“Eldar Mahmudov şeyxdən pul almaq istəyirdi bilirdi ki…” – Aslan İsmayılovdan ŞOK açıqlama

eldar
“Eldar Mahmudovun dəstəsi doğru adamlardan, halal qazananlardan pul almayıblar”

Həbsdə olan Qafqaz Müsəlmanları İdarəsinin keçmiş sektor müdiri Elşən Mustafaoğlu məhkəməsində rezonans yaradan bir çıxış edib. İlahiyyatçı deyib ki, MTN-də ondan Allahşükür Paşazadənin əleyhinə ləyaqətsiz şeylər yazmağı tələb ediblər. Eldar Mahmudovla Allahşükür Paşazadənin hansı toqquşan maraqları ola bilərdi ki, belə şey istənilsin?

“AzPolitika”nın məlumatına görə, tanınmış hüquqşünas Aslan İsmayılov modern.az saytına müsahibəsində bu barədə suala cavab verərkən bildirib ki, Eldar Mahmudov şeyxdən pul qoparmaq istəyirmiş:
aslan

Eldar Mahmudov yaxşı bilirdi ki, kimin çoxlu pulu var. Məncə Eldar Mahmudov ondan pul qoparmaq istəyirdi. Məndən heç kim istəməyib. Çünki bilirlər ki, Aslan İsmayılovun haram pulları yoxdur. Mən Eldar Mahmudovun dəstəsinin cinayətkar olduğunu bilirəm və hesab edirəm ki, onlara ən ağır cəza verilməlidir.
Amma onlar da doğru adamlardan, halal qazananlardan pul almayıblar. Bu yaxınlarda eşitmişəm ki, keçmiş MTN-in rəhbərliyi Vəkillər Kollegiyasının sədrindən 700 min manat pul alıbmış. Halbuki, həmin sədr 1000 manat maaş alır.
Mən Vəkillər Kollegiyasında olanda oranın özündən 1 qəpik də kömək görməmişəm, hərçənd ki, hər ay ora pul ödəyirdim. Demək bizdən oğurlayıb yığıbmış, Eldar Mahmudov da gəlib başından vurub əlindən alıb.
Prokurorluqda işləyəndə geyimin çox ucuz idi. Ən ucuz siqaret – “Vikeroy” çəkirdim. Başqa həmkarlarım isə bahalı geyinir, bahalı siqaretlər çəkirdi. Mən isə lağ-lağı obyekti idim.
İndi isə şəhərin mərkəzində ofisim var. Onların əksəriyyəti isə bir tikə çörəyə möhtacdırlar. İlahi ədalət budur. Allahın ədalətinin nə olduğunu gözümlə gördüm. Nə qədər çox haqsız, qansız olub, nə qədər pul yığıb sonra onun altını çəkənləri görmüşəm.
1989-cu ildə mən Azərbaycana gələndə Ali Məhkəmənin bir hakimi var idi. Ən qansız rüşvətxorun biri idi. Deyirdilər ki, onun pulunun sayı-hesabı yoxdur. Bu yaxınlarda mən həmin şəxslə maraqlandım. Dedilər ki, indi 1 qəpiyə də ehtiyacı var. Onu tanıyan bir adam mənə həmin hakim haqqında danışdı. Deməli, 1991-ci ildə 50 və 100 manatlıqlar dövriyyədən çıxarıldı. Bankda cəmi 5 min dəyişmək olardı. Sən demə bu da çamadanlara 50 və 100-lüklər yığıbmış. Bir dəfə pulu belə batıb. Sonra bu başa düşür ki, pulu dollarda saxlamaq lazımdır. Sonra yenə pul yığıb onu “Xəyal Bank”a qoyur. Sonra da “Xəyal Bank” da batır. Baş kəsib, cib kəsib o qədər pul yığmışdı. Axırı da belə oldu.
Mənim tanıdığım prokurorluq işçiləri var idi. Şərik olub şəhərin mərkəzində 1 milyon manata obyekt aldılar. Sonra lazım olanda həmin yeri heç 100 minə sata bilmədilər. Mən isə 1997, 1998-ci illərdə Sulutəpədə biri 300 dollardan 4 torpaq sahəsi almışdım. Sonradan o torpağın birini 40 min, 2-ni isə 50 min dollara satdım. Biri hələ də mənimdir. Maştağa-Buzovna yolunda 3 min dollara 40 sot torpaq almışdım. Bu yaxınlarda onu da 350 min dollara satdım.
Budur ilahi ədalətin təcəssümü. Pula can atmaqla deyil. İnsan Allah qarşısında düz olmalıdır. Hələ mən həmin adamların ailələrində olanlarını demirəm. Balaları narkoman, qızları pis yoldadır. Allah uzaq eləsin, bəziləri şikəstdir. Allah bəndə deyil ki, yerə düşə barmaq soxa, göz çıxarda. Allahı əsl mənada sevmək lazımdır”

Xəzər sahillərini mühasirəyə alan məmurlar- Foto

hasarr
Azərbaycanın bu təbii sərvəti hasarlardan xilas ediləcəkmi?

Xəzər dənizi əslində bizim – xalqın təbii sərvətidir. Nefti, qazı, kürüsü ilə birlikdə… Amma bu sadaladıqlarımız xalq olaraq, heç vaxt görmədiklərimizdir. Bizə göstərilməyənlərdir. Bəs, suyu, sahili..? Niyə Xəzər sahillərinə əlimiz çatmır? Və ya çatanda da niyə ödənişli olmalıdır? Axı, Xəzər bizim, yəni hamımızındır…
Xəzərin insan əli çata biləcək hər yeri ya hasarlıdır, ya da istirahət mərkəzlərinə çeviriblər. Mərdəkanı, Şüvəlanı, Nabranı, Buzovnanı, Pirşağını… İnsan əli çata biləcək hər yeri…
Xəzərin çox ciddi “hasar dərdi” var. Bu dərd, bu problem bir neçə dəfə Milli Məclisin də müzakirəsinə çıxarılıb. Sanki, Xəzərin hasarlanmasından xəbərləri yoxmuş kimi, hələ bir bunu edənlərə öz iradlarını bildirənlər də var. Amma nəticə yoxdur. Bəzən isə hasarlarla bağlı “ən məntiqli” izah belə verilir: “Bu hasarlar insanların təhlükəsizliyini təmin etmək üçün çəkilir…”
Hasar sevgisi olanların seçimi də təbii ki, zövqlü olur. Onlar Xəzərin ən gözəl, ən təmiz sahillərini boyhaboy hasarlayırlar. Bizə – xalqa qalan isə zibilli, çirkab suları ilə dolu olan və ya hansısa sahibkar tərəfindən zəbt edilmiş ödənişli sahillərdir. Bəzən ödənişsiz yer axtaran insanlar Xəzərin təhlükəli ərazilərinə üz tuturlar. Hansı ki, o sahillər “xalqın təhlükəsizliyi” üçün hələ hasarlanmayıb…
Sözü dolayı yolla deməyə ehtiyac yoxdur. Təbii ki, Xəzərin sahillərinin məmurlar arasında səliqəli şəkildə bölüşdürüldüyü hər kəsə aydındır. Məmurlar böldüklərini bölüblər, qalanını da satıblar. Axı hansısa bir məmurun xəbəri olmadan Bakıda daş üstünə daş qoymaq olar? Əlbəttə, yox…
Azərbaycanda məmurlarla vətəndaşlar arasında fərqli həyat olduğu kimi, məmurlarla Xəzər arasında da fərqli bir həyat var. Hansı ki, o həyatı bizim – xalqın görməsini istəmirlər. İstəyirlər ki, onların Xəzər sahilindəki həyatları elə hasarla dəniz arasında qalsın. Amma vətəndaş istəyir ki, məmurlar onların həyatını görsün. Amma görmürlər. Çünki onlar əsasən bir neçə saat kabinetdə, daha sonra isə hündür hasarlar arxasında yaşayırlar.
Yəqin ki, yolu Bakının cənub girişindən düşən hər kəs sahilboyu uzanan istirahət mərkəzlərini, saysız-hesabsız möhtəşəm villaları görüb. Villalar, istirahət mərkəzləri olmayan sahillər isə hasarlanıb. Yəqin ki, daha sonra lazım olar deyə, ehtiyatda saxlayıblar və yaxud da “qaygıkeşcəsinə xalqın təhlükəsizliyini düşünüblər”.
“Bibiheybət” məscidindən sonra başlayan istirahət mərkəzləri, otellər boyhaboy düzülüb. Xəzərin sahilləri insan əli çata və yay fəslində çimərlik kimi istifadə edilə biləcək yerlərində bir qarış belə, boşluq saxlamamaq şərti ilə hasarlanıb. Davamında isə bir-birinin yanında sıralanan uzun və hündür hasarlı, nəzarət kameralı, mühafizəçiləri olan villalar…
O hasarların arxasında çox şey var. Yaxtalar, möhtəşəm malikanələr, dənizin ortasına aparan sonradan salınan yollar və daha nələr, nələr… Bir sözlə , xəyalını qura biləcəyimiz çox şey…
“Bu villalar kimlərindir, necə tikiblər, hansı pulla tikiblər” deyə sual etmirik. Bəlkə də “Bu, bizi maraqlandırmır” deyə düşünənlər var.
Amma tək gerçək olan budur ki, Xəzər bizimdir – Azərbacan xalqınındır. Xəzərin bizə çatan yalnız sahilləridir, ancaq aramızda hündür hasarlar var. Aşa bilməyəcəyimiz hasarlar…
Yaxşı ki, heç olmasa, Bulvar var. Amma bizə haqqımız olan lazımdır. Xəzər lazımdır. Hasarsız, özgür Xəzər…(musavat.com)
hasarrr
hasar

Bakıda partlayıcı oyuncaqlar müsadire edildi – FOTO

23:26 xeber – Dekabrın 16-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən paytaxtın Buzovna, Əmircan, M.Ə.Rəsulzadə qəsəbələrində və Xırdalan şəhərində reydlər keçirilib.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Daxili İşlər Nazirliyi Azərbaycanda Yeni il bayramı ərəfəsində qanunla qadağan edilmiş yüksək səs qabiliyyətinə malik pirotexniki məmulatların, tezalışan və partlayıcı maddələrin, əşyaların satışının qarşısını almaq üçün mübarizə tədbirlərini gücləndirib.

Bu məqsədlə təşkil olunan reydlər zamanı səyyar ticarətlə məşğul olan Ravil Ağayevdən, Şirvan Əsədovdan, Xəlil Hacıyevdən və Altay Rəhimovdan ümumilikdə 3132 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb. Hazırda Bakıda və rayonlarda bu cür maddələrin satışı və istifadəsi ilə bağlı reydlər davam etdirilir.


Müsadirə olunan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar

Bu barədə ANS PRESS-ə məlumat verən DİN-nin Mətbuat Şöbəsnin Rəis müavini Ehsan Zahidov bildirdi ki, yüksək səs effektinə malik pirotexniki məmulatların satışı qanunla yolverilməzdir. İnsanlarda narahatlıq doğurmayan, yüksək səs effektinə malik olmayan məmulatların satışına isə heç bir qadağa qoyulmayıb.

İqtisadçı Nicat Hacızadənin sözlərinə görə, uzun illərdir bu tipli məmulatların satışı qadağan edilsə də, təəssüf ki, tam olaraq yığışdırılmayıb. Bəzi işbazlar qeyri-qanuni yollarla bu məhsulları Azərbaycan bazarna gətirir.

Xüsusilə Asiya ölkələrindən, Çindən gətirilən bu maddələr əlamətdar günlərdə istifadə olunur. Ona görə də, bununla bağlı hər il mütəmadi monitorinqlər aparılmalı, cərimələr tətbiq edilməlidir.

mənbə :
anspress

Buzovnada 16 bıçaq zerbesi ile qetle yetirilen qadının qatili tapılıb


17.02.2015 / 11:22 xeber –

Buzovnada amansızlıqla qətlə yetirilən qadının ölümündə təqsirləndirilən şəxsin kimliyi müəyyən olunub. APA TV-nin məlumatına görə, istintaq sirri olduğundan həmin şəxsin adı hələlik açıqlanmır. Təqsirləndirilən şəxs Buzovna qəsəbə sakinidir, ailəlidir və iki övladı var. Xəzər rayon prokurorluğundan verilən məlumata görə, qadının söyüş söydüyünə görə öldürüldüyü ehtimal olunur. Hadisəni törədən şəxs qaçıb gizlənsə də, hüquq mühafizə orqanları onun yaxınları, ailə üzvləri ilə söhbət aparıb, könüllü təslim olmasını təklif ediblər. Xatırladaq ki, hadisə fevralın 13-də axşam saatlarında qeydə alınıb. Buzovna qəsəbəsində, "Dəniz kənarı" adlanan ərazidə 1968-ci il təvəllüdlü Rzayeva Xatirə Saməddin qızının çoxsaylı bıçaq xəsarətləri ilə meyiti aşkar olunub. 16 bıçaq zərbəsi alan qadının ağzının cırıldığı, daxili orqanlarının zədələndiyini bildirilir.

Mənbə : Lent.az