Ölümcül xəstəliyin çarəsi tapıldı


[r32]
Alimlər, yüzlərlə insanın xərçəng səbəbindən öldüyü torpaqlarda xərçəngin qarşısını alan möcüzəvi qidanın çiy fındıq olduğunu açıqlayıblar.

Azadlıq.az Moderator.az-a istinadla xəbər verir ki, çiy fındığın möcüzəvi faydaları saymaqla bitmir.

1.İmuniteti qüvvətləndirir

Fındıq yağı E vitamini baxımından zəngindir. E vitamini, qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alaraq qan azlığı riskini azaldır. Doğru qan dövranı soyuqdəymə və digər xəstəliklərin yaranma riskini azaldaraq immunitet sistemini gücləndirir.
2.Sinirləri möhkəmləndirir

Tərkibindəki qida elementləri tam bir sağlamlıq anbarı olan fındıq, B6 vitamini baxımından zəngindir. B6 vitamini sinir sisteminin düzgün şəkildə işləməsini təmin edir və sinir sistemimizin sağlam bir şəkildə funksiya göstərə bilməsi üçün seratonin, melatonin və epinefrin kimi hormonların ifraz olunmasını təmin edir.

3.Diyabet riskini azaldır

Həkimlər, diabet xəstələrinin müntəzəm olaraq fındıq qəbul etmələrinin diabeti olmayanlara nisbətən daha aşağı qan yağlarına malik olduğu bildirirlər. Həmçinin diabet xəstələri gündəlik pəhrizlərinə fındıq əlavə etdikdə qan şəkərinin normada olduğunu da açıqlayıblar.
4. Qəbizliyin qarşısını alır

Fındığın tərkibindəki yüksək lif, bağırsaq sağlamlığı üçün olduqca faydalıdır. Yüksək lif bağırsaq hərəkətlərini aktiv hala gətirib, həzm sisteminin işini asanlaşdırarır.
5.Qocalmağı ləngidir

Fındıqda olan antioksidantlar, dəriyə zərər verən sərbəst radikallarla mübarizə apararaq, daha sağlam görünməsinə yardımçı olur. Eyni zamanda dəri xərçəngindən qoruyur. E vitamininin də dəstəyi ilə ölü hüceyrələri aradan qaldıraraq daha sağlam və daha gənc görünüşlü bir dəri təmin edir

Aziz Sancar azərbaycanlı həmkarını göylərə qaldırdı: O, Nobeldən çox yüksəkdə durur


[r32]
Aziz Sancar: “Müəllimlər millətin gələcəyini müəyyən edir”
Azərbaycanda səfərdə olan ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Aziz Sancar UNEC-də mətbuat konfransı keçirib.

Bakını çox sevdiyini bildirən A.Sancar Azərbaycanda olmaqdan məmnunluğunu bildirib:
Bakını çox sevdim, gözəl və səliqəli şəhərdir. Hesab edirəm ki, burada çox səmərəli görüşlər keçirdim. Təhsil naziri, AMEA prezidenti ilə görüşdüm. Azərbaycanın alimlərinin zəngin biliyə malik olduqlarının, çox faydalı işlər gördüklərinin şahidi oldum”.
Nobel mükafatçısı Azərbaycanda nano-texnologiyalar sahəsində görülən işləri də yüksək qiymətləndirib.

Dünyaca məşhur alim Moderator.az-ın baş redaktoru Zülfüqar Hüseynzadənin diabet və xərçəng xəstəliyinin yaranması və müalicəsi haqqında suallarını cavablandırıb. Bildirib ki, diabet və xərçəng xəstəliyinin müalicəsi hələ də tam olaraq tapılmayıb. Diabetlə ən yaxşı mübarizə üsulu sağlam həyat tərzidir. Ancaq sağlamlığın qeydinə hər hansı bir xəstəliyə tutulmazdan öncə qalmaq lazımdır. Xərçəngdən qorunmaq üçün isə ən azından siqaretdən imtina etmək olar:

“Dünyada xərçəng xəstəliyinin təqribən 30 faizi siqaret çəkməkdən yaranır. Qalan faizi üzərində isə dünya alimləri çalışır. Onlar müəyyən uğurlar əldə edirlər, ancaq xərçəng xəstəliyinin nə zaman aradan qalxacağını, tam müalicəsinin nə zaman tapılacağını söyləmək çətindir”. Son illərdə texnologiyaların inkişafı nəticəsində xərçəng xəstəliyinin artması ilə bağlı səslənən iddialara münasibət bildirən A.Sancar qeyd edib ki, bununla bağlı dünyada iddialar olsada da, sübut edəcək bir dəlil yoxdur.
Ömrünü elmə həsr edən alim bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim, deyə bildirib: “Müəllim həqiqətən müqəddəs peşədir. Onlar millətin gələcəyini müəyyən edir”.
Nobelin əsas meyar olmadığını vurğuıayan alim bu mükafatı almadan belə adının dərsliklərdə qeyd olunduğunu bildirib: “1982-ci ildən adım biokimya sahəsində dərsliklərdə çəkilir. Nobelə layiq görülməyim isə məni bu sahə ilə məşğul olmayan insanlara da tanıtdı. Bir alimin Nobelə layiq görülməməsi heç də elmə verdiyi töhfələri azaltmır. Məsələn, riyaziyyat üzrə Nobel mükafatı təqdim edilmədiyindən Lütfi Zadə bu mükafatı almayıb. Amma mən əminliklə sizə deyə bilərəm ki, Lütfi Zadə Nobeldən yüksəkdə dayanır. Mən onun kəşfi ilə iyirmi il öncə tanış olanda heyrətə gəlmişdim”.
Görüşün sonunda A.Sancar Azərbaycanda olmaqdan bir daha məmnun olduğunu bildirib: “Həyatımda dərin iz buraxan bir həftə yaşadım. Bunun üçün sizə minnətdaram!”