Deputat təxribatçıların sifarişçilərini açıqladı


[r32]
Bakıda və Azərbaycanın bir sıra ərazilərində iyulun 12-də yenidən elektrik enerjisinin verilməsində məhdudiyyətlər olub.

“Azenerji” ASC-nin məlumatında bunun Ağsu və Yevlaxda baş verən yanğınla əlaqəli olduğu bildirilib: “Saat 15:30 radələrində Mingəçevir şəhərindən 151 km məsafədə yerləşən Ağsu rayonunun Bico kəndi və eyni zamanda Yevlax rayonunun Xanabad kəndindən 20 km məsafədə Hava Elektrik Veriliş xəttlərinin yerləşdiyi ərazilərdə genişmiqyaslı yanğın törədilib. Nəticədə “Azərbaycan” İES və Mingəçevir SES-nə Abşeron Yarımstansiyası ilə birləşdirən yüksəkgərginlikli, 220 kV-luq Qəbələ, 220-KV-luq Ağsu və 330 kV-luq 1-ci Abşeron hava xəttləri yanğına məruz qaldığı üçün, baş verə biləcək ağır qəzanın qarşısını almaq məqsədilə dispetçerlər tərəfindən dövriyədən ayrılıb. Digər 500 kV-luq 2-ci Abşeron Hava xəttində isə yanğının təsiri nəticəsində qısaqapanma baş vermiş və xəttin mühafizəsi tərəfindən dövrədən ayırıblar. Yanğından baş verən qisaqapanmanın aradan qaldırılması üçün xətt dövrədən açılır. Xətt təkrar qoşma avtomatı tərəfindən vurulduqda yanğının davam etməsi nəticəsində xətt yenidən açılır. Son nəticədə xəttin dövrəyə qoşulması mümükünsüz olur. Beləliklə, yanğın nəıticəsində əsas güc ötürücü xəttlərinin dövriyəyə qoşulması mümkün olmur ki, bu da sistemin dayanıqlığının itirilməsi üçün böyük təhlukə yaradır”.

“Azenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev eyni vaxtda iki kənddə yanğının olmasını dolayısı ilə təxribat adlandırıb: “Elektrik xətlərinin altında yanğının başlaması çoxsaylı suallar doğurur. Nəyə görə birdən-birə iki yerdə? Biz Bakıya və Sumqayıta elektrik enerjisinin ötürülməsini dayandırmağa məcbur olduq. Hazırda yanğının aradan qaldırılması üzrə işlərin başa çatmasını gözləyirik”.

Deputat Vahid Əhmədov mətbuata açıqlamasında deyib ki, hüquq-mühafizə orqanları son hadisələrlə bağlı ciddi məşğul olmalıdır : “Baş verənlərdə hansısa xarici qüvvələrin əli var və onlar Azərbaycandakı tərəfdaşlarından istifadə edirlər. Bu məqamlar araşdırılmalıdır. Yəqin ki, Dövlət Təhlükəsizlik Xidməti məşğul olacaq”

Vahid Əhmədov indiki vəziyyətdə heç nəyi, təxribatı da istisna etmir: “Ona görə ki, Azərbaycanın son qaz layihəsi bir sıra dövlətlərin xoşuna gəlməyib”.

O, “söhbətin hansı dövlətlərdən gedir” sualına “özünüz bilirsiniz” deyərək əlavə edib ki, İran da, Rusiya da ola bilər:Çünki TAP və TANAP layihələrinin həyata keçirilməsinə Rusiya dövləti maraqlı deyil. Avropanın qaz bazarının 60 faizi faktiki bu ölkənin nəzarətindədir. Bundan başqa səbəblər də ola bilər, hər halda hüquq-mühafizə orqnaları araşdırmalıdır”.

Yehya Babanli: ‘Azerenerji’ Rusiyadan alinan elektrik enerjisinin gucunu artirmaq ucun danisiqlar aparir’

[r32]

3 İyul, 2018  20:12 xeber – “Azərenerji” ASC Rusiyadan alınan elektrik enerjisinin gücünü artırmaq üçün danışıqlar aparır”.  Bunu “Report”a “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı deyib. Onun sözlərinə görə, hazırda danışıqlar prosesinə “Azərenerji”nin sədri Etibar Pirverdiyev rəhbərlik edir.Qeyd edək ki, ötən gün baş verən qəzadan sonra Azərbaycan enerji sistemi Rusiya ilə paralel işləməyə başlayıb. “Azərenerji” bu gün saat 21:00-da Rusiyadan elektrik enerjisi idxalını dayandırmağı planlaşdırırdı. 
mənbə :
Report.az

ETİBAR PİRVERDİYEVİN “GİZLƏTDİKLƏRİ” TAPILDI – “Azərenerji”də mənimsəmə faktları açıqlandı

azenerji
Azərbaycan Hesablama Palatası “Azərenerji” ASC-də apardığı audit yoxlamalarının nəticələrini açıqlayıb. “Report” xəbər verir ki, nəzarət tədbiri ilə 169,250 mln. manat məbləğində vəsait əhatə olunub. Həmin məbləğ Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə 2013-2014-cü illərdə dövlət əsaslı vəsait qoyuluşunda “Azərenerji” ASC-yə 2013-cü ildə 77,0 mln. manat və 2014-cü ildə isə 92,247 mln. manat olmaqla formalaşıb.
Ümumilikdə, bu illər ərzində 8 satınalma müqaviləsi bağlanıb ki, onların 7-si cəmi vəsaitin 76,4%-ni təşkil edib. Müəyyən edilib ki, qeyd edilənlərlə yanaşı, dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların tələblərinə tam əməl edilməyərək 2013-2014-cü illərdə cəmi vəsaitin 58,6%-i qədər vəsait satınalma proseduru tətbiq edilmədən xərclənib.
İki obyektin layihə-smeta sənədlərinin hazırlanması xərcləri podrat müqaviləsinə daxil edilib, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üzrə artıq vəsait ödənilməsi hesabına debitor borcun formalaşmasına, bununla yanaşı, üç layihə üzrə kreditor borcun yaranmasına yol verilib.
Bir layihə üzrə işlər başça çatsa da, Dövlət Qəbul Komissiyası tərəfindən obyektlərin istismara qəbul olunmadığı və bu layihənin bir obyekti podratçıya artıq vəsait ödənildiyi, 12 obyekt üzrə işlər yerinə yetirilib vəsait ödənilsə də, obyektlərin Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmədiyi müəyyən olunub. Həmçinin, Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edilmədiyi halda 2013-2014-cü illərdə altı obyekt üzrə obyektlər dəyər ifadəsi ilə aktivlərə aid edilib.
Hesablama Palatasına təqdim edilmiş məlumatlara görə “Azərenerji”ASC tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində 29,7 min manat məbləğində vəsait müvafiq qaydada dövlət büdcəsinə bərpa edilib, ASC-nin aidiyyəti vəzifəli şəxslərinə müvafiq tapşırıqlar verilib, həmçinin, 35,658 mln. manat məbləğində debitor borcu üzrə işlər podratçı tərəfindən icra olunub.
Azadliq.az