Qubada itkin dusmus alpinistlerin meyiti tapilib – YENİLENİB

[r32]

16 May, 2018  19:03 xeber – Quba rayonunda itkin düşmüş alpinistlərin hər üçünün meyiti tapılıb. “Report” FHN-ə istinadən xəbər verir ki, davam edən axtarışlar nəticəsində bu gün saat 19:00-da daha 2 meyit (kişi və qadın) aşkar edilib. Əlavə məlumat veriləcək.

***

18:55Quba rayonunda itkin düşmüş alpinistlərdən birinin meyiti tapılıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) “Report”a verilən məlumata görə, ötən il dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan və indiyədək davam edən axtarışlar nəticəsində mayın 16-da saat 18:00-da axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyənləşib və ilkin olaraq 1 kişi meyiti aşkar edilib. Hazırda axtarış-təmizləmə işləri davam etdirilir, əlavə məlumat veriləcək.Qeyd edək ki, 2017-ci il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. 
mənbə :
Report.az

İtkin düşən alpinistlərlə bağlı yeni xəbər – Türkiyədən mütəxəssislər çağrıldı


[r32]
Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü – 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Bu barədə Trend-ə “Gilavar” idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.

Onun sözlərinə görə, alpinistlərin axtarışları üçün Xınalıq və Tufandağ istiqamətində axtarışlar aparılır: “Hazırda ərazidə hava şəraiti də pisdir. Hələlik axtarışlar nəticə vermir”.

Z.Qasımlı özəl olaraq Trend-ə bildirib ki, axtarışlar aparmaq üçün Türkiyədən iki mütəxəssis gətirilib: “Xüsusi texnika ilə təchiz olunmuş mütəxəssislər axtarış aparmaq üçün artıq Azərbaycandadırlar və axtarışlara qoşulublar”.

Qeyd edək ki, ötən il dekabrın 23-də “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü – Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, hadisə ilə əlaqədar xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərindən istifadə sahəsində qanunvericiliyin tələblərinə əməl edilməməsinə, habelə adları qeyd olunan alpinistlərin ixtisası, təcrübəsi, hazırlıqlarının yürüşə imkan verib-verməməsi, meteoşəraitin dağın zirvəsinə qalxmağa əlverişli olub-olmaması, marşrutun seçilməsi və təhlükəsizlik tədbirləri ilə bağlı digər məsələlərə nəzarət edilməsi sahəsində məsul şəxslərin öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsinə dair şübhələr üçün kifayət qədər əsaslar yarandığından Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirlir.