Ermənilər əsir düşən Dilqəm Əsgərov və Şahbaz Quliyev-ə həbs verdi – (VİDEO)

dilqemm

İşğalçıların qondarma “məhkəmə prosesi” başa çatıb.

Azərbaycanın işğal altındakı Xankəndi şəhərində Kəlbəcər rayonunda girov götürülmüş iki azərbaycanlı Dilqəm ƏsgərovŞahbaz Quliyev üzərində qurulmuş qanunsuz qondarma “məhkəmə prosesi” başa çatıb

Azadliq.az xəbər verir ki, separatçı rejimin dekabrın 29-da keçirilən prosesdə “prokuror” Karen Qabrielyanın tələb etdiyi cəzaları təmin edib. Anatoli Tadevosyan isə sözdə hökmünü oxuyub.

Qondarma məhkəmənin qərarı ilə D. Əsgərov ömürlük həbs, Ş. Quliyev isə 22 il müddətinə həbs cəzasına məhkum olunub.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər.

Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsən Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilmişdi.