Cexiyada kimyevi zavodda partlayis olub, 6 nefer olub

[r32]

22 Mart, 2018  16:23 xeber – Çexiyada kimyəvi maddələr istehsal edən zavodda partlayış olub.

“Report” “NTV”yə istinadən xəbər verir ki, paytaxt Praqanın şimalında yerləşən müəsissədə baş verən partlayış nəticəsində azı 6 nəfər ölüb, xeyli sayda insan yaralanıb.

Yaralananın sayı açıqlanmayıb.

Məlumata görə, partlayış boş yanacaq tankerinin təmizlənməsi zamanı baş verib.

mənbə :
Report.az

Erdogan PYD terrorcusu Salih Muslumun hebsini alqislayib

[r32]

25 Fevral, 2018  20:23 xeber – Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının Suriya qolu olan PYD-nin keçmiş rəhbərlərindən biri Salih Müslümün Praqada həbsini alqışlayıb.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Ərdoğan terrorçunun tezliklə Türkiyəyə təhvil veriləcəyinə ümid etdiyini bildirib.
PKK-nın qolu PYD rəhbərinin keçmiş müavini Salih Müsüm İnterpol xətti ilə axtarışa verilərək fevralın 24-də Praqada saxlanılıb. Onun saxlanılması haqqında qərar Türkiyə tərəfinin müraciəti əsasında, İnterpol tərəfindən həyata keçirilib. Çexiya bununla bağlı məhkəmə qərarının olduğunu açıqlayıb.
Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ isə bildirib ki, Daxili İşlər, Xarici İşlər və Ədliyyə nazirlikləri Salih Müslümün ekstradisiyası ilə bağlı tədbirlər görürlər. Salih Müslümün adı Türkiyə Daxili İşlər Nazirliyinin qatı cinayətkarlar siyahısına salınıb. Onun tapılması üçün 4 milyon türk lirəsi (1 milyon ABŞ dollarından çox) mükafat vəd edilib.

mənbə :
Report.az

İsvecre ve Cexiya idmancilari Qis Olimpiya Oyunlarinin qalibi olublar

[r32]

24 Fevral, 2018  17:54 xeber – Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunlarında snoubordun böyük slalom növündə kişi və qadınların yarışında qaliblər müəyyənləşib.
“Report” xəbər verir ki, kişilərin mübarizəsində finalda cənubi koreyalı San-Xo Lini məğlub edən isveçrəli Nevin Qalmarini qızıl medal qazanıb. Üçüncü yer uğrunda görüşdə isə sloveniyalı Jan Koşir fransalı Silven Dyufuru üstələyib.
Qadınların yarışında çexiyalı Ester Ledetska almaniyalı Selina Yorqa qalib gələrək birinci yeri tutub. Bürünc medalı isə almaniyalı Ramona-Tereziya Hofmayster əldə edib. O, rusiyalı Alyona Zavarzinadan güclü olub.
Qeyd edək ki, Qış Olimpiya Oyunlarına fevralın 25-də yekun vurulacaq.

mənbə :
Report.az

Minimum əmək haqqımız Türkmənistandan 2,5 dəfə azmış – Avropa ölkələrindən isə…


[r32]
2018-ci il üçün minimum əmək haqqı Azərbaycanda 64, Qazaxıstanda 72 avro, Ermənistanda 96, Rusiyada 139, Türkmənistanda 156 avro təşkil edəcək.
Azərbaycanda minimum əmək haqqının 1 aylıq norması Avstraliyada 5 saatlıq, Luksemburqda 5 saat 20 dəqiqəlik, Fransada 6 saatlıq, Belçikada 6 saat 25 dəqiqəlik, İrlandiyada 6 saat 30 dəqiqəlik, Yeni Zelandiyada 6 saat 45 dəqiqəlik, Hollandiyada 7 saatlıq, ABŞ-da 7 saat 30 dəqiqəlik, Kanadada 7 saat 45 dəqiqəlik minimum əmək haqqı səviyyəsindədir”. Bu fikirləri iqtisadçı-ekspert Qubad İbadoğlu Azərbaycanda aylıq minimum əmək haqqının 130 manata qalddırılmasına münasibət bildirərkən açıqlayıb.Onun “facebook” səhifəsindən paylaşdığı fikirlərini təqdim edirik:

– 2018-ci il üçün işləyənlər üçün əməyin ödənilməsinin minimum aylıq məbləği 130 manat və ya 76 dollar, yaxud da 64 avro təşkil edəcək. Bu barədə Azərbaycan Respublikasının prezidenti fərman imzalayıb. Fərmanın şərhindən əvvəl, minimum əmək haqqının funksiyasına izah vermək istərdim. Minimum əmək haqqı hər bir ölkədə ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Bu normativ həmçinin işləyənləri aşağı əmək haqqı ödənişindən qorumaq üçün tətbiq edilir. Bu normativ adətən işləyənin fizioloji tələbatlarının minimum səviyyəsini qarşılayacaq qədərində müəyyənləşdirilir. Minimum əmək haqqının yüksək olması dövlətin sosial öhdəliklərini azaldır. Çünki, əməyin ödənilməsinin minimum səviyyəsi mülkiyyət növündən asılı olmayaraq bütün işəgötürənlərə şamil olunur. Minimum əmək haqqı həm də məşğulluq göstəricisinin tənzimlənməsində istifadə edilən əsas iqtisadi alətlərdən sayılır.
Azərbaycanda minimum əmək haqqının yuxarıda sadalanan funksiyaların hamısı olmasa da bəzilərini müşahidə etmək mümkündür. Minimum əmək haqqının funksiyalarının hamısına malik olması onun məbləğindən asılıdır.

Hazırda Azərbaycanda mövcud qanunvericiliyə uyğun olaraq 2018-ci il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1919 saat təsdiq edilib. Bu o deməkdir ki, aylıq iş saatlarının norması 160 saatdır. Bu hesabla da minimum əmək haqqının 1 saatlıq norması manatla 81 qəpik, dollarla 47,5 sent, avro ilə 40 sent təşkil edir.

Müqayisə üçün qeyd edim ki, 1 saatlıq minimum əmək haqqı norması Avstraliyada 15,61 dollar, Lüksemburqda 14,31 dollar, Fransada 12,52 dollar, Belçikada 11,91 dollar, İrlandiyada 11,48, Yeni Zelandiyada 11,23 dollar, Hollandiyada 11,22 dollar, ABŞ-da 10,10 dollar, Kanadada 9,85 dollar, Türkiyədə 5,46 dollar, Əlcəzairdə 2,84 dollar, Hondurasda 1,94 dollar, Çadda 1,68 dollar, Rusiyada 1,06 dollardır.

Bu həm də o deməkdir ki, Azərbaycanda minimum əmək haqqının 1 aylıq norması Avstraliyada 5 saatlıq, Luksemburqda 5 saat 20 dəqiqəlik, Fransada 6 saatlıq, Belçikada 6 saat 25 dəqiqəlik, İrlandiyada 6 saat 30 dəqiqəlik, Yeni Zelandiyada 6 saat 45 dəqiqəlik, Hollandiyada 7 saatlıq, ABŞ-da 7 saat 30 dəqiqəlik, Kanadada 7 saat 45 dəqiqəlik minimum əmək haqqı səviyyəsindədir.

Azərbaycanla bərabər start vəziyyətində bazar iqtisadiyyatına keçid dövrünə başlayan və hazırda Avropa Birliyinin üzvü olan keçmiş sosialist ölkələrinin bir çoxunda isə minimum əmək haqqı 235-470 avro arasında dəyişir. Azərbaycanda minuimum əmək haqqı 64 avro olduğu halda Bolqarıstanda 235 avro, Rumıniyada 275 avro, Latviya və Litvada 380 avro, Çexiyada 407 avro, Macarıstanda 412 avro, Xorvatiyada 433 avro, Slovakiyada 435 avro, Polşada 453 avro, Estoniyada 470 avrodur.
Son məlumatlara görə, Avropada ən yüksək minimum əmək haqqı Lüksemburqda (2000 avro), İrlandiyada (1563 avro), Hollandiyada (1552 avro), Belçikada (1532 avro), Almaniyadadır (1498 avro). Göründüyü kimi Azərbaycanda minimum əmək haqqı Lüksemburqdan 30 dəfə, İrlandiyada, Hollandiyada, Belçikada və Almaniyadan isə 25 dəfəyədək azdır.
Azərbaycanda minimum əmək haqqı orta aylıq əmək haqqının 24,7 faizinin təşkil edir. Halbuki, Avropa Birliyinə əksər ölkələrində bu nisbət 40 faizdən yuxarıdır. Hətta, Portuqaliyada bu nisbət 64 faiz, Fransa və Sloveniyada isə 62 faizdir.
Avropa Birliyinə daxil olan ölkələrdən Avstriyada, Danimarkada, İtaliyada, Finlandiyada, İsveçdə və Kiprdə əmək haqqının minimum səviyyəsi müəyyənləşdirilmir.

Azərbaycanın Avropa ilə müqayisəsinə rişxənd edənlərə demək istərdim ki, neftlə zəngin olan keçmiş sovet respublikalarından – Azərbaycanda 2018-ci il üçün minimum əmək haqqı 64 avro, Qazaxıstanda 72 avro, Rusiyada 139 avro, Türkmənistanda 156 avro təşkil edəcək.
Heç bir resursa malik olmayan Ermənistanda minimum əmək haqqı 96,4 avrodur. Gürcüstanda minimum əmək haqqı norması müəyyənləşdirilmədiyinə görə, orta aylıq əmək haqqı göstəricisini müqayisə etmək istərdim. Belə ki, resurslarla kasıb Gürcüstanda orta aylıq əmək haqqı 350 avro, resurslarla zəngin Azərbaycanda isə müvafiq göstərici 262 dollar təşkil edir.

“Biz məgər türkük? Niyə üzr istəməliyəm?” – Deputat Arif Rəhimzadə özü-özünü dolaşdırdı


[r32]
“Vaxtilə “Azərbaycan dili” əvəzinə “Türk dili” tədris olunurdu. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və məlumatlı olması nəticəsində “Azərbaycan dili” dərsliklərə salındı. Axı necə ola bilər ki, dilimiz Azərbaycan dili olsun, özümüz isə türk? Məgər Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan türkdür? Bunların mənşəyi türkdür. Amma hərəsinin öz adı var”.

Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib.

Komitə sədri qeyd edib ki, Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Çexiya və digər ölkələrin əhalisi slavyan mənşəlidir: “Ancaq hər birinin öz milləti və xalqının adı var. Xalqın adı da əraziyə görə müəyyənləşir”.

A.Rəhimzadə türkçülüklə bağlı səsləndirdiyi fikirlərin doğru olduğunu və buna görə üzr istəməyəcəyini deyib: “Mən nə üçün üzr istəməliyəm? Səviyyəsiz adamlar idi, yığılıb sosial şəbəkədə məni təhqir edirdilər. Ancaq mən azərbaycanlı olmağımızla bağlı fikirlərimdə qalıram. Bu bizim konstitusiyamızda da əksini tapıb. Bizim dilimiz Azərbaycan dilidir. Bu gün ABŞ-da yaşayanlar necə adlanır? Amerikalılar. Ancaq ABŞ-da etnik ingilislər, fransızlar, türklər, almanlar, slavyanlar, yəhudilər və digər millətlərdən adamlar var. Xalq kimi, hər kəs amerikalı hesab olunur. Azərbaycan da belədir. Başqa cür də ola bilməz. Bizim dilimiz Azərbaycan dilidirsə, milliyətimiz də azərbaycanlıdır. Biz məgər türkük? Elə şey olar? Əlbəttə ki, azərbaycanlıyıq. Ulu öndər Heydər Əliyev necə deyirdi? Mən fəxr edirəm ki, azərbaycanlıyam. Bütün bunları anlamayan adamlar gəlib mənim ünvanıma fikirlər səsləndirir. Onların əksəriyyəti Xalq Cəbhəsinin tör-töküntüləridir. Çox təəssüf ki, kifayət qədər savadı olan adamlar da bunu söyləyirlər”.

“AzPolitika.info” qeyd edir ki, komitə sədrinin danışığı onun fikirlərini ifadə etməkdə ciddi problemlər yaşadığnıı güman etməyə əsas verir. Ola bilsin yaşı ilə bağlıdır. Əvvəlcə deyir “Məgər Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tatarıstan türkdür?” .

Diqqət edin, hətta dövlət adında “türk” sözü olan Türkmənistanda yaşayanları da bu “səviyyəli adam” türk hesab etmir. Sonra da deyir ki, “bunların mənşəyi türkdür”. Məgər mənşəyi türk olan bir millət sonradan çevrilib erməni və ya rus olur?

Əlbəttə, qanı qarışıqlar, hətta pozuqlar var. Ancaq onlar fərddirlər və özlərini hansı millətə aid hesab edirlərsə də, odurlar. Kimsəyə bunu bütün millətə şamil etmək ixtiyarı verilməyib. Deputat omaq, sənə millətin adını təyin etrmək hüququ vermir.

Digər tərəfdən bu türk olmayan adam deyir ki, “xalqın adı da əraziyə görə müəyyənləşir”. Belə də sual olunur, dövləti olmayan, konkret bir ərazidə məskunlaşmayan xalqların adı nə ilə müyyənləşir? Bunun dediyindən belə çıxır ki, dünyada cəmi 200-ə yaxın xalq var.

Özünə dəstək qazanmaq üçün “ulu öndər Heydər Əliyev necə deyirdi? Mən fəxr edirəm ki, azərbaycanlıyam” deyir . Ancaq Heydər Əliyevin Türkiyə üçün “biz bir MİLLƏT, iki dövlətik” sözlərini xatırlamaq istəmir. Amma bunun onun yaşı ilə bağlı yaddaşında problemlərin yaranması ilə və ya bu yaşa gəlsə də, hələ “millət” sözünün mənasını anlamaması ilə bağlı olduğunu düşünmürük. Bu təfəkkür, qan məsələsidir.(Azpolitika.info)

KARLOVI VARIDA mənzili olan məşhurlarımız – Şeyx, general, deputat…(Yenilənib)


[r32]
Çexiyanın məşhur kurort şəhərciyi Karlovı Varıdakı daşınmaz əmlakın az qala yarısı Rusiya, Azərbaycan, Ukrayna və Qazaxıstan vətəndaşlarına məxsusdur.
Bu barədə “Açıq Rusiya” təşkilatının saytı yazıb.

Mənbənin verdiyi məlumata görə, Boris Nemtsovun iştirakı ilə 2014-cü ildə yaradılmış “Bələdiyyə skaneri” korrupsiya əleyhinə könüllülər layihəsi məsələ ilə bağlı öz araşdırmasını aparıb.

Layihə iştirakçıları Çexiyanın daşınmaz əmlak və ticarət reyestrinin köməyi ilə şəhərdəki bütün ünvanları analiz ediblər. Nəticədə, məlum olub ki, əmlakın təxminən 50%-i keçmiş SSRİ respublikaları olan ölkələrin – Rusiyanın, Ukraynanın, Azərbaycanın, Qazaxıstanın və Qırğızıstanın vətəndaşlarının payına düşür.

Tədqiqat zamanı bəlli olub ki, Karlovı Varıdakı elit daşınmaz əmlak sahibləri arasında Azərbaycanda tanınmış simalar da var. Belə ki, burada Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, onun deputat qardaşı, Milli Məclisin üzvü Cavanşir Paşazadənin də adlarına rast gəlmək mümkündür.

Karlovı Varının mərkəzində Milli Məclisin daha bir deputatı – Adil Əliyevin də daşınmaz əmlakı mövcuddur.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinın Daxili İstintaq Baş İdarəsinin rəisi, general Sahib Mirzəyevin də Çexiyanın kurort şəhərciyi olan Karlovı Varıda daşınmaz əmlakı barədə məlumat yayıb.

Saytın məlumatına əsasən, generalın dəbdəbəli evi Koptova 1191/5, 360 01 Karlovı Vary ünvanında yerləşir. Evdə iki nəfər qeydiyyata düşüb: Sahib Mirzəyev və Lyudmila Mirzəyeva.

Araşdırmanın müəllifləri Rusiya, Azərbaycan, Qazaxıstan və digər ölkələrin vətəndaşlarına məxsus mənzil və villaların onlarla ünvanının qeyd olunduğu interaktiv xəritə də hazırlayıblar.(virtualaz.org)
DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov həmin xəbərlə bağlı AzPolitika.info-ya açıqlama göndərib. Açıqlamada deyilir: “DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin Çexiyanın kurort şəhərciyi Karlovı Varıda ev alması barədə yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdirmir. Düzdür, qeyd olunan ünvandakı daşınmaz əmlak Sahib Mirzəyev ad-soyadlı bir azərbaycanlıya məxsusdur. Görünür, xəbəri hazırlayanlar da onun general Sahib Mirzəyev olduğunu zənn ediblər və nəticədə də anlaşılmazlıq yaranıb.

Daha dəqiq olsun deyə, onu da bildirim ki, Çexiyadakı Koptova 1191/5, 360 01 Karlovy Vary ünvanında yerləşən həmin evin sahibi 1946-cı ildə (71 yaşlı) Bakı şəhərində anadan olmuş, 2001-ci ildən (16 il) Çexiyanın Karlovı Varı şəhərində daimi yaşayan Mirzəyev Sahib Güləli oğludur”.
Azadlıq.az

Milli komandamız tarix yazdı

cexiya
Futbol üzrə Azərbaycan yığma komandası 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu səfərdə Çexiya millisinə qarşı keçirib.

Çexiyanın Ostrave-Vitkoviçiç şəhərindəki “Metski” stadionunda oynanılan görüşdə hesab açılmayıb. Meydan sahibləri qarşılaşmada üstün oyun nümayiş etdirsələr də, futbolçularımız qapılarını toxunulmaz saxlayaraq, olduqca mühüm olan bir xalı milli komandamızın aktivinə yaza biliblər.

Seçmə mərhələnin üçüncü turundan sonra Azərbaycan milli komandası 7 xalla qrupda Almaniyadan sonra ikinci sırada qərarlaşıb. Hər üç oyunu qələbə ilə başa vuran Almaniya maksimum nəticə ilə qrupda liderlik edir. Şimali İrlandiya yığması 4 xalla üçüncü, Norveç isə 3 xalla dördüncüdür. Qrupun favoritlərindən hesab olunan Çexiya yığması üç oyundan iki xal toplayaraq beşinci sıradadır. Qrupda sonuncu pillədə isə hər üç oyunda məğlub olan San-Marino millisi qərarlaşıb.

Azərbaycan yığması seçmə mərhələ çərçivəsində növbəti oyununu noyabrın 12-də səfərdə Şimali İrlandiya yığmasına qarşı keçirəcək

Putinin 12 xarici dostu melum oldu

17:30 xeber – Rusiya prezidenti Vladimir Putinin dünya ölkələri arasında 12 xarici dostu var.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə bu Ukraynanın Ordu, Konversiya və Tərkisilah mərkəzinin analitiklərinin apardığı araşdırma nəticəsində məlum olub.

Putinin dost hesab etdiyi ölkələr arasında Çexiya, Macarıstan, Yunanıstan, Kipr, Serbiya, Monteneqro, Finlandiya, Türkiyə, Misir, İran, Azərbaycan və Ermənistan yer alır.

Analitiklər hesab edir ki, Çexiyada güclü Rusiyaya meyillilik var.Çünki kommunistlər ölkədə əsas təsiredici qüvvə hesab olunur.Amma iqtisadi problemlərə görə biznes tərəfdaşı baxımından Rusiya Çexiya üçün cəlbedici deyil. Buna görə də Çexiyada heç kim Avropa ilə əməkdaşlığı təhlükə altına salmaq istəmir və vətəndaşların əksəriyyəti Avropa yolunu dəstəkləyir.

Macarıstan Rusiyanın əsas forpostu hesab olunur. Macarıstanın baş naziri Viktor Orban Rusiya ilə enerji daşıyıcıları sahəsində əməkdaşlığın perspektivli olduğunu düşünür .Amma analitiklər bunu “uğurlu siyasi oyun” hesab edirlər. Bunun təsdiqi kimi Rusiyaya qarşı sanksiyalar paketinin hazırlanması ilə bağlı təkrar səsvermə göstərilir. Putinin dəstəyi onlara yalnız Avropa ittifaqında iqtisadi çətinliklər olan zaman lazım ola bilər.


Viktor Orban-Macarıstanın baş naziri

Yunanıstanı ekspertlər risk qrupuna daxil ediblər.Bu ölkədə ciddi rus lobbisinin mövcudluğu onu göstərir ki, Yunanıstan öz hava məkanını Suriya istiqamətində Rusiyaya verib. Yunanıstan Avropa İttifaqındakı gərgin vəziyyətlə əlaqədar Rusiyanın dəstəyinə arxalana bilər.

Kiprlə dostluq münasibətləri ona əsaslanır ki, 2008-ci ildə Kipr Rusiya iqtisadiyyatının əsas investorlarından biri olub. Rusiyada iqtisadi böhran ona gətirib çıxardı ki, Kipr Rusiyaya qarşı sanksiyaları tənqid edir, amma heç bir addım atmır.2013-cü ildən etibarən isə Kipr Avropa İttifaqından maliyyə yardımı almağa başlayıb.

Serbiya hələ də Rusiyanı tarixi müttəfiqi hesab edir. Serbiya MDB-dən kənar yeganə ölkədir ki, onun Rusiya ilə azad ticarət haqqında razılaşması var. Amma Rusiya Serbiyada iqtisadiyyatın artımına təsir edə bilmir. Bununla yanaşı Serbiya Avropa İttifaqına daxil ola biləcək namizəd ölkə statusuna malikdir. Analitiklərin fikrincə, Serbiya bütün geosiyasi güclərdən gəlir əldə etmək üçün Moskva ilə “oyun oynayır”.

Monteneqroda vəziyyət tam aydın deyil .Ölkə NATO-ya daxil olmaq qərarına gəlib. Amma siyasi şərhçilərin fikrincə, ölkədə NATO əlehinə çıxışlar olsa da bu ciddi dəyişikliyə səbəb olmayacaq. Onlar hesab edir ki, “geosiyasəti boş ciblə oynamaq olmaz”. Yəni Rusiyanın iqtisadi cəhətdən möcüzə silahı yoxdur.

Finlandiya hələ də Rusiyadan müəyyən asılılığını saxlayır. Amma Rusiyada iqtisadi böhranla əlaqədar olaraq ölkə mərhələlərlə enerji asılılığını azaldır. Hər iki ölkənin iqtisadiyyatı bir -birilə sıx bağlıdır.Ukrayna böhranından sonra Finlandiya müdafiə sistemini gücləndirməyə başlasa da , rəsmi Helsinki Moskva ilə isti münasibətlərini saxlamaqdadır.


Finlandiya prezidenti Sauli Ninisto və Vladimir Putin

Türkiyə üçün son dövrlərə qədər Rusiya ikinci əsas tərəfdaş olub. Krımın ilhaqı və Rusiyanın Ukraynanın şərqində həyata keçirdiyi əməliyyatlar Türkiyə -Rusiya münasibətlərinə heç bir təsir etməmişdi. İki ölkə arsında münasibətlərin gərginləşməsi Rusiyaya məxsus təyyarənin Türkiyə tərəfindən vurulmasından sonra başladı.

Misirin Rusiya ilə yaxınlığı əsasən onunla bağlıdır ki, ölkə ABŞ-qarşıdır.Ona görə ki, Vaşinqton İsraili dəstəkləyir. Həmçinin Misirin iri məbləğdə borcu var.

İran və Rusiya Suriyadakı maraqları eynidir. Bunun hesabına Rusiya-İran alyansı mövcuddur. Rusiya üçün xoşagəlməz fakt isə İranın dünya bazarında qiymətləri aşağı salmasıdır. İran ixracdan əldə olunan gəlirlərin azalmasına dözsə də, bu Səəudiyyə Ərəbistanına ciddi zərbə vuracaq.

Araşdırmada qeyd olunur ki, Azərbaycan da son dövrlər Rusiyaya meyl edir. Azərbaycan tərəfi bəyan edib ki, Avropa İttifaqı ilə əməkdaşlığı dayandırır və Rusiya əleyhinə sanksiyalara qoşulmur. Azərbaycan hərbi gücünün inkişaf etdirilməsi üçün addımlar atır və iri məbləğdə maliyyə vəsaiti xərcləyir.


İlham Əliyev və Vladimir Putin

Ermənistan hamıdan çox Rusiyadan asılı vəziyyətdədir. Analitiklərin araşdırmasına görə iki ölkənin əməkdaşlıqdan Ermənistan əhəmiyyətli mənfəət əldə edə bilməyib. Hələ ki, Rusiyanın maliyyə və siyasi köməyi ölkəni xilas edir.


Vladimir Putin və Serj Sarkisyan

Yekunda analitiklər belə qənaətə gəliblər ki, Putinin xarici ölkələr arasında özünə dost seçmə cəhdləri uğursuzluğa uğrayıb. O ölkələr Putinlə birgə olduğunu nümayiş etdirsələr də, əslində öz problemlərini həll etməyə çalışırlar.

mənbə :
anspress

Türkiye üçün “ölüm-qalım” meselesi

22:33 xeber – Avropa çempionatının seçmə mərhələsində VIII tura yekun vurulur.

Azadlıq.az xəbər verir ki, anspress-in məlumatına görə, bu gün 3 qrupda 9 qarşılaşma baş tutacaq.

A qrupunda qardaş Türkiyə Avropa çempionatına gedən yolda vacib oyuna çıхacaq. Bu qrupdan İslandiya və Çeхiya final mərhələsinə vəsiqə əldə edib. Türkiyə və Hollandiya isə “pley-off”a vəsiqə uğrunda mübarizə aparır. Türkiyə Çeхiyanın, Hollandiya Qazaхıstanın qonağı olacaq. İslandiya isə evdə Latviyanı sınağa çəkəcək.


Türkiyə millisi

B qrupunda 4 komanda Fransaya vəsiqə şansını qoruyur. Lider Uels Bosniya və Hersoqovinanın, Belçika Andorranın qonağı olacaq, İsrail isə Cənubi Kipri qəbul edəcək.


Hollandiya millisi

Azərbaycan yığmasının da yer aldığı H qrupunda bu gün ilk iki yerin sahibinin adına aydınlıq gələ bilər. Bakıda yığmamızın qəbul edəcəyi İtaliya qələbə qazanarsa, Fransaya bileti sifariş edəcək. Maltanı sınağa çəkəcək Norveç isə Xorvatiyanın xal itirəcəyi halda AVRO-2016-ya yüksələcək. Sonuncuların uduzmaması isə Bolqarıstanın “pley-off”a cüzi şanslarının üstündən xətt çəkəcək.

AVRO-2016
Seçmə mərhələ
10 oktyabr

A qrupu
21.00 İslandiya – Latviya
21.00 Qazaxıstan – Hollandiya
23.45 Çexiya – Türkiyə

B qrupu
23.45 Andorra – Belçika
23.45 Bosniya və Herseqovina – Uels
23.45 İsrail – Cənubi Kipr

H qrupu
21.00 Azərbaycan – İtaliya
21.00 Norveç – Malta
23.45 Xorvatiya – Bolqarıstan

mənbə :
anspress