu deyilir. Bu müqayisəli rəqəmlərin özü iqtidarın necə çətin bir işə girişdiyinin əyani sübutudur. Açıq deyilməsə də, heç iqtidarın ən yüksək düzeyinə də sirr deyil ki, gömrükdəki “broker sistemi” əslində ayrı-ayrı oliqarxların maraqlarına, milyonlar qazanmasına xidmət edir. Odur ki, bu sistemin ləğvi oliqarxların maraqlarına birbaşa ciddi zərbə sayıla bilər. Bu baxımdan, təbii ki, belə bir qərarın verilməsi iqtidarın daxilində yeni narazı qüvvələr yarada bilər.
broooker
Çünki böyük kapitala malik, daxildəki mal dövriyyəsinin əhəmiyyətli hissəsini əlində cəmləşdirən oliqarxlar asanlıqla təslim olmaya bilər. Onların müqavimət göstərmək, qərarın reallaşmaması üçün ən müxtəlif üsullara, hətta məşhur filmdə İmanın taxıl gizlədən Kərbəlayi İsmayıla dediyi “sabotaja” da əl atmaq imkanları var. Artıq belə bir prosesin başladığı barədə məlumatlar da gəlməkdədir. İdxala və istehsala böyük ölçüdə nəzarət edən oliqarxların öz aralarında gizli şəkildə razılığa gələrək, ölkəyə illərdir gətirdikləri müəyyən ərzaq mallarını anbarlarda “gizlətdikləri”, daha doğrusu, “qiymətlər sərf etmir” bəhanəsi ilə bazara çıxarmayacaqları barədə xəbərlər yayılır.
Məlumata görə, yenə də sahibkarların yüklərinin ölkəyə ən müxtəlif bəhanələrlə buraxılmaması ilə bağlı şikayətlər səngiməyib. Bu isə oliqarxların monopoliyanın ləğvinə qarşı müqavimət göstərdiklərinin daha bir sübutudur. Komitə sədri müsahibədə “brokerlərlə bacarmırıq” demədi, amma doğru olanı dedi: “Sahibkarlar brokerlərə yox, komitəyə müraciət etsinlər”.
Prezident İlham Əliyevin çıxışlarında “natəmiz” və “həris” sözləri ilə xatırlatdığı bəzi məmurların xalqın çətin günündə də öz qazanclarını düşünməsi, üstəlik, iqtidara qarşı narazılığı körükləməsi hakimiyyətin üst qatında da ciddi narazılıq yaradıb.
Hətta belə iddialar var ki, prezident Gömrük Komitəsini də reputasiyası xeyli korlanmış MTN kimi ləğv edə, qurumun səlahiyyətlərini ya Vergilər, ya da Maliyyə nazirliklərinin tərkibinə verə, yüklərə nəzarət funksiyasını isə “ASAN xidmət”ə həvalə edə bilər.
Bəzi oliqarxlar illərdir hədsiz varlanmalarına səbəb olan iqtidarın ayağının altını qazırlar. Onların öz qazdıqları quyuya düşmə ehtimalı daha çoxdur… (“Yeni Müsavat”)

Rusiyada yüksək vəzifəli məmurlara biznes qadağası

dumaRusiya Dövlət Dumasının Konstitusiya komitəsinin sədr müavini Vadim Solovyev (o, Rusiya Kommunist Partiyasının üzvüdür) yüksək vəzifəli məmurların həyat yoldaşlarının və uşaqlarının bizneslə məşğul olmasına qadağa nəzərdə tutan qanun layihəsi hazırlayır. Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, bu qadağa nazirlərin, qubernatorların, regional parlament rəhbərlərinin ailələrinə şamil edilə bilər.
“Biz baş prokurorun uşaqlarının, bəzi qubernatorların uşaqlarının və arvadlarının çox fəal şəkildə bizneslə əvvəlki fəaliyyəti ilə bağlı situasiyanı nəzərdən keçirmişik. Belə nəticəyə gəlmişik ki, dövlət xidməti ilə bağlı qanuna dəyişiklik etmək lazımdır”, – Solovyev bəyan edib.
Layihədə ilk növbədə prezidentin sərəncamı, yaxud təklifi ilə vəzifəyə təyin olunan hökumət üzvlərinin və regional qanunvericilik məclislərinin sədrlərinin arvadlarına və uşaqlarına bizneslə məşğul olmağın qadağan edilməsi nəzərdə tutulur.
Bundan əlavə, dəyişiklikdə yalançı boşanmaya görə cəza nəzərdə tutulur. Layihə müəllifinin fikrincə, bu cür boşanmalardan sonra ərlə-arvad de-yure ümumi təsərrüfat və ümumi bizneslərini davam etdirirlər. Bu cür qanun pozuntusuna görə, layihədə 1 milyon rubla qədər cərimə və vəzifədən azad edilmə nəzərdə tutulur.
Azadliq.az

Meymun ili-2016

meym
Qarşıdan gələn 2016-cı il Çin təqviminə görə, qırmızı meymun üstündə təhvil olacaq.
Azadliq.az saytı bildirir ki,“meymun ili” təqvimə əsasən, fevralın 7-dən 8-nə keçən gecə daxil olacaq. 2017-ci ilin 27 yanvar tarixinə kimi davam edəcək.

2016-cı ilin əsas ünsürü isə od olacaq.

Astroloqların proqnozuna görə, “Meymun ili” maraqlı, şən və dinamik keçəcək. Amma bununla yanaşı, 2016-cı ilin qeyri-stabil keçəcəyi və insanların planlarının tez-tez pozulacağı da ehtimal olunur.

Xüsusən, biznes sahəsində ciddi risklərin olacağı və yalnız ağır əmək hesabına uğur qazanmağın mümkünlüyü bildirilir.
Azadliq.az

İqtisadçı Ekspert «Dollar 2-3 manat ola bilər»

ekspert
Azərbaycanda dolların tədricən bahalaşması bundan sonra da davam edəcək. Bu barədə fins.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev, Azərbaycan Mərkəzi Bankının (AMB) «üzən məzənnə»yə keçidlə bağlı qərarını və dolların məzənnəsinin 1,55 manat olmasını şərh edərkən bildirib.

«Üzən məzənnə»yə keçidin fəsadları

Onun sözlərinə görə, «üzən məzənnəyə» keçidin fəsadları həmişə ilk olaraq kəskin devalvasiyada özünü göstərir. Yəni ilk vaxt milli valyuta kəskin ucuzlaşır: «Biz bunu ilk dəfə Qazaxıstan və Rusiyada gördük.

«Nəzarət olmasa dollar 2-3 manat ola bilər»

Samir Əliyev bildirib ki, AMB üzən məzənnəyə keçid elan etsə də, bu idarə olunan “üzən məzənnə” olacaq. Yəni AMB milli valyutanın nəzarətsiz şəkildə ucuzlaşmasına imkan verməyəcək: «Çünki bu hədd son hədd deyil. Bundan sonra da dolların məzənnəsi bazara uyğun olaraq aşağı düşəcək. Və AMB-nin nəzarəti olmasa dollar 2-3 manata qədər bahalaşa bilər».

Əhaliyə dəstək verilməlidir

Ekspert bildirir ki, üzən məzənnəyə keçid və manatın kəskin devalvasiyasiyası şəraitində hökumət və Mərkəzi bank vətəndaşlara dəstək olmalıdırlar: «Bu dəstək xüsusilə dollarla krediti olanlara aid olmalıdır. Həmin şəxslərin kreditlərinin müddətinin uzadılması və faizlərinin endirilməsinə icazə verilməlidir». Belə ki, məsələn, Qazaxıstanda krediti əvvəlki məzənnə ilə qaytarmağa icazə verdilər.

Krediti olanlar barədə heçnə deyilmir

Qeyd edək ki, AMB-nin «üzən məzənnə»yə keçidlə bağlı bəyanatında dollar krediti olanlar barədə heç nə deyilmir. Bəyanatda bildirilir ki, «Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcəkdir».

Birinci devalvasiya qədər ağır təsir etməyəcək

Samir Əliyev bildirib ki, bu dəfəki qərar ölkə vətəndaşlarına birinci devalvasiya qədər təsir etməyəcək. Xatırladaq ki, bu il fevralın 21-də baş verən birinci devalvasiyada manat 34% ucuzlaşmışdı. Amma ekspert bildirir ki, istənilən halda deavalvasiyaya davam gətirmək vətəndaşlar və biznes üçün ağır olacaq.

4-5 bank bazarı tərk edə bilər

Samir Əliyev bildirib ki, bu dəfəki qərar daha çox bank sektoruna zərbə vuracaq: «Çunki hələ banklar ilk devalvasiyadan özlərinə gəlməmişdi». Onun sözlərinə görə, baş verən proseslərdən sonra bazarı tərk edən bankların sayı artacaq: «Məncə gələn ilin sonunadək 4-5 bank bazarı tərk edə bilər»
Azadliq.az

İndiki dövrün en gelirli biznesi

23:28 xeber – Çində havanın çirkliliyi bəzi biznes həvəskarlarını hərəkətə gətirib. Kanadalı iki gənc çinlilərə təmiz hava satmağa başlayıb.

ANSPRESS-in SNN-ə istinadən verdiyi məlumata görə, ”Vitality air” (“Təmiz hava”) adlı şirkət yaradan kanadalı gənclər bundan yararlanmağa başlayıb. Moses Lam adlı şirkət təsisçisi bildirib ki, onlar ilk mərhələdə Banff əyaləti yaxınlığındakı dağda 500 qaba təmiz hava dolduraraq Çinə gətirib və iki həftə ərzində satıblar.

Dəmir qutulara qablaşdırılan təmiz havanın qiyməti isə qabın həcmindən asılı olaraq 14 dollardan 20 dollara qədər dəyişir. ”Vitality air” şirkətini yaradanlar əvvəlcə bu işə zarafat məqsədilə başladıqlarını etiraf ediblər. Amma havanın həqiqətən alındığını görəndən sonra bu işə ciddi yanaşmağa başlayıblar.


Moses Lam – Təmiz hava satan şirkətin təsisçisi

İndi onlar çinlilərə satmaq üçün daha 4000 qutuluq təmiz hava satışa çıxarmağa hazırlaşır. Amma bu işdə yalnız əl əməyindən istifadə etdiklərini və bunun üçün hər gün 10 saat vaxt lazım olduğunu qeyd ediblər. “Bu, çox vaxt aparan işdir. Çünki hər bir qutu əllə doldururlur. Biz istəyirik həqiqətən təmiz hava sataq. Hansısa texnikadan istifadə etmək istəmirik” deyə Moses Lam bildirib.


Təmiz hava doldurulan qutu

Çinli alimlər isə hava dolu qutuların alınması ilə ölkənin çirkli hava probleminin həll edilməyəciyini bildiriblər.

Bu yaxınlarda Çinin şərq bölgəsində də bir restoran müştərilərindən yemək pulundan əlavə, təmiz hava üçün də ödəniş alırdı. Jiangu vilayətinin Zhangjiagang şəhərindəki restoran içəridəki havanın təmizlənməsi üçün filtrasiya sistemi quraşdırmış və bunun haqqını isə restorana gələnlərdən alırdı. Havanın təmizliyinə görə müştərilərin hesabına 1 yuan (0.15 dollar) əlavə edilirdi. Restorandan şikayət edən müştərilər bunun doğru olmadığını, havanın satıla bilməyəcəyini deyərək şikayət etmişdilər.

Bir milyarddan çox əhalisi olan Çində hava çirkliliyi təhlükəli həddə çatıb. Hətta bəzi bölgələrdə görüş məsafəsi 100 metrdən belə az olur.

Təkcə bu ilin dekabr ayı ərzində Çinin paytaxtı Pekində havanın çirklənməsi səbəbi ilə ikinci dəfə “qırmızı xəbərdarlıq” elan edilib. Çində hava çirklənməsinin səviyyəsini ölçən 4 müxtəlif rəngdə xəbərdarlıq mövcuddur. Bunlar çirkliliyin səviyyəsinə uyğun olaraq mavi, sarı, narıncı və ən güclüsü isə qırmızı rəngli xəbərdarlıqdır.

mənbə :
anspress

Putin qızlarından danışdı: “Men onlarla fexr edirem!” (CANLI, YENİLƏNİB)

15:29 xeber – “Mənim qızlarım Rusiyada yaşayırlar, rus ali məktəblərində təhsil alıblar və heç vaxt xaricdə uzun müddət yaşamayıblar.” Bu haqda Vladimir Putin “RBK”nın jurnalistinin qızları haqda sualını cavablandırarkən danışıb.

O qızları ilə fəxr etdiyini bildirib. “Onlar təhsilini davam etdirirlər və işləyirlər. Qızlarım karyeralarında ilk addımlarını atırlar, onlar 3 dildə sərbəst danışırlar. Mən heç vaxt ailəmlə bağlı sualları müzakirə etmirəm.” Putin ailə üzvlərinin biznes və siyasətlə məşqul olmadıqlarını bildirib.

14:44

Putin: “Bu, üzə tüpürmək deməkdir…”

“Saakaşviliyə vəzifə vermək Ukrayna xalqının üzünə tüpürmək deməkdir…”

Bunu Rusiya prezidenti Vladimir Putin gürcüstanlı jurnalistin Rusiya-Gürcüstan münasibətləri haqqında sualına cavabında deyib.

“Gürcüstanla münasibətlərin gərginləşməsinə səbəb biz olmamışıq, ölkənin sabiq rəhbərliyinin qəbul etdiyi qərarlar Gürcüstanın ərazi bütovlüyünün pozulmasına səbəb olub. Bu, onların günahıdır. Gördüyümüz kimi, hazırda Ukraynada fəaliyyət göstərən sabiq Gürcüstan prezidenti (Mixail Saakaşvili) idarəetmə üsullarını dəyişməyib. Hesab edirəm ki, bu, Ukrayna xalqının üzünə tüpürməkdir.”

O həmçinin qeyd edib ki, Moskva Tiflis ilə münasibətləri düzəltməyə hazırdır. Jurnalistlərin suallarını cavablandıran dövlət başçısı bildirib ki, ölkəsi Gürcüstan ilə viza rejiminin ləğvinə də hazırdır. Onun sözlərinə görə, Rusiya bu ölkənin hazırki hakimiyyətindən müsbət siqnallar görür və onları qəbul edir.

Putin həmçinin deyib ki, Gürcüstanın ərazi bütövlüyü ölkənin daxili işidir.

Vladimir Putinin ənənəvi mətbuat konfransına 1400 jurnalist akkreditasiyadan keçirilib.

А перед Путиным – лес рук и плакатов. pic.twitter.com/Is3hQpjeBk— Александр Гамов (@gamov1) 17 декабря 2015

***13:44***

Putin canlı efirdə söyüş söydü

“Təyyarə insidenti “türk hökumətindən kiminsə amerikalıların bir yerini yalamaq cəhdinin” nəticəsi ola bilər.” Bunu ənənəvi mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib və Ankaranı ABŞ-a yaltaqlanmaqda ittiham edib.

Onun sözlərinə görə, Ankara Rusiyaya heç bir beynəlxalq hüquq çərçivəsinə sığmayan ideyalar təklif edib.

“Rusiya Türkiyə ilə həssas mövzularda əməkdaşlıq etməyə hazır idi. Ankara “Su-24″ü vurmaqla hərbi cinayət işləyib. Sonra isə NATO-nun himayəsində ört-basdır etməyə çalışıb”.

Rusiya lideri həmçinin Yaxın Şərqdə böyük miqyaslı neft qaçaqmalçılığının olduğunu da deyib.

Prezident deyib ki, türk xalqı onların tərəfdaşı olub və belə qalacaq. “Hazırki Türkiyə rəhbərliyi ilə danışıqlar praktiki olaraq mümkün deyil”.

“Rossiya 1” telekanalının əməkdaşı Sergey Brilyovun Rusiyanın Suriyada hərbi bazasını əməliyyatlardan sonra saxlayıb-saxlamayacağı sualını cavablandıran Putin deyib ki, ölkənin Latakiyada daimi hərbi bazaya ehtiyacı yoxdur. “Orada baza nəyimizə gərəkdir? Əgər kimisə ələ keçirmək lazım olsa bunu edə bilərik”.

***13:00***

Rusiya prezidenti Vladimir Putinin mətbuat konfransı başlayıb.

ANS PRESS konfransdan canlı görüntüləri oxucularına təqdim edir.

Vladimir Putin konfransa qara və ağ zolaqlar haqda lətifə ilə başlayıb – qara zolaq hələ bitmək bilmir.

"Мысли материальны" – предупреждают остальные журналисты в зале #прессконференция #Путин pic.twitter.com/hqnXlk17Lu— Anna Ivanchenko (@Anna_Iva_RT) 17 декабря 2015

Putinin diqqətini cəlb etmək üçün jurnalistlər müxtəlif üsullara əl atırlar.

***12:48***

Bu gün Rusiya prezidenti Vladimir Putin böyük mətbuat konfransı keçirəcək.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu il ənənəvi konfrans 11-ci dəfə keçirilir. Yerli politoloqlar konfransda daha çox sosial mövzuya aid və neftin qiymətinin ucuzlaşması fonunda Rusiya iqtisadiyyatı ilə bağlı sualların veriləcəyini proqnozlaşdırırlar.

Prezidentin sözçüsu Dmitri Peskov isə öz növbəsində əmindir ki, Putinin çıxışının əsas hissəsi beynəlxalq məsələlərə aid olacaq.

Bu il mətbuat konfransına rekord sayda – 1400 jurnalist qeydiyyatdan keçib. Akkreditasiyadan keçənlər arasında türk KİV-nin nümayəndələri də var. Mətbuat konfransını yerli televiziya və radio kanalları canlı yayımlayacaq.


Putinin konfransına hazırlıq

В ожидании начала Пресс-конференции В.В. Путина #Путин pic.twitter.com/bmo3FN6Jb2— Саид Аминов (@saidpvo) 17 декабря 2015

İlk dəfə Vladimir Putin jurnalistlərlə ünsiyyətin bu növünə 2001-ci ildə müraciət edib. O zaman konfransda iştirak edən 400 jurnalist ümumilikdə 22 sual verə bilib.

mənbə :
anspress

Deputatdan “mahmudovçular”ın maliyye vesaitleri ile bağlı şok açıqlamalar

03:55 xeber – Milli Təhlükəsizlik Nazirliyində davam edən iki aylıq “inqilab” nəhayət başa çatır. Ölkə başçısının 14 dekabrdakı fərmanı ilə MTN-in ləğv olunması və yerində iki strukturun yaradılması bəzi sualların cavabı oldu. Lakin cəmiyyəti maraqlandıran bir sıra məsələlər hələ də üstüörtülü qalıb.

Belə ki, “MTN işi” ilə bağlı vəzifələrindən uzaqlaşdırılan qurumun yüksək rütbəli məmurlarının üzə çıxarılan bizneslərinin, külli miqdarda maliyyə ocaqlarının, eləcə də, milyonlarla maliyyə xərcləri ilə ərsəyə çatan şəxsi mülklərinin taleyinin necə olacağı hamıda maraq doğurur. Çünki hələ də sadaladığımız amillərdən doğan suallara cavab tapılmayıb.

İqtidaryönlü deputat Zahid Oruc “Yeni Müsavat” a açıqlamasında bu sualların bəzilərinə cavab verdi: “Demokratiyanın şərtlərindən biri idarə edənlərin iqtisadiyyatda yer almamalıdır. Əgər iri rütbəli məmur biznes şəbəkəsində yer alacaqsa, bir sıra problemlərin meydana çıxması qaçılmazdır. O da maraqların toqquşması, özlərinə yaxın şirkətlərin daim öndə tutulması, digərlərinə qarşı inzibati mexanizmlərlə təsir və başqa amillər olacaqdır. Əgər hökumət təmsilçisi biznes fəaliyyətinə başlayırsa, bu halda xariclə əlaqədədirsə- hərçənd ki, bizneslə məşğul olan şəxs bu əlaqədə olur-müəyyən hədəflərə tuş gələcək. Yəni ələ keçirmə, casusluq, terror fəaliyyəti və.s. Eldar Mahmudov əslində bir indikatordur. Yerdə qalan hər kəs üçün siqnal verilməli bir hadisədir. Dövlətimiz üçün də bir mesajdır ki, əgər bu şəxslərin fəaliyyəti mediada qabardılırsa, bunların hakimiyyət mövqeyindən sui-istifadə etmələri bəlli olursa, özləri üçün külli miqdarda vəsait əldə edirlərsə, ölkə daxilində və xaricində müəyyən imkanlar qazanırlarsa, Azərbaycanın maraqlarına ziyan vuracaq səviyyəyə gəlib çatırlar”.


Zahid Oruc – Millət vəkili

Z.Oruc MTN-in yüksək rütbəli məmurlarının əldə etdikləri külli miqdarda vəsaitlərin necə geri qaytarılması ilə bağlı suallarla üz-üzə qaldıqlarını söylədi: “Bu necə baş verəcəkdir? Bunlar offşor zonalara vəsaitlər yönəldiblər. Həmin vəsaitlər iqtisadiyyatımıza ölçülməyəcək dərəcədə ziyan vurub. Cənab prezident müşavirələrinin birində söyləmişdir ki, bir neçə şəxs hansısa hərəkətə yol verirsə, sadəcə özünü təmsil edir və ziyanı, ictimai qınağı özünə yönəldir. Dövlət çevrəsində bu hadisələr baş verirsə, cəmiyyət arasında müəyyən fikirlər oyadır. Bu şəxslər yaxşı biznesmenlərdisə, bu lap yaxşıdır. Amma ölkədə bərabərlik hamının varlılıq imkanına görə olmalıdır. Amma heç kəs bolşevikcəsinə villalara, bahalı maşınlara sahib olmamalıdır. Bu istismarçı siniflərdə olan əhval-ruhiyyədən başqa bir şey deyil. Bu imkanlar kiminsə hakimiyyət mövqeyi, ona yaradılmış süni şərait və başqalarının sındırılması hesabına qazanılmamalıdır. Bu çox önəmli məsələdir. Belə şəxslər vəzifələri ilə vidalaşmalı, biznes işlərini davam etdirməlidirlər. Heç kəs bunların işinə qarışmır”.

mənbə :
anspress

Niyə məmurlar pullarını kabinetlərində saxlayırlar?

memur

Sirr deyil ki, Azərbaycanda imkanlı məmurlar pullarını müxtəlif üsullarla saxlayır və gələcəklərini bu pulla güvənə alırlar. Elə məmur-oliqarxlar var ki, kapitalının müəyyən hissəsini ölkə iqtisadiyyatına yönəldir, bəziləri xarici ölkələrdə daşınmaz əmlaka qoyur, bəziləri də xüsusi otaqlarda, kimisi isə yastıq altında saxlayır.

Musavat.com bildirir ki, bir neçə ay əvvəl redaksiyamıza nazirlərdən birinin uzun müddətdir öz pulları və qiymətli əşyalarını xaricdən gətirdiyi, yalnız özünün bildiyi xüsusi bir firmanın tikdiyi otaqda saxlaması haqda ilginc məlumat daxil olmuşdu. Məlumatda deyilirdi ki, həmin bağ evinin içərisindəki otaq o qədər ideal və möhkəm konstruksiya ilə tikilib ki, nə yana, nə təbii fəlakətdə zədələnə bilər. Yəni faktiki, bir bunker. Bu bunkerin ən müasir texnologiya ilə qorunması da təşkil edilibmiş. Amma o nazirin adı indiyədək açıqlanmayıb.

Bir neçə gün əvvəl isə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun iş otağından tapılan xəzinə bu cür məlumatların gerçəkliyi əks etdirdiyini və məmurların gizli otaqlarının, bank hesablarının olduğunu bir daha ortaya qoyub. İş otağından xeyli sayda Çar Rusiyası dövrünün qızıl onluqları, iyirmi beşlikləri, Azərbaycanın müstəqilliyinin 10 illiyi münasibəti ilə buraxılmış qızıl sikkələr, 5 ədəd İsveçrənin ən məşhur firmalarının istehsalı olan qızıl saat, ona qədər qızıl, brilyant işləmələrlə xüsusi sifarişlə hazırlanmış qələmlər, üzərində 50, 100 və 1000 dollarlıq əsginazlar təsvir olunmuş son dərəcə bahalı suvinerlər və bir neçə qızıl külçələr tapılıb. Mənbə bildirib ki, həmin əşyalar aktlaşdırılaraq götürülüb.

Maraqlıdır, nəyə görə məmurlar xalqdan oğurladıqları pullarla hansısa yatırım edib pulunun üstünə pul qoymaq əvəzinə, onu kabinetində, “yastıq altında” saxlamağı üstün tuturlar?

Psixoloq Dəyanət Rzayev bu cür insanların heç nədən qorxmadığını və özlərini hər şeyə qadir Allah hesab etdiklərini dedi: “İnsan bu dünyada nəyə görəsə yaşayır. Bir çox insanlar heç vaxt ölüm haqda düşünmürlər. Onlar cah-cəlallarının əbədi olacağını güman edirlər. İnsan o qədər özünü arxayın hiss edib, düşünür ki, vəzifədədirsə, ona heç kim heç nə edə bilməz. Buna görə də o bu arxayınçılıqla oğurladığı qızılları, pulları kabinetində, evində çox rahatlıqla saxlayır. Bu hələ həbs olunan məmurların kabinetindən çıxanlardır. Həbs olunmayanların nə qədər pulları var, bunu bilmirik. Adicə orta ranqlı məmuru, məsələn, hansısa nazirlikdəki şöbə müdirini götürsək görərik ki, onun özünün və övladlarının olduqca bahalı maşınları var. Maaşla insan ailə dolandırıb maşınlar ala bilər? Yox təbii ki. Ümumiyyətlə, mən elə bir adam tanımıram ki, vəzifədə olsun və təmiz yaşasın. Məncə, rüşvəti rəsmiləşdirmək lazımdır. Hansısa dükanlarda adamlar bir-iki manat vergidən yayınanda o dəqiqə həmin adama cinayət işi açır və dərisini soyurlar. Amma həmin mağaza sahibindən rüşvət alan məmura cinayət işi açılmır. Buna görə məmurlar heç nədən və heç kimdən qorxmur. Onlarda çəkinmə, vicdan yoxdur. Nə qədər rahat, vicdansız insan olasan ki, insanlardan oğurlayasan və oğurladıqlarını da kabinetində saxlayasan. Məmurların 99 faizi bu cürdür. Son həbslərə görə qorxuya düşüb nələri varsa satırlar. Onların pulları xalqdan oğurladıqları pullardır. Bu insanların psixologiyaları da qəribədir, onlar heç nədən qorxmur, özlərini hər şeyə qadir Allah hesab edirlər. Onlar elə düşünürlər ki, pulları varsa, yerişləri belə dəyişilməlidir. Amma düşünmürlər ki, onlar bunun hesabını, bu dünyada olmasa da o biri dünyada verəcəklər. Diqqət etsək, bir çox məmurların balalarının əqli çatışmazlığı olduğunu, pullarını ora bura sovurduğunu görərik. Onların kabinetində tapılan pullar yuxarılara ötürməli olduqları pullardır. Buna görə də rahatdırlar. Həbs edilən MTN generalı Akif Çovdarov haqda əvvəl heç kim heç bir tənqid işlətmirdi. Bizim millətdə qorxu var. Bu da çox pisdir. Qorxu ilə insan yaşaya bilməz”.

Məmurların kabinetində saxladıqları pulları, qızılları nəyə görə onlara gəlir gətirəcək bir yatırıma qoymaması səbəbinə gəlincə, iqtisadçı ekspert Qadir İbrahimli bu pullar çirkli olduğu üçün onunla hansısa bir yatırım etməyin həmin məmur üçün təhlükəli sayıla biləcəyini dedi: “Hər kəsə məlumdur ki, məmurların otaqlarında tapılan pulların, qızılların mənbəyi kriminal xarakterlidir, yəni o pullar çirkli pullar sayılır. Onların bu pulları açıq formada hansısa biznes layihəsinə yatırmaq şansları yox idi. Həm də bu bir qədər təhlükəli hesab edilə bilərdi. Azərbaycan biznesinin bir sıra problemləri var ki, bunlar mülkiyyət toxunulmazlığının, kapitala təminatın olmaması həmin məmurları məcbur edib ki, onlar oğurladıqları pulları sandığında saxlasınlar, nəinki hansısa biznes layihəsinə yatırmaq”

Emin Ağalarov: “Bakıda görüşerik” – FOTO

13:50 xeber – Tanınmış müğənni-bəstəkar Emin Ağalarov Bakıda konsert verməyə hazırlaşır.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, konsertin dekabr ayının 20-i baş tutacağı planlaşdırılır. Hər zaman məşhur DJ-ər ilə səhnəni paylaşan ifaçının bu dəfə tək çıxış edəcəyi gözlənilir. İfaçı “İnstaqram” səhifəsində “Dekabrın 20-si Bakıda görüşərik” yazıb. Gecədə Emin sevilən mahnılarını və yeni hitlərini səsləndirəcək. Bundan əlavə konsert proqramında daha fərqli sürprizlərin də yer alacağı bildirilir. “Boomerang” adlanan konsert proqramı Heydər Əliyev Sarayında baş tutacaq.

Konsertin biletləri artıq satışdadır. Biletlərin qiyməti 20 manatdan 200 manata kimidir.


Emin Ağalarovun “İnstaqram” hesabı

Emin Ağalarov 12 dekabr 1979-cu ildə Bakıda anadan olub, 4 yaşından Moskvada yaşayır. Təhsilini İsveçrədə və ABŞ-da alıb. Rusiyada bizneslə məşğul olur və GQ jurnalının 2011-ci ildə “İlin İş Adamları” namizədləri arasından birinci yerə çıxıb.

Emin – Boomerang

E.Ağalarov iş adamı Araz Ağalarovun oğludur.

mənbə :
anspress

Şeyx Əbdül Hollivud ulduzunu mehkemeye verir


02.11.2015 / 16:13 xeber –

Xalq artisti, rejissor Əbdül Mahmudov məşhur Hollivud aktyoru Corc Kulinini beynəlxalq məhkəməyə verəcək. Lent.az-ın xəbərinə görə, bu barədə Modern.az saytına rejissorun özü məlumat verib: 

“Bu yolda mənə sizin  və bütün medianın dəstək olmasını istəyirəm. Məşhur amerikan aktyor Corc Kulini qondarma “erməni soyqırımı” ilə bağlı ABŞ Senatına etiraz edib. Senata bildirib ki, “siz türk ölkələri ilə biznes maraqlarına görə bu “soyqırımı”nı qəbul etməmisiniz”. Yəqin ki, sizin də xəbəriniz var: ABŞ Senatı qondarma “erməni soyqırımı” ilə bağlı məsələni oxunuşa çıxarmadı. Həmin aktyor da buna etiraz edib. Görünür burada erməni lobbisinin və diaspor təşkilatlarının əli var. Çünki onların diasporları bizdən fərqli olaraq yaxşı işləyir”.

Məsələ ilə bağlı artıq Xarici İşlər Nazirliyinə də gedən xalq artisti ölkəmizdəki ABŞ səfirliyinə də müraciət etdiyini bildirib: “  Daha bir neçə qurumla da danışacağam. Hazırda Corc Kuluniyə böyük bir cavab hazırlayıram. Onu beynəlxalq məhkəməyə vermək fikrim var. Mən ondan tələb edəcəyəm ki, yoldan çəkilsin”. 

Əbdül Mahmudov məşhur aktyoru Bakıya da dəvət etmək istəyir:

“Məktub hazırlamışam. Rəsmi qurumlardan da mənə dedilər ki, “elə sizin kimi ziyalıların vətəndaş  mövqeyi göstərərək məsələyə qarışması daha yaxşıdır”. Lazım gəlsə, mən onu Bakıya dəvət edərəm və öz  çəkdiyim “Qan yaddaşı” filmini ona göstərərəm. “Qan yaddaşı” sənədli filmdir. Filmdə hər bir fakt mənbələrə söykənib. Orada göstərmişəm ki, ermənilər Qafqazda necə məqsədli şəkildə istifadə olunub. Kuluni bunları bilmirsə, mən ona filmi göstərə bilərəm. Bu məsələyə sizlərin də qoşulmasını istəyirəm. Biz öz həqiqətlərimizi dünyaya çıxarmalıyıq. Qapı-qapı gəzirəm, amma filmin dublyajı üşün laızm olan 10 min manatı kimdənsə tapa bilmirəm. Biz bu filmi dublyaj edib, kənara çıxarmalıyıq”.

Qeyd edək ki, məşhur aktyor-rejissor Corc Kluni bir müddət öncə qondarma “erməni soyqırımı”nı dəstəklədiyini və ABŞ Senatının bunu oxunuşa çıxarmamağını tənqid etdiyini bildirib.  

 

 

mənbə :
lent.az