Rusiya dağılacaq, İrəvan silinəcək, Bakı… – Amerika kəşfiyyatının “kölgəsi”


[r32]
Dünyanın siyasi mənzərəsi yenidən dəyişir və belə demək mümkünsə, siyasi xəritənin yenidən dizayn edilməsinə cəhd edilir. Yaxın və Uzaq Şərqdə, eləcə də Şərqi Avropada toqquşmaların siyasi müstəvidən hərbi sferaya keçməsi an məsələsinə çevrilib. Publika.az xəbər verir ki, bu mənzərə fonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) “kölgəsi” hesab olunan “Stratfor” kəşfiyyat-analitik mərkəzinin rəhbəri Corc Fridmanın 2030-cu il üçün verdiyi proqnozlar yada düşür.

Fridman 2030-cu ilə qədər Rusiya Federasiyası dağılacağını iddia edir. Bu proses Avrasiyada xaosa səbəb olacaq və yeni dövlətlər qurulacaq. Çeçenistan və Rusiyanın digər müsəlman əraziləri müstəqillik əldə edəcək, Finlandiya Kareliyanı zəbt edəcək, Rumıniya isə Moldovanı özünə birləşdirəcək.

Qeyd edək ki, Rumıniya illərdir Moldovanı özünə birləşdirmək istəyir. Rumınlar hesab edirlər ki, Moldova xalqı ilə eyni kökə malikdirlər. Dünən Rusiyanın adamı hesab edilən Moldova prezidenti İqor Dodonun “mən Rumıniya ilə Moldovanın birləşməsinin əleyhinəyəm” açıqlamasını verməsi də Fridmanın proqnozu fonunda diqqət çəkir.

Fridman proqnozlarına davam edərək qeyd edir ki, Tibet Hindistanın köməyi ilə müstəqillik əldə edəcək, Tayvan isə Çində öz təsirini genişləndirəcək.

Rusiyanın yox olmasından sonra Gürcüstan Cənubi Osetiya və Abxaziyanı qaytaracaq, Ukrayna bu prosesdə ona ciddi dəstək verəcək. Orta Asiyanı da qaranlıq gələcək gözləyir. Dağılma prosesi Qazaxıstandan başlayacaq. Astana Amerika güclərinin müdaxiləsinin qarşısını ala bilməyəcək. Orta Asiya üçün ən qorxuncu ekstremistlərin ekspansiyasıdır. Bu, dünyəvi elitalarla radikalların toqquşmasına gətirib çıxaracaq. Regionda uzun illər davam edəcək vətəndaş müharibəsi yaşanacaq.

Proqnozda Rusiyasız qalan Ermənistanın sağ qalmayacağı deyilir. Bu ölkə Azərbaycan və Türkiyənin məngənəsində sıxılacaq və xəritədən silinəcək. Bakı və Ankaranın ittifaqı güclənəcək və regionda əsas faktora çevriləcək. Azərbaycan həm də gələcəkdə regiondakı proseslərin idarə olunmasında əsas məkana çevriləcək.

Proqnozlarda Çinin də zəifləyəcəyi, dağılmasa da, böyük güc itirəcəyi deyilir. Xüsusilə Sibirdə möhkəmlənən Amerika, Orta Asiyadan radikal dindarlar Çini sıxışdıracaq, Honkonqda isə “rəngli inqilab” başlayacaq. Regionda Yaponiya güclənəcək.

İranda dini hakimiyyət devriləcək. Tehranda şiə hakimiyyətinin devrilməsi Pakistana qədər sünni xilafətinin yaranması perspektivlərini açacaq.

DTX-dan XÜSUSİ ƏMƏLİYYAT – Dini ekstremist məhv edildi


[r32]
Azərbaycanda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) xüsusi əməliyyatı nəticəsində dini ekstremist silahlı müqavimət göstərərkən məhv edilib.

Bu barədə Trend-ə Dövlət Təhlükəsizliyi Xidmətindən məlumat verilib.

Xüsusi əməliyyat zamanı Ocaqov Ceyhun İslam oğlu silahlı müqavimət göstərib və məhv edilib.

***

Bakının Yasamal rayonu ərazisində üzərində odlu silah yaraları olan kişi meyiti aşkar olunub.
“Report” xəbər verir ki, “Kaktus” restoranı yaxınlığında tapılan meyitin Ocaqov Ceyhun İslam oğluna məxsus olduğu müəyyən edilib.
Müayinə zamanı meyitin baş nahiyəsində bir, bədən hissəsində isə iki güllə yarası aşkar edilib.
Hazırda hadisənin kim və ya kimlər tərəfindən törədildiyi araşdırılır.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Azadlıq.az

MTN İŞİD-çileri darmadağın etdi

14:48 xeber – Milli Təhlükəsizlik Nazirliyi(MTN) tərəfindən keçirilən anti-terror əməliyyatı nəticəsində 5 İŞİD-çi saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, MTN əməkdaşları tərəfindən həyata keçirilmiş anti-terror tədbirləri nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, həmçinin, terrorçuluğa hazırlıq, yəni dövlət hakimiyyəti orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulmasına görə Azərbaycan Respublikasının 5 vətəndaşı saxlanılıb.

Onlar həmçinin əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə, Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə və digər hüquqazidd əməllərinin törədilməsinə görə də təqsirli hesab olunurlar.

Onlar – Namiq Şahid oğlu Quliyev , Xalid Əliağa oğlu Hacıverdiyev , Taleh Mahir oğlu Əhmədov , Elvin Əsgər oğlu Əsgərov və Anar Kərəm oğlu Mahmudov şübhəli şəxs qismində tutulublar.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 12.1, 279.1-ci, 12.3,28,214.2.1, 12.3,28,214.2.3, 12.1,218.2-ci və 283-1.3-cü maddələri ilə cinayət işləri başlanılmışdır. Adı çəkilən şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbirləri seçilib.

Müəyyən edilib ki, Namiq Quliyev, Xalid Hacıverdiyev, Taleh Əhmədov, Elvin Əsgərov və Anar Mahmudov 2012-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və «Cumdul-Xilafə» terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməllərin digər iştirakçılarının müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Əməliyyat çəkilişi

Sentyabr ayının 22-də də Milli Təhlükəsizlik Nazirliyi (MTN) Suriyada və İraqda döyüşlərdə iştirak edən 5 nəfəri tutmuşdu. Azərbaycan Respublikasının vətəndaşları -Zaur Naib oğlu Heydərov , Elbrus Nurməmməd oğlu Əzizov , Vaqif Musa oğlu Talıbov , Rufan Şərəfəddin oğlu Ağcabəyov və Elşən Aydın oğlu İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdilər.

Araşdırmalar zamanı müəyyən edilmişdi ki, Zaur Heydərov, Elbrus Əzizov, Vaqif Talıbov, Rufan Ağcabəyov və Elşən İsmayılov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD”,“Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak ediblər.

Tutulan İŞİD-çilər dindirilir

Nazirlik sentyabr ayının 2-də də əməliyyat keçirmişdi. Nəticədə Azərbaycan Respublikasının vətəndaşları- Xasaylı Şirxan Elxan oğlu, Mikayılov Rövşən Baba oğlu, Adilov Elşən Sərdar oğlu, Hacıyev Vüqar Mehman oğlu və Eyyubov Azər Mətləb oğlu şübhəli şəxs qismində tutulmuşdular.

Onlar da 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)” terrorçu təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirli bilinərək həbs edilmişdilər.

mənbə :
anspress

İŞİD iki nömreli liderinin öldürüldüyünü tesdiqledi


14.10.2015 / 00:24 xeber –

İŞİD terror qruplaşması təşkilatın iyerarxiyasında iki nömrəli liderinin İraqda öldürüldüyünü təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Press” məlumat yayıb.

 

Qeyd edək ki, bu ilin avqustunda ABŞ Mosul yaxınlığında hava zərbəsi nəticəsində  İŞİD qruplaşmanın iki nömrəli lideri hesab olunan Əbu Mutaz əl Kuraşinin məhv edildiyini bəyan etmişdi.

“Amerika Əbu Mutaz əl Kuraşinin ölümünə sevinir və bunu böyük qələbə kimi qələmə verir”, deyə İŞİD-in ekstremist saytlarının birində dərc edilmiş bəyanatında bildirilir.

 

Ağ Evin o zaman verdiyi açıqlamasında terrorçunu Hacı Muutaz adı ilə tanınan Fadel Əhməd əl Xəyali kimi təqdim etmişdi. Fadel Əhməd əl Xəyali  bir çox ad və ləqəblərlə tanınıb.

mənbə :
lent.az