Demiryolçular teltif edildi – SƏRƏNCAM – SİYAHI

12.10.2016 / 15:56 xeber –

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilib:

 

Əbişov Rəhman Qaçaxan oğlu

İsgəndərov Cümşüd Xələf oğlu

Nağıyev Nəriman Nurəddin oğlu.

 

Prezidentin digər sərəncamı ilə isə  Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə İlyaz Əmrah oğlu Məmmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

 

 

mənbə :
lent.az

Bakıda polisi gülleleyib öldürdüler – YENİLƏNİB


23.11.2015 / 11:26 xeber –

Hadisəni törədən şəxs tutulub

Bakıda baş verən silahlı insidentin bəzi təfərrüatları məlum olub.

 

APA-nın əldə etdiyi məlumata görə, insident zamanı güllələnərək qətlə yetirilən Malik Muradov polis işçisidir. O, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub. İsgəndər Bəbirov onu ov tüfəngi ilə güllələyib.

 

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

 

 

***

Bakıda silahlı insident olub.

 

APA-nın məlumatına görə, hadisə Xəzər rayonu Qala qəsəbəsində qeydə alınıb.

 

1977-ci il təvəllüdlü İsgəndər Bayraməli oğlu Bəbirov aralarında yaranmış mübahisə zəminində 1975-ci il təvəllüdlü Malik Musa oğlu Muradovu güllələyərək qətlə yetirib.

 

İ. Bəbirov daha sonra 1990-cı il təvəllüdlü Nicat Canbala oğlu Şəbiyevi bıçaqlayıb. N. Şəbiyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Bəbirov tutulub.

 

İlkin məlumata görə, hadisə namus üstündə baş verib.

 

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

mənbə :
lent.az

Azərbaycanda nəqliyyatda bahalaşma

rabitenazirliyi
Ötən ay nəqliyyat sektorunda yükdaşıma tarifləri 1 faiz, sərnişindaşıma tarifləri isə 2,6 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 15,5 faiz, digər xarici ölkələr üzrə isə 8,2 faiz bahalaşma müşahidə olunub.
Dəmir yolu nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 8,7 faiz bahalaşıb.

Ay ərzində avtomobil nəqliyyatında və dəniz nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə
heç bir dəyişiklik müşahidə olunmayıb.

Azadliq.az