Suriya ordusu 10 aşayış menteqesini azad edib


10.10.2015 / 21:09 xeber –

Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə İdlib şəhərindən 25 km aralıda yerləşən Kın vadisini “Cəbhə ən Nüsrə” silahlılarından azad edib.

 

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu Suriya ordusunun nümayəndəsi general Samir Süleyman bildirib.

 

“Xama əyalətinin şimalında yerləşən Kın vadisi tamamilə azad edilib. Burada 10-dək yaşayış məntəqəsi bizim nəzarətimizə keçib”, deyə general vurğulayıb.

 

Bundan əvvəl  Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə Xama əyalətinin şimalında Əl Baxsu şəhərini azad edib.

mənbə :
lent.az