Rusların Su-24-nü bu bakılı fotoqraf “vurubmuş”…

08:38 xeber – Rusiyanın Su-24 təyyarəsinin Türkiyə qırıcısı tərəfindən vurulması rusiyalı sosial şəbəkə istifadəçiləri tərəfindən qızğın müzakirə olunur.

Sosial şəbəkə istifadəçiləri hazırda fəal şəkildə bir fotoşəkli paylaşmaqdadır. Onlar bildirir ki, fotodakı şəxs guya Rusiya təyyarəsinin vuran Türkiyənin F-16-sının pilotudur.

Yüz minlərlə rusiyalının paylaşdığı bu fotoda gənc bir adam təsvir olunur. Hamı onu lənətləməkdə davam edir. Bir çoxları isə hətta bir az da qabağa gedərək həmin şəxsi – bu “yaramaz hərbi cani”ni tapıb öldürməyi təklif edir.

İş o yerə çatıb ki, bu müzakirələr hətta mətbuat səhifələrinə və Rusiya hüdudlarından kənara da çıxıb. Fotoşəkil artıq başqa ölkələrin sosial şəbəkələrində də qızğın müzakirə predmetidir.

Araşdırmalar isə yüz minlərlə rusiyalı sosial şəbəkə istifadəçisinin kuryoz şəkildə yanıldığını ortaya çıxarıb. Məlum olub ki, rusiyalıların “təyyarəni vuran türk pilotu” kimi qəbul və təqdim etdiyi şəxs heç də F-16-nın şturvalı arxasında olmuş türk pilotu yox, adi bakılı fotoqarf Vüqar İbadovdur və onun hərbi aviasiyaya, ümumiyyətlə isə aviasiyaya heç bir aidiyyəti yoxdur.

Bəs necə olub ki, Azərbaycanda yaşayan Vüqar İbadov Su-24-ü vuran türk pilot kimi təqdim edilərək lənət hədəfinə çevrilib?

Məlum olub ki, Vüqar İbadovun onu bu qədər “məşhurlaşdıran” fotoşəkli azərbaycanlı və türk pilotların birgə iştirakı ilə keçirilən TurAz təlimləri zamanı çəkilib. V.İbadov həmin fotoda türk pilotunun formasındadır.

V.İbadov isə açıqlamasında deyib ki, şəklinin bu cür yanlış qəbul olunmasına özü də heyrətlənib: “Mən adi fotomüxbirəm. Mənim nə F-16, nə də Su-24-ə heç bir aidiyyətim yoxdur. Mən həmin şəkli təlimlərdən bir xatirə kimi çəkdirmişdim. Sadəcə olaraq kimsə götürüb onu yayıb, nəticədə “məşhur” olmuşam. Diqqətlə baxın, fotoda yaxamda jurnalist vəsiqəm də var. Məncə, şəklim ətrafındakı bu hay-küy bir-iki günə səngiyəcək”.

mənbə :
anspress

İordaniya təyyarəsini “İŞİD” vurmayıb

Ürdün pilotu

 

ABŞ Suriyədə vurulan İordaniya təyyarəsinin “İŞİD” tərəfindən vurulmadığını söylədi.

Suriyənin şimalında yerləşən Rakka şəhərinin yaxınlığında İordaniyqa Hava Qüvvətlərinə aid F-16 təyyarəsi vuruldu. Təyyarənin  pilotu isə qəza sonunda ekstremistlər tərəfindən ələ keçirilib.

Bununla əlaqədar CENTCOM-un başçısı, general Lloyd Ostin bəyan edib ki, ABŞ İordaniyalı pilotun sərbəst buraxılmasına yönəlmiş bütün səyləri dəstəkləyəcək. “İŞİD”lə mübarizədə İordaniya ABŞ-ın dəyərli tərəfdaşıdır”, deyə L.Ostin vurğulayıb.Bunun bir təyyarə qəzası olduğunu yalnız “İŞİD” bu vəziyyəti öz lehinə çevirmək istədiklərini söylədi.

Xatırladaq ki, İordaniya  3 aydır “İŞİD”in qərargahlarına yönəlmiş İraq və Suriyədəki hava hücumlarında iştirak edir.

Azadliq.az