“Türkiyəyə baxıb, coşursunuz sən kimsən ki…”Deputat Siyavuş Novruzov həmkarlarını hədələdi


[r32]
“Bu, “ərəb baharı”nda da belə idi. Bu, bir yoxlanışdır”

“Siyasi partiyalar haqqında” Qanuna dəyişiklik olunmalıdır. Biz siyasi partiyaların MSK-ya hesabat verməsini nəzərdə tutan qanun qəbul etmişik, amma buna əməl olunmur”. Deputat Siyavuş Novruzov bunu Milli Məclisdəki çıxışı zamanı bildirdi.
YAP-ın icra katibinin müavini qeyd etdi ki, əgər kimsə öz gəlirləri barədə hesabat vermirsə, onunla bağlı tədbir görülməlidir: “Baxmayaraq ki, kifayət qədər cangüdənləri, avtomobilləri var, təbii ki, bunlar hava ilə dolanmırlar”.

S.Novruzov ardınca bildirdi ki, ona hər axşam xarici ölkələrdən müxtəlif nömrələrdən zənglər gəlir: “Bu, “ərəb baharı”nda da belə idi. Bu, bir yoxlanışdır. İnformasiya təhlükəsizliyi ilə bağlı hansı addımı atmaq olar ki, bu, dayansın?”

S.Novruzov daha sonra deputat həmkarlarını sərt şəkildə qınadı: “Bəzi həmkarlarımız deyir ki, Milli Məclis işləmir. Milli Məclis işləmirsə, niyə buradan mükafat, əmək haqqı alırsınız? İndi biz nə edək, Lenin kimi gedib şalban götürək çiynimizə, daşıyaq, sübut edək ki, işləyirik? Bəziləri deyir ki, komanda dəyişməlidir. Sən kimsən ki, komandanı dəyişəsən? Komandanın sahibi var. Sən bu komanda üzlərindən birinin funksiyasını yerinə yetirə bilərsən? Yaddan çıxarmayın ki, biz parlamentli yox, prezidentli respublikayıq. Hərdən Türkiyəyə baxıb, coşursunuz. Deyirsiniz ki, korrupsiya var, Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Hansısa məmur kiminsə xahişini yerinə yetirmirsə, o demək deyil ki, məsələ bu şəkildə qoyulmalıdır. Azərbaycan parlamentinin üzvləri gecə-gündüz beynəlxalq təşkilatlarda ermənilərə qarşı mübarizə aparır. Bundan başqa nə işlə məşğul olunmalıdır. Hər bir insan çıxış edəndə heç olmasa, oturduğu stula hörmət eləsin. Vaxt vardı ki, burada 4 adam bir otaqda otururdu, 8 nəfərə bir hökumət telefonu verilirdi. İndi bütün şərait yaradılıb, köməkçi verilib, otur işlə də… Layihə hazırla, təqdim elə… Yoxsa biz belə demişdik, belə düşünmüşdük. Bundan sonra belə şeylərə yol verməyə ehtiyac yoxdur”
Azadlıq.az