Akif Covdarov mehkeme zalina hekim musayietinde getirildi – YENİLENİB

[r32]
xeber –

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib.
Lent.az-ın məlumatına görə, qapalı keçirilən prosesdə Çovdarovun vəkili Kamandar Nəsibov və polkovnik Səlim Məmmədovun vəkili Elçin Sadıqov məhkəmənin qismən istintaq yolu ilə aparılması barədə vəsatət qaldırıblar.

Vəsatət təmin edilməyib.

Proses mayın 22-də davam edəcək.
***

16:34

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən proses təyin olunduğu vaxtdan 50 dəqiqə gec başlayıb.

Təqsirləndirilən şəxslər zala daxil olarkən məlum oldu ki, Çovdarov xəstədi və zala həkim müşayiətində gətirildi.

Daha sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən şəxslərin əmlaklarına qoyulan həbslə bağlı onların yaxınları da məhkəmə müraciət edib.

Çovdarovun oğlu Ruslan, qızları Aidə Qasımova, Günay Əmircanova və həyat yoldaşı İbadət Çovdarova məhkəməyə müraciət edərək əmlaklarının üzərindən həbsi götürmək istəyirlər.

Ruslan Çovdarov məhkəməyə müraciətində qeyd edib ki, onun evində axtarış aparılan zaman ona məxsus pul götürülüb.

Daha sonra prosesdə Çovdarovun vəkili Kamandar Nəsibov vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib: “Burda bəzi məsələlər var ki, dövlət sirri təşkil edir. Ona görə də, kənar şəxslər zaldan çıxarılsın”.

Çovdarov da vəsatətin təmin olunmasını istəyib.

Vəsatət təmin olunub. Jurnalistlər zaldan kənarlaşdırılıb.

Proses qapalı keçirilir.

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.
mənbə :
Lent.az

Rəis biznesmen dostunu öldürdü


[r32]
Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin vəzifəli şəxsi adam öldürüb.

Azadlıq.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Zabrat qəsəbəsində yerləşən Vertolyot Meydançasının rəisi Faiq Qasımov dünən gecə saatlarında öz dostunu öldürüb.

Belə ki, F.Qasımov yaxın dostu, Qoşa Qala restoranının sahibi Tərlanla axşam toy məclisində yeyib-içiblər. Sonra isə dostlar əyləncə məclisini Fatmayi kəndində dəniz kənarında davam etdiriblər. Hələlik açıqlanmayan səbəbdən F.Qasımov avtomobolini dostu Tərlanın üzərinə sürüb və ona ağır xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən iş adamı vəfat edib.

Rəis F.Qasımov bu gün səhər saatlarında saxlanılıb.

Hadisə Binəqədi qəsəbəsində yerləşən “Həyat” istirahət mərkəzində baş verib.

Bu istirahət mərkəzi Dəmir Yolu İdarəsinin rəisi Cavid Qurbanova məxsusdur.

Arvadını öldüren şexsin cezası deyişdirildi


23.12.2015 / 10:25 xeber –

 

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən 1962-ci il təvəllüdlü Namik Məmmədovun şikayəti üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökm dəyişdirilib.

 

N.Məmmədovun 2 il həbsxanada cəza çəkməsi müddəaları hökmdən xaric edilib.

 

Qeyd edək ki, hadisə bu ilin aprel ayının 8-də gecə saatlarında baş verib. Xırdalan-Bakı xətti üzrə hərəkət edən 135 saylı sərnişin avtobusunda N.Məmmədov aralarında yaranan münaqişə zəminində həyat yoldaşı 1968-ci il təvəllüdlü Fatma Şəfiyevanı bıçaqlayaraq qətlə yetirib.

 

F.Şəfiyeva ağır bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb. N.Məmmədov Yasamal rayon Polis İdarəsinə gələrək törətdiyi cinayət əməlini etiraf edib.

 

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə N.Məmmədova 18 il müddətinə azadlıqdan məhrum edilib.

mənbə :
lent.az