Elnarenin yeni klipini heyat yoldaşı çekecek


10.12.2008 / 14:44 xeber –

Müğənni Elnarə yeni klipinin çəkilişlərinə hazırlaşır. Klipi müğənninin həyat yoldaşı Rövşən Cahangirli çəkəcək.

Bu barədə Lent.az-a Elnarə özü məlumat verib. Onun sözlərinə görə, klip sözləri İsmayıl Dadaşova, musiqisi isə Alxaslıya aid olan “Sevdim səni” mahnısına çəkiləcək.
Elnarənin rəsmi veb-saytına gəlincə, müğənni bildirib ki, saytla bağlı ona bir neçə layihə təqdim olunub, lakin həmin layihələr onun xoşuna gəlmədiyi üçün saytın təqdimatı gecikir.

Nigar Məmmədli

mənbə :
lent.az