Novbeti dunya cempionunun adini bu defe falcilar yox, alimler deyibler – QERİBE ARASDİRMA

[r32]
2018-06-02T12:14 xeber – Avstriyanın İnsburq universitetinin alimləri bir neçə gün sonra Rusiyada başlayacaq futbol üzrə dünya çempionatının nəticələri haqqında məlumat veriblər.
Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, mütəxəssislər iddia edir ki, Futbol üzrə Dünya çempionatının qalibi Braziliya yığma komandası olacaq.
Onun ən güclü rəqibinin isə Almaniya yığmasının olacağı deyilir. Meydan sahibi Rusiya milli komamdasının çempionatda qalib gəlmə şansı isə 65 faizdən yuxarı deyil.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, ən güclülər Belçika, Argentina, Fransa, İspaniya, Almaniya, Braziliyadırb. Rusiya komandası isə bu siyahıda 12-ci yerdə göstərilir. Ekspertlər düşünür ki, Rusiya komandası yalnız 1/8 mərhələyə kimi irəliləyə biləcək. Riyaziyyatçıların düşüncəsinə görə, turnirin ev sahibləri qarşılaşacaqları təqdirdə Xorvatiya və Portuqaliyaya məğlub olacaqlar, lakin Danimarka, Polşa və Meksikaya qalib gələcəklər.
mənbə :
Sputnik

Fransa yigmasi DC-2018 ucun heyetini aciqlayib – SİYAHİ

[r32]

17 May, 2018  23:58 xeber – Futbol üzrə Fransa millisinin baş məşqçisi Didye Deşam Dünya çempionatı- 2018 üçün komandanın heyəti açıqlayıb.“Report” xəbər verir ki, siyahıya 23 futbolçu daxil edilib:Qapıçılar: Alfons Areola (PSJ), Uqo Lyoris (“Tottenhem”), Stiv Mandanda (“Marsel”);Müdafiəçilər: Lukas Ernandes (“Atletiko”), Presnel Kimpembe (PSJ), Benjamen Mendi (“Mançester Siti”), Cibril Sidibe (“Monako”), Adil Rami (“Marsel”), Benjamen Pavar (“Ştutqart”), Samuel Yumtiti (“Barselona”), Rafael Varan (“Real”);Yarımmüdafiəçilər: Blez Matüidi (“Yuventus”), Pol Poqba (“Mançester Yunayted”), N’Qolo Kante (“Çelsi”), Korentin Tolisso (“Bavariya”), Stiven N’Zonzi (“Sevilya”);Hücumçular: Olivye Jiru (“Çelsi”), Antuan Qrizmann (“Atletiko”), Usman Dembele (“Barselona”), Toma Lemar (“Monako”), Kilian Mbappe (PSJ), Floryan Toven (“Marsel”), Nabil Fekir (“Lion”);Ehtiyat heyət: Benua Kostil (“Bordo”), Matye Debüşi (“Sent-Etyen”), Luka Din (“Barselona”), Kurt Zuma (“Stok Siti”), Mamadu Sako (“Kristal Pelas”), Adrien Rabyo (PSJ), Kinqsli Koman (“Bavariya”), Antoni Marsyal (“Mançester Yunayted”), Mussa Sissoko (“Tottenhem”), Vissam Ben-Yedder (“Sevilya”), Aleksandr Lyakazett (“Arsenal”).Düna çempionatı 14 iyun-15 iyul tarixlərində Rusiyada keçiriləcək. Fransa “C” qrupunda Avstraliya, Peru və Danimarka ilə mübarizə aparacaq.

mənbə :
Report.az

‘Mancester Siti’nin qapicisi Ginnesin ‘Rekordlar’ kitabina dusub

[r32]

13 May, 2018  04:43 xeber – “Mançester Siti” futbol komandasının braziliyalı qapıçısı Ederson Ginnesin “Rekordlar” kitabına düşüb.”Report” xəbər verir ki, bu barədə “Sovetskiy sport” məlumat yayıb. Məlumata görə, qapıçı məşq zamanı topu 75,35 metr məsafəyə atmaqla yeni rekorda imza atıb. Qeyd edilir ki, Ederson belə uzun məsafəli zərbəni üçüncü cəhddə yerinə yetirə bilib.Daha əvvəl komanda özü İngiltərə premyer liqasında bir çempionatda qələbələrin və xalların sayına görə, həmçinin klub bir mövsümdəki qolların sayına görə rekorda imza atıb. 

mənbə :
Report.az

‘Bavariya’ ‘Real Madrid’in futbolcusu ucun 42 milyon avro odeyecek

[r32]

2 Aprel, 2018  10:38 xeber – Almaniyanın “Bavariya” klubu futbolçu Xames Rodrigesin transfer hüququnu İspaniya “Real Madrid”indən alacaq.

“Report” “Marca”ya istinadən xəbər verir ki, münhenlilər hazırda icarə əsasında xidmətindən yararlandıqları kolumbiyalı yarımmüdafiəçi üçün 42 milyon avro ödəyəcək.

26 yaşlı oyunçu cari mövsümdə “Bavariya”nın heyətində 18 çempionat matçında iştirak edib. O, 5 qol vurmaqla yanaşı, 9 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Real Madrid” 2014-cü ildə Fransanın “Monako” klubundan 80 milyon avroya transfer etdiyi Xames Rodrigesi ötən yay 13 milyon avro qarşılığında 2 il müddətinə “Bavariya”ya icarəyə verib.

mənbə :
Report.az

DC-2018 ucun 2 milyona yaxin bilet satilib

[r32]

22 Mart, 2018  14:06 xeber – Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına 2 milyona yaxın bilet satılıb.
“Report” “Championat.com” saytına istinadən xəbər verir ki, bunu FIFA-nın nümayəndəsi Kolin Smit bildirib.
O deyib ki, biletlərin 50 faizini xarici ölkələrin vətəndaşları alıblar. 
Qeyd edək ki, dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. 

mənbə :
Report.az

Azerbaycanda keçirilecek Avropa çempionatinin teqvimi açiqlanib

[r32]

19 Yanvar, 2017  21:00 xeber – Qadın voleybolçular arasında Azərbaycan və Gürcüstanda keçiriləcək Avropa çempionatının təqvimi açıqlanıb. “Report”un məlumatına görə, oyunlara sentyabrın 22-dən start veriləcək.Qitə turnirinin açılış oyununda Azərbaycan və Macarıstan üz-üzə gələcək. Çempionatın qalibi oktyabrın 1-də müəyyənləşəcək.A qrupu (Bakı)22 sentyabr18:00. Macarıstan – Azərbaycan20:30. Polşa – Almaniya23 sentyabr18:00. Polşa – Macarıstan24 sentyabr18:00. Azərbaycan – Polşa20:30. Almaniya – Macarıstan25 sentyabr18:00. Azərbaycan – AlmaniyaB qrupu (Tiflis)22 sentyabr17:00. İtaliya – Gürcüstan20:00. Belarus – Xorvatiya23 sentyabr17:00. Gürcüstan – Xorvatiya20:00. İtaliya – Belarus24 sentyabr17:00. Gürcüstan – Belarus20:00. Xorvatiya – İtaliyaC qrupu (Bakı)22 sentyabr15:30. Ukrayna – Rusiya23 sentyabr15:30. Bolqarıstan – Ukrayna20:30. Türkiyə – Rusiya24 sentyabr15:30. Bolqarıstan – Türkiyə25 sentyabr20:30. Türkiyə – UkraynaD qrupu (Gəncə / Göygöl)22 sentyabr17:00. Serbiya – Çexiya20:00. Hollandiya – Belçika23 sentyabr17:00. Çexiya – Belçika20:00. Serbiya – Hollandiya24 sentyabr17:00. Belçika – Serbiya20:00. Çexiya – Hollandiya26 sentyabrA və C qrupları18:00. Pley-off oyunları – 120:30. Pley-off oyunları – 227 sentyabrB və D qrupları18:00. Pley-off oyunları – 320:30. Pley-off oyunları – 428 sentyabr18:00. 1/4 final20:30. 1/4 final29 sentyabr18:00. 1/4 final20:30 1/4 final30 sentyabr18:00. Yarımfinal20:30. Yarımfinal1 oktyabr16:00. Bürünc medal uğrunda19:00. Final
mənbə :
Report.az

Azerbaycanda it döyüşleri keçirilir – UDANA MÜKAFAT VERİRLƏR

30.10.2016 / 14:27 xeber –

Hazırda Bərdədə it döyüşü həvəskarları toplaşıb.

 

Lent.az xəbər verir ki, bu barədə musavat.com-a it döyüşü keçirilən ərazidə olan vətəndaşlardan biri məlumat verib.

 

O deyib ki, bu, sadəcə ikili döyüşlərdir, çempionat deyil. Kim istəsə, öz itini bəhsə qoşulmağa həvəsi olan digər birinin iti ilə boğuşdurur. Ortaya, kimin gücü nəyə çatırsa, bəhs məbləği də qoyulur.

 

Hazırda Azərbaycanın ən müxtəlif bölgələrindən öz itləri ilə Bərdəyə gələn həvəskarlar orada it boğuşdurmaqla məşğuldurlar.

 

Qeyd edək ki, it boğuşdurma, xoruz döyüşdürmə Azərbaycanda qədim zamanlarda da mövcud olub. İspanlarda öküzlə insanın döyüşü – korrida olduğu kimi, bizdə də bu azart milli köklərimizdən gəlir.

 

Lakin hazırda Azərbaycanda it və xoruz döyüşləri rəsmi olaraq yasaqlanıb.

+2

mənbə :
lent.az

Ağaselim Mircavadov: “Neftçi"nin oyununun birinci hissesine baxıb, televizoru söndürdüm"

08.10.2016 / 15:11 xeber –

“Biz indiyədək 8 komanda ilə oynamamışıq. Amma hazırda belədirsə, deməli, işləmək, irəli getmək lazımdır. 4 mərhələdən ibarət çempionatda 2-ci dövrədən sonra kimin nəyə qadir olduğu bilinəcək”. Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Azərbaycanın ən titullu futbol məşqçisi Ağasəlim Mircavadov deyib.

 

Topaz Premyer Liqasında I dövrəyə yekun vurulub. İlk 7 turdan sonra turnir cədvəlinə 19 xala malik “Qəbələ” başçılıq edir. İkinci pillədə qərarlaşan “İnter” əyalət təmsilçisindən 4 xal geri qaldığı halda, “üçlüyü” qapayan “Qarabağ” 13 xala malikdir.

 

Arxada qalan 7 turu dəyərləndirən A. Mircavadov bildirib ki, I dövrənin yekununa əsasən kimin yarışı necə başa vuracağını demək olmaz: “İlk pillədə qərarlaşan “Qəbələ”nin 19, 4-cü yerdə olan “Sumqayıt” 8 xalı var. Bu heç də yaxşı hal deyil. Buna görə də əvvəldən kimin birinci, kimin də qalan yerlər uğrunda mübarizə aparacağı görünürdü”. 

 

Azərbaycanın ən titullu məşqçisi lider olan “qırmızı-qaralar”ın uğurlu startını belə dəyərləndirib: “Klub birdən-birə belə nəticə göstərmir. Buna vaxt lazımdır. Bu komandada olan insanların da öz fikirləri, proqramları var. Onlar Avropada olan planlarını yerinə yetiriblər, ardıcıl ikinci ildir Avroliqada oynayırlar. İndi komandanın çempionluq hədəfi qalıb. 7 matçda cəmi 1 dəfə xal itirən komandanın əsas gücü infrastrukturdadır. Həmçinin bu il onlar çox gözəl transferlər etdilər. Yeni gələnlər komanda üçün sonadək oynayırlar”.

 

“Qəbələ”nin liderliyində düzgün hazırlanmış plandan və burada ukraynalı baş məşqçi Roman Qriqorçukun gördüyü işlərdən danışan mütəxəssis 9 matçdır qol buraxmayan Dmitri Bezotosnı və komandanın müdafiə xəttinin keçilməzliyinin səbəbini də açıqlayıb. A. Mircavadov “Qəbələ”yə bu tempi sonadək qoruyub, saxlamaq üçün məsləhətlərini də verib: “Komanda 3 cəbhədə – çempionat, kubok və avrokubokda mübarizə aparır. Bununla bağlı Qriqorçukla da söhbətim oldu. O bildirdi ki, artıq yetirmələri həftədə 2 dəfə oynamağa öyrəşiblər. Bilirsiniz, yorğunluq futbolda deyil, yolda ola bilər. Çünki insan sevdiyi işlə məşğuldur. Komanda stabil oynayarsa, elə zirvədə də qalacaq. Çempionluq istəyirsənsə, ortabab klublarla görüşlərdə xal itirmək olmaz. Liderlik uğrunda mübarizə aparanlardan isə çox xal almaq lazımdır”.

 

Heyətinə görə “Qarabağ” və “Qəbələ”dən geri qalan “İnter” yenə liderlər sırasındadır. A. Mircavadov “bankirlər”in sonadək avrokubok təmsilçilərimizlə mübarizə aparmasının özlərindən asılı olduğunu bildirib: “Bu komanda çox ağır oynayır. “Neftçi”yə 2:1 hesabı ilə qalib gəldikləri matça da baxdım. Məni bu ağır oyunla onların nə vaxt “açılacaqları” düşündürür. Onlar kollektiv oyun sayəsində 15 xal yığıblar. Belə komandalar da var. Məsələn, Kurban Berdiyevin çalışdırdığı “Rostov” həmin oyunla az qalmışdı ki, Rusiya çempionu olsun”.

 

Son 3 mövsümün çempionu “Qarabağ” üçün startı uğurlu saymaq olmaz. A. Mircavadovun sözlərinə görə, Ağdam klubu artıq 2 dəfə məğlubiyyət acısı yaşasa da, növbəti tituluna doğru irəliləmək gücündədir: “Psixoloji tərəfdən yorğunluq, saymazlıq ola bilər. Amma “Qarabağ”ın öz oyun üslubu var. Deyərdim ki, komanda bu gün çox qol vəziyyəti yaradır, bundan istifadə edə bilmir. Liderləri Reynaldodur, amma o da çox az fərqlənib. Bunu baş məşqçi daha yaxşı bilir, öz işləridir. Amma “Qarabağ” çempionluq uğrunda mübarizə aparacaq. Bunun üçün heyəti də var”.

 

Çempionatın ən böyük sürprizi isə “Neftçi”nin uğursuz çıxışıdır. Paytaxt təmsilçisinin belə aciz qalmasına münasibət bildirən Məşqçilər Komitəsinin üzvü deyib ki, komanda lazımsız futbolçuların səhvləri səbəbindən yaxşı günlərini yaşamır: “Buna biabırçılıq deyək, ya nə deyək, doğurdan da söz tapmaq olmur. Çünki biz “Neftçi”ni həmişə birinci, ya ikinci yerdə görmüşük. Öz oyunu, legionerləri ilə fərqlənib. “Neftçi” elə bir klubdur ki, orada imicli futbolçular çıxış etməlidir, imicli məşqçilər işləməlidirlər. Əfsuslar olsun ki, bu il orada lazımsız oyunçular, sarı və qırmızı vərəqə ilə cəzalananlar digərləri ilə müqayisədə çoxdur. Nizam-intizamın aşağı olması da nəticədə özünü göstərir. İnanın, komandanın bugünkü halını çox pis qəbul edirəm. Onlar bizim tariximizdir. Mən orada boya-başa çatmışam. Hazırda da “Neftçi” dedikdə, duyğularım onunla hərəkət edir. Klubu faciəli yerə salmaq lazım deyil”.

 

A. Mircavadov bildirib ki, tarixinin antirekordunu yaşayıb, 5 oyun qalib gəlməyən və özünün ən ağır məğlubiyyətini yaşayan komandanın “Qəbələ”yə 0:8 hesabı ilə uduzduğu oyunda birinci hissəyə baxıb və televizoru söndürüb: “İlk hissəyə baxdım, ikinciyə baxmadım. Həmin vaxt bağda idim, nəvələrim də yanımda idilər. Televizoru keçirdim, uşaqları da bayıra çıxardım ki, “gəlin, gedək oynayaq”. Onlar da təəccüblü qaldılar ki, həmişə futbol gedəndə sakitlik olur və bir yerdə baxırdıq. Bu məğlubiyyəti də çox pis qəbul etdim. “Neftçi” heç vaxt belə olmamalıdır. Əksinə, onlar həmişə 6:0, 7:0, 8:0 hesabı ilə qalib gəlməlidirlər. Amma deyim ki, bu gün ziyalı azarkeşlərimizi itirmişik. O azarkeşlər ki, ötən əsrin 60-cı, 70-ci, 80-ci illərində stadionlara gəlirdilər və harada otururdusa, sözləri qanun kimi idi. Söyüş, başqa hərəkətlər olmazdı. Baxın, indi stadionlara kimlər gəlir? Cavan uşaqlar. Özlərini apara bilmirlər. Düzdür, başqa hörmətli azarkeşlər də var. Birincisi, ziyalıları tribunaya qaytarmaq lazımdır. Nə ilə? Oyunumuzla. Bunu da xalqın komandası “Neftçi” etməlidir”. 

 

“Neftçi”nin tarixində də belə böhran vəziyyətləri olub. Sonuncu isə Hans Yurgen Gedenin vaxtına təsadüf etmişdi. A. Mircavadov bir qədər öncə komandanın başına Elxan Abdullayevin gətirilməsi ilə çətin günlərin bitəcəyinə də inam ifadə edib.

 

O həmçinin ötən mövsümün gümüş medalçısı “Zirə”nin eyni dərəcədə uğurlu çıxış etməməsindən, çempionatın ortababları “Sumqayıt”la “Kəpəz”in ilk dövrədəki çıxışından da danışıb. A. Mircavadov vaxtilə mükafatlar uğrunda mübarizə aparan AZAL-ın indiki acınacaqlı durumuna da toxunub.

 

Təcrübəli mütəxəssis arxada qalan 7 turda “Qəbələ”nin yeni transferləri – Teo Uiks, Baqali Dabonu fərqləndirib: “Yerli oyunçulardan isə fərqləndirə biləcəyim yoxdur”.

 

A. Mircavadov Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Norveç və Çexiya ilə keçirəcəkləri oyunlarla bağlı proqnozlar da verib. O bildirib ki, bu qarşılaşmalardan xal deyil, xallar gözləyir.

 

mənbə :
lent.az

Növbeti biabırçılıq: Yığmamız Olimpiadaya buraxılmaya biler!


25.12.2015 / 10:45 xeber –

Azərbaycan yığmasının daha 3 ağırlıqqaldıranı dopinq testdən keçə bilməyib. Apasport.az saytının məlumatına görə, Valentin Xristov (62 kq), Elxan Əliquluzadə (77 kq) və Silviya Angelovanın (48 kq) ardınca Firudin Quliyev (69 kq), İntiqam Zairov (94 kq) və Dadaş Dadaşbəylinin (105 kq) də orqanizmindən götürülən analiz müsbət nəticə verib.

 

Belə ki, ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatından sonra idmançılarımız növbəti qalmaqalla üzləşib. Rioya 4 lisenziyanı qazanan yığmamızın üzvlərinin bir-bir dopinqdə “ilişməsi” isə vəsiqələrimizi də sual altına alıb.

 

Yəni 6 ağırlıqqaldıranımızın A testi müsbət nəticələndiyindən B testini gözləmək məcburiyyətindəyik. Əgər bu yenidən təkrarlanarsa, ağırlıqqaldıranlarımız ömürlük diskvalifikasiya olunmaqla yanaşı, Olimpiadadan da kənar qalacaqlar.

 

Qeyd edək ki, Quliyev mundialda 6-cı, Zairovla Dadaşbəyli 9-cu yeri tutmuşdu. 3 atlet ümumilikdə isə millimizə 45 (20+17+18) lisenziya xalı qazandırmışdı.

mənbə :
lent.az

“Qarabağ” rekord vurdu – FOTO

11:13 xeber – Ağdamın “Qarabağ” klubu yeni rekorda imza atıb.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, Qurban Qurbanovun yetirmələri qış fasiləsinə ən böyük üstünlüklə yollanan komanda olub.

Premyer Liqada mövsümün ilk yarısını 38 xalla tamamlayan Ağdam klubu ən yaxın izləyicisi “İnter”i 8 xal qabaqlayır. Bu isə ölkə çempionatları tarixində qış fasiləsində qeydə alınan ən böyük fərqdir.

1993/94 mövsümündən etibarən payız-yaz sistemi ilə keçirilən ölkə çempionatlarında bunadək ən böyük üstünlük 5 xala bərabər idi. 2006/07 mövsümündə “Xəzər Lənkəran” “MKT Araz”ı, növbəti il isə “Olimpik” Lənkəran təmsilçisini 5 xal qabaqlamışdı. Ötən il isə “Qarabağ” “İnter”i eyni hesabla arxada qoyub.


Azərbaycan çempionatın turnir cədvəli

mənbə :
anspress

Türkiye yene Rusiya ile qarşılaşa biler

17:50 xeber – Bu gün Fransanın paytaxtı Parisdə 2016-cı ildə keçiriləcək futbol üzrə Avropa çempionatının püşkatma mərasimi keçiriləcək.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, iyunun 10-dan iyulun 10-dək davam edəcək yarışın 24 iştirakçısı püşkatmada iştirak edəcək.

Bakı vaxtı ilə saat 21.00-da başlayacaq mərasimdə komandalar 6 qrupa bölünəcək. Artıq bunun üçün ayrılmış 4 səbətin tərkibu tam bəllidi. Püşkü Hollandiya ilə 1988-ci ilin Avropa çempionu Ruud Qullit və 1998-ci il dünya, eləcə də 2000-ci il Avropa çempionu olmuş fransalı Biksant Lizarazyu çəkəcək. Yalnız A qrupunda 1 komandanın adı bəllidi. Bu da meydan sahibi olduğundan Fransadı.


Türkiyə millisi

Qeyd edək ki, siyasi səbəblərə münasibətləri yaxşı olmayan Türkiyə millisi 3-cü səbətdədi və Rusiya ilə bir qrupda mübarizə aparmağa yaxındı.

A qrupu
Fransa

1-ci səbət: İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət: Türkiyə, İrlandiya, İslandiya, Uels, Albaniya, Şimali İrlandiya

mənbə :
anspress

Rahid Əmirquliyeve Xorvatiya klubundan teklif


10.12.2015 / 14:34 xeber –

Azərbaycan millisinin futbolçusu Rahid Əmirquliyev karyerasını Xorvatiyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın şərəfini qoruyan 26 yaşlı yarımmüdafiəçi “Riyeka” klubundan təklif alıb.

 

Xorvatiya çempionatının yüksək liqasında mübarizə aparan Riyekanın eyniadlı təmsilçisi yığmamızın futbolçusunu heyətində görməkdə maraqlıdı. Artıq balkanlılar futbolçu ilə danışıqlar da aparıb.

 

2006-cı ildən “Xəzər Lənkəran”da çıxış edib, bu ilin sonunda klubunu dəyişməyə qərar verən Rahid əməkdaşımızla söhbətində Xorvatiyadan təklif aldığını təsdiqləyib: “Düzdü, “Riyeka”dan təklif almışam. Lakin hələlik təklifə cavab verməmişəm. Dekabrın sonuna qədər “Xəzər Lənkəran”dayam. Sonra necə olacağı ilə bağlı hələ qəti qərar verməmişəm. Lakin karyeramı ölkəmizdə davam etdirməyim də istisna deyil”.

 

“Xəzər Lənkəran”a keçənədək Qusar “Şahdağ”ında çıxış edən Əmirquliyevlə digər yerli klublar da maraqlanır. Adı “Qəbələ”, “Qarabağ” və “Neftçi” ilə yanaşı hallansa da, Rahid böyük ehtimalla qış fasiləsindən sonra Ağdam təmsilçində forma geyinəcək.

 

Qeyd edək ki, gələn il 70 illik yubileyini qeyd edəcək “Riyeka” ardıcıl 4 mövsüm Xorvatiya çempionatını mükafatla başa vurur.

 

2013/14 və 2014/15 mövsümlərində 2-ci olan komanda hazırda da yalnız Zaqreb “Dinamo”sundan geri qalır. “Riyeka” ötən iki mövsümdə Avropa Liqasının qrupunda da mübarizə aparıb.

mənbə :
lent.az

Pirlo Türkiye klubunda

19:59 xeber – Türkiyənin “Antalyaspor” klubu qış transfer dönəmində İtaliya millisinin canlı əfsanəsi Andrea Pirlonu heyətinə qatmaq istəyir.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bunun üçün klub prezidenti Gültekin Gencer Milana yollanıb.


Klub prezidenti Gültekin Gencer

Futbolçunun meneceri ilə görüşən klub rəhbəri Pirlonu 6 ay müddətində icarəyə götürmək istədiklərini bildirib. Menecer isə öz növbəsində 2 illik müqavilə təklif edib və bunun müqabilində 8 milyon avro istədiklərini qeyd edib. Məbləğin çox olduqlarını düşünən Gencer bir qədər fikirləşmək üçün zaman istəyib.

ABŞ-da çempionat başa çatdığı üçün müqavilə ilə “Nyu York Siti” klubuna məxsus olan Pirlo hazırda vətənində istirahətdədir.

mənbə :
anspress

Dilçilik İnstitutundan AFFA-ya İRAD: "…doğru deyil"


03.11.2015 / 13:06 xeber –

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Topaz Premyer Liqasında çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının Azərbaycan dilində latın qrafikasına uyğun yazılması ilə bağlı AFFA-ya müraciət edəcək.

 

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli APA-ya deyib ki, yerli çempionatda çıxış edən klubların formalarında futbolçuların ad və soyadlarının əcnəbi dildə yazılması doğru deyil: “Biz bu məsələ ilə bağlı AFFA-ya məktub göndərəcəyik. Təbii ki, beynəlxalq oyunlar istisnadır. Yerli çempionatda elektron tabloda futbolçunun adı Azərbaycan dilində, amma formada əcnəbi qrafikada yazılır. Bu, doğru deyil”.

 

Q. Məhərrəmli qeyd edib ki, ölkədə Azərbaycan dili 22 sahədə tətbiq olunur: “Bununla bağlı məsələ qaldırılacaq. Qurban Qurbanov Ukraynada mətbuat konfransında Azərbaycan dilinə danışmışdı. Bu çox yaxşı hal idi. Biz İnstitut adından ona məktub da göndərmişdik. Bu məsələni diqqətdə saxlayacağıq”.

 

Qeyd edək ki, Topaz Premyer Liqasında çıxış edən “Neftçi”-nin formasında “Qurbanov” soyadı “Gurbanov”, “Xəzər Lənkəran”-ın formasında “Elşən” adı “Elshan” kimi yazılır.

mənbə :
lent.az

“Qarabağ” temsilçileri Avropa çempionatında

18:56 xeber – Futboltennis üzrə Avropa çempionatı keçiriləcək.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, çempionatda Azərbaycanın futboltennis üzrə milli komandası da ilk dəfə iştirak edəcək.

Moskvanın “Qarabağ” futzal komandasının 4 üzvü: Elnur Vəliyev , Emin Əhmədli, Nihat Abdullayev və Azad Rəhimov Azərbaycanın futboltennis üzrə milli komandasına dəvət alıblar. Onlar bu turnirdə yığmanın şərəfini qoruyacaqlar. Azərbaycan yığması ilk dəfə Avropa Çempionatında çıxış edəcək. Avropa Çempionatı Rumıniyanın Targovista şəhərində noyabr ayının 18-dən 22-dək keçiriləcək.

Futboltennis və ya tennisbol idmanda komanda oyunudur. Bu oyunu ölçüləri voleybol meydançasına yaxın meydançada tennis torundan futbol topunu keçirməklə oynayırlar. Futboltennis 1920-ci illərdə Çexiyada yaranıb.


“Qarabağ Moskva” klubu

Rusiyada azərbaycanlıların yaratdığı “Qarabağ Moskva” klubu futzal üzrə Moskva birinciliyində çıхış edir. Komandaın rəhbəri və məşqçisi Elnur Vəliyev həmçinin oyunçu kimi çıxış edir. Azərbaycanı təmsil edən komanda 2013-cü il yanvarın 10-da Moskvada yaşayan həmvətənlərimiz tərəfindən yaradılıb. Kollektiv əsasən Moskvada yaşayan gənclərdən və tələbələrdən ibarətdir. Elnur Vəliyev Moskvada Rusiya Futbol İttifaqının təşkil etdiyi C kateqoriyalı məşqçi kurslarında iştirak edərək, kursun yekununda imtahan nəticəsində C kateqoriyalı lisenziya alıb.

mənbə :
anspress