Bu telefonlarda "WhatsApp" mesenceri işlemeyecek


28.02.2016 / 12:18 xeber –

Bu ilin sonundan etibarən WhatsApp mesenceri BlackBerry, Android və Nokia-nın bir sıra əməliyyat sistemlərində işləməyəcək.

Azərtac şirkətin məlumatına istinadla xəbər verir ki, mesencer Google, Apple və Microsoft şirkətlərinin ən çox istifadə olunan platformalarına diqqət yetirəcək və daha əvvəllər buraxılmış versiyaları dəstəkləməyəcək. Bu sıraya BlackBerry, BlackBerry 10, Nokia S40, Nokia Symbian S60, Android 2.1, Android 2.2, Windows Phone 7.1 əməliyyat sistemləri daxildir. Məlumatda bildirilir ki, bu əməliyyat sistemləri artıq mesencerdən hərtərəfli şəkildə istifadə etməyə imkan vermir.

Şirkət belə telefonlardan istifadə edənlərə əməliyyat sistemlərini daha sonrakı versiyalara qədər yeniləməyi tövsiyə edir.

mənbə :
lent.az